Məhkəmə qərarları › İş №1(008)-701/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-701/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-701/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, Müəyyən etdim: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-701/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə dair iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir. Təqsirləndirilən şəxs X5 18 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xüsusi ittihamçı X4 ilə barışmış, Xəyalə Məmmədovanın ondan heç bir şikayət və tələbi yoxdur, xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti geri götürmək istəyir. Bu səbəbdən də işin mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur. Göstərilənləri nəzərə alaraq işin ekspertizaya göndərilmədən icraatının təzələnməsini xahiş etmişdir. Xüsusi ittihamçı X4 18 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs X5 ilə barışmış, Bəhruz Məmmədovdan heç bir şikayət və tələbi yoxdur, xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti geri götürmək istəyir. Bu səbəbdən də işin mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur. Göstərilənləri nəzərə alaraq onun şikayəti geri götürməsinə şərait yaradılması məqsədi ilə işin ekspertizaya göndərilmədən icraatının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası 25 avqust 2022-ci il tarixə, saat 15:30-a təyin edilmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı təqsirləndirilən şəxslə barışdığını bildirmiş və xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsindən imtina etməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə xüsusi ittihamçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittihamçı X4 təqsirləndirilən şəxslər barışaraq xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 43.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Xüsusi ittihamçı X4 təqsirləndirilən şəxs X5 ilə barışdığından və “X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair” xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyindən təqsirləndirilən şəxs X3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova İş № 1(008)-701/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Sabunçu Rayon Məhkəməsi 19 avqust 2022-ci il Bakı şəhəri Hakim İmanova Nigar Arzu qızının sədrliyi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə dair cinayət işinin materiallarını nəzərdən keçirərək, hakim məhkəmə iclasından kənar ayrıca prossesual hərəkət etdi. Prossesual hərəkət saat 17:50-də başlandı. Hakim cinayət işi materiallarını nəzərdən keçirərək, müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Prossesual hərəkət saat 17:55-də qurtardı. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar