Məhkəmə qərarları › İş №1(008)-714/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-714/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-714/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1982-ci il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 18:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Passat” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə üzü Pirşağı istiqamətində yolun sol tərəfdən birinci hərəkət zolağında 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 50-ci maddəsinin 3-cü hissəsində və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndində göstərilən yəni, “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə edilməli”, “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” və “1.1-1.3 xətlərini kəsib keçmək qadağandır kimi” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək onunla eyni hərəkət zolağında qarşı əks yola dönmə əməliyyatını icra edən Zərərçəkmiş şəxs məxsus “Daewoo Nexia” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qanad hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan avtomobilin içərisində olan sürücü Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan sol körpücük sümüyünün akromial (distal) ucunun yerini dəyişən sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. “Volkswagen Passat minik” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, axşam radələrində “Volkswagen Passat minik” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən sağ tərəfində sağ zolaqda hərəkətdə olan “Daewoo Nexia” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddini azaldaraq sola dönüş etmiş, təxminən 10 metr məsafədə geriyə dönmə etməsinin gördükdə hadisənin qarşısını almaq üçün sükanı sola, yəni, qarşı əks yola doğru istiqamətləndirmiş, lakin, idarə etdiyi avtomobilin qabaq sağ ön hissəsi “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən hər iki avtomobil fırlanaraq üzü Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində dayanmışdır. Hadisə zamanı “Daewoo Nexia" markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri qırılaraq yolun kənarında dayanmış sonradan adını bildiyi Şahidə Rafiq qızına dəymişdir. Hadisə zamanı həmin qadına və “Daewoo Nexia” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs köməklik göstərmişdir. Hadisə zamanı o, hadisə zamanı spirtli içki qəbul etməmiş, özünə məxus “Volkswagen Passat” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuş, idarə etdiyi “Volkswagen Passat” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisənin baş verməsinə səbəb, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən sağ tərəfində sağ zolaqda hərəkətdə olan “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddini azaldaraq sola dönüş etməsi, təxminən 10 metr məsafədə geriyə dönmə etməsi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə sağ tərəfdən ikinci zolaqda hərəkət edib düz qoşa qırıq-qırıq xəttin üzərində sürət həddini tam azaldıb dayanaraq qarşı əks yola hərəkətdə olan avtomobilləri gözləyərkən, anidən arxadan eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan “Volkswagen Passat” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ara məsafəsi saxlamadan düz qoşa xəttin tələbini pozaraq qarşı əks yola çıxaraq idarə etdiyi avtomobilin qabaq sağ ön hissəsi ilə idarə etdiyi avtomobilin sol ön qanad hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı zərbənin təsirindən idarə etdiyi avtomobilin qabaq sol təkəri yerindən çıxaraq yolun kənarında dayanmış Şahidə Rafiq qızına dəymişdir. Həmçinin hadisə nəticəsində o, sol çiyin nahiyəsindən xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolunda “Nail” marketin qarşısında baş vermiş, hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolunda yerləşən evin qarşısında yolu keçib evinə doğru hərəkət edib yolun kənarında bir qədər gözləmiş, həmin vaxt, “Volkswagen Passat” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsində “Daewoo Nexia” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri yerindən çıxaraq ona dəymişdir. Hadisə zamanı hər iki avtomobilin sürücüsü ona yaxınşalaraq köməklik göstərmiş, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili vasitəsi ilə müayinə olunması üçün X3 getmişdir. Ona ilkin tibbi yardım göstərildikdən sonra aldığı xəsarətlər ciddi olmadığı üçün evə buraxılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan 17 yanvar 2023-cü il tarixli, 1/256 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 32-33-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 Sabunçu Rayon Şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 119 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsinin qançırı ilə müşaiyət olunan sol körpücük sümüyünün akromial (distal) ucunun yerini dəyişən sınığı və çıxığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyanın) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 50-51-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 28 mart 2023-cü il tarixli, 8/715 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Volkswagen Passat markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş materiallara əsasən Daewoo Nexia markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki tələb etmir. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 10 aprel 2023-cü il tarixli, 3/32-50487/122 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus AE 408124 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək qüvvədədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat qeyd olunmamışdır. Cinayət işinin 98-99-cu vərəqəsində olan 25 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında ilrizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №-li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, 04 yetkinlik yaşına çatmayan övladının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməli və ona cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar