Məhkəmə qərarları › İş №1(008)-717/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-717/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-717/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Bakı şəhəri 7 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il təvəllüdlü, Neftçala rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində az yaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Netfçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə cinayətkar niyyətindən məlumatsız olan tanışı Zərərçəkmiş şəxs, sonuncunun tanışı X3 barəsində Bakı Ağır Cinayətlər məhkəməsində baxılan cinayət işi üzrə işini həll edib barəsində seçilmiş qətimkan tədbirini həbslə bağlı olmayan alternativ qətimkan tədbiri ilə əvəz etdirəcəyini vəd edərək, Zərərçəkmiş şəxs bu adla 02 dəfəyə olmaqla Bakı şəhəri, Saunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsində yerləşən “Bol mart” mağazasında quraşdırılmış “Milli ön” elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsinə rəsmiləşdirilmiş "xxxx" ASC aid olan 416978*****2762 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 22:06-da 3.500 manat, həmin ünvanda və tarixdə saat 22:10-da özünün istifadəsinə rəsmiləşdirilmiş "xxxx" ASC-yə aid olan 416978******9926 nömrəli bank kartına 3.000 manat pulu göndərtdirməklə yalan vəd verib etibarından sui- istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə həmin vəsaiti ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 6.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bu əməli X3 ona borclu olduğu 15.500 manat pulu geri ala bilmək üçün etmişdir. Belə ki, Zərərçəkmiş şəxs və Nazim Qarayevi uzun müddətdir ki, tanıyır. Təxminən 2025-ci ilin fevral ayında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ona müraciət edərək, Nazim Qarayevin həbsdə olduğunu və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə əlaqədar ona köməklik göstərə bilib- bilməyəcəyimi maraqlanmışdır. Söhbət zamanı o, Mətanətə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri ilə yaxın əlaqələrə malik olduğumu bildirmiş, sonuncu ilə məsləhət etdikdən sonra iş ilə bağlı məlumat verəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qəti şəkildə vurğulamışdır ki, o, qeyd olunan məhkəmənin sədrini tanımır və sonuncu ilə heç bir tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs belə məlumat verməkdə məqsədi təxminən 2022-ci ilin yay aylarında Reşad Qocayev adlı tanışımın ona müraciət edərək Nazim Qarayevə 15.500 manat pul lazım olduğunu bildirməsi və onun razılaşaraq həmin vaxt Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Keşlə" bazarının qarşısında Rəşad Qocayev və Səbuhi adlı şəxslərin iştirakları ilə Nazim Qarayev ilə görüşüb şəxsən sonuncuya 15.500 manat pul verməsi olmuşdur. X5 pulu alarkən həmin məbləği 1 ay müddətində geri qaytaracağına söz vermişdir. Lakin hazıradək Nazim Qarayev vədinə əməl etməmişdir. Beləliklə Zərərçəkmiş şəxs ondan Nazim Qarayevin həbsdən çıxarılmasında köməyə ehtiyacı olduğunu bildirməsi Nazim Qarayevdə olan pulunu diriltmək üçün fürsət bildiyinə görə Mətanətə guya Bakı Ağır Cinayətlər Mahkamasinin sədrini tanımasını və 10.000 manat qarşılığında ona köməklik göstərəcəyini bildirmişdir. Mətanət Nazim ilə məsləhətləşdikdən sonra onunla əlaqə saxlayaraq 6.500 manat pul vermək imkanları olmasını bildirmişdir. Onunla razılaşmış və guya yerdə qalan, yəni 3.500 manatı öz vesaiti hesabına təmin edəcəyimi vəd vermişdir ki, dediyi yalana hər ikisini inandıra bilsin. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq pulun hazır olduğunu söyləmiş və o, Mətanətdən pulu kart hesabına göndərməsini xahiş etmişdir. Mətanətin istifadəsində olan telefon nömrəsinə "Kapital" banka məxsus 2 ədəd plastik bank kart hesablarını gönrəmişdir. Mətanət həmin gün kartların hər birinə müvafiq olaraq 3.500 və 3.000 manat pul vəsaiti köçürmüşdür. Bir neçə gün sonra Mətanət ilə əlaqə saxlayaraq guya pulu məhkəmənin sədrinə verməsini və növbəti məhkəmə prosesi zamanı Nazimin azadlığa buraxılacağını demişdir. Baş tutmuş məhkəmə baxışları zamanı Nazim Qarayevin həbsdə saxlanılmasına dair qərar qüvvədə qaldıqdan sonra Zərərçəkmiş şəxs ondan 6.500 manat pulu geri qaytarmasını tələb etmişdir. O, Mətanətə həmin məbləği Nazim Qarayevin ona olan borcundan, yəni 15.500 manatdan çıxdığını bildirmişdir. Mətanət isə 6.500 manat pulu Nazim Qarayerin ondan tələb etdiyini və qeyd olunan borc məsələsinin ona heç bir aidiyyətinin olmamasını söyləmişdir. O, Mətanətlə razılaşmış və yaxın zamanlarda balıq ticarətindən gəlir əldə edəcəyini və o zaman 6.500 manat pulu ona geri qaytaracağına dair vəd vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun yaxın qohumu X9 vergi İstintaqı tərəfindən tutulub və hazırda Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılır. X3 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs Nazimin işinin həllini Ağır Cinayətlər Məhkəməsində danışdığını və onun cəzasının ev dustaqlığı ilə əvəz edəcəyini vəd verirdi. Danışıq zamanı Təqsirləndirilən şəxs həmin işin qarşılığında Ağır Cinayətlər məhkəməsinin sədrinə 10.000(on min) manat pul verməli olduğunu bildirmişdir. O da, tanışından 6.500 manat borca pul götürüb xx.xx.2025-ci il tarixdə Vüqara məxsus "xxxx" ASC-yə aid olan 416973******2762 və 416973******9926 nömrəli bank kartlarına xx.xx.2025-ci il tarixdə saat 22:06-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsində yerləşən “Bol mart” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 3500 manat, eyni ünvanda və eyni tarixdə saat 22:10-da 3.000 manat pulu göndərmişdir. Lakin məhkəmə olan zaman Nazimin barəsində seçilmiş həbs qətimkan tədbiri digər alternativ qətimkan tədbiri ilə əvəz olunmamışdır. Bundan sonradan o, Vüqara zəng etsə də, sonuncu onun telefon zənglərimə cavab verməmişdir. Məhz bu zaman o, başa düşmüşdür ki, Vüqar onu aldadaraq ona qarşı dələduzluq etmişdir. O da, məcbur qalıb bu barədə 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Bolmart marketə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.13- 15); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.51-54). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v.55). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.77-78). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2025-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.90- 91). 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.97). “dəymiş ziyanın ödənilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat pul ödəmişdir(i.v.103- 104). “baxış və götürmə haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış keçirilmiş, baxış zamanı 20 ədəd müxtəlif məzmunlu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aid olan səs yazıları aşkar olunmuşdur. 1.Təqsirləndirilən şəxs:”Mətanət salam nətərsən, Mətanət mən o iş üçün səndən 6500 manat pul almışam yaxşı? Hmm mənə də vəd veriblər ki, inşallah aprel ayında Nazim çıxacaqdır. 2.Təqsirləndirilən şəxs:Mətanət sədirnən danışıblar da, sədirnən danışıblar başqa kimnən danışıblar ki, sədir özü də, “mızıllanır”.3.Təqsirləndirilən şəxs:Mətanət, o pulu mən vermişəm hətda ən pis halda belə o pulu mən sənə özüm qaytaracağam, o adam pulu yesə də, mən girmişəm bu söhbətin altına mən də cavabdehəm.4.Təqsirləndirilən şəxs: Mənim yerimə kim olsa, deyərdi ki, voobşe bilirsən nə var ged nə bilirsən elə belədə ki, borcumdan çıxıram. Ancaq mə onu eləmirəm çünki, Nazim dustağdır, dustağın pulunu yeməzlər mən elə kişinin oğlu deyiləm. Digər səs yazılara baxış keçirdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif məzmunlu alınan 6500 manat pulu yaxın zamanda qaytarılacağına dair vədlər verməsi müəyyən edilmişdir(i.v.127-128). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Neftçala RPŞ İQ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib. xx.xx.2024-cü il tarixdə Bakı Apelyasiya məhkəməsinin hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyinə görə barəsində 05 il 04 ay 13 gün müddətinə A.M.E cəzası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə AR Ali Məhkəməsinin qərarı ilə Bakı Apellasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilib. xx.xx.2025-ci il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılıb (129-130). Sübutların qiymətləndirilməsi haqqında 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 178.2.1, 193, 310, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən “Vvhatsap” yazışmalarına dair təqdim edilmiş 14 vərəqdən ibarət yazışmaların çap edilmiş surəti və həmin yazışmalara baxış keçirilməsi haqqında tərtib edilmiş protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd səs yazmalar olan CD disk iş üzrə maddi sübut kimi tanınmış, həmin CD diskə baxış keçirilməsi haqqında tərtib edilmiş protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v.131-141). Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X2 adlı iki uşağı vardır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o özünü Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilir, məhkəmədən bəraətverici əsaslar olmadan “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsi ilə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar(bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində(himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyət, yəni maddi ziyanın tam olaraq ödənilməsi hazırki iş üzrə təmin olunmuşdur.

10. Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19.5. məhkəmələr-bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiyanı Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsinə əsas verir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Dövlət ittihamçısı çıxış edərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut-01 ədəd “DVD” disk, 14 vərəqədən ibarət “WhatsApp” proqramı üzrə olan yazışmaları iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 iş saatına görə 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı:Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar