Məhkəmə qərarları › İş №1(008)-707/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-707/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-707/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2 müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) iştirakları ilə, 08 aprel 1979-cu il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamuş, işləməyən, Türkiyə Respublikası, Aydın şəhəri, Germencik rayonu, Hıdırbeyli məhəlləsi, döngə 1, ev 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsnə(Təqsirləndirilən şəxs) verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,807 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər Rayon Polis idarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 14:03-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanda üstünün yoxlanılması zamanı, əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,807 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 15-16 ay əvvəl Bakı şəhərinə gəlmiş. Azərbaycan Respublikasında yaşamaq üçün heç bir qeydiyyat sənədi olmamış. 3 ay qaldıqdan sonra pulu olmadığından bilet ala bilməmişdir. Əvvəllər psixotrop maddə istifadə etmiş, sonra psixotrop maddələrdən istifadəsini dayandırmış, beş ay əvvəl isə yenidən istifadəyə başlamış. Bakı şəhərində bərbər və qapı ustası kimi işləyirmiş. Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayırmış. Psixotrop maddələrdən istifadə etdiyi üçün ev sahibi onu evdən çıxarmış. Daha sonra Maştağa qəsəbəsi, Babək küçəsində kirayə qalmış. Hazırda Azərbaycan Respublikasında onun heç bir qohumu və tanışı yox imiş. O, təxminən 5-6 aydır psixotrop maddələrdən istifadə edirmiş. Maddəni əsasən çəkmə yolu ilə qəbul edirmiş. İstifadə etdiyi psixotrop maddə metamfetamin imiş. Bu maddəni Sevinc adlı qadından və Elvin adlı şəxsdən alırmış. Sonuncu dəfə Sevinc ilə WhatsApp vasitəsilə danışmış. Onunla 100 manatlıq metamfetaminə razılaşmış. Sevinc maddəni Sabunçu rayonu, Maştağa qəsəbəsinə göndərəcəyini demiş. O, göstərilən konuma getmiş. Orada tanımadığı bir şəxs yaxınlaşaraq “məni Sevinc göndərib" demiş və maddəni vermiş. O isə həmin şəxsə 100 manat pul vermiş. Maddənin bir hissəsini istifadə etmiş, qalan hissəsini şalvarının cibinə qoymuş. Hərəkətə başladıqdan təxminən bir dəqiqə sonra sivil geyimli iki nəfər yaxınlaşmış. Onlar vəsiqələrini göstərərək polis olduqlarını demişlər. O, etiraz etməmiş. Polis əməkdaşları üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar. O, üzərində metamfetamin olduğunu demiş. Polis əməkdaşlarının tələbi ilə şalvarının cibindən bir büküm metamfetamin çıxarıb təqdim etmiş. Onun üzərində aparılan yoxlama zamanı başqa hər hansı qanunsuz əşya tapılmamış. Götürülən maddə polis əməkdaşları tərəfindən ağ zərfə qoyulmuş, ağzı bağlanmış və o, zərfi imzalamış. Daha sonra möhürlənmiş. O, xx.xx.2025-ci ildə gündüz saatlarında Sevinc adlı şəxsdən 100 manat qarşılığında metamfetamin aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demiş. Tərtib olunmuş protokol və digər sənədləri imzalamış. Həmin vaxt yanında tərcüməçi və müdafiəçi (vəkil) də olmuşdur. Verilmiş suallara cavabında bildirmişdir ki, saxlanılan zaman videoçəkiliş olmuşdur, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, o isə olduğunu bildirib təqdim etmişdir, onu polis şöbəsinə aparmışlar, ona qarşı heç bir təzyiq təsir göstərilməmişdir, narkotik vasitəni 100 manata şəxsi istifadəsi üçün Sevinc adlı şəxsdən konum üzərindən almışdır, onunla telefonla danışmışdır, bir dost olmuş onun vasitəsilə əlaqə saxlamışlar, narkotik vasitəni satmaq niyyəti olmamışdır, əməlindən peşmandır, bərbər işləmişdir, üstündən çıxan maddə ona məxsus olmuşdur, Azərbaycanda yaşamaq icazəsi almağa çalışmışdır, Türkiyədə düşmənləri olduğu üçün Azərbaycana gəlmişdir, orada qalsa idi qaçaq olaraq yaşamalı idi, orada ölməmək üçün öldürməlidir, kimisə öldürməmək üçün gəlmişdir, Azərbaycana gələrkən şəxsiyyət vəsiqəsi ilə bilet alaraq təyyarə ilə gəlmişdir, 3 aydan bir giriş-çıxış etməsi lazım idi, 3 ay olduqdan sonra giriş-çıxış etmək üçün pulu olmamış bilet ala bilməmişdir, burada qalmışdır, bununla bağlı heç yerə müraciət etməmişdir. Azərbaycanda olması üçün hər hansı qanuni sənəd, daimi və müvəqqəti yaşamaq üçün icazəsi mövcud deyildir. Azərbaycan Respublikası vətəndaşı ilə nikahı olmayıb, Azərbaycan Respublikasında doğulmayıb, qaçqın statusu yoxdur, turist kimi gəlib, Türkiyədə anası, uşaqları var, burada yoxdur, dövlət tərəfindən hər hansı təqib yoxdur, yaşamaq icazəsi üçün dostlarına demişdir, onlar mümkün olmadığını bildirmişlər, rəsmi olaraq dövlət qurumuna müraciət etməmiş, sadəcə dostlarına demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsində cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cinayət əməlinin ifşa olunması məqsədilə 14 iyul 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş. Əməliyyat qrupunun tərkibinə özü və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmiş. Aparılmış əməliyyat tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 14:03-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Babək küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) yaxınlaşmış, özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə vəkillə təmin edilmək hüququ izah edilmiş, lakin o, bu hüquqdan imtina etmiş. Ardınca Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd bükünü çıxarıb təqdim etmiş. Bükü açıldıqda içərisindən “daş” kimi tanınan psixotrop maddə-metamfetamin aşkar edilmişdir. O, həmin kütləni Maştağa qəsəbəsində Sevinc adlı qadına 100 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) təqdim etdiyi bükü zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış. Bundan sonra Təqsirləndirilən şəxs 2-ci Polis Şöbəsinə gətirilmiş. Şöbəyə gətirilərkən özünə məxsus “Xiaomi" markalı mobil telefonu təqdim etmiş. Ardınca Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) götürülmüş büküm və mobil telefon təhqiqata təhvil verilmiş. Sonra bölmənin xidməti otaqlarından birində ona dövlət hesabına tərcüməçi və vəkil təyin edilmiş. Daha sonra təhqiqatçı, polis mayoru Fəxrəddin Kazımov tərəfindən Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş. Vəkilin və tərcüməçinin iştirakı ilə onun üzərindən götürülmüş zərfə baxış keçirilmiş. Zərfdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükü olmuş. Təhqiqatçı soruşduqda, Təqsirləndirilən şəxs bükünün ona məxsus olduğunu, içərisində "daş kimi tanıdığı maddənin yerləşdiyini, həmin maddəni 14 iyul 2025-ci il tarixdə səhər saatlarında Maştağa qəsəbəsindən Sevinc adlı qadına 100 manat ödəməklə aldığını demiş. Daha sonra təhqiqatçı bükünün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini elan etmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmiş. Ardınca aşkar edilmiş büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, onların ərazisi Xəzər rayonudur, onlara məlumat Xəzər rayon ərazisində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik istifadə etməsi və daşıması ilə bağlı olmuşdur, onlarda onu Sabunçuda saxlamışlar, əməliyyat məlumatı əsasında getmişlər, sonradan istintaq aidiyyəti üzrə göndərmişlər, hansı vaxtdan Azərbaycanda yaşaması ilə bağlı məlumatları yoxdur. Saxlanılarkən qaçmağa cəhd göstərməmişdir, ona qarşı heç bir təzyiq təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1979-cu il tarixdə Türkiyə Respublikası, Aydın şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Bakı şəhəri, Sabunçu rayonu, ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, Operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda qanunsuz olaraq özündə, yaşadığı ünvanda saxlamaqla daşıdığı narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs-nin(Təqsirləndirilən şəxs) olduğu yeri müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə dərhal üstü yoxlanılması, polis orqanına gətirilsin və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, Qərar müvafiq tədbir aparıldıqdan sonra məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır(i.v.6-7). “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 14 iyul 2025-ci il tarixdə, saat 14:03 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Babək küçəsi ev 15 ünvanın qarşısında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd qızılı kağıza bükülmüş ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu psixotrop maddəni bir müddət əvvəl tanış olduğu Sevinc adlı qadın vasitəsilə tanımadığı şəxsdən 100 manat pul qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd kağız bükümdə psixotrop maddəyə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş psixotrop maddənin “daş” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Babək küçəsi ev 15 ünvanın yaxınlığında keçirilmişdir(i.v.10-11). “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnə(Təqsirləndirilən şəxs) bu barədə qərarla tanış edərək üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman Təqsirləndirilən şəxs bu psixotrop maddəni Sevinc adlı tanışının vasitəsilə 100 manat qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 01 ədəd qızılı rəngli kağıza bükülmüş, spesifik iyə malik metamfetaminə bənzər maddə yenidən qabalaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür(i.v. 43-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 15 iyul 2025-ci il tarixli, 3-16-16/2-6/2445 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №193" dairəvi möhür əksi olan, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,807 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir(i.v.52-54). “ifadənin yerində yoxlanılması haqqında” 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,807 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində daşıyaraq üzərində saxlamış, 14 iyul 2025-ci il tarixdə saat 14:03 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1,807 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.85-86). “diskə baxış keçirilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan VTS_01_1.VOB» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 2 dəqiqə 07 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, günün işıqlı vaxtı vaxtı 1 nəfər mülki geyimdə olan polis əməkdaşı piyada hərəkətdə olan şəxsə yaxınlaşır. Daha sonra həmin şəxsdən özünü təqdim etməsi xahiş olunur və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir və Türkiyə vətəndaşı olduğunu əlavə edir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılma səbəbini, saxlanıldığı tarixi, saatı, ünvanı bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “daş” olduğunu, Azərbaycanda 8-9 aydır ki yaşadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır və bununla da çəkiliş sona çatır. Diskdə olan « VTS_02_1.VOB » adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 54 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 2-ci PŞ-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fəxrəddin Kazımov özünü təqdim edir və Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyini bildirir. Daha sonra müdafiəçi Bəhruz Səfərov, tərcüməçi Güləhməd İmanov, polis əməkdaşları və Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Bu zaman polis əməkdaşı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütləni təhqiqatçıya təqdim edir. Büküm açıldıqda təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütləni kimdən aldığını, və vaxt və haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs həmin maddəni Sevinc adlı tanışından aldığını bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir və Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir və heçnə aşkar edilmir. Bununla da çəkiliş sona çatır(i.v.145-146) Məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2025-ci il tarixli, 5854 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) KANNABİNOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür(i.v.153-154). “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” 28 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,757 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu Rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmiş, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin təhqiqatçısı polis mayoru Fəxrəddin Kazımov tərəfindən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 14 iyul 2025-ci il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu rayon Polis idarəsinin 14-cü Polis şöbəsinə göndərilmiş, Cinayət işinin bütün sənədlərində təqsirləndirilən şəxsin adı Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) kimi oxunması qərara alınmış, iş üzrə təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, üstünün yoxlanılması və üstündən aşkar edilmiş psixotrop maddə metamfetaminə baxış keçirilməsi protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2025-ci il tarixli 3-16-16/2-6/2445 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 sentyabr 2025-ci il tarixli 5854 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir (i.v.157-78). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs ona qarşı verilmiş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün məhkəməyə dəlillər təqdim etməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) 14 iyul 2025-ci il tarixdə, saat 14:03-dən tutulmuş hesab edilmişdir (i.v.39). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.71-72). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-302/2025 saylı, 16 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qismində qətimkan tədbiri seçilmişdir (i.v.93-97). “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.128). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında hazırki ********* saylı cinayət işi icraatdadır, məhkumluğu barədə məlumat yoxdur(i.v.155-156). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-457/2025 saylı 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) həbsdə saxlanılma müddəti 15 gün həddində, yəni 29 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə cəzanın növünə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı deyil(əcnəbidir) və onun ölkə ərazisində daimi yaşayış yeri yoxdur. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq edilməsinə aid edilmiş şəxslər qrupuna daxil deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin miqdarı-1,807 qram nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası verilməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı(CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), iş üzrə maddi sübut–02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs-nin(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma(əlavə cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməklə) cəzası təyin edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,757 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsnə(Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs-dən(Təqsirləndirilən şəxs) tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs(Təqsirləndirilən şəxs) əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 22 saata görə 242 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxsnə(Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar