Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-703/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızıl Qum A/Y ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə “Bolt” taksi xidməti vasitəsilə verilmiş sifariş əsasında 11 aprel 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Kəsim sexi adlanan ərazidən Zərərçəkmiş şəxs və oğlu X1 müştəri qismində götürüb Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən “Sosial evlər” yaşayış kompleksinin ərazisində yerləşən «Qrand» marketin arxasına gətirərək, Nicat Möylayevin həmin ünvanda yaşayan tanışından mobil telefonun elektrik qidalandırıcısını götürmək məqsədi ilə avtomobildən düşüb getməsindən istifadə edib, 11 aprel 2023-cü il tarixdə saat 23:20-də Zərərçəkmiş şəxs oğlunun gec qayıtmasını bəhanə gətirib, nalayiq ifadələr işlətməklə onu söyüb təhqir edərək kobud tərzdə ondan avtomobildən düşməsini və gediş haqqını ödəməsini tələb etmiş, Zərərçəkmiş şəxs gediş haqqı 1 manat 50 qəpik pulu çıxması üçün verdiyi üzərində «A74870932 rəqəmləri, Azərbaycan Milli Bankı, AMB 2005 sözləri, bankın sədrinin imzası» həkk edilmiş 01 ədəd 50 manatlıq əskinazı alıb ələ keçirməklə açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yunis adlı şəxsdən «Chevrolet Aveo» markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə alıb «Bolt» taksi xidmətinə qoşularaq həmin etibarnamə əsasında avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 aprel 2023-cü il tarixdə saat 22-23 radələrində «Bolt» taksi xidmətindən mobil telefonuna Ramana qəsəbəsində “Kəsim sexi” adlanan ərazidən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Sosial binalar” adlanan əraziyə sifariş daxil olmuşdur. Ramana qəsəbəsində “Kəsim sexi” adlanan əraziyə getdikdə sonradan adlarını bildiyi Nicat Möylayev və Zərərçəkmiş şəxs dayandığını görmüşdür. Zərərçəkmiş şəxs arxa oturacaqda, Nicat isə qabaq sağ oturacaqda əyləşdikdən sonra sifarişi icra etməyə başlamışdır. Təxminən 10-15 dəqiqəyə həmin şəxsləri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Sosial binalar” adlanan əraziyə aparıb çatdırmışdır. Orada Nicat avtomobildən düşmüş, Zərərçəkmiş şəxs isə avtomobildə oturub gözləmişdir. Təxminən 10 dəqiqə gözlədikdən sonra Nicatın gəlmədiyini görüb, əsəbləşmiş və Bəhrəmə buna görə narazılığını bildirib ondan gediş haqqı 1 manat 50 qəpiyi ödəməyi və avtomobildən düşməsini tələb etmişdir. Bəhrəm isə onunla kobud davranaq cibindən 50 manatlıq əskinas çıxarıb ona tərəf atmılşdır. Həm xırda pulu olmaması, həm də müştərilərin hərəkətlərinə əsəbləşməsi ilə əlaqədar 50 manatı götürüb oradan uzaqlaşmışdır. Həmin vaxt onların arasında hər hansı bir fiziki zor tətbiq etmə olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə vurulmuş ziyan tərfindən ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 11 aprel 2023-cü il tarixdə saat 22-23 radələrində oğlu Nicat Möylayev özünə məxsus mobil telefonun elektrik qidalandırıcısı (adaptoru) Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Sosial binalar” adlanan ərazidə yaşayan adını bilmədiyi dostunda qaldığı üçün həmin elektrik qidalandırıcını götürməyə gedəcəyini bildirdikdə, o gecə saatları olduğu üçün oğlunu tək buraxmamış birlikdə getməyi təklif etmişdir. Oğlu razılıq verdikdən sonra birlikdə 11 aprel 2023-cü il tarixdə saat 22-23 radələrində yaşadıqları evdən çıxıb Ramana qəsəbəsində “Kəsim sexi” adlanan ərazidə dayanmış, oğlu onun istifadəsində olan mobil telefona yüklənmiş «Bolt» taksi xidmətinin mobil tətbiqindən Ramana qəsəbəsində “Kəsim sexi” adlanan ərazidən Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Sosial binalar” adlanan əraziyə, oradan isə geri, yəni Ramana qəsəbəsində Kəsim sexi kimi adlanan əraziyə sifariş vermişdir. Az bir müddətdən sonra onların yanına sifarişləri əsasında «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı taksi avtomobil gəlmişdir. Avtomobilə əyləşdikdən sonra əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, araşdırma zamanı adını bildiyi Təqsirləndirilən şəxs avtomobili idarə etməyə başlamışdır. Təxminən 5-10 dəqiqəyə onları Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən Sosial binalar adlanan ərazidə «Qrand» marketin arxasına aparıb çatdırmışdır. Orada oğlu Nicat avtomobildən düşüb dostunun evinə getmiş, təxminən 2-3 dəqiqə gözlədikdən sonra Ceyhun oğlunun gec qayıtdığını bəhanə gətirib, saat 23:20-də etirazını bildirməklə ünvanına nalayiq ifadələr işlədib, sözlə hədə-qorxu gəlib, kobud şəkildə ondan gediş haqqını ödəməyi və avtomobildən düşməyini tələb etmişdir. Qorxub cibindən 01 ədəd 50 manatlıq əskinas çıxarıb təqdim etdikdə Ceyhun gediş haqqı çıxmadan bütöv 50 manatı götürüb çıxıb getmişdir. Təxminən 1-2 dəqiqədən sonra oğlu Nicat yanına gəldikdə onun tək dayandığını, həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda o, Nicata hadisəni təfərrüatı ilə danışmış, Nicat da ***-***-**-** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs 50 manat pulunu əlindən alarkən yanında və ya ətrafda heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan 13 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ********** saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan 13 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-84-cü vərəqələrində olan Sabunçu Rayon Prokurorluğunun 14 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin imtina edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan 14 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 105-109-cu vərəqələrində olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir, hal-hazırda onda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan xasiyyətin psixopatik cizgilərinə xas olan xarakterik xüsusiyyətlərin onun cinayət əməlini törətməsinə mənfi təzahürü olmuşdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur, o cinayət əməlini törədən zaman öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Cinayət əməlini törədən zaman onda psixi-emosional halında hirslilik yaranmışdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Psixi inkişafı nəzərə alınmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi, lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan 1(008)-703/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-7790/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 04 noyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və ona dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 aprel 2023-cü il tarixdən 14 aprel 2023-cü il tarixədək və 03 noyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuduğu və həbsdə olduğu, cəmi 01 (bir) ay 26 (iyirmi altı) gün müddətin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut «A74870932 rəqəmləri, Azərbaycan Milli Bankı, AMB 2005 sözləri, bankın sədrinin imzası» həkk edilmiş 01 ədəd 50 manatlıq əskinazın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) ay 22 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut – üzərində “A74870932 rəqəmləri, Azərbaycan Milli Bankı, AMB 2005 sözləri, bankın sədrinin imzası” həkk edilmiş 01 ədəd 50 manatlıq əskinazın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-703/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-703/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver