Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-701/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən 05 may 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofanan bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, lakin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş metamfetamin ona məxsus deyil, polislər onu evdən gəlib aparmış, ona qarşı bölmədə zor tətbiq edilmiş, cibinə bir büküm qoyaraq ona məxsus olmasını bildirmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, heç bir yerə ona fiziki zor tətbiq edilməsi ilə bağlı şikayət etməmişdir. **********21 mobil nömrədən öz istifadəsində olmuş +**********66 mobil nömrəyə “Salam qaqa. Tema olsa 10luq mene saxliyarsizda. 1-2 de goturecem” məzmunda sms-i kimin yazmasını, həmin nömrənin kimə məxsus olmasını xatırlamır. Digər sms-i onun telefonundan Rəşad adlı qonşusu yazmışdır, hazırda Rəşad narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuşdur, ondan telefonundan kiməsə sms yazmaq üçün istəmiş, üzərində telefonu olmadığını bildirmişdir, o da telefonu ona vermişdir. Son olaraq bildirmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs X6 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik maddələr qəbul edir. Narkotik maddələrdən metamfetamini əridib tüstüsünü iyləməklə qəbul edir. Narkotik maddələrə ehtiyacı olanda Sabunçu rayonu və ya başqa rayonun ərazisində gəzərkən orada üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi şəxsdən pul müqabilində narkotiki əldə edir və gizlin yerdə istifadə edir. 05 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, Zabrat qəsəbəsinə gedən yolun kənarına gələrkən üzdən tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsi görmüş və ondan bir istifadəlik “şüşə” yəni narkotik maddə olan metamfetamin istəmişdir. O da ona üzərində narkotik olmasını demiş və 30 manata həmin narkotiki ona satmışdır. Daha sonra o işləri ilə məşğul olmuş və əldə etdiyi narkotik gizlin yerdə istifadə etmək üçün əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qalmışdır. Həmin gün günorta saatlarında yaşadığı evdən çıxıb məhəllədə olan zaman 2 nəfər şəxsin ona yaxınlaşmasını görmüşdür. Onlar ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra kim olmağı, nə etməyi və s. bu kimi suallar vermişlər. O da üzərində narkotik olduğu üçün həyəcanlanıb, onların suallarına cavab verə bilmədiyi üçün onun narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, daşınması və saxlanılmasında şübhəli olmağını deyib, onu polis bölməsinə gətirmişlər. Polis bölməsində ona müdafiəçi vəkil təqdim edilmiş və hüquqları izah edilmişdir. Bundan sonra üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirilmişdir. Vəkilinin həmin prosesdə iştirak edərsə üzərindən aşkar olunacaq narkotik bükümünə şahid olacağını və beləliklə hüquqlarını keyfiyyətli müdafiə edə bilməyəcəyini düşündükləri üçün vəkilinin məsləhəti ilə o öz istəyi ilə vəkili olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra ərizəsinə imza etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə axtarış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə o, etiraz etmədən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülü halda içərisində “şüşə” kimi tanıdığı 05 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən əldə etdiyi narkotik maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin psixotrop maddə kimi tanınan “şüşə” olduğunu qeyd etmişdir. Daha sonra onu təqsirləndirilən şəxs qismində cəlb edib, müvəqqəti iltizama buraxmışlar. Lakin o istintaqın çağırışına şəxsi problemləri ilə əlaqədar gələ bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, +**********21 mobil nömrədən öz istifadəsində olmuş +**********66 mobil nömrəyə “Salam qaqa. Tema olsa 10luq mene saxliyarsizda. 1-2 de goturecem” məzmunda sms-i kimin yazmasını, həmin nömrənin kimə məxsus olmasını xatırlamır. Həmin vaxt yəqin onda narkotik olmuş və həmin şəxsdən də ondan narkotik istəmişdir. Lakin həmin şəxsə sonradan narkotik verib-vermədiyini də xatırlamır. Əvvəllər yaxın bildiyi hansısa şəxsə öz narkotikindən həmin şəxsin özünün istifadə etməsi üçün bir kiçik hissə verdiyi hal olmuşdur. Üzərindən aşkar olunmuş həmin narkotikdən heç kimə verməmiş və ya satmamışdır. Belə məqsədi də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində xidməti əraziləri olan Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində iş yoldaşı ilə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, narahat olmasını görmüş və ona yaxınlaşıb özlərini təqdim edərək ondan kim olmasını, nə axtarmasını soruşan zaman həmin şəxs qorxub, adekvat cavab verməyərək onlardan yayınmaq istəmişdir. Onun xarici görkəmi də narkotik istifadəçilərinə bənzədiyindən onu 12-ci PŞ-nə dəvət etmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən o, müşahidə altında saxlanılmışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş həmin maddə “şüşə”dir, onu Sabunçu qəsəbəsindən üzdən tanıdığı başqa anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata alıb, şəxsi istifadəsi üçün üzərində saxlayır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış, doğruluğu iştirakçılar və onun tərəfindən imza edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı bölməyə gətirilərkən və ya bölmədə hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs onların xidmət göstərdiyi ərazinin sakinidir, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ- nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır(i.v.1); şübhəli şəxsin tutulması haqqında 05 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında 05 may 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Şüşə” olduğunu, Sabunçu qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.29-30); məhkəmə-kimyəvi ekspertizasının 06 may 2024-cü il tarixli, 3-16-16/2-6/2507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə; Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (i.v.37-40); Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.49-50); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.62-63); Tutulmuş şəxsin X2 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.64-65); Videogörüntüyə baxış keçirilməsi haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, 05 may 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Şüşə” olduğunu, Sabunçu qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənmişdir(i.v.75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı qarnizon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 241-ci maddəsinin “A” bəndi, 42-1 maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum edilmiş, 01 il şərti sınaq müddəti tətbiq edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbacan Respublikası CM-nin 177.2.3, 189-1 maddənin 2-ci hissəsi ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il qərarəna əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı icraata xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir (i.v.76-77, 95- 102); İttiham elan edilməsi üçün şübhəli şəxsin barəsində axtarışın elan edilməsi haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş və tutularaq Sabunçu RPİ-nin MSYnə yerləşdirilməsi qərara alınmışdır (i.v.103-104); Axtarışda olan şəxsin tutulması barəsində 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir (i.v.109); CD diskə baxış keçirilməsi haqqında 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə +**********21 mobil nömrədən “Salam qaqa. Tema olsa 10nuq mene saxliyarsizda. 1-2 de goturecem” məzmunda sms yazılmışdır. Həmçinin xx-xx-2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrəyə +**********41 mobil nömrədən “Resatdi qel samo qile mende patini qoturub qelirem sen qelene kimi.” məzmunda sms mətnləri və bundan başqa narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı digər şübhəli smslər və zənglər olması müəyyən edilmişdir (i.v.112); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.113-114); Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək və ittiham elan etmək haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.115-116); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-468/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.132-134); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5642 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır, OPOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.136-137); Sübutların qiymətləndirilməsi haqqında 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,231 qram kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,231 qram kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıq - 0,181 qramı maddi sübutların saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.138-146); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-525/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilərək həbsdə saxlanma müddəti 20 gün, yəni 23 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v.168-170); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 05 may 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sonda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini etiraf etmişdir. Lakin, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən 05 may 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofanan bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs “satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, daşıma və saxlama” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.2-ci maddəsi ilə ittiham olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə xeyli miqdarda 0,231 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, bu barədə polis əməkdaşlarına hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün şübhəli şəxs qismində tutularaq bölməyə gətirilmiş, üzərindən 01 büküm 0,231 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş psixotrop maddəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir. Halbuki, iş üzrə dindirilmiş şəxslərin ifadələri, eləcə də digər istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərində müəyyən olunmuş psixotrop maddənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə; Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitənin və psixotrop maddənin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin və ya psixotrop maddənin miqdarı çox olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından az miqdarda çox olması, bir ədəd bükümdə saxlanılması, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutların, o cümlədən psixotrop maddənin hazırlanması üçün avadanlıqların aşkar edilməməsi cinayət əməli üzrə satış niyyətinin olmaması barədə nəticəyə gəlinməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən həmin ifadənin özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5642 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır, OPOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsdə məhz psixotrop maddələrin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddənin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə Azərfon MMC-dən daxil olmuş CD diskə baxış keçirilməklə, müəyyən edilmiş sms yazışmalarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edərkən sübut kimi istinad etdiyi 2 sms mətnlərinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir. İlk olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə +**********21 saylı mobil nömrədən “Salam qaqa. Tema olsa 10nuq mene saxliyarsizda. 1-2 de goturecem” məzmunda sms daxil olmuşdur. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş SMS mətni ilə bağlı ətraflı araşdırma aparmamış, həmin telefon nömrəsinin faktiki istifadəçisinin müəyyən edilib dindirilməsi, sms-dəki məlumatın məhz narkotik vasitə və ya psixotrop maddələrlə bağlı olub-olmamasını aydınlaşdırılmasını, bunun nəticəsindən asılı olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də vaxtında ifşa olunmasını təmin etmək məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri keçirilməli olduğu halda, ibtidai istintaq zamanı bu hallarla bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, həmin sms-i yazmış şəxsin müəyyən olunaraq dindirilməsi üçün ibtidai istintaq orqanı heç bir tədbir görməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sms xx.xx.2023-cü il tarixdə, yəni təqsirləndirilən şəxsin hazırda ittiham olunan cinayət əməlinin törədilmə vaxtından təxminən 05 ay əvvəl yazılmışdır ki, bu da xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədilə əldə edilməsini sübut edən hal kimi qiymətləndirməsi üçün əsas ola bilməz. Digər sms mətni isə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrədən +**********41 mobil nömrəsinə “Resatdi qel samo qile mende patini qoturub qelirem sen qelene kimi.” məzmunda yazılmışdır. Lakin cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı bu sms mətni ilə bağlı Təqsirləndirilən şəxs ifadəsini almamış, həmin sms mətninin hansı məqsədlə yazılmasının aydınlaşdırılması üçün ona hər hansı sual verərək bu halı aydınlaşdırmadan nədənsə həmin sms mətnini də Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham verilməsi üçün əsas kimi qiymətləndirmişdir. Halbuki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq həmin sms-i onun telefonundan Rəşad adlı qonşusunun yazdığını, hazırda Rəşadın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulduğunu, ondan telefonunu kiməsə sms yazmaq üçün istədiyini, üzərində telefonu olmadığını bildirdiyini, buna görə də Rəşada telefonunu verdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, sms-in mətnindən də göründüyü kimi, həmin məzmunlu sms Təqsirləndirilən şəxs mobil telefonundan Şamo tərəfindən deyil, Rəşad adlı şəxs tərəfindən yazıldığı müəyyən edilmişdir. İbtidai istintaq orqanı Rəşad adlı şəxsin şəxsiyyətini müəyyən etmədən, həmin sms mətnində yazılanlarla bağlı onun dindirilməsi və digər zəruri istintaq hərəkətlərinin aparılmasını həyata keçirmədən əsassız olaraq Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni satış məqsədilə əldə etməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmləri üzrə olan məhkumluğu ödənildiyindən CMnin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 05 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,231 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,181 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,231 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,181 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-701/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-701/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver