Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-717/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə 2024-cü ilin yanvar ayının sonlarında tanışları X5 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsindən ümumi dəyəri 400 manat olan 04 ədəd qapı üçün dəmir barmaqlıqları, ümumi dəyəri 300 manat olan 06 ədəd pəncərə üçün dəmir barmaqlıqları, ümumi dəyəri 1500 manat olan 30 ədəd dəmir boruları, ümumi dəyəri 40 manat olan 02 ədəd dəmir çarpayıları və ümumi dəyəri 600 manat olan 30 ədəd dəmir armaturları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 2840 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 2024-cü ilin yanvar ayının sonlarında tanışları X5 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsindən ümumi dəyəri 300 manat olan 03 ədəd qapı üçün dəmir barmaqlıqları, ümumi dəyəri 300 manat olan 06 ədəd pəncərə üçün dəmir barmaqlıqları, ümumi dəyəri 500 manat olan hər biri 4 metrlik 05 ədəd dəmir boruları, ümumi dəyəri 500 manat olan 05 ədəd dəmir listləri, ümumi dəyəri 1500 manat olan 30 ədəd dəmir boruları, ümumi dəyəri 80 manat olan 04 ədəd dəmir çarpayıları və ümumi dəyəri 600 manat olan 30 ədəd dəmir armaturları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3780 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 2024-cü ilin yanvar ayının sonlarında tanışları X5 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsindən ümumi dəyəri 2200 manat dəyərində hər birinin uzunluğu 5 metr, diametri 22 millimetrlik 200 ədəd dəmir armaturları, 40 manat dəyərində uzunluğu 4 metr, diametri 40 millimetrlik 01 ədəd dəmir armaturu, 60 manat dəyərində uzunluğu 6 metr, diametri 40 millimetrlik 01 ədəd armaturu, ümumi dəyəri 198 manat olan 03 ədəd dəmir turbaları, ümumi dəyəri 200 manat olan 02 ədəd taxta qapıları, ümumi dəyəri 60 manat olan 02 ədəd pəncərə üçün dəmir barmaqlıqları, ümumi dəyəri 100 manat olan 02 ədəd televizor aparatının daxili mexanizmlərini, 30 manat dəyərində 01 ədəd antena çanağını, 30 manat dəyərində 01 ədəd antena aparatını, ümumi dəyəri 100 manat olan 02 ədəd xalçaları, ümumi dəyəri 60 manat olan 03 ədəd qazanları, ümumi dəyəri 30 manat olan 02 ədəd tavaları, 10 manat dəyərində 01 ədəd tavanı, 40 manat dəyərində 01 ədəd DVD aparatını, 30 manat dəyərində 01 ədəd elektrik peçini, ümumi dəyəri 20 manat olan 02 ədəd yorğanları, ümumi dəyəri 20 manat olan 02 ədəd döşəkləri və ümumi dəyəri 50 manat olan 10 ədəd boşqabları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 3278 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivi ərazisinə gələrək, əvvəlcədən razlaşdıqları kimi Ləhiş bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus nömrəsiz bir mərtəbəli fərdi evin daş hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olmuş, sonra isə həyətyanı sahədə tikilmiş evin sol tərəfində divara bərkidilmiş 1350 manat dəyərində olan 01 ədəd “Vanward” markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 qızma 1350 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivi ərazisinə gələrək, əvvəlcədən razlaşdıqları kimi Ləhiş bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus nömrəsiz bir mərtəbəli fərdi evin daş hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olmuş, sonra isə həyətyanı sahədə tikilmiş evin sol tərəfində divara bərkidilmiş 1350 manat dəyərində olan 01 ədəd “Vanward” markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü yalnız Təqsirləndirilən şəxs2la birlikdə törədilən cinayət əməlində təqsirli bilir, Natiqlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətin girərək oğurluq etmişlər, digər epizodları o törətməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, uzun müddətdir qonşuluqda yaşayan X3 və X4 tanıyır. Onlarla normal münasibəti vardır və birlikdə müəyyən yerlərdə fəhlə kimi çalışmışlar. Təxminən 22 yanvar 2024-cü il tarixdə Abuzərdən xahiş edib ondan idarə etdiyi Opel Astra markalı ** HV *** dövlət nömrə nişanlı avtomaşını bağ evindən bəzi əşyaları yaşadığı evinə daşımaq üçün götürmüş və ona kömək etməsi üçün Röyaldan xahiş etmişdir. Ləhiş bağları adlı yerdə olan bağ evində tanıdığı şəhid atası yaşayır və kömək məqsədi ilə həmin evdə həmin şəhid atasının yaşamasına görə ondan pul almır. Özü orada yaşamır və yaşamaq üçün şəraiti də yaxşı olmadığından şəhid atasının orada qalmasına etiraz etməmişdir. Səhəri gün, yəni 23 yanvar 2024-cü il tarixdə səhər tezdən hava yenicə aydınlaşmağa doğru Abuzərə məxsus idarə etdiyi Opel Astra markalı ** HV *** dövlət nömrə nişanlı avtomaşını ilə Röyalla birlikdə bağ evinə getmişlər və bağ evinin qapısı bağlı olduğuna görə özü də şəhid atasını narahat etmək istəməyib, başqa vaxt gəlib əşyaları apara biləcəklərini demişdir. Bundan sonra oradan geri qayıdan zaman boş qayıtmayaq deyə bir təpənin yamacından, boş sahədən kisələrə qum doldurub geri qayıtmışlar. Həmin vaxt özündə avtomobil olmasına görə, yenə də gedib qum daşımaları barədə Röyala dedikdə, sonuncu da onunla razılaşmış və bir-iki dəfə həmin yerə gedib qumu kiçik kisələrə doldurub evinin həyətinə gətirmişlər. Özü həmçinin başqa vaxtlarda da, həmin sahibsiz yerlərdən kisələrdə qum gətirib sataraq pul qazanmışdır. Bundan 1 -2 gün sonra bir neçə dəfə günün müxtəlif saatlarında Abuzərin özü ilə birlikdə onun Opel Astra markalı ** HV *** dövlət nömrə nişanlı avtomaşını ilə Royalla birlikdə ona və Abuzərin özünə qum lazım olduğu üçün, Röyal da onlara kömək etmək üçün Abuzərin avtomobili ilə həmin boş sahəyə gedib qum daşımışlar. Təxminən 23 yanvar 2024-cü il tarixdən sonrakı 5-6 gün ayrı-ayrı vaxtlarda Abuzər və Royalla birlikdə Abuzərin avtomobili ilə həmin yerdən qum daşımışlar. Bir dəfə həmin yerə gedərkən yaşayış olmayan evlərin qarşısından dəmir parçaları görüb götürmüşlər. Belə ki, yaşayış olmayan, dağılmış, sahibsiz kimi görünən 2 ədəd tikilinin qarşısında ümumilikdə 2-3 ədəd dəmir boru və 4-5 ədəd armaturlar götürmüşlər. Götürdükləri dəmirləri elə həmin gün Sabunçu rayonu, Maştağa qəsəbəsində olan zaman nömrə nişanını xatırlamadığı “Qazel” markalı avtomobildə olan tanımadıqları şəxsə 38 manata satmışlar. Əldə olunan pulu öz aralarında 3 yerə bölmüşlər. Sonradan onlara zəng edib, həmin sahibsiz evlərdən dəmirlər oğurlanmasını və həmin oğurluqda şübhəli olmaları bildirilmişdir. Lakin faktiki olaraq oradan bir dəfə həmin dəmirləri götürmüşlər və götürdükləri dəmirlər də 2-3 ədəd dəmir boru və 4-5 ədəd armatur olmuşdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Ləhiş bağlarındakı evlərinin həyətlərindən olan oğurluqları özü etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 3 ilə yaxındır ki, əvvəllər yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanıyır, aralarında dostluq münasibətləri var. Halhazırda isə hər ikisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Mida yaşayış kompleksində ayrı-ayrı binalarda yaşayırlar. Təqsirləndirilən şəxs2la tez-tez görüşmüşlər. 25 aprel 2024-cü il tarixdə tanışı Natiqlə birlikdə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən bağ evinə getmişlər. Həmin vaxt Natiq pula ehtiyacı olduğu üçün yaşadığı evin kombi istilik aparatının xarab olduğu üçün 80 manata satdığını, evdə istilik sisteminin olmadığını, azyaşlı uşaqlarının soyuqdan üşüdüklərini deyib, yenisini ala bilməyəcəyi üçün oğurluq etmək istədiyini bildirmişdir. Natiq həmişə ona maddi cəhətdən köməklik etdiyi üçün özü də, ona oğurluqda köməklik edəcəyinə söz vermişdir. Natiqlə birlikdə Maştağa qəsəbəsi, Ləhiş bağlar massivi ərazisində gəzişdikləri vaxt tanımadıqları şəxslərə məxsus həyət evlərinin hasarına dırmaşıb həyətinə baxmışlar, həmin evlərdən birində divara bərkidilmiş kombi istilik aparatı görmüşlər. Həmin kombi aparatını oğurlamağı planlaşdırmışlar, lakin söküb aparmağa əlatləri olmadığından həmin gün kombi istilik aparatını oğurlaya bilməmişlər. Beləliklə, 29 aprel 2024-cü il tarixdə təxminən saat 23 radələrində Natiqlə birlikdə Maştağa qəsəbəsi, Ləhiş bağlar massivinə getmişlər, bir neçə gün əvvəl gördükləri kombi istilik aparatı olan tanımadıqları şəxsə məxsus fərdi evin qarşısına gəlmişlər. Bir qədər ətrafa göz gəzdirmişlər, küçədə və həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra kombi istilik aparatını söküb oğurlamaq qərarına gəlmişlər və evin daş hasarından həyətinə tullanmışlar. Bundan sonra evin həyətyanı sahəsində yerləşən bir mərtəbəli fərdi evin sol tərəfində divara bərkidilmiş kombi istilik aparatını əvvəlcədən özləri ilə götürdükləri açarla sökmüşlər və daxil olduqları qaydada çölə çıxarmışlar. Bundan sonra yoldan keçən tanımadıqları markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi maşını ilə oğurladıqları kombi istilik aparatını Natiqin yaşadığı evə apararaq evin eyvanında quraşdırmışlar. 09 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən Natiqlə özü saxlanılmış, oğurluq yolu ilə əldə etdikləri və Natiqin yaşadığı evdə quraşdırdıqları kombi istilik aparatını Natiq polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 3 ilə yaxındır ki, əvvəllər yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanıyır. 2024-cü ilin aprel ayının ortalarında hazırda yaşadığı evin kombi istilik aparatı xarab olduğu üçün 80 manata satmışdır. Həmin ərəfələrdə tanışı Mirəhəd ondan borca pul istəmiş, özü də özündə olan 80 manatı Mirəhədə vermişdir ki, problemlərini həll etsin. 25 aprel 2024-cü il tarixdə tanışı Mirəhədlə birlikdə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən bağ evinə getmişlər. Həmin vaxt Mirəhədə yaşadığı evin kombi istilik aparatını satdığı üçün evdə istilik sisteminin olmadığını, azyaşlı uşaqlarının soyuqdan üşüdüklərini deyib, ona kombi istilik aparatı tapmasını xahiş etmişdir. Mirəhəd də, narahat olmamağını deyib, bir yerdən kombi aparatı tapıb yaşadığı evə quraşdıracaqlarını bildirmişdir. Mirəhədlə Maştağa qəsəbəsi, Ləhiş bağlar massivi ərazisində gəzişdikləri vaxt tanımadıqları şəxslərə məxsus həyət evlərinin hasarına dırmaşıb həyətinə baxan zaman həmin evlərdən birində divara bərkidilmiş kombi istilik aparatı görmüşlər. Həmin kombi aparatını oğurlamağı planlaşdırmışlar, lakin söküb aparmağa alətləri olmadığından həmin gün kombi istilik aparatını oğurlaya bilməmişlər. Beləliklə, 29 aprel 2024-cü il tarixdə təxminən saat 23 radələrində Mirəhədlə birlikdə Maştağa qəsəbəsi, Ləhiş bağlar massivinə getmişlər, bir neçə gün əvvəl gördükləri kombi istilik aparatı olan tanımadıqları şəxsə məxsus fərdi evin qarşısına gəlmişlər. Bir qədər ətrafa göz gəzdirmişlər, küçədə və həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra kombi istilik aparatını söküb oğurlamaq qərarına gəlmişlər və evin daş hasarından həyətinə tullanmışlar. Bundan sonra evin həyətyanı sahəsində yerləşən bir mərtəbəli fərdi evin sol tərəfində divara bərkidilmiş kombi istilik aparatını əvvəlcədən özləri ilə götürdükləri açarla söküb daxil olduqları qaydada çölə çıxarmışlar. Bundan sonra yoldan keçən sürücüsünü tanımadıqları, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi maşını ilə oğurladıqları kombi istilik aparatını özünün yaşadığı evə apararaq evin eyvanında quraşdırmışlar. 09 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən Mirəhədlə özü saxlanılmış, oğurluq yolu ilə əldə etdiyi və yaşadığı evə quraşdırdığı kombi istilik aparatını polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsi Ləhiş bağları adlı yerdə, nömrəsiz ünvanda ata-baba evi vardır. Orada yay aylarında ailəsi ilə birlikdə yaşamışdır. Hərdən bir oraya gedib, yoxlanış aparır. 27 yanvar 2024-cü il tarixdə axşam saatlarında oradakı qonşusu Alim ona zəng edərək evlərinin söklüb oğurluq edilməsini demişdir. Bundan sonra evinə baxmağa gedərkən biri 100 manat olmaqla 4 ədəd qapı dəmir barmaqlığın, biri 50 manat olmaqla 6 ədəd pəncərə dəmir barmaqlığın, evinin üst hissəsinin betonunun dağıdılmaqla içərisindən çıxarılıb biri 50 manat olmaqla 30 ədəd dəmir boruların, biri 20 manat olmaqla 2 ədəd dəmir çarpayının və təxminən 30 ədəd birinin qiyməti 20 manat olan armaturların oğurlandığını aşkar etmişdir. Qeyd olunan oğurluq nəticəsində ona ümumilikdə 2840 manat maddi ziyan dəymişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsi Ləhiş bağları adlı yerdə, nömrəsiz ünvanda ata-baba evi vardır. Orada yay aylarında ailəsi ilə birlikdə yaşamışdır. Hərdən bir oraya gedib, yoxlanış aparır. 27 yanvar 2024-cü il tarixdə axşam saatlarında oradakı qonşusu Alim ona zəng edərək evlərinin sökülüb oğurluq edilməsini demişdir. Bundan sonra evinə baxmağa gedərkən biri 100 manat olmaqla 3 ədəd qapı dəmir barmaqlığın, biri 50 manat olmaqla 6 ədəd pəncərə dəmir barmaqlığın, biri 100 manat olan 4 metrlik 5 ədəd dəmir boruların, biri 100 manat olmaqla 5 ədəd quyu qapağı üçün olan dəmir üstlərin, evinin üst hissəsinin betonunun dağıdılmaqla içərisindən çıxarılıb biri 50 manat olmaqla 30 ədəd dəmir boruların, biri 20 manat olmaqla 4 ədəd dəmir çarpayının və təxminən 30 ədəd birinin qiyməti 20 manat olan armutların oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3780 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsi Ləhiş bağları adlı yerdə, nömrəsiz ünvanda ata-baba evi vardır. Orada yay aylarında ailəsi ilə birlikdə yaşamışdır. Hərdən bir oraya gedib, yoxlanış aparır. 27 yanvar 2024-cü il tarixdə gündüz vaxtı idarə etdiyi Porche markalı ** RS *** dövlət nömrə nişanlı avtomaşını ilə bağına gedərkən yolda metal rəngli Opel markalı ** HV *** dövlət nömrə nişanlı avtomaşının arxa hissəsində metallarla getməsini görmüşdür. Bağ evinin yerləşdiyi məhəllə isə tupik olduğundan və orada olan daha 2 evin də əmisi oğullarına məxsus olduğundan həmin avtomobildə olan şəxslərin onlara məxsus evlərdən oğurluq etməsindən şübhələnmiş və evinə çatarkən evinin dam hissəsinin sökülməsini görmüşdür. Evin ətrafında hasar yoxdur. Evinin dam hissəsi betonla örtülü idi və həmin beton dağıdılmış, içərisindəki dəmirlər, armaturlar və s. oğurlanmışdı. Evinə baxış zamanı dağıdılmış dam hissəsinin betonunun içərisindən 2200 manat dəyərində bir ədədinin qiyməti 11 manat olan, uzunluğu 5 metr, 22 millimetrlik 200 ədəd armatur, bir ədəd dəyəri 40 manat olan, uzunluğu 4 metr, 40 millimetrlik 1 ədəd armatur, bir ədəd dəyəri 60 manat olan, uzunluğu 6 metr, 40 millimetrlik 1 ədəd armatur, hər birinin qiyməti 66 manat olan, diametri 10 sm olan 3 ədəd turba, evin qapı və pəncərələrindən birinin qiyməti 100 manat olmaqla 2 ədəd taxta qapı, birinin qiyməti 30 manat olan 2 ədəd pəncərə dəmir barmaqlığı, evin içərisindən biri 50 manat olmaqla 2 ədəd televizor aparatının daxili mexanizmi, bir ədəd 30 manat dəyərində antena çanağı, bir ədəd 30 manat dəyərində antena aparatı, birinin qiyməti 50 manat olan 2 ədəd xalça, birinin qiyməti 20 manat olan 3 ədəd qazan, birinin qiyməti 15 manat olan 2 ədəd tava, birinin qiyməti 10 manat olan 01 ədəd tava, 01 ədəd 40 manat dəyərində DVD aparatı, 01 ədəd 30 manat dəyərində elektrik peçi, birinin qiyməti 10 manat olan 2 ədəd yorğan, birinin qiyməti 10 manat olan 2 ədəd döşək, birinin qiyməti 5 manat olan 10 ədəd boşqabın naməlum şəxs və şəxslər tərəfindən oğurlanaraq ona ümumilikdə 3278 manat maddi ziyan dəyməsini müəyyən etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclası zamanı tədqiq edilmiş ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivi ərazisində, nömrəsiz ünvanda yerləşən 15 sot torpaq sahəsi üzərində bir mərtəbəli, 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarət fərdi evi vardır. Həmin evdə yay aylarında ailə üzvləri ilə birlikdə yaşayır, qış aylarında isə arada bir qalırlar. Sonuncu dəfə 28 aprel 2024-cü il tarixdə təxminən saat 21 radələrində sözü gedən evindən ailə üzvləri ilə birlikdə çıxaraq yaşadığı ünvan 6 ünvanına getmiş, evdən çıxan zaman evin qapılarını və pəncərələrini bağlamış, işıqlarını da söndürmüşdür. 08 may 2024-cü il tarixdə təxminən 16:30 radələrində hər zaman olduğu kimi sözü gedən evinə getmiş, küçə qapısını yəni, dəmir darvazanı açıb evin həyətinə daxil olan zaman evin sol tərəfində divara bərkidilmiş qiyməti 1350 manat olan bir ədəd “Vanward” markalı, ağ rəngli kombi istilik aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək bağ evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları gəlmiş, polis əməkdaşları tərəfindən özünün iştirakı ilə baxış keçirilib fotoşəkillər çəkilmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə, izahat vermişdir. Hadisə nəticəsində ona ümumlikdə 1350 manat maddi ziyan dəymişdir(cild 1, i.v.92-94); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları nömrəsiz bağ evinin həyətinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.07-10); təqdim etmə, götürmə və baxış keçirmə barədə 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sosial evlər, Mida yaşayış kompleksi, giriş 71, 4-cü mərtəbə, mənzil 4 ünvanda quraşdırdığı 1 ədəd “Vanward” markalı kombi götürüldü. Təqsirləndirilən şəxs2 həmin “Vanward” markalı kombi aparatını dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə təxminən 2024cü ilin aprel aylarının sonlarında axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhiş bağlarında yerləşən bağ evinin divarına bərkildilmiş halda evin həyətindən oğurladıqlarını bildirmişdir. Təqdim olunan kombi aparatına baxış zamanı onun ağ rəngdə olduğu və markasının “Vanward” olduğu müəyyən oldundu. İş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi kombi aparatı götürüldü (cild 1, i.v.23-26); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.69); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v.113-114) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, MSY-dən azad edilməsi qərara alınmışdır (cild 01, i.v.137-139); Qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.140-141); Qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, 145-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v.156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v.157-158); hadisə yerinə baxış keçirilməsi haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.167-171); hadisə yerinə baxış keçirilməsi haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.180-182); hadisə yerinə baxış keçirilməsi haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.192-194); xx.xx.2024-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v.13); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v.64-66); vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, MSY-dən azad edilməsi qərara alınmışdır (cild 2, i.v.98-100); Qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.109-110); Diskə baxış keçirilməsi barədə 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 məxsus Opel Astra markalı **-HV-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məxsus bağ evləri istiqamətində müxtəlif saatlarda bir neçə dəfə gediş gəliş edir və qeyd olunan avtomobilin yedəyində müxtəlif növ dəmir parçaları vardır (cild 2, i.v.156); Diskə baxış keçirilməsi barədə 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə gecə radələrindən gündüz və axşam radələrinədək, həmçinin xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin anten dairələri eyni vaxtda /"Kurdakhani/"Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi 76 "/Sabunchu/ (40.546xx/xx.92176) 23, 24, 26) əhatə dairəsində olmuşdur (cild 2, i.v.157); Məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli 9-4025 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd "Vanward" markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatının istifadədə olması nəzərə alınmaqla, 2024-cü ilin aprel ayına orta bazar qiyməti təxminən 600 manat müəyən edilir (cild 2, i.v.174-176); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar edilərək götürülmüş oğurlanmış 01 ədəd ədəd "Vanward" markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatı iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, Sabunçu RPİ-nin 15-ci PB-dən daxil olmuş video görüntülər olan 01 ədəd CD disk, Azərfon MMC-dən daxil olmuş CD disk, sübut növü kimi tanınmışdır (cild 2, i.v.189-202); Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilən ƏAT nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Elşən Məhərrəmov küçəsində saxlanılaraq Sabunçu RPİ MSYnə təhvil verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri və 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün) müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2019-cu il təvəllüdlü azyaşlı övladları vardır. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü az yaşlı övladları vardır. Məhkəmə iclasında iki ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülər görünür ki, həmin görüntülər, xx.xx.2024-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollara uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü yalnız Təqsirləndirilən şəxs2la birlikdə törədilən cinayət əməlində təqsirli bilməsi, Natiqlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə girərək oğurluq etməsi, digər epizodların onun tərəfindən törədilməməsi barəsində ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməllərini etiraf edərək həmin xüsusatları göstərmiş, həmin ifadələri imzası ilə təsdiq etmişdir. Bundan başqa, diskə baxış keçirilməsi barədə 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 məxsus Opel Astra markalı **-HV-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məxsus bağ evləri istiqamətində müxtəlif saatlarda bir neçə dəfə gediş gəliş edir və qeyd olunan avtomobilin yedəyində müxtəlif növ dəmir parçaları vardır. Eləcə də, diskə baxış keçirilməsi barədə 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə gecə radələrindən gündüz və axşam radələrinədək, həmçinin xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və X2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrələrin anten dairələri eyni vaxtda /"Kurdakhani/"Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi 76 "/Sabunchu/ (40.546xx/xx.92176) 23, 24, 26) əhatə dairəsində olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərinifadələri, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, CD diskdə olan görüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-285/2024 saylı hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-285/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)- 285/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12- 59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-453/2024 saylı hökm üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-453/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-285/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 02 fevral 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixədək olan 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-453/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01(bir) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5, 68.1.1-1), 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 09 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM- 56.1.2). İş üzrə maddi sübut– 01 ədəd "Vanward" markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. 50 manat ekspertiza xərcinin 25(iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25(iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-285/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02(iki) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 02 fevral 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyidirilərək həbs qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-453/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixadək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 09 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut– 01 ədəd "Vanward" markalı "L1PB26-Y24B" modelli, 24 kv-lıq kombi aparatının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. 50 manat ekspertiza xərcinin 25(iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25(iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-717/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-717/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver