Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-719/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 mart 2023-cü il tarixdə saat 12 radələıində kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi. Albalılıq massivi, 871 nömrəli bağ evinin həyətində yerləşən yardımçı otaqdan 1000 manat dəyərində 01 ədəd 30 kvalıq elektrik tənzimləyicisi. 300 manat dəyərində 01 ədəd 10 kvalıq elektrik tənzimləyicisi. 70 manat dəyərində 01 ədəd 40 litrlik qaz balonu, 30 manat dəyərində 01 ədəd 5 litrlik qaz balonu. 150 manat dəyərində 01 ədəd laqonda, 150 manat dəyərində 01 ədəd drel. 100 manat dəyərində 01 ədəd elektirik mişar. 100 manat dəyərində 01 ədəd motopila. 50 manat dəyərində 01 ədəd elektrik mismar vuran. 100 manat dəyərində 01 ədəd qırıcı çəkic. 100 manat dəyərində 01 ədəd armatur kəsən qayçı. 250 manat dəyərində 01 ədəd 7 litrlik samovar. 100 manat dəyərində 01 ədəd odun sobası, 150 manat dəyərində 01 ədəd həyət iti və 30 manat dəyərində 01 ədəd “CANDAN" markalı. “CM-01" modelli, 220 Volt. 2200 Watt texniki xüsusiyyətli plastik boru birləşdiriən ütü dəstini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 avqust 2022-ci il tarixdən ünvan 1assivi 871 saylı bağ evində həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə yaşamışdır. Həmin bağ evində bağban kimi ximdət göstərməklə 300 manat əmək haqqı müqabilində yaşamış, yəni həmin evin bağ işlərini, təsərrüfat işlərini görmüşdür. Ev sahibi Anar Məcidov həftə içi günlər, oğlu isə həftə sonu günlər həmin bağ evində qalmışdır. 18 mart 2023-cü il tarixdə azyaşlı övladı xəstə olduğundan ev sahibi Anar Məcidovun mobil nömrəsinə zəng edərək ondan övladı xəstə olduğu üçün pul lazım olduğundan iki həftənin pulunu, yəni 100 manat pul verməsini xahiş etmişdir. Ev sahibi Anar Məcidov hər həftə ona 50 manat pul verməklə ayın sonunda ümumilikdə ona 300 manat aylıq əmək haqqı vermişdir. Ona görə də həmin vaxt ona pul verməkdən imtina etmişdir. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, 18 mart 2023-cü il tarixdə saat 12 radələrində həmin yaşadığı evin həyətində olan yardımçı tikilidən 01 ədəd su qızdırıcısı, 01 ədəd plastik boru yapışdırmaq üçün istifadə edilən ütü, 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd su nasosunu və 1 ədəd elektrik mişarı oğurlamışdır. Həmin gün 01 ədəd plastik boru yapışdırmaq üçün istifadə edilən ütüdən başqa oğurladığı digər əşyaları yaşadığı məhəllədə maşınla gəzən və səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satmışdır. Həmin əşyaları özünə aid olan bir neçə dəmir material ilə birlikdə cəmi 100 manata satmışdır. Ütünü isə qonşuluqda yaşayan adını sonradan bildiyi Şahid1 20 manata satmışdır. Şahid1 həmin ütünü ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin vaxt həyat yoldaşı Aygün də onun yanında olmuşdur. Aygünü aldadıb ona bildirmişdir ki, satdığı həmin ütü dəstini guya ev sahibi ona bağışlamışdır. Aygün də ona inanmışdır. Oğurluqdan əldə etdiyi qeyd edilən məbləğdə pulların bir qismini uşağının dərmanları üçün xərcləmiş, bir qismini isə Quba rayonuna gedəndə yola xərcləmişdir. Ailə üzvlərinin, yəni həyat yoldaşı Aygün Məmmədlinin oğurluq etməyi barədə məlumatı olmamışdır. Həyat yoldaşı Aygün qeyd edilən əmlakları gizli olaraq talamağını, küçəyə daşımağını, satmağını görməmişdir. Çünki, Aygün hamin vaxt yaşadıqları otaqda olmuş, övladı yeni doğulmuş olduğundan ona daha çox vaxt ayırmışdır. O isə bağban olduğu üçün çox vaxt həyətdə olmuş, həm də gördüyü işlərlə bağlı həmin yardımçı otağa tez tez girib çıxmışdır. Ona görə həmin əmlakları götürüb küçəyə daşıyanda, satanda Aygünün xəbəri olmamışdır. Oğurladığı əmlaklardan bir ədəd plastik boru yapışdırmaq üçün istifadə edilən ütünü qonşuluqda yaşayan adını sonradan bildiyi Şahid1 20 manata satmışdır. Həmin ütünün özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Başqa oğurladığı əşyaları yaşadığı məhəllədə maşınla gəzən və səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satmış və özünə aid olduğunu bildirmişdir. Həmin əşyaları özünə aid olan bir neçə dəmir material ilə birlikdə cəmi 100 manata satmışdır. Zərərçəkmiş şəxs məxsus bağ evində həm itlərə nəzarət etmiş, həm də həyətin suvarma işlərinə baxmışdır. Həmin yardımçı otaqda suvarmaya dair şlanq və digər əşyalar saxlanılmışdır. Bu səbəbdən ev sahibi Teymur yardımçı otağın açarını ona vermişdir. Lakin sonuncu orada saxlanılan 01 ədəd 30 kvalıq elektrik tənzimləyicisi, 01 ədəd 10 kvalıq elektrik tənzimləyicisi, 01 ədəd 40 litrlik qaz balonu, 01 ədəd 5 litrlik qaz balonu, 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd elektirik mişar, 01 ədəd motopila, 01 ədəd elektrik mismar vuran, 01 ədəd qırıcı çəkic, 01 ədəd armatur kəsən qayçı, 01 ədəd 7 litrlik samovar, 01 ədəd odun sobası, 01 ədəd “CANDAN” markalı plastik boru yapışdıran ütü dəstini hər hansı məqsədlə istifadə etməyə ona icazə verməmiş, əksinə həmin əşyalara toxunmamağı ona tapşırmış, həmin əşyalar heç vaxt onun sərəncamında olmamış, ev sahibinin evdə olmamağından istifadə edib həmin əşyaları oğurlamışdır. Ziyandan 500 manat zərərçəkmiş şəxsə ödəmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə bağ evindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə məlumatı özü ünvanlamışdır. ünvan 1assivi, 871 nömrəli bağ evi özünə məxsusdur. X4 demək olar ki, həftənin bütün günləri həmin bağ evində qalır, hərdən isə həftə sonları şəhərdəki mənzilində qalır. O isə həftə sonları sözügedən bağ evinə gedib orada qalıb evə nəzarət etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı ilə birlikdə 2022-ci ilin avqust ayından etibarən ona məxsus sözügedən bağ evində yaşamışlar. Onlara bağ evinin həyətinin suvarılması və həyətdəki itlərə qulluq müqabilində aylıq əmək haqqı olaraq 300 manat pul vermişdir. Əlavə işlər gördürəndə əlavə zəhmət haqqı da vermişdir. 17 mart 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar atası ilə birlikdə Lənkəran şəhərinə, oradan isə Lerik rayonuna getmişlər. 18 mart 2023-cü il tarixdə saat 18 radələrində atası ilə birlikdə rayondan qayıtmışlar və bağ evinə gəlmişdir. Bağ evinin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs və həyat yoldaşının həyətdə olmadığını görmüşdür. Emilin həyat yoldaşı ilə birlikdə yaşadığı otağın qapsını döydükdə qapını heç kəs açmamış, bundan sonra şübhələnib həyətdə yerləşən, təsərrüfat alətlərinin saxlanc yeri olan yardımçı otağa baxmışdır. Həmin vaxt yardımçı otağın qapısı bağlı olsa da açarı üzərində olmuşdur. Həmin yardımçı otaqda təsərrüfat alətləri saxlanılmış və otağın açarını Emilə vermişdir ki, həyətdə təsərrüfat işləri görəndə lazım olan aləti otaqdan götürüb istifadə etsin. Həmin yardımçı otağa daxil olduqda məlum olmuşdur ki, otaqdan bir neçə təsərrüfat alətləri oğurlanmışdır. Belə ki, 1000 manat dəyərində 01 ədəd 30 kvalıq elektrik tənzimləyicisi, 300 manat dəyərində 01 ədəd 10 kvalıq elektrik tənzimləyicisi, 70 manat dəyərində 01 ədəd 40 litrlik qaz balonu, 30 manat dəyətində 01 ədəd 5 litrlik qaz balonu, 150 manat dəyərində 01 ədəd laqonda, 150 manat dəyərində 01 ədəd drel, 100 manat dəyərində 01 ədəd elektirik mişar, 100 manat dəyərində 01 ədəd motopila, 50 manat dəyərində 01 ədəd elektrik mismar vuran, 100 manat dəyərində 01 ədəd qırıcı çəkic, 100 manat dəyərində 01 ədəd armatur kəsən qayçı, 250 manat dəyərində 01 ədəd 7 litrlik samovar, 100 manat dəyərində 01 ədəd odun sobası, 35 manat dəyərində 01 ədəd “CANDAN” markalı plastik boru yapşıdıran ütü dəsti və 150 manat dəyərində 01 ədəd həyət itinin naməlum şəraitdə və naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. 20 mart 2023-cü il tarixdə hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ümumilikdə ona 2685 manat maddi ziyan dəymişdir. İlkin izahatında ona hadisə nəticəsində 2500 manat maddi ziyan dəyməsi ilə bağlı göstərdiklərinə münasibətdə bildirmişdir ki, hadisədən sonra oğurlanmış əşyaları və onların qiymətlərini tam müəyyən etmişdir. Təqsirləndirilən şəxs bağ evində olan itlərə nəzarət etmiş, həm də həyətin suvarma işlərinə də baxmışdır. Yardımçı otaqda isə suvarmaya dair şlanq və digər əşyalar saxlanılmışdır. Bu səbəbdən Emilə yardımçı otağın açarını vermişdir. Lakin orada saxlanılan ona məxsus 01 ədəd 30 kvalıq elektrik tənzimləyicisi, 01 ədəd 10 kvalıq elektrik tənzimləyicisi, 01 ədəd 40 litrlik qaz balonu, 01 ədəd 5 litrlik qaz balonu, 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd elektirik mişar, 01 ədəd motopila, 01 ədəd elektrik mismar vuran, 01 ədəd qırıcı çəkic, 01 ədəd armatur kəsən qayçı, 01 ədəd 7 litrlik samovar, 01 ədəd odun sobası, 01 ədəd “CANDAN” markalı plastik boru yapışdıran ütü dəsti suvarmaya aid olan əşyalar deyil, həmin sadalanan əşyaları hər hansı məqsədlə istifadə etməyə Emilə icazə verməmiş, əksinə həmin əşyalara toxunmamağı ona tapşırmış, həmin əşyalar heç vaxt Təqsirləndirilən şəxs sərəncamında olmamışdır. Oğurlanmış əşyalardan yalnız ütü dəsti ona qaytarılmışdır, istintaq zamanı dəymiş ziyanın əvəzi olaraq 500 manat ona ödənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs qonşuluqda yerləşən bağ evində ailəsi, yəni həyat yoldaşı ilə birlikdə yaşamış, həmçinin həmin bağ evində gözətçilik etmişdir. Təxminən 15 mart 2023-cü il tarixdə saat 13:30 radələrində evdə olan zaman yaşadığı həyətin darvazası döyülmüş, küçəyə çıxan zaman qonşuluqdakı bağ evində gözətçilik edən Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs əlində yaşıl rəngli dəmir qutu olmuşdur. Emil ona bildirmişdir ki, əlindəki qutuda plastik boru yapışdırmaq üçün nəzərdə tutulan ütü dəsti vardır. Emil əlindəki həmin ütünün özünə məxsus olduğunu və pul lazım olduğundan satmaq qərarına gəldiyini bildirmiş və həmin ütü dəstini ona 20 manat pul müqabilində satmışdır. Emil ona demişdir ki, əgər başqa nəsə istəsə ona desin, gətirsin. Ona heç nə lazım olmadığından Emilə bunu bildirib evinə getmişdir. Sonradan Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə çağırılan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı həmin ütü dəstini ailəsi ilə birgə yaşadığı bağ evindən oğurlamışdır. Həmin ütünün oğurluq olmasını bilməmişdir. Emil ona həmin ütünün özünə məxsus olduğunu demişdir. Hazırda həmin ütünü sahibi Zərərçəkmiş şəxs qaytarmışdır. Şahid2 ibtidai istntaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki. heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onunla 20 noyabr 2022-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar. Birgə nikahdan bir azyaşlı övladları vardır. Təqsirləndirilən şəxslə 14 avqust 2022-ci il tarixdən ünvan 1assivi 871 saylı bağ evində azyaşlı övladı ilə birlikdə yaşamışlar. Yaşadıqları bağ evinin sahibi onlara aylıq əmək haqqı olaraq 300 manat əmək haqqı vermiş, həmin evin bağ işlərini, təsərrüfat işlərini görməkdə həyat yoldaşı Emilə kömək etmişdir. Fv sahibi Anar Məcidov həftə içi günlər, oğlu Zərərçəkmiş şəxs isə həftə sonu günlər həmin bağ evində qalmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları ünvanda oğurluq törətməsindən heç bir xəbəri olmamış. Emil həyətdə olan yardımçı tikiliyə tez-tez girib çıxmış və həmin otaqda olan təsərrüfat alətlərindən tez tez istifadə etmiş, çünki həyətdə təsərrüfat işləri görmüşdür deyə ev sahibi onlara aylıq maaş vermişdir. Həm də yeni doğulmuş azyaşlı övladı olduğundan onunla çox vaxt keçirmişdir deyə yaşadıqları otaqda olmuşdur. Ona görə də çox vaxtını otaqda keçirdiyindən Emilin həmin əşyaları oğurlayıb həyətdən çıxarmasını görməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd edilən bağ evinin həyətində yerləşən yardımçı otaqdan nə oğurladığını bilmir. Ümumiyyətlə həmin yardımçı otaqda nələr olduğunu xatırlamır, çünki oraya nadir hallarda daxil olmuşdur. Adətən Emil həmin otağa daxil olmuş, həyətdə və ya bağda işlər görəndə hər hansı alət götürüb oradan çıxmışdır. Zərərçəkmiş şəxs məxsus ünvan 1assivi, 871 nömrəli bağ evinin həyətində quraşdırılmış videomüşahidə kameralarının videogörüntüləri ilə tanış olaraq bildirmişdir ki, ağ rəngli avtomaşına yüklədikləri əşyalar özlərinə aid olan əşyalar olmuş, həmin əşyaları avtomaşına yükləyib, sonradan özləri də avtomaşına minib Bakı şəhərinin avtovağzalına, oradan da Quba rayonuna, atasının yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs əli ilə videomüşahidə kamerasının istiqamətini dəyişdirməsində məqsədi o olmuşdur ki. Emilin dediyinə görə ev sahibi ona zəng edib bildirmişdir ki, kameranın istiqamətini həyət darvazasına tərəf istiqamətləndirsin. Emil də ona görə kameranın istiqamətini dəyişmiş, o da Emilin yanında qalıb ona baxmışdır. Emilin həmin plastik boru yapışdırmaq üçün istifadə edilən ütünü oğurlamasından xəbəri olmamış, Emil həmin ütünü ev sahibi ona bağışladığını demişdir. Emil həyətdə dəmir tullantıları yığmış, onları səyyar metal alışı ilə məşğul olan şəxslərə satacağını bildirmiş, ona da həmin dəmirləri satıb pul qazandığını demişdir(i.v.91-95); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Abalı” massivi 871 nömrəli bağ evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v. 8-11); xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürüməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu əldə etdiyi 01 ədəd “CANDAN” markalı plastik boru yapışdırmaq üçün istifadə edilən ütü dəstini 20 manat pul müqabilində satdığı Şahid1 məxsus ünvan 2 ünvanda yerləşən bağ evinin həyətinə baxış keçirilmiş və qeyd edilən 01 ədəd “CANDAN" markalı plastik boru yapışdırmaq üçün istifadə edilən ütü dəsti iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(i.v.26-28); zərərçəkmiş şəxs kimi tanınma haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); şübhəli şəxsin tutulması haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00 radələrində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 58); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 67-68); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.82-84); qətimkan tədbirinin seçilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 85-86); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.102); cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 may 2023-cü il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.107-108); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 9/2914 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “CANDAN" markalı, “CM-01” modelli 220 Volt. 2200 Watt texniki xüsusiyyətli plastik boru birləşdirən ütü dəstinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü il mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 30.00 manat müəyyən olunur(i.v.109-111); Sabunçu RPİ-nin 14-cü PB-nin 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq zəruri istintaq hərəkətlərinin keçirilməsindən ötrü istintaqa təhvil verilmişdir(i.v.113); 06 iyun 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə tutularaq istintaqa təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir(i.v.114); qətimkan tədbirinin seçilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 117-118); sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və təhqiqat zamanı əldə edilmiş 01 ədəd “CANDAN” markalı “CM-01" modelli, 220 Volt, 2200 Watt texniki xüsusiyyətli plastik boru birləşdirən ütü dəsti iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılması qərar alınmışdır(i.v.123-131); ziyanın ödənilməsi barədə 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 500 manat pul Zərərçəkmiş şəxs ödənilmişdir(i.v.149); qəbzdən görünür ki, 01 ədəd “CANDAN” markalı plastik boru birləşdirən ütü dəsti Zərərçəkmiş şəxs qaytarılmışdır(i.v.150); İ-68792 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “X1” medalı ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməldən səmimi peşman olmasını, “X1” medalı ilə təltif edilməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək və 06 iyun 2023-cü il tarixdə tutularaq saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut –01 ədəd “CANDAN” markalı plastik boru birləşdirən ütü dəstinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək və 06 iyun 2023-cü il tarixdə tutularaq saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. İş üzrə maddi sübut-“CANDAN” markalı plastik boru birləşdirən ütü dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-719/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-719/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver