Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-716/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Daşkəsən rayonu Kəmərqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi ev 31 mənzil 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus «Oba Neftçilər 9» saylı mağazasına müştəri qismində daxil olaraq mağazada kassir işləyən Şahid3 diqqətini yayındırmaq məqsədi ilə satışda olan siqareti vitrində tapa bilmədiyini bildirməklə Şahid3 pul vəsaiti toplanmış kassa aparatından bir qədər aralanmasına və kassa aparatının qısa müddətə nəzarətsiz qalmasına nail olub kassa aparatının üzərindəki açarla kassanı açıb saxlanc yeri hesab edilən kassa aparatına qanunsuz olaraq daxil olub içərisində yerləşən həmin marketə məxsus iki ədəd hərəsi 100 manat nominalında olan pul əskinazlarnı cəmi 200 manat məbləğində pulu gizli yolla ələ keçirən zaman Şahid3 aparata müdaxilə edilməsini, yəni açılması səsini eşidərkən oradan pulun götürüldüyünü zənn edib aparatın yanına qayıdıb yönəlmiş cinayətkar hərəkətlərini artıq özgənin əmlakını açıq talama cinayətin törədilməsinə yönəldərək Şahid3 onu tutub saxladığına baxmayaraq cinayətkar Kərimovun gözü qarşısında əynində olan şalvarın sağ yan cibində gizlədib sonuncunun əlindən çıxıb oradan uzaqlaşmaqla saxlanc yerinə girməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 100 manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,898 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən «Ayxan» Marketin qarşısına qədər daşımış, 08 fevral 2024-cü il tarixdə saat 14:05-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1rləşən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda təmiz çəkisi 0,898 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ayağında elektron nəzarət cihazı olmuşdur. O, heç bir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə yəni fəhləliklə məşğul olub maddi ehtiyaclarını ödəmişdir. Maddi imkanı zəif olduğu üçün o, oğurluq edib, bu yolla pul qazanmaq qərarına gəlmişdir. Bu niyyətlə o, 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən “Oba” marketə müştəri qismində daxil olub, bir qədər marketin içində gəzişmişdir. Həmin vaxt marketin kassa aparatının nəzarətsiz qaldığını, marketdə ondan başqa müştərinin olmadığını, içəridə olan üç nəfər market əməkdaşlarının isə kassadan uzaq vitrinlərdə hərəsinin bir iş ilə məşğul olduğunu görüb, xəlvəti kassa aparatının arxasına keçmiş və kassa aparatında olan daxılı açıb, iki ədəd yüz manatlıq əskinas götürmüşdür. O, kassa aparatının arxasına keçib, daxılı açarkən marketdə olan kişi əməkdaş onu uzaqdan görmüş və tədricən ona doğru yaxınlaşmışdır. O, daxıldan pulu gizli şəkildə götürə bilməyəcəyini başa düşmüşdür. Odur ki, tələsik həmin daxıldan iki ədəd yüz manatlıq əskinas olmaqla ümumilikdə 200 manat pulu, market işçisi olan kişinin onun hərkətlərini görməsinə baxmayaraq götürmüşdür. Pulları götürdükdən dərhal sonra kassanın arxasında çıxarkən ona doğru yaxınlaşan market əməkdaşı onu tutmağa çalışmışdır. Həmin vaxta qədər o, artıq kassadan götürdüyü yüz manatlıq əskinaslardan birini əynində olan şalvarın sağ arxa cibinə qoymuşdur. Digər əskinası o, cibinə salmağa imkan tapmadan artıq market əməkdaşı onun qarşısına çıxdığı üçün onun əlində olan digər yüz manatlıq əskinas yerə düşmüşdür. Bu vaxt o, əyilərək yerdən həmin əskinası da götürüb oradan uzaqlaşmağa çalışmışdır. Buna baxmayaraq həmin şəxs bir əli ilə onun sağ əlinin bilək hissəsindən, digər əli ilə isə əlində olan pul əskinasından tutaraq özünə tərəf çəkmişdir. Bu vaxt marketdə olan başqa bir xanım əməkdaş da, onlara tərəf yaxınlaşmışdır. O, əlində olan yüz manatlıq əskinası da, onu saxlamağa çalışan kişiyə tərəf atıb, tələsik həmin marketdən çıxmışdır. Marketdən götürdüyü digər 100 manatlıq əskinas isə onun əynində olan şalvarın sağ arxa cibində qalmışdır. O, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin onun üzərində psixotrop maddə olmamışdır, nə bu işdə nə də barəsində hökm çıxarılan işdə onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Əməlindən peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “...Bundan başqa 08 fevral 2024-cü il tarixdə saat 07 radələrində o, Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və ünvanını bilmədiyi şəxsdən 20 manat verməklə şəxsi istifadəsi üçün narkotik maddə “patı” almışdır. O, həmin maddəni istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşıyıb gəzdirmişdir. Həmin gün saat 17 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində “Ayxan” marketin yanında ona özlərini Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməliyyatçıları kimi təqdim edən iki nəfər şəxs mülki geyimdə yaxınlaşmış və onun barəsində daxil olmuş məlumat və keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitə və psixotrop maddələri xeyli miqdarda əldə edib daşımasının müəyyən edildiyini demişlər. Polis əmkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməməklə yanaşı nəzakətli rəftar edilmiş və 15-ci polis bölməsinin binasına gətirilmişdir. Polis bölməsində onu təhqiqatçıya təqdim etmiş, ona hüquq və vəzifələrini elan etdikdən sonra vəkil dəvət etmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə o, tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin axtarışda vəkilin iştirak etməsini istəmədiyi üçün ərizə yazmışdır. Bundan sonra üzərində onu saxlamış əməliyyatçıların iştirakı ilə şəxsi axtarış və baxış keçirilmişdir. Həmin vaxt o, üzərində olan “patı” kimi tanıdığı kristal şəkilli maddəni şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Narkotik vasitə təhqiqatçı tərəfindən video çəkilişlə götürülüb zərfə qoyulmuş, imzalandıqdan sonra ekspertizaya göndəriləcəyi deyilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilmiş maddəni aldığı şəxslə onun hər hansı bir əlaqəsi olmamış, həmin şəxsi üzdən tanımışdır. O, heç vaxt narkotik vasitə satmamış, həmçinin kiməsə pay verməmişdir. 15-ci polis bölməsinə gətirilən zaman və həmin polis bölməsində olarkən polis əməkdaşları tərəfindən zorakılığa və fiziki təsirə məruz qalmamışdır. O, market işçilərinə qarşı zor tətbiq etməmiş, xəsarət yetirməmiş, əlində hər hansı bir əşya olmamışdır.” Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC şirkətində hüquqşünas vəzifəsində işləmişdir. 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində bir nəfər şəxs Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus «Oba Neftçilər 9» saylı mağazaya müştəri qismində gəlib kassir vəzifəsində işləyən Şahid3 siqaret istəmişdir. Şahid3 kassanın yanını tərk edib siqaretlərin satıldığı böməyə getmiş, həmin vaxt həmin şəxs kassanı üzərində olan qıfılla açıb oradan 200 manat pul götürmüşdür. Elariz həmin şəxsin kassadan pul götürdüyünü görüb həmin şəxsi tutub saxlamışdır. Həmin vaxt Elariz həmin şəxsin əlindən bir ədəd 100 manatlıq əskinası almağa nail olsa da, həmin şəxs bir ədəd 100 manatlıq əskinası götürüb mağazadan qaçmışdır. Həmin hadisə mağazada yerləşən video müşahidə kameralarında qeydə alınmış, həmin video görüntünü istintaqa təqdim etmişlər. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 100 manat məbləğində madid ziyan vurulmuşdur. Araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla daşıması ilə məşğul olması barədə 08 fevral 2024-cü il tarixdə onun işlədiyi polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla bölmə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin tarixdə ondan və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2024-cü il tarixdə saat 14:05-də o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Ayxan marketin yaxınlığında olduğunu görmüşlər. O, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs orada saxlayıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs 15-ci polis bölməsinin inzibati binasına gətirib baş təhqiqatçıya təhvil vermişlər. O, Təqsirləndirilən şəxs 15-ci polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. Polis bölməsinin baş təhqiqatçısı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Təqsirləndirilən şəxs vəkil tutmaq üçün maddi imkanının olmadığını demişdir. Müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər. Baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparacağını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini bildirmişdir. Bundan sonra Şamil Alıyev otağı tərk etmişdir. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o, əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Digər polis əməkdaşı “İphone” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, metamfetamini 08 fevral 2024-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını, metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni bir ədəd ağ rəngli zərfdə qablaşdırmış, möhürləmiş, onlar zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,898 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Mustafanın həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Mustafa metamfetamini 08 fevral 2024-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını, metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir(cild 1, i.v.96-99); Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu C.Naxçivanski küçəsi 64 nömrəli binanın birində mərtəbəsində yerləşən “Oba” adlı marketdə kassir vəzifəsində işləmişdir. 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində bir nəfər şəxs vitrində siqaret tapa bilmədiyini, kömək etməsini demişdir. O, kassa aparatının yanından aralaşıb siqaretlərin olduğu bölməyə getmişdir. O, həmin bölməyə çatdıqda həmin şəxsin arxasınca gəlmədiyini bilmiş və kassa aparatının açılmasının səsini eşidib geriyə qayıtmışdır. O, vitrinlərin arxasından çıxarkən həmin şəxsin kassa aparatının arxa tərəfində olduğunu görmüşdür. O, həmin şəxsin kassa aparatından pul götürdüyünü başa düşmüşdür. Həmin şəxs kassa aparatının yanından aralaşarkən o, həmin şəxslə üz-üzə dayanmışdır. O, həmin şəxsin sağ əlində pul gizlətdiyini görmüşdür. Həmin şəxs iki ədəd 100 manatlıq əskinası cibinə qoyarkən bir ədədi yerə düşmüşdür. Həmin şəxs aşağı əyilib həmin əskinası götürmüşdür. O, həmin şəxsə oğurladığı pulları dərhal qaytarmasını demişdir. Lakin, həmin şəxs onun sözünə məhəl qoymayıb qaçmağa başlamışdır. O, həmin şəxsin qaçmasının qarşısını almaq məqsədi ilə onu tutmuşdur. Həmin şəxslə çəkişmiş və onun cibinə qoya bilmədiyi bir ədəd 100 manatlıq əskinası almağa nail olmuşdur. Lakin cibində olan digər 100 manatlıq əskinası ala bilməmişdir. O, kassada olan pulları saymış, müşahidə kamerasına baxmış və həmin şəxsin kassadan 200 manat pul götürdüyünü dəqiqləşdirmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Kassada olan 200 manat pul “Oba” marketə məxsus olmuş, hadisə zamanı 100 manatı həmin şəxsin əlindən ala bildiyindən həmin mağazaya 100 manat maddi ziyan dəymişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayının 14-dək Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən “Oba” marketdə mağaza müdiri vəzifəsində işləmişdir. 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən “Oba” marketin müdir otağında olarkən kassir vəzifəsində işləyən Şahid3, satıcı Aynur İbrahimovanın və bir nəfər tanımadığı şəxsin həyəcanlı səslərinin gəldiyini eşitmişdir. O, həmin şəxslərin yanına gedib nə baş verdiyini soruşmuşdur. O, bir nəfər şəxsin Elariz kassada olmayan zaman iki yüz manat pul götürdüyünü, həmin şəxsin gedərkən Elarizin həmin şəxsi gördüyünü, mane olmağa çalışdığını, həmin şəxsin 100 manatı yerə atdığını, digər 100 manatı götürüb mağazadan getdiyini bilmişdir. Hadisə mağazanın video müşahidə kameralarında qeydə alınmış, həmin şəxs mağazanın kassasından 200 manat pul götürmüş, Elariz həmin şəxsin əlindən 100 manatı alsa da həmin şəxs digər 100 manatla mağazadan getmiş, mağazadan başqa əşya oğurlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:05 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.17); şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf siqaret sellofanına bükülmüş kristal şəkilli ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, həmin maddəni 08 fevral 2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf siqarət sellofanına bükülmüş kristal şəkilli ağ rəngli, narkotik maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(cild 1, i.v.29-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/804 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,898 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v.38-41); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 1, i.v.71-73); Polisin nəzrəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.75-76); Əşyanın maddi sübut hesab edilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,898 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi edilmiş, metamfetaminin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,848 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 №67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (cild 1, i.v.79- 80); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması məhkum edilmişdir (cild 1, i.v.87-88); CD diskə baxış keçirilməsi haqqında 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis şöbəsinə ezam olunmuş baş təhqiqatçısı, polis mayoru X1 xidməti otağına daxil olmuşlar. Baş təhqiqatçı X3 Səfərova şübhəli şəxs qismində saxlanılıb 15-ci polis bölmə gətirildiyini, üzərində video çəkilişlə, müdafiəçinin iştirakı olmadan şəxsi axf keçiriləcəyini bildirmiş, etirazının olub-olmadığını soruşmuşdur. Mustafa Səf etirazının olmadığını, müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Sonra təhqiqatçı X3 Səfərova üzərində olan əşyaları çıxarıb etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 08 fevral 2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin metamfetaminə bənzər kütlə baş təhqiqatçı Ramin Güləliyev tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin açıq yeri yapışdırılmış, möhürlənmiş və götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmışdır (cild 1, i.v.100); Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən “Oba” marketə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.116-119); Video görüntüyə baxış keçirilməsi haqqında 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 06 fevral 2024-cü il tarixdə saat 21:21-də ayağında qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli gödəkçə, başında qara qış papağı olan şəxs kassa aparatının nəzarətsiz olduğunu görərək, kassa aparatına yaxınlaşıb üzərində olan açarla kassa aparatını açmış, kassa aparatının içərisindən əskinası götürmüş, həmin vaxt mağazada satıcı işləyən şəxs Şahid3 onun yaxınlaşmış, həmin şəxs kassa aparatından götürdüyü pulu əlini arxasına aparıb gizlətmiş, həmin əskinaslardan biri əlindən yerə düşmüş, əlində olan digər əskinası əynində olan şalvarın arxa sağ yan cibinə qoymuş, həmin vaxt satıcı onun hər iki əllərindən tutub hərəkət etməsinə mane olmuş, həmin şəxs isə satıcının əlindən çıxaraq mağazadan çıxıb getmişdir (cild 1, i.v.122); şübhəli şəxsin tutulması haqqında 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.144) Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən “OBA” adlı marketi göstərib, 06 fevral 2024-cü il tarixdən həmin marketin kassasından 200 manat pul götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində kassa aparatında heç kimin olmamasından istifadə edərək kassa aparatında olan daxılı üzərində olan açarla açdığını və oradan 200 manat pul götürdüyünü bildirmişdir. Pulu götürdükdən sonra o, marketin işçisi ilə rastlaşmış, götürdüyü 200 manatın 100 manatı yerə düşmüş, həmin pulu yerdən götürsə də, marketin işçisinin onun getməsinə mane olduğunu, bu səbəbdən 100 manatı yerə atdığını və mağazadan 100 manat pul götürə bildiyini bildirmişdir, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.156-159); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevra 2024-cü il tarixli 4(007)-49/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.177-180); Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 02 may 2024cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş hüquqi şəxs kimi, nümayəndəsi isə Zərərçəkmiş şəxs1 tanınmışdır (cild 1, i.v.204-206); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-259/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 28 gün müddətinə uzadılmışdır (cild 2, i.v.7-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2024-cü il tarixli 3224 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v.14-15); Sübutların qiymətləndirilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materialalrına əlavə edilmişdir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 64 ünvanında yerləşən “OBA” adlı marketdən soyğunçuluq etməsinin video çəkilişinin olduğu bir ədəd CD diski maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v.39-48); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-386/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır (cild 2, i.v.82-88); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-543/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmışdır (cild 2, i.v.101- 105); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-467/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır (cild 2, i.v.137-140); Qətimkan tədbiri seçilməsi barədə 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.173-176); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixadək 2 ay müddətə inzibati həbsdə olması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 6 ay 15 gün müddətə həbs qətimkan tədbiri qərarı ilə həbsdə olması nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixə cəzasının 10 ay 17 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 02 il 01 ay 11 gün təşkil edir. Məhkəmə iclasında iki ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-ci il tarixli protokola və xx.xx.2024-cü il tarixli videodiskə baxış keçirilməsi haqqqında protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə edib saxlayaraq daşıması iə bağlı təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər yuxarıda qeyd edilən ifadələrində həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımada tam təqsirli bilərək soyğunşuluq hadisəsi və psixotrop maddə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikd üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,898 qram miqdarında psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməsini(CM- 59.1.13) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Lakin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə, təqsirləndirildiyi cinayət əməllərinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli (CM-66.2), Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)- 818/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1); 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 10 fevral 2024-cü il tarixdən 25 avqust 2024-cü il tarixadək həbsdə saxlanıldığı 6 (altı) ay 15 (on beş) gün müddət, ümumilikdə 06(altı) ay 17(on yeddi) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3); cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2024-cü il tarixdən hesablanmalı(CPM-158.2.1., 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 0,898 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,848 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-818/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 01(bir) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 10 fevral 2024-cü il tarixdən 25 avqust 2024-cü il tarixadək həbsdə saxlanıldığı 6 (altı) ay 15 (on beş) gün müddət, ümumilikdə 06(altı) ay 17(on yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 08 (səkkiz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,898 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,848 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-716/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-716/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver