Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-71/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, Saatlı şəhəri, Şahid7 prospekti, D-1, ev 12 ünvanında qeydiyyatda olan ünvanda qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, ali təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 iyul 2022-ci il tarixdən hesablanılaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən həmin təcridxananın nəzarətçisi X3 qulluq mövqeyindən istifadə etməklə yoxlamadan gizlətməklə təcridxanaya keçirdiyi və ona ötürdüyü «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş, «Samsung Qalaxy A31» markalı «SM-A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu və «Nokıa» markalı «Mini Phone» modelli «**********89518, **********8951» imei kodlu mobil telefonları əldə edərək özündə saxlamış, gəzdirmiş, «Samsung» markalı mobil telefona qoşulmuş anası Şahid8 adına olan 050 ******* nömrəli danışıq kartı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sabiq nəzarətçi Elşad Məmmədovla sonuncunun istifadəsində olan **********, habelə ********** nömrəli telefonlara zənglər etməklə anası Şahid8 ilə və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə, saat 11-15 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 08 saylı rejim korpusun 67 saylı kamerasında həmin qadağan olunmuş mobil telefonlar daxilində danışıq kartları ilə birlikdə kamerada sanitar qovşağının qapısının plastmas akəsmənin aşağı hissəsinin düzəldilmiş gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılarkən həmin təcridxananın nəzarətçisi X3 qulluq mövqeyindən istifadə etməklə yoxlamadan gizlətməklə təcridxanaya keçirdiyi və ona ötürdüyü «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş, «Samsung Qalaxy A31» markalı «SM-A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu və «Nokıa» markalı «Mini Phone» modelli «**********89518, **********8951» imei kodlu mobil telefonları əldə edərək özündə saxlamış, gəzdirmiş, «Samsung» markalı mobil telefona qoşulmuş kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs1 anası Şahid8 adına olan 050 ******* nömrəli danışıq kartı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sabiq nəzarətçi Elşad Məmmədovla sonuncunun istifadəsində olan **********, habelə ********** nömrəli telefonlara zənglər etməklə atası X5 ilə və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 11-15 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarışbaxış zamanı saxlanıldığı 08 saylı rejim korpusun 67 saylı kamerasında həmin qadağan olunmuş mobil telefonlar kamerada sanitar qovşağının qapısının plastmas akəsmənin aşağı hissəsinin düzəldilmiş gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Məhkəmə əvvəlki iclaslarında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06 iyun 2023-cü il tarixdə, saat 11:15 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 8 saylı rejim korpusunun 67-ci kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı hissəsindən kustar üsulla hazırladıqları gizli saxlanc yerindən məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan, ona məxsus daxilində ***- ***-**-** nömrəli “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı və kamera yoldaşı Təqsirləndirilən şəxs2 məxsus daxilində ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatları və həmin mobil telefonlara dair elektrik qidalandırıcıları aşkar edilərək götürülmüşdür. Fakt barədə təcridxananın əməkdaşlan tərəfindən protokol tərtib olunmuş və onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin mobil telefon aparatlarını daxilində danışıq kartları ilə birlikdə qeydiyyatda olduqları korpusun nəzarətçisi X2 hər ikisini 910 (doqquz yüz on) manata almışlar. Belə ki, mobil telefonlar aşkar olunmamışdan bir neçə ay əvvəl təxminən 2023-cü ilin fevral ayının əvvəllərində X1 ona və kamera yoldaşı Təqsirləndirilən şəxs2 pul müqabilində mobil telefon aparatı gətirə biləcəyini bildirmiş, onlar X1ndan hər ikisinə mobil telefon aparatlarını gətirəcəyi təqdirdə qiyməti ilə maraqlanmış, X1 hər ikisinə mobil telefon aparatlarını gətirməsi üçün onlardan 910 (doqquz yüz on) manat müqabilində pul istəmişdir. Bundan sonra, hər ikisi nazərətçi X4 onlar üçün həmin qiymətə mobil telefon aparatlarını gətirilməsinə razılıq vermişlər. Həmin vaxt onlarda qeyd edilən məbləğdə pul olmadığı üçün X6 ilə aralarında qeyd edilən məbləği hissə-hissə ödəməklə bağlı razılığa gəlmişlər. X6 razılaşaraq yaxın zamanda mobil telefon apartlarını gətirəcəyini söz vermişdir. X1 bir neçə gün sonra, təxminən 2023-cü ilin fevral ayının axırlarında axşam saatlarında daxilində danışıq kartları olan qeyd edilən mobil telefon aparatlarını, həmin mobil telefonlara dair elektrik qidalandırıcılarını onlara vermiş və hər ikisi daxilində danışıq kartları olan həmin mobil telefon aparatlarını öz istifadələri üçün gizli saxlanc yeri düzəldərək orada gizlətmişlər. Sonradan bir ay müddət ərzində həmin məbləği yanlarına görüşə gələn yaxınlarından əldə edərək hissə-hissə X4 vermişlər. O, daxilində ***-***-**-** nömrəli “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatından istifadə edərək bir neçə dəfə anası Şahid8 və atası ilqarın istifadəsində olan 055 ******* və ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq əlaqə saxlayaraq danışmış, həmçinin başqa nömrələrə də zənglər etməklə tanışları ilə əlaqə saxlamışdır. Qeyd edilən telefonda aşkar edilmiş telefon danışıq kartı anası Şahid8 məxsus olmuş, anası həmin telefon danışıq kartını onun xahişi ilə nəzarətçi Elşad Məmmədova vermişdir, sonuncu da bu telefon danışıq kartını ona vermişdir. Həmçinin telefondan istifadə etməklə X1 ilə bir neçə dəfə sonuncunun istifadəsində olan 055 ******* nömrəli telefonuna zənglər etməklə və mesajlar göndərməklə o, və Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamışlar. X3 qulluq mövqeyindən istifadə etməklə yoxlamadan gizlətməklə təcridxanaya keçirdiyi və ona ötürdüyü mobil telefonun həbsdə saxlanılanlar üçün qadağan olunması barədə məlumatı olmamış, mobil telefonun həbs yerlərində olan şəxslər üçün saxlanılması və istifadəsi qadağan olunması barədə əvvəlcədən onlara məlumat verilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda təqsirli bilmədi. Məhkəmənin əvvəlki iclaslarında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 06 iyun 2023-cü il tarixdə, təxminən saat 11:15 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 8 saylı rejim korpusunun 67-ci kamerasında axtarışbaxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı hissəsindən kustar üsulla hazırladıqları gizli saxlanc yerindən məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan kamera yoldaşı Təqsirləndirilən şəxs1 məxsus daxilində ***-***-**-** nömrəli “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı və özünə məxsus daxilində ***-***-**- ** nömrəli “Bakcell” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatları və həmin mobil telefonlara dair elektrik qidalandırıcıları aşkar edilərək götürülmüşdür. Fakt barədə təcridxananın əməkdaşları tərəfindən protokol tərtib olunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin mobil telefon aparatlarını daxilində danışıq kartları və elektrik qidalandırıcıları ilə birlikdə qeydiyyatda olduqları korpusun nəzarətçisi X2 hər ikisini 910 (doqquz yüz on) manata almışlar. Belə ki, mobil telefonlar aşkar olunmamışdan bir neçə ay əvvəl təxminən 2023-cü ilin fevral ayının əvvəllərində X1 ona və kamera yoldaşı Təqsirləndirilən şəxs1 pul müqabilində mobil telefon aparatı gətirə biləcəyini bildirmiş, onlar X1ndan hərəsinə mobil telefon aparatlarını gətirəcəyi təqdirdə qiymətini soruşmuş, X1 hər ikisinə mobil telefon aparatlarını gətirməsi üçün onlardan 910 (doqquz yüz on) manat müqabilində pul istəmişdir. Bundan sonra hər ikisi nazərətçi X4 onlar üçün həmin qiymətə mobil telefon aparatlarını gətirilməsinə razılıq vermişlər. Həmin vaxtı onlarda qeyd edilən məbləğdə pul olmadığı üçün X6 ilə razılığa gəlmişlər ki, qeyd edilən məbləği hissəhissə sonuncuya versinlər. X6 razılaşaraq yaxın zamanda mobil telefon apartlarını gətirəcəyini söz vermiş, bir neçə gün sonra təxminən 2023-cü ilin fevral ayının axırlarında axşam saatlarında, X6 daxilində danışıq kartları və elektrik qidalandırıcarı olan qeyd edilən mobil telefon aparatlarını, həmin mobil telefonlara dair elektrik qidalandırıcılarını onlara vermiş və hər ikisi daxilində danışıq kartları olan həmin mobil telefon aparatlarını öz istifadələri üçün gizli saxlanc yeri düzəldərək orada gizlətmişlər. Sonradan bir ay müddət ərzində həmin məbləği yanlarına görüşə gələn yaxınlarından əldə edərək hissə-hissə X4 vermişlər. O, kamera yoldaşı Təqsirləndirilən şəxs1 məxsus daxilində ***-***-**-** nömrəli “Azercell” danışıq kartı olan “Samsung” markalı və özünə məxsus daxilində ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı olan “Nokia” markalı mobil telefon telefon aparatından istifadə edərək bir neçə dəfə atası Habilin istifadəsində olan ***-***-**-** saylı, və başqa nömrələrə zənglər etməklə əlaqə saxlamışam, həmçinin X1 ilə sonuncunun istifadəsində olan 055 ******* nömrəli telefonuna zənglər və mesajlar göndərərək o və Təqsirləndirilən şəxs1 sonuncu ilə əlaqə saxlayaraq danışmışlar. X3 qeyd etdiyi telefon nömrəsini bloknot vərəqəsində yazmışdır. X3 qulluq mövqeyindən istifadə etməklə yoxlamadan gizlətməklə təcridxanaya keçirdiyi və ona ötürdüyü mobil telefonun həbsdə saxlanılanlar üçün qadağan olunması barədə məlumatı olmamış, mobil telefonun həbs yerlərində olan şəxslər üçün saxlanılması və istifadəsi qadağan olunması barədə əvvəlcədən onlara məlumat verilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda təqsirli bilmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə təxminən saat 11:15 radələrində hal şahidlərinin və təcridxananın digər əməkdaşları ilə birlikdə 8 saylı rejim korpusunun 67-ci kamerasında qəfləti axtarış-baxış tədbiri keçirilən zaman kameranın sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı tərəfində kustar üsulla düzəldilmiş gizlin saxlanc yerindən gizlədilmiş vəziyyətdə məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan - daxilində “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı və daxilində “Bakcell” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatları təcridxananın əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sorğu edilən zaman bildirmişlər ki, aşkar olunaraq götürülmüş daxilində danışıq kartları olan mobil telefon aparatları onlara məxsusdur və həmin mobil telefon aparatlarını həbsdə saxlanıldıqları korpusun nəzarətçisi Elşad Məmmədovdan pul müqabilində almışlar. Bu fakt ilə əlaqədar təcridxananın digər əməkdaşlarının, hal şahidlərinin, həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə protokol tərtib edilərək aşkar edilərək götürülmüş daxilində danışıq kartları olan mobil telefon aparatları qablaşdırılaraq protokola əlavə edilmişdir. Bütün təqsirləndirilən şəxslər və cəza çəkən məhkumlar, eləcədə həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da, bilirlər ki, mobil telefon həmin qadağan edilmiş əşyalardandır, saxlanılması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 və Şahid5 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı İstintaq Təcridxanasında onun böyük oğlu Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmış, hazırda isə oğlu Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Bu ilin fevral ayında, dəqiq vaxt yadında deyil, oğlu ona zəng edərək bildirmişdir ki, yanına onun adından bir adam gələcək və sonuncuya telefon danışıq kartı verməsini xahiş etmişdir. Təxminən 3-4 gündən sonra ona bir nəfər adam zəng edərək bildirmişdir ki, Təyyarın tanışıdır və Sumqayıt şəhərində görüşməyi təklif etmiş, o, həmin adamla şəhərin mərkəz hissəsində görüşərək öz adına olan 050 ******* nömrəli telefon danışıq kartını vermişdir. Həmin oğlan ondan pul istəməmiş və həmin adama heç bir başqa bir şey verməmişdir. Sonra isə oğlu ona mobil telefondan hazırda da işlətdiyi 055 ******* nömrəsinə zəng edərək dəfələrlə danışmışlar, hal əhval tutmuşlar. O, həmin adamı ancaq istintaq idarəsində görmüş və ona məlum olmuşdur ki, bu təcridxanada işləyən nəzarətçi olmuş Elşad Məmmədovdur. Sonuncuya telefon danışıq kartını verdikdən sonra daha görüşməmişlər. Sonradan bu ilin iyun ayının əvvəllərində bilmişdir ki, oğlunu mobil telefonla tutmuşlar. Haradan oğlu mobil telefon əldə edib bilmir, bundan məlumatı yoxdur. O, elə bilmişdir ki, istintaq təcridxanasında mobil telefon icazəlidir və ona görə oğluna öz adına olan telefon danışıq kartını göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun oğlu Təqsirləndirilən şəxs2 hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında təxminən 1 il 1 ay həbsdə saxlanılır. Oğlu Asər Azərbaycan Respublikası CM-nin 206 və 234-cü maddələri ilə həbs edilmiş, hələki məhkəməsi bitməmişdir. O, imkanı olanda oğlunun yanına görüşə gedib sovqat aparmış, görüşləri şüşə arxasında olmuşdur. Oğlu Asər istintaq təcridxanasından mobil telefon nömrəsindən evində işlətdiyi 050 ******* nömrəli və bir neçə dəfə özündə olan 050 ******* nömrəli telefonlara zənglər etmiş, zəngləri əsasən axşam saatlarında saat 19-20 olmuşdur, söhbətləri ümumi xarakter daşımışdır, sonra ona bildirilmişdir ki, oğlunu mobil telefondan istifadə etməyə görə cəzalandırıblar. O, bilmirdi ki, mobil telefona görə məsuliyyət var, oğlunun vəkili ona bu barədə bildirmişdir ki, mobil telefona görə cinayət məsuliyyəti vardır. Onun oğlu ali təhsilli adamdır, Vətən Müharibəsi iştirakçısıdır, medallarla təltif edilib, qazidir. O, oğluna həmişə az miqdarda yəni, 15-20 manat pul göndərmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının əməkdaşlan əməliyyat məlumatı əsasında həmin gün saat 11:15 radələrində təcridxananın 8-ci rejim korpusun 67 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən həmin kamerada olan sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı tərəfində kustar üsulla düzəldilmiş gizlin saxlanc yerində həmin kamerada saxlanılan xx.xx.2000-ci il təvəllüdlü, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 məxsus daxilində danışıq kartı olan «Samsung» markalı, habelə xx.xx.1998- ci il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus daxilində danışıq kartı olan işlək vəziyyətdə «Nokıa» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin 20-21-ci vərəqəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-258/2022 nömrəli, 10 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanılmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan "xxxx" MMC-nin 13738 nömrəli, 21 iyun 2023-nömrəli məktubundan görünür ki, 050 ******* nömrəli danışıq kartının müqavilə üzrə sahibi Şahid8 Ələsdar qızıdır. Cinayət işinin 66-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 67-69-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/884 nömrəli, 11 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı «android 12» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Galaxy A31» markalı «SM- A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Bir ədəd «Nokia» markalı «Mini Phone»modelli «**********89518, **********8951» imei kodlu mobil telefon hal hazırda qismən işlək vəziyyətdədir. Cinayət işinin 70-71-ci vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 63 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Həbs yerlərinin Daxili intizam Qaydaları»nın 3 nömrəlii əlavəsinin çıxarışından görünür ki, mobil telefon həbs yerlərində olan şəxslər üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Cinayət işinin 128-143-cü vərəqəsində olan Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 170-ci vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protkoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək Penitensiar Xidmətin istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefona qoşulmuş Təqsirləndirilən şəxs1 anası Şahid8 adına olan 050 ******* Ns-li danışıq kartı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək nəzarətçi işləmiş Elşad Məmmədovun istifadəsində olan 055 ******* Ns-li telefona zənglər və SMS-lər etməklə əlaqə saxlamaqla 15 dəfə istifadə etməsi barədə məlumatlar qeydiyyata alınması müəyyən edilmişdir. Belə ki, həmin SMS-lərdə «Elşad, salam, qaqa, gələndə balaca şüşə qruşka gətir, quruşkam sınıb çay içməyə», «5 manatda mənə kontur at axşam pul vuracağıq», «qaqa Elşad, qadam, gələndə adaptirını gətir ha tək gətirmə dəmiri adaptırıyla bir yerdə gətir», həmin nömrədən +99477 ******* nömrəyə olan mesajda - «52.61.63.33.33.59.99.50 X10 Memmedov» yazılar qeyd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 anası Şahid8 istifadəsində olan 055 ******* nömrəli telefonla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 29 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 atası Şahid7 istifadəsində oloan 050 ******* nömrəli telefonla xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 6 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. Həmin məlumatların çıxarışlarından görünür ki, 050 ******* telefon nömrəsi Şahid8, 050 ******* nöirəli telefon isə Şahid7 adınadır. Cinayət işinin 178-ci vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar edilmiş 2 ədəd mobil telefon, daxilində danışıq kartları ilə və elektrik qidalandırıcıları birlikdə, Azercell-Telekom MMC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan İ-1584 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan İ-18852 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə, Sumqayıt şəhəri Məhkəməsinin 21 noyabr 2022-ci il hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanılaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edilə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun Vətən Müharibəsində iştirakını, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirir və onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onların islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs1 barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq işə əlavə edilmiş «Samsung Qalaxy A31» markalı «SM-A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu və «Nokıa» markalı «Mini Phone» modelli «**********89518, **********8951» imei kodlu mobil telefonlar, daxilində danışıq kartları ilə və elektrik qidalandırıcıları birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 187, 197-198, 341-349, 351-353, 358, 384-385-cш maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun Abşeron Rayon Məhkəməsinin 1(012)-102/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut, «Samsung Qalaxy A31» markalı «SM-A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu və «Nokıa» markalı «Mini Phone» modelli «**********89518, **********8951» imei kodlu mobil telefonlar, daxilində danışıq kartları və elektrik qidalandırıcıları ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-71/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-71/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver