Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-714/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Oğuz rayonu, Qarabaldır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, X5, ev 86, mənzil 22 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə qısqanclıq səbəbindən şəxsi münasibətlərin pozulması zəminində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı evdə masanın üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs boyun nahiyəsinə bir dəfə, sol əl nahiyəsinə isə bir dəfə qəsdən zərbələr vuraraq ona boyun nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası və sol əl nahiyəsinin səthi kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə rəsmi nikaha girib evlənmiş, birgə nikahdan üç övladları var, əvvəllər aralarında olan münasibət həmişə yaxşı olmuşdur. 2024-cü ilin may ayında Abşeron Rayon Məhkəməsinin qərarı ilə nikahları pozulmuş və boşanmışlar. Belə ki, 2016-cı ildə anası faciəli şəkildə öldükdən o, sonra spirtli içki qəbul etməyə başlamış və spirtli içki düşkünü olmuşdur. Spirtli içki aludəçisi olduqdan sonra hər gün evdə keçmiş arvadı Aybənizlə aralarında söz söhbətlər yaranmağa başlamış və get-gedə aralarında olan münasibətlər pozulmuşdur. O, ailəsinin dağılmaması üçün məcbur olub içkini yavaş-yavaş tərkitməyə başlamış və tamamilə dayandırmışdır. Spirtli içkinin qəbulunu dayandırdıqdan bir müddət sonra qulağına müxtəlif səslər gəlməyə başlamış, bu barədə o, keçmiş arvadı Aybənizə məlumat vermiş, Aybəniz isə ona narahat olmamasını, keçib gedəcəyini bildirmişdir. 18 sentyabr 2023-cü il tarixdə yenə onun qulağına müxtəlif səslər gəlirmiş, həmin səslərdə Aybənizin onu müxtəlif şəxslərlə münasibətdə olub aldatması və onun yaxşı kişi olmaması barədə sözlər deyilirmiş. Fikirləşmişdir ki, ola bilsin o, spirtli içki qəbul edəndə Aybəniz onun sərxoş olmasından istifadə edib bu hərəkətləri edir. Həmin gün təxminən saat 14:30 radələrində Aybənizlə evdə olmuşlar, Aybəniz divanda oturmuşdur. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı o, mətbəxdə masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Aybənizə tərəf yaxınlaşaraq ona nəyə görə xəyanət etdiyini və onu bağışlamayacağını deyib, əlində olan mətbəx bıçağı ilə əvvəlcə Aybənizin boyun nahiyəsinə zərbə vurub kəsmiş, sonra isə sol əl nahiyəsinə zərbə vurub xəsarət yetirərək evi tərk edib evdən çıxmış və Sabunçu RPİ-in 14-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində keçmiş arvadı Aybənizi bıçaqla vurduğunu və xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, aralarında baş vermiş mübahisəni heç kim görməmiş, həmin vaxt evdə ikisi olmuşlar, azyaşlı övladları isə evin həyətyanı sahəsində oynayırmışlar, səs-küy çox olmamış, ona görə də heç bir qonşu aralarında olan mübahisəni eşitməmişlər, nədə ki, görməmişlər. Hadisə vaxtı istifadə etdiyi bıçaq mətbəxdə gündəlik istifadə etdikləri, bıçaq olmuşdur, bıçağın harada olmasını xatırlaya bilmir, Aybənizi bıçaqla vurduqdan sonra o, özünü itirmiş, qorxduğu üçün bıçağı yaşadığı evin yaxınlığında dəqiq yadında deyil harasa tullamışdır. Ruhi və psixi cəhətdən sağlamdır, hər hansı bir xəstəliyi yoxdu. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə Ramilin anası öldükdən sonra Ramil spirtli içki qəbul etməyə başlamışdır. Ramil spirtli içki aludəçisi olduqdan sonra hər gün evdə aralarında söz söhbətlər yaranmağa başlamış və get-gedə aralarında olan münasibətlər pozulmuşdur. Əvvəllər yaşadıqları Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, Döngə 3 ünvanında yerləşən nömrəsiz fərdi evlə qonşuluqda yaşayan Ramilin xalasıgilin evlərinin pəncərəsi yaşadıqları evin həyətinə tərəf düşürmüş, hər dəfə Ramil evə içkili gəlirmiş və səbəbsiz yerə onunla mübahisə edərək, guya xalası oğlu Səbuhi Qənizadə hər gün yaşadıqları evin pəncərəsindən ona baxır və aralarında isti münasibətlər olur. Əslində Ramil yalan danışır, nə xalası oğlu Səbuhi ilə, nə dəki digər şəxslərlə onun heç bir münasibəti olmamış, sadəcə olaraq Ramil çox miqdarda spirtli içki qəbul etdiyinə görə hər dəfə içki qəbul edəndə onun gözünə nələrsə görünürmüş və onunla mübahisə etməyə başlayırmış. Sonuncu dəfə 18 sentyabr 2023-cü il tarixdə təxminən saat 14:30 radələrində əvvəllər yaşadıqları evdə olarkən, divanda oturmuş, həmin vaxt Ramil masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb üstünə gələrək onun Ramilə xəyanət etdiyini və onu bağışlamayacağını deyib, əlində olan mətbəx bıçağı ilə əvvəlcə boyun nahiyəsinə zərbə vurub kəsmiş, sonra isə sol əl nahiyəsinə zərbə vurub ona xəsarət yetirərək evi tərk edib çıxıb getmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 11-14-cü vərəqələrində olan “Hadisə yerinə baxışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2, ev 3-dür. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Sabunçu Rayon Şöbəsinin 2343 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş X1 boyun nahiyyəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası və sol əl nahiyəsinin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənara malik əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə boyun nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir; sol əl nahiyəsinin səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 29-31-ci vərəqələrində olan “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edillməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Canpolad Nağıyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi, materialın araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 60-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-cu vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd edir ki, hazırki cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 18 sentyabr 2023-cü il tarixdə törətmiş və onun törədildiyi vaxtdan 2 (iki) ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və və mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(008)-714/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-714/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver