Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-708/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1968-ci ildə Ermənistanın Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, qeyri-rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 15 yanvar 2009-cu il təvəllüdlü X1, 28 fevral 2010-cu il təvəllüdlü X2 və 23 dekabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, habelə 23 dekabr 2022-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 610 (altı yüz on) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 3(008)-2139/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 30 aprel 2025-ci tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 01 iyul 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 9857 (doqquz min səkkiz yüz əlli yeddi) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin əvvələrində Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 15 yanvar 2009-cu il tarixdə Lətifə adlı, 28 fevral 2010-cu il tarixdə Dəniz adlı və 23 dekabr 2022-ci il tarixdə Davud adlı üç övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2023-cü ilin əvvələrində ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan bir neçə ay keçəndən sonra keçmiş həyat yoldaşı Vəsilə 2023-cü ilin yay aylarında ondan üç azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 11 aprel 2023-cü il tarixdən başlayaraq 15 yanvar 2009-cu il tarixdə anadan olmuş qızı Lətifənin, 28 fevral 2010-cu il tarixdə anadan olmuş qızı Dənizin və 23 dekabr 2022-ci il tarixdə anadan olmuş oğlu Davudun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, habelə 23 dekabr 2022-ci il tarixdə anadan olmuş oğlu Davudun 3 (üç) yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 610 (altı yüz on) manat alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 07 iyun 2023-cü il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləğdən ödəniş etməyinə baxmayaraq icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayəti əsasında barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 26 dekabr 2024-cü il tarixdə cəzası bitdiyi üçün azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə ödəniş etməyinə baxmayaraq icra məmuru tərəfindən onun barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayəti üzrə icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. O, 26 dekabr 2024cü il tarixdə azadlığa buraxılandan sonra 01 iyul 2025-ci tarixədək məhkəmə qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə ödəməli olduğu 10370 (on min üç yüz yetmiş) manat puldan icra dövründə 513 (beş yüz on üç) manat məbləğində ödəniş etmiş və qeyd edilən tarixədək 9857 (doqquz min səkkiz yüz əlli yeddi) manat aliment borcu yaranmışdır. Cinayət məsuliyyətinə cəlb edilməyi barədə barəsində toplanmış materiallar Sabunçu rayon İcra şöbəsindən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndəriləndən sonra, qeyd edilən aliment borcundan 1020 (min iyirmi) manat məbləğində ödəniş etmiş və ödəmə qəbzlərini istintaqa təqdim etmişdir. O, əlavə olaraq onu da qeyd etmişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməməyinə səbəb sonuncunun üç azyaşlı uşaqları ilə onunla görüşə icazə verməməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin aprel ayının 11-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından 15 yanvar 2009-cu il tarixdə Lətifə adlı, 28 fevral 2010-cu il tarixdə Dəniz adlı və 23 dekabr 2022-ci il tarixdə Davud adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət bir yerdə kirayədə yaşamaqlarına baxmayaraq keçmiş həyat yoldaşı İlqar üç azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları ünvanda kimsəsiz qoyaraq başqa bir ünvanda yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra azyaşlı uşaqlarının böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və Təqsirləndirilən şəxs bir ata kimi uşaqlarının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2023-cü ilin aprel ayında sonuncudan üç azyaşlı uşağının saxlanılmasından ötrü aliment pulunun alınmasına dair Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 11 aprel 2023-cü il tarixdən başlayaraq 15 yanvar 2009-cu il tarixdə anadan olmuş X1, 28 fevral 2010-cu il tarixdə anadan olmuş X2 və 23 dekabr 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, habelə 23 dekabr 2022-ci il tarixdə anadan olmuş X3 3 (üç) yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 610 (altı yüz on) manat alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 07 iyun 2023-cü il tarixli qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona tam olaraq ödəmədiyi üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixədək ona alimentə görə 4867 (dörd min səkkiz yüz altmış yeddi) manat məbləğində borcundan heç bir ödəniş etmədiyi üçün şikayəti əsasında Sabunçu rayon İcra Şöbəsi tərəfindən sonuncunun barəsində toplanmış materiallar cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmiş və istintaq idarəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində cinayət işi qaldırılaraq toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin cinayət işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona alimentə görə borclu oduğu məbləğdən müəyyən qədər ödəniş etdiyi üçün barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair 26 sentyabr 2024-cü il tarixli hökm qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə azadlığa buraxılandan sonra icra dövründə alment borcunu yenidən qərəzli olaraq ona ödəməkdən yayınmağa başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonradan icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azadlığa buraxıldığı 26 dekabr 2024-cü il tarixdən 2025-ci ilin iyul ayının 1-dək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi üzrə ona alimentə görə ödəməli olduğu 10370 (on min üç yüz yetmiş) manat puldan icra dövründə 513 (beş yüz on üç) manat məbləğində ödəniş etmiş və qeyd edilən tarixədək 9857 (doqquz min səkkiz yüz əlli yeddi) manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq aylıq qazancının orta hesabla 800 (səkkiz yüz) - 1000 (bir min) manat müqabilində təşkil etməsinə baxmayaraq 01 iyul 2025-ci il tarixədək ona alimentə görə borclu olduğu 9857 (doqquz min səkkiz yüz əlli yeddi) manat məbləğində puldan istintaq dövründə müxtəlif vaxtlarda 1020 (min iyirmi) manat məbləğində ödəniş etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 510 (beş yüz on) manat və 23 dekabr 2022-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 610 (altı yüz on) manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənməlidir. Əlavə olaraq Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti dövlət xeyrinə ödənməlidir. 10 iyul 2023-cü il tarixdə icra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icra sənədinin icraatına başlanılaraq borcluya alimentin dərhal könüllü qaydada ödəməsi üçün ünvanına bildiriş göndərilmişdir. Borclunun şöbəyə dəvət edilməsinə baxmayaraq, icra şöbəsinin çağırışlarına gəlməmişdir. Borclunun qeydiyyatda olduğu ünvana gedilmiş və həmin ünvanda yaşamadığı üçün 14 iyul 2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Sabunçu RPİ-nə göndərilmişdir. Məcburi icra tədbirləri nəticəsində borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin borcluya məxsus gəlir və əmlak aşkar edilməmişdir. 13 oktyabr 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və həmin tarixdə aliment borcundan ödəniş etmədiyi üçün icra tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmişdir. 27 oktyabr 2023-cü il tarixdə borclunun cinayət məsuliyyətinə cəlb olunması barədə ona xəbərdarlıq verilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 8(008)-720 saylı qərardadı ilə ölkədən çıxışı müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 27 dekabr 2023-cü il tarixdə borclu şöbəyə dəvət edilərək izahatı alınaraq aliment borcunun ödənilməsi tələb edilsə də, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. 10 yanvar 2024-cü il tarixdə borclu təkrar şöbəyə dəvət edilərək yenidən izahatı alınaraq həmin tarixdə ona cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunmuş və barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 1(008)-408/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Borclu Təqsirləndirilən şəxs cəza müddəti 26 dekabr 2024-cü il tarixdə bitdikdən sonra icra tədbirləri davam etdirilmiş və həmin tarixdən sonra ona bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunacağına dair rəsmi olaraq xəbərdarlıq təqdim edilməsinə baxmayaraq aliment borcundan ödənişlər etməmişdir. Borclu icra məmurunun çağırışlarından boyun qaçırdığına və qeydiyyatda olduğu ünvanda yaşamadığına görə barəsində 03 fevral 2025-ci il tarixdə axtarışı barədə qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Sabunçu RPİ-nə göndərilmişdir. 21 aprel 2025-ci il tarixdə borclu şöbəyə dəvət edilərək izahatı alınmış və əvvəllər yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmiş, lakin aliment borcunu ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 21 aprel 2025-ci il tarixdə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 21 aprel 2025-ci il tarixli, 3(008)-2139/2025 saylı qərarı ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 30 aprel 2025ci il tarixdə borcluya 10 (on) gün könüllü icra müddəti təyin edilmiş və həmin tarixdə ona cinayət məsuliyyətinə cəlb olunacağı haqqında xəbərdarlıq təqdim edilmişdir. 04 iyun 2025-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs Sabunçu rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. 17 iyun 2025-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi ona məxsus şəxsi əmlak aşkar edilməmişdir. 3 saylı Bakı Dost mərkəzinin 14 noyabr 2023-cü il tarixli məktubuna əsasən borclu Təqsirləndirilən şəxs məşğulluq sistemində iş axtaran kimi qeydiyyatda deyil və əmək müqaviləsi aşkar edilməmişdir. İcra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün verilmiş ilkin təqdimatın verildiyi 12 yanvar 2024-cü il tarixdən sonuncu təqdimat verilən 01 iyul 2025-ci il tarixədək ödəməli olduğu 10370 (on min üç yüz yetmiş) manat aliment borcundan 513 (beş yüz on üç) manat məbləğində ödəniş etmiş və 9857 (doqquz min səkkiz yüz əlli yeddi) manat ödənməmiş borcu yaranmışdır. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-15-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı qətnaməsindən və 16-17ci vərəqələrində olan İcra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 610 (altı yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin 18-ci vərəqində olan İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(008)-720/2023 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməsi, xx.xx.1968-ci il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə tələbin təmin edilənə qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 97-99-cu vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-2139/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin 21 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 142-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi təqsirli bilinirək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 143-148-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 26 sentyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alandək dəyişdirilmədən saxlanılması hökm etmişdir. Cinayət işinin 195-196-cı vərəqələrində olan “Qətimkan tədbiri seçmək haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona olan 9857 manat borcu tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023cü il tarixli, 2(008)-3467/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-3467/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.11, 40.1, 43.1.2, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(008)-708/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-708/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver