Məhkəmə qərarları › İş №1(008)-716/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-716/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-716/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Mirzəyev Tekstil” yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində Şəhər Yolu Şosesi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, “Şınıx Marketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yolhərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyada X6 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində başbeyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızma, sol alın-təpə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq-qəlpəli sınıqları, burun və üz skelet sümüklərinin çoxsaylı yerini dəyişən açıq və qapalı- qəlpəli sınıqları, sol tərəfli V-Vİ-Vİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları, sol bazu sümüyünün yerini dəyişən qapalı sınığı, sol alın-təpə və burun nahiyələrinin əzilmiş yaraları, baş, sifət, döş qəfəsi, qarın, sol əl və hər iki diz nahiyələrinin qançır və sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, Eylaz İsmayılovda sol alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq-qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi onun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Neftçala rayonunda iş olmadığından 2013-cü ildən Bakı şəhərinə köçmüş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Mirzəyev Tekstil” yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. Hadisə baş verən günədək X6 tanımamış, ədavətləri və ya düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “KİA CEED" markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək şəxsi işlərindən ötrü getmişdir. O, idarə etdiyi texniki cəhətdən saz olan ‘KİA CEED" markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi tərəfdən Heydər Əliyev prospekti istiqamətində, Şəhər Yolu Şosesi ilə saatda 30 kilometr surətlə hərəkətdə olarkən, “Şınıx” marketin qarşısında görmüşdür ki, hərəkəti istiqamətində sağ səkidən sol səkiyə doğru asta yerişlə sonradan adını bildiyi piyada X10 düzünə yolu keçir. Həmin andan onun üçün təhlükə yaranmış o, düşünmüşdür ki, Eylaz İsmayılov avtomobilini görüb dayanar. Lakin belə olmamış, mərhum Eylaz İsmayılov hərəkətini düzünə və asta yerişlə davam etdirərək təxminən 8 metr düzünə məsafə qət etdikdən sonra avtomobilinin qabaq sağ tərəfinə dəyərək avtomobilinin altına yıxılmışdır. O, hadisə yerində avtomobilini saxlayaraq Eylaz İsmayılova yaxınlaşmış, görmüşdür ki, sonuncu dünyasını dəyişib. Lakin hər bir halda X7 Yardım stansiyasına, yəni 103 xidmətinə zəng vuraraq yardım istəmişdir. Hadisə yerində böyük tıxac yaranmış, həmin anda polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, o, polis əməkdaşlarına sənədlərini təqdim edərək hadisə barəsində ətraflı məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, X3 xx.xx.1956-cı ildə Laçın rayonu, Fərəcan kəndində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kafe icarəyə götürərək işlətmişdir. Eşitdiyinə görə xx.xx.2023cü il tarixdə saat 23:30 radələrində X3 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Yolu Şosesində, “Şınıx” Marketin qarşısında Zabrat qəsəbəsi tərəfdən Heydər Əliyev prospekti istiqamətində sağ səkidən sol səkiyə doğru asta yerişlə yolu keçərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə atasını vurmuşdur. X3 almış olduğu xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir. Qeyd etmişdir ki, hadisəni törətmiş “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə onların heç bir tanışlığı, ədavəti və ya düşmənçilikləri olmamışdır. O, və digər ailə üzvləri Rövşən İsmayılovdan şikayətçi deyillər, ona qarşı hər hansı şikayətləri və ya tələbləri yoxdur. Şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, mərhum Eylaz İsmayılovu və ya sürücü Təqsirləndirilən şəxs hadisə baş verənədək tanımamış, heç bir münasibətləri olmamışdır. Cədvələ uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 20:00-dan xx.xx.2023-cü il saat 08:00-dək Sabunçu rayonu, Sabunçu qəsəbəsində xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Sabunçu qəsəbəsində, Şəhər Yolu Şosesində xidmət apararkən “Şınıx” marketin qarşısında avtomobillər üçün tıxac yarandığını görüb həmin yerə yaxınlaşmışdır. Orada görmüşdür ki, Şəhər Yolu Şosesində, Zabrat qəsəbəsi tərəfdən Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan tünd rəngli “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən sonradan adını bildiyi piyada Eylaz İsmayılovu vurub. O, bu barədə efir vasitəsi ilə Sabunçu RPİ-yə məlumat verib hadisə yerinin mühafizəsini təşkil etmişdir. Sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs sənədlərini təqdim edərək hadisə barəsində məlumat vermiş, sürücü bildirmişdir ki, saat 23:30 radələrində idarə etdiyi “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilində təkcə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Şəhər Yolu Şosesi ilə Heydər Əliyev prospekti istiqamətində saatda 30 kilometr surətlə hərəkətdə olarkən, “Şınıx” Marketin qarşısında hərəkəti istiqamətində sağ səkidən sol səkiyə doğru asta yerişlə yolu keçən piyadanı təxminən 8 metr məsafə qət etdikdən sonra avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Qısa müddətdə hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, hadisə yerinə dəvət edilən X7 yardım avtomobilində hadisə yerində qalan meyit tibbi ekspertizaya göndərilmişdir. Təxminən 25 dəqiqə sonra hadisə yerinə əməliyyat qrupu yaxınlaşmış, o, sürücünün sənədlərini müstəntiqə təqdim edərək xidmətini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış aparılması haqqında 02 aprel 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində Şəhər Yolu Şosesi ilə Heydər Əliyev prospekti istiqamətində yerləşən “Şınıx” marketin qarşısında hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.03-05); nəqliyyat vasitəsinə baxış aparılması haqqında 02 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “KİA CEED” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir(i.v.6-9); şahidin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sxem tərtib edilərək cinayət işinə əlavə edilmişdir(i.v.13-14); 02 aprel 2023-cü il tarixli, 1/1121 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.15); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30 radələrində tutulmuşdur(i.v.33); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan)BA 047910 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.40); şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilərək Sabunçu RPİ MSY-dən azad edilmişdir(i.v.41-42); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır(i.v.44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 may 2023-cü il tarixli 8/1283 nömrəli rəyindən görünür ki, “Kia Ceed” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.58-61); “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X15 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 99 nömrəli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi. Baş-beyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızma. Sol alıntəpə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq-qəlpəli sınıqları. Burun və üz skelet sümüklərinin çoxsaylı yerini dəyişən açıq və qapalı-qəlpəli sınıqları. Sol tərəfli V-Vİ- Vil qabırğaların yerini dəyişməyən qapalı sınıqları. Sol bazu sümüyünün yerini dəyişən qapalı sınığı. Sol alın-təpə və burun nahiyələrinin əzilmiş yaraları. Baş, sifət, döş qəfəsi, qarın, sol əl və hər iki diz nahiyələrinin qançır və sıyrıqları. -Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. -X1 ölümünə səbəb sol alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq-qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvələ uyğun gəlir. -X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisılatlar aşkar edilməmişdir(i.v.62- 66); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.69-70); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.80-81); zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur(i.v.91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 aprel 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.93); xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “**-HY-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 xüsusi mülkiyyətindədir(i.v.94); xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, “KİA CEED minik” markalı, “**-HY- ***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2031-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir(i.v.94); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B» kateqoriyalı BA 047910 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.94); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1), 02 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85(səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03(üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1(bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar