Məhkəmə qərarları › İş №1(008)-714/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-714/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-714/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalıq oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi (qardaşı) X1, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Şərur rayonu, Siyaqut kəndində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən,subay, məhkum olunmamış, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Fazenda adlanan sahədə yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X6 ilə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 26 may 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 1 ünvanına gələrək, N.Ələsgərov evin darvazasını açıb yaşayış yeri hesab olunan həmin evin həyətinə qanunsuz daxil olandan sonra Təqsirləndirilən şəxs isə N.Ələsgərovun həmin evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsini üçün sonuncuya şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda evin içərisində olan N.Ələsgərova hər hansı bir siqnal(məlumat) verilməsi üçün pusquda dayanmış, N.Ələsgərov isə evin plastik pəncərəsini açıb evin içərisinə qanunsuz daxil olaraq orada vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 1120 manat nağd pulu, məzənnə ilə 17 manat təşkil edən 1 ədəd 10 ABŞ dollarlı pul əskinazını, 1 ədəd 583 əyarlı 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583 əyarlı 300 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583 əyarlı 300 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı üzərində 25 ədəd xırda brilliant daşları olan 1700 manat dəyərində qızıl üzüyü, 1 cüt 583 əyarlı qızıldan olan 400 manat dəyərində sırğaları, 1 ədəd 583 əyarlı 100 manat dəyərində «N» hərfli qızıl kulonu, 300 manat dəyərində sadə kişi qol saatını, 50 manat dəyərində 1 ədəd 925 əyarlı gümüşdən olan üzüyü, 80 manat dəyərində bir cüt 925 əyarlı gümüşdən olan sırğaları, 20 manat dəyərində olan 925 əyarlı «günəş» formalı kulonu, 1 ədəd 583 əyarlı 200 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 583 əyarlı 150 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583 əyarlı 300 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 750 əyarlı 100 manat dəyərində ağ qızıldan olan klonu, 1 ədəd 750 əyarlı 50 manat dəyərində qızıl klonu, 1 ədəd 750 əyarlı 50 manat dəyərində qızıl klonu, 1 ədəd 750 əyarlı 150 manat dəyərində qızıl bilərziyi ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda, 5787 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş tərəfin ifadəsi, iş materiallarında şahid ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, X3 o Zabrat qəsəbəsinin sakini kimi uzun illərdi ki, tanıyır. 26 may 2022-ci il tarixdə, saat 12 radələrində o qoyunları otlaq sahəyə aparanda gördü ki, qoyunun biri yoxdur. Həmin qoyunu axtarmağa başladı və təsadüfən gəzişə gəzişə Sabunçu rayonu Fazenda deyilən yerin yanında yerləşən Sadiq Rəhimov küçəsinə gəldi. Orada o gördü ki bir nəfər qadın evinin qapsını bağlayıb evdən çıxır. Qadın ondan şübhələnməsin deyə o mobil telefonunu yalandan qulağına tuturdu ki, guya kiminləsə danışır. Həmin qadın ona baxanda o dərhal başında saxladığı gün eynəyini gözünə taxdı və sifətini arxaya çevirdi ki, qadın onu görməsin. O, həmin qadını izlədi ki, qadın hara gedir. Qadın bir neçə metr evindən aralananda o bildi ki, Nərminənin evində heç kim yoxdur. Çünki Nərminə evindən çıxanda darvazanan çöl tərfindən daşı qoydu. Həmin evdən təkbaşına oğurluq etməyə o ehtiyyat etdi və buna görədə tanışı X4 zəng vurub xahiş etdi ki, həmin ünvana gəlsin. O isə həmin ünvanda kənarda Nazimi gözləyəndə evə baxırdı ki, evə gələn olsa həmin evə daxil olmasınlar. Təxminən 15 dəqiqədən sonra Nazim onun yanına idarə etdiyi metallik rəngli «Toyota Corolla» markalı dövlət nömrəni xatırlamadığı avtomobili ilə gəldi. Nazim tək gəlmişdir və o Nazimə təklif etdi ki, həmin evə daxil olub oradan oğurluq etsinlər, Nazim razılaşdı və onlar qərara gəldilər ki, o çöldə pusquda dayanacaq, Nazim isə evin içərisinə daxil olacaq. O küçəyə evin darvazasının qarşısında dayandı, Nazim isə darvazanın qarşısında olan daşı kənara çəkib evin həyətinə daxil oldu. O darvazanın qarşısında dayanıb gözləyirdi ki, gələn olsa Nazimə işarə etsin ki, Nazim evdən tez çıxsın. Nazim həmin evin həyətinə daxil olanda, evin içərisinə necə daxil olduğunu o görmədi. Təxminən 20-25 dəqiqədən sonra Nazim evdən çıxıb avtomobili tərəfə getdi və o Nazimlə birlikldə avtomobilə oturdu və hadisə yerindən uzaqlaşdılar. Hadisə yerindən bir qədər aralanandan sonra Nazim avtomobili yolun kənarında saxlayıb ona bildirdi ki, evdən 20 manat nağd pulu və qızılları oğurlayıb. Qızıl zinyət əşyaları Nazim cibindən çıxarıb ona göstərib dedi ki, həmin qızılları satıb pulunu onunla böləcək, oğurladığı 20 manatı isə ona verdi. Bundan sonra Nazim onu evinin yanında düşürdüb özü oradan çıxıb getdi. O, da 20 manatı öz ehtiyyaclarına həmin günü xərclədi, özü isə gözləyirdi ki, Nazim qızılları satıb pulu onunla böləcək. O da səhərisi günü Nazimə zəng vurub qızılların satıb satmaması barədə soruşanda Nazim ona müxtəlif bəhanələr gətirməyə başladı ki, gah qızılları hələ sata bilmir, maşını xarabdır, ustanın yanındadır. Qızılları Nazimin satıb satmadığını bilmir. Nazimlə birlikdə törətdiyi oğurluq cinayəti nəticəsində Nazim ona cəmi 20 manat nağd pulu vermişdir. Nazim həmin evdən oğurluq etdikdən sonra onu aldatmışdır. Nazim ola bilər ki, evdən 1120 manatı və 10 ABŞ dollarını oğurlasın, amma bu barədə ona heç nə deməmişdir. Nazim onu aldadaraq ona demişdir ki, evdə cəmi 20 manat nağd pul və qızıllar olmuşdur. Həmin 20 manatıda ona vermişdir, qızılları ona göstərib demişdir ki, satıb onunla pulu böləcək. O da Nazimə inanmışdır. Lakin sonra Nazim ona heç nə verməmişdir. Hazırda törətdiyi cinayət əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş tərəflə barışıq əldə edilmişdir. Göstərilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, 26 may 2022-ci il tarixdə, saat 12 radələrində bacısı evdən çıxıb qızının dalınca məktəbə gedəndə evinin həyətin darvazasını çöl tərəfdən örtüb daşla qabağını bağlamışdır ki, darvazanı külək açmasın. Həmin vaxtı bacısı evin ətrafında bir nəfər təxminən 30-35 yaşlı şəxsi görmüşdür. Həmin şəxs hündür boylu qarayanız arıq bədənli olmuşdur. Bacısı evindən avtobus dayanacağı tərəfi bir qədər gedəndə hiss etmişdir ki, həmin şəxs onu izləyir və arxası ilə hara getdiyini müşahidə edir, bundan sonra həmin şəxs ondan qabağa keçib və hərəkətini davam etdirmişdir. Sonra o, avtobusa minən zaman həmin şəxs görmüşdür ki, o avtobusa mindi və oradan çıxıb getdi. Uşağını məktəbdən götürüb saat 14 radələrində evinə qayıdanda isə görmüşdür ki, evinin darvazası açıq vəziyyətdədir, evin həyətinə daxil olanda isə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu və həyətində olan nərdivanın pəncərə tərəfə qoyulduğunu görmüşdür. O, bu vəziyyəti görən kimi başa düşmüşdür ki, evinə kənar şəxs daxil olmuşdur. Bundan sonra o evə daxil olanda evinin yataq otağının darmadağın vəziyyətdə olduğunu görmüşdür. Evdən ona məxsus olan 1120 manat məbləğində nağd pul, məzənnə ilə 17 manat təşkil edən bir ədəd 10 ABŞ dolları əskinazı, 1 ədəd 583 əyyarlı 400 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyyarlı 300 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyyarlı 300 manat dəyərində qızıl üzük, 1 ədəd 583 əyyarlı üzərində 25 ədəd xırda brilliant daşları olan 1700 manat dəyərində qızıl üzük ( briliantlar setka şəklində düzülür), 1 cüt 583 əyyarlı qızıldan olan 400 manat dəyərində sırğalar, 1 ədəd 583 əyyarlı 100 manat dəyərində «N» hərfli qızıl kulon, 300 manat dəyərində sadə markasını xatırlamadığı kişi qol saatı, 50 manat dəyərində 1 ədəd 925 əyyarlı gümüşdən olan üzük, 80 manat dəyərində bir cüt 925 əyyarlı gümüşdən olan sırğalar, 20 manat dəyərində olan 925 əyyarlı «günəş» formalı kulon, 1 ədəd 583 əyyarlı 200 manat dəyərində qızıl bilərzik, 1 ədəd 583 əyyarlı 150 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyyarlı 300 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 750 əyyarlı 100 manat dəyərində ağ qızıldan olan kulon «tək qaş», 1 ədəd 750 əyyarlı 50 manat dəyərində qızıl kulon «at nalı formasında», 1 ədəd 750 əyyarlı 50 manat dəyərində qızıl kulon «göz müncüğü» formalı, 1 ədəd 750 əyyarlı 150 manat dəyərində qızıl bilərzik oğurlanmışdır.Həmin oğurluq nəticəsində bacısına 5787 manat dəyərində maddi ziyan dəymişdir.Hazırda vurulmuş maddi ziyan təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənildiyindən zərərçəkmiş tərəf olaraq onların təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə şahid Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında onun iş materiallarında olan ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir. (i.v.5-7). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin ifadəsini təsdiq etdiyini bildirmişdir (i.v.62-63). “Sübutlara qiymət verilməsi və cinayət işinin ayrılması haqqında” 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ********* saylı cinayət işinin materiallarından cinayətdə iştirak edən X2 barəsində AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (152-155). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə, saat 20:00-da tutulmuşdur (i.v.36). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(008)- 451/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.69-72). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 15 noyabr 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v 75-76). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CMnin 59.1.13), təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, cinayətin ictimai təhlükəliliyinin yalnız maddi zərərlə əlaqədar olması diqqətə alınmaqla cinayət əməli üzrə vurulmuş zərərin tam ödənilərək cinayətin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 03 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 28 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar