Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-716/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 284-1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4, 284-1 və 242-ci maddələri ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək göstərmişdir ki, iş materialları ilə tanış olarkən ibtidai araşdırma zamanı bir sıra kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir, odur ki, cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası CM-in 178.1 və 284-1-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə - başlamış və birgə istintaq qrupu yaradılmış, xx.xx.2025-ci il tarixdə - Təqsirləndirilən şəxs CM-in 178.1 və 284-1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə - Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə - Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4, 242 və 284-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, xx.xx.2025-ci il tarixdə - hazırkı cinayət işindən Şahid5, Şahid7 və Şahid6 və digər üzvlər barəsində CM-in 242-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və aidiyyəti üzrə verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. xx.xx.2025-ci il tarixdə - iş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq struktur bölməsində əvvəllər həqiqi hərbi xidmətdə olmuş tanışından xidmət etdiyi idarənin yerləşdiyi inzibati bina, onun funksiyası və fəaliyyət istiqamətləri, iş rejimi, eləcə də əməkdaşların orta aylıq emekhaqları, onlara pul şəklində ödənilən həvəsləndirici mükafatlar və digər maddi yardımlara dair dövlət sirri təşkil edən məlumatları dövlətə xəyanət əlamətləri olmadan 2020-2021-ci illər ərzində Bakı şeherində tamah məqsədilə aldatma yolu ile qanunsuz əldə etdikdən sonra tanışı Zərərçəkmiş şəxs1 sürücü vəzifəsində mülki işçi olaraq xidmətə qəbul etdirmək imkanına malik olduğuna inandırmaqla iş rejimi, əməkhaqqı və maddi yardım məbləği və sair barədə yalan vəd verərək 2024-cü ilin 14-26 sentyabr tarixləri arasında Zərərçəkmiş şəxs1 bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına hissə-hissə olmaqla göndərdiyi ümumilikdə 1500 manat məbləğində pul vəsaitini Bakı şəhərində vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq törətmişdir. Bundan başqa, o, 2021-ci ildə Bakı şəhərində olarkən istifadəsində olan +**********70 mobil nömrəli “Honor X7b” markalı mobil telefonu vasitəsi ilə habelə yaşadığı ünvan 1 ünvanında internet şəbəkəsinə qoşularaq “N!Ko ALİZaDə” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi “Telegram” sosial şəbəkə hesabında pornoqrafik materialların yayılması, reklamı və qanunsuz dövriyyəsi ilə məşğul olan “Yasak Cloud discuss” adlı kanala üzv olmaqla həmin kanalın müvafiq istifadəçiləri və digər üzvləri ilə maddi maraq müqabilində sövdələşərək “Bakılı qaqaş” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Şahid5 ilə 2021-2024-cü illərdə, “İbiw 100” istifadəçi adı ilə qeydiyyatdan keçmiş X4 ilə xx.xx.2024 xx.xx.2024-cü illərdə, eləcə də “Rufat_Pashazadah” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Şahid7 ilə 2023- 2024-cü illər ərzində yetkinlik yaşına çatmayan və azyaşlılarla bağlı pornoqrafik xarakterli video materialların mobil telefonu vasitəsilə qarşılıqlı şəkildə mübadiləsini sosial şəbəkə üzərindən həyata keçirib pornoqrafik materialları yaymaqla qəsdən qanunsuz ticarəti ilə məşğul olmuşdur. Bundan əlavə, o, özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs6 guya Prezident təqaüdü verilməsini təşkil etmək imkanına malik olduğuna dair yalan vəd verərək 2024-cü ilin fevral ayında onunla görüşüb Bakı şəhərində “Azər Argo” tikinti şirkətinin inzibati binasında 2000 manat, təkrarən onun qardaşı X3 əlilliklə bağlı mənzil verilməsini təşkil edəcəyinə inandırmaqla Bakı şəhərində görüşüb 1000 manat, təkrarən Zərərçəkmiş şəxs6 guya Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) sürücü vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib 2024-cü ilin mart ayında ondan Bakı şəhərində “Azər Argo” tikinti şirkətinin inzibati binasında 2500 manat, təkrarən Zərərçəkmiş şəxs6 tanışı Şahid2 Fövqəladə Hallar Nazirliyində xidmətə qəbul etdirmək imkanına malik olduğuna inandırmaqla 03 mart 2024cü il tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhərində “Azər Argo” tikinti şirkətinin inzibati binasında 3100 manat, təkrarən Zərərçəkmiş şəxs6 digər tanışı X6 guya Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işlə təmin etdirəcəyinə dair yalan vəd verərək 11 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 tərəfindən bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərilmiş 1000 manat, təkrarən Zərərçəkmiş şəxs6 digər tanışı Şahid3 guya Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) müvafiq işlə təmin etmək imkanına qadir olduğuna dair yalan vəd verərək 19 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhərində 2000 manat və təkrarən Zərərçəkmiş şəxs6 digər tanışı Şahid4 "xxxx" MMC-də işlə təmin etdirəcəyi adı altında aldadıb 2024-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs6la görüşərək Bakı şəhərində “Azər Argo” tikinti şirkətinin inzibati binasında ondan 1000 manat məbləğində pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib maddi ziyan vurmaqla dələduzluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs7 guya Dövlət Sosial Müdafiə tərəfindən xəstəliklə bağlı müvafiq əlillik dərəcəsinin müəyyən edilməklə təqaüd təyin etdirəcəyi, eləcə də sonuncunun anası X8 İmtahan Mərkəzi tərəfindən təşkil olunan müəllimlərin sertifikasiya imtahanından keçirə biləcəyi imkanına malik olduğuna inandırmaqla yalan vəd verərək, 14 və 17 fevral 2025-ci il tarixlərində Zərərçəkmiş şəxs7 bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına müvafiq olaraq göndərdiyi 100 manat və 500 manat olmaqla ümumilikdə 600 manat məbləğində pul vəsaitini Bakı şəhərində vahid qəsdlə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrar dələduzluq törətmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs4 guya Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəliklə bağlı müvafiq əlillik dərəcəsinin müəyyən edilməklə təqaüd təyin etdirəcəyi, habelə sonuncunun qızı Firəngiz Ağayevanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həqiqi hərbi xidmətə qəbul etdirəcəyinə inandırmaqla yalan vəd verərək, 2025-ci ilin fevral və mart aylarında Zərərçəkmiş şəxs4 bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına müvafiq olaraq göndərdiyi 500 manat və 6500 manat olmaqla ümumilikdə 7000 manat məbləğində pul vəsaitini Bakı şəhərində vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq törətmişdir.Bundan əlavə, o, özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs2 guya Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq xəstəliklə bağlı əlillik dərəcəsinin müəyyən edilməklə təqaüd təyin etdirmək imkanına malik olduğuna inandırıb yalan vəd verərək, 2025-ci ilin fevral və aprel aylarında Zərərçəkmiş şəxs2 bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına hissə-hissə olmaqla göndərdiyi ümumilikdə 2300 manat məbləğində pul vəsaitini Bakı şəhərində vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrar dələduzluq törətmişdir. Bundan əlavə, o, özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs3 guya Dövlət Sosial Müdafiə tərəfindən müvafiq xəstəliklə bağlı əlillik dərəcəsinin müəyyən edilməklə təqaüd təyin etdirmək imkanına malik olduğuna inandırıb yalan vəd verərək, 04 mart 2025-ci il tarixində Zərərçəkmiş şəxs3 bu məqsədlə onun "xxxx" ASC-yə məxsus bank kartı hesabına hissə-hissə olmaqla göndərdiyi ümumilikdə 1000 manat məbləğində pul vəsaitini Bakı şəhərində vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrar dələduzluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyətilə tanışı Zərərçəkmiş şəxs5 guya Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) sürücü vəzifəsinə təyin etdirmək imkanına malik olduğuna inandırmaqla yalan vəd verərək, 2025ci ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasının yaxınlığında görüşüb sonuncunun ümumilikdə 500 manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrar dələduzluq törətmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirikən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, “Telegram” sosial şəbəkə hesabında pornoqrafik materialların yayılması, reklamı və qanunsuz dövriyyəsi ilə məşğul olan “Yasak Cloud discuss” adlı kanala üzv olmaqla həmin kanalın müvafiq istifadəçiləri və digər üzvləri ilə maddi maraq müqabilində sövdələşərək Şahid5, X4 və Şahid7 ilə yetkinlik yaşına çatmayan və azyaşlılarla bağlı pornoqrafik xarakterli video materialların mobil telefonu vasitəsilə qarşılıqlı şəkildə mübadiləsini sosial şəbəkə üzərindən həyata keçirib pornoqrafik materialları yaymaqla qəsdən qanunsuz ticarəti ilə məşğul olmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) ittiham elan edilmişdir. Lakin Azərbaycan Respublikası CM-in 171-1.1.-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin «Qeyd» hissəsinə əsasən CM-in 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. CM-in 242-ci maddəsinə əsasən pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 7.0.33-2.-ci maddəsinə əsasən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2- 1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən cinayətlərdən zərərçəkmiş və cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxsdir. İş üzrə keçirilərək istintaq materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli 5/791/11/502 nömrəli kompleks (məhkəmə-texniki və məhkəmə-sənətşunaslıq) ekspertizasının rəyindən görünür ki: - 01 ədəd “Honor X7b” markalı “CLK-LX1” modelli mobil telefonun “Telegram” proqramında olan “İbiw 100”, “Duck”, “deli yazar”, “Leo”, “Hortlak”, “Yusif İsmayılzadə”, “Alı”, “Onur”, “Azer Kərimov”, “Fuad”, “Maho 666”, “edik ali”, “Ss”, “Birisi”, “L....V”, “Muwi”, “Bayram”, “bakılı qaqas” adlı istifadəçi profillerindəki videogörüntülər pornoqrafik xarakterlidir və həmin istifadəçi profıllərindəki videogörüntülərdə azyaşlı və yetkinlik yaşına çatmayan şəxslərin iştirakı müəyyən edilir. İş üzrə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 171-1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı və yetkinlik yaşına çatmamış şəxslərlə bağlı pornoqrafik xarakterli video materialları yayması ilə əlaqədar onun əməlində CM-in yuxarıda qeyd olunan xüsusi norması, yəni 171-1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasının, yəni işin faktiki hallarının müəyyən edilməsinə düzgün hüquqi qiymət verilməmiş, nəticədə törədilmiş əməllə bağlı düzgün olmayan cinayət hüquq norması (CM 242) seçilmişdir. Halbuki, CPMin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 8.0.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi olduğu halda məhkəməyədək icraat zamanı yuxarıda qeyd edilən xüsusatlar tam və ətraflı araşdırılmadan cinayət işi üzrə ittiham aktı tərtib edilərək iş məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir.Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir.Habelə CPM-in 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir.Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. Əks halda müdafiə tərəfinin hansı faktiki halları və hüquqi elementləri sübut etməyə və ya təkzib etməyə çalışacağını dəqiq müəyyələşdirməsinə imkan vermir.Beləliklə, yanlış maddə ilə ittihamın irəli sürülməsi təqsirləndirilən şəxsi özünün hansı əməldə və onun hüquqi nəticələrində ittiham olunduğunu dəqiq bilmək imkanından məhrum edərək onun səmərəli müdafiə hüququnu pozur.CPM-in 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur.Göründüyü kimi, verilmiş ittiham ilkin sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, yekunda ittiham aktı tərtib olunanda bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-in 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-in 303.3.6-cı maddəsinin də tələblərinin pozulması ilə nəticələnmişdir. Odur ki, qeyd edilənlər nəticədə CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatəti ilə razı olduqlarını bildirdi. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vermiş olduğu vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 284-1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda göstərimişdir ki, “Bundan başqa, Təqsirləndirilən şəxs 2021-ci ildə Bakı şəhərində olarkən istifadəsində olan +**********70 mobil nömrəli “Honor X7b” markalı mobil telefonu vasitəsi ilə habelə yaşadığı ünvan 2 ünvanında internet şəbəkəsinə qoşularaq “NİKo ALİZaDə” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi “Telegram” sosial şəbəkə hesabında pornoqrafik materialların yayılması, reklamı və qanunsuz dövriyyəsi ilə məşğul olan “Yasak Cloud discuss” adlı kanala üzv olmaqla həmin kanalın müvafiq istifadəçiləri və digər üzvləri ilə maddi maraq müqabilində sövdələşərək “Bakılı qaqaş" istifadəçi adı ilə qeydiyyatdan keçmiş Şahid5 ilə 2021-2024cü illərdə, “İbiw 100” istifadəçi adı ilə qeydiyyatdan keçmiş X4 ilə xx.xx.2024 - xx.xx.2024cü illərdə, eləcə də “Rufat_Pashazadah” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Şahid7 ilə 2023- 2024-cü illər ərzində yetkinlik yaşına çatmayan və azyaşlılarla bağlı pornoqrafik xarakterli video materialların mobil telefonu vasitəsilə qarşılıqlı şəkildə mübadiləsini sosial şəbəkə üzərindən həyata keçirib pornoqrafik materialları yaymaqla qəsdən qanunsuz ticarəti ilə məşğul olmuşdur.” Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin məzmunu:- Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, Azərbaycan Respublikası CM-in 171-1.1.-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin «Qeyd» hissəsinə əsasən CM-in 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. Azərbaycan Respublikası CPM-in 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 7.0.33-2.-ci maddəsinə əsasən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən cinayətlərdən zərərçəkmiş və cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli 5/791/11/502 nömrəli kompleks (məhkəmə-texniki və məhkəməsənətşunaslıq) ekspertizasının rəyindən görünür ki: - 01 ədəd “Honor X7b” markalı “CLK- LX1” modelli mobil telefonun “Telegram” proqramında olan “İbiw 100”, “Duck”, “deli yazar”, “Leo”, “Hortlak”, “Yusif İsmayılzadə”, “Alı”, “Onur”, “Azer Kərimov”, “Fuad”, “Maho 666”, “edik ali”, “Ss”, “Birisi”, “L....V”, “Muwi”, “Bayram”, “bakılı qaqas” adlı istifadəçi profillerindəki videogörüntülər pornoqrafik xarakterlidir və həmin istifadəçi profıllərindəki videogörüntülərdə azyaşlı və yetkinlik yaşına çatmayan şəxslərin iştirakı müəyyən edilir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 171- 1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı və yetkinlik yaşına çatmamış şəxslərlə bağlı pornoqrafik xarakterli video materialları yayması ilə əlaqədar onun əməlində CM-in yuxarıda qeyd olunan xüsusi norması, yəni 171-1-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasının, yəni işin faktiki hallarının müəyyən edilməsinə düzgün hüquqi qiymət verilməmiş, nəticədə törədilmiş əməllə bağlı düzgün olmayan cinayət hüquq norması (CM 242) seçilmişdir. Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X5 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin: 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 284-1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1.ibtidai araşdırma zamanı təqsirlndirilən şəxs barəsində seçilmiş həns qtimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çəxarıldığı andan 7(yeddi) gün müddətində qurtardıqda; 306.2.2.cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, 09 aprel 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 24 iyun 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətinə, Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni 07 noyabr 2025-ci il tarixədək uzadılmışdır. Hazırkı iş üzrə dövlət ittihamçısı vermiş olduğu vəsatətində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 01 ay müddətində uzadılmasını xahiş etmişdir. Beləliklə, dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdə artıq “həbs” qətimkan tədbirinin müddəti başa çatdığından həmin müddət uzadılmalıdır. Məhkəmə bu müddətin 1 ay müəyyən edilməsini mümkün hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.2.2, 178.2.4, 284-1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılsın. Dövlət ittihamçısının vəsatəti təmin edilsin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01(bir) ay müddətinə uzadılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-716/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-716/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver