Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-72/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (videokonfrans vasitəsi), müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Yexeqnadzor şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 10 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən 21 saylı şəhər poliklinikasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu **-YC-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobilində sərnişin qismində olmuş Zərərçəkmiş şəxs özünə məxsus olan əl çantasının avtomobilinin arxa oturacağında qoyub avtomaşınından düşərək bir qədər aralanması ilə bağlı özgənin əmlakını gizli talamasına yönəldilmiş hərəkətləri üçün əlverişli şəraitin yaranmasından istifadə edərək əl çantasının içərisindən sarı rəngli, üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 6,23 qram, qiyməti 530 manat olan boyunbağı, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, kütləsi 2,21 qram, qiyməti 188 manat olan üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “Cartier 585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, qaşlarının keyfiyyəti və növü qiymətsiz, kütləsi 2,03 qram, qiyməti 173 manat olan üzük, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 1,25 qram, qiyməti 106 manat olan kulon, sarı rəngli üzərində “585” damğası olan 01 cüt metalı qızıl, əyarı 583/585, kütləsi 2,94 qram, qiyməti 250 manat olan sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur və etibarnamə əsasında **-YC-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobili idarə edir, həmin avtomobil ilə “Bolt” taksi şirkətində fəaliyyət göstərir. Belə ki, 10 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində “Bolt” mobil tətbiqi vasitəsilə gələn sifariş əsasında ünvan 4 ünvanında yerləşən yeni tikili binanın qarşısına getmişdir. Həmin ünvanda sifarişçi qismində tanımadığı qadın əlində çantalar ilə avtomobilin arxa oturacağına əyləşib yolboyu öz çantalarının içinə açıb baxırdı. O, sərnişini Zabrat qəsəbəsində təyinat nöqtəsinə çatdırmış, sonradan digər müştəri avtomobilə əyləşdikdə ona arxada yerə sarı rəngdə bir qutunun düşdüyünü bildirərək ona vermişdir. O, həmin qutunu açdıqda içində qızıl-zinyət əşyalarının olduğunu görmüşdür. Həmin əşyaları düşürən müştəri “Bolt” tətbiqində xarici nömrə ilə qeydiyyatdan keçdiyindən onunla əlaqə saxlayıb əşyalarını itirdiyini bildirə bilməmişdir. Onun həmin əşyaları oğurlamaq niyyəti olmamışdır. Polis əməkdaşları bununla bağlı onunla 2 gün sonra əlaqə saxlamışdırlar. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 4ndən yaşadığı Zabrat qəsəbəsi Ş.Mehdiyev küçəsində yerləşən evə getmək üçün “Bolt” mobil tətbiqi vasitəsilə taksi sifariş verdikdən 5-10 dəqiqədən sonra adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Avtomobilin arxa oturacağında əyləşərək özünə məxsus olan əl çantasını avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Bundan sonra avtomobil hərəkətə başlamış, avtomobil Zabrat qəsəbəsi, 21 saylı poliklinikanın qarşısında olarkən taksi sürücüsü olan Təqsirləndirilən şəxs bankomatdan pul çıxartmaq üçün həmin ünvanda saxlamasını xahiş etmişdir. Avtomobildən düşüb bankomata yaxınlaşan zaman əl çantasını özü ilə götürməmiş, avtomobilin arxa oturacağının üzərində saxlamışdır. Yaxınlıqda olan bankomatdan özünə məxsus plastik kartdan pul çıxartdıqdan sonra geri qayıdıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş və bundan sonra taksi sürücüsü onu sifarişdə qeyd edilən ünvana çatdırmışdır. O, həmin tarixdə saat 17:00 radələrində yaşadığı evdə olan zaman əl çantasına baxış keçirmiş, bu zaman əl çantasından içərisində özünə məxsus 01 ədəd qızıl boyunbağı, 01 cüt sırğa, 01 ədəd klon, 01 ədəd mismar formalı üzük və 01 ədəd üzük olan qutunun yerində olmadığını və həmin əşyaların taksi sürücüsü Təqsirləndirilən şəxs tərəfindən oğurladığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 5 ünvanında olan yerdir. Cinayət işinin 46-cı vərəqində olan “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması və axtarışa elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun tutularkən Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 62-ci vərəqində olan Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə saat 09:10-da Binəqədi rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aiddiyatı üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 101-103-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Həmin Qərar Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 09 avqust 2024-cü il tarixdə saat 13:00-da elan edilmiş və onlara təqdim olunmuşdur. Cinayət işinin 110-111-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işinin 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4047-9/6541 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 10 iyun 2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1247,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sarı rəngli, üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 6,23 qram, qiyməti 530 manat olan boyunbağı, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, kütləsi 2,21 qram, qiyməti 188 manat olan üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “Cartier 585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, qaşlarının keyfiyyəti və növü qiymətsiz, kütləsi 2,03 qram, qiyməti 173 manat olan üzük, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 1,25 qram, qiyməti 106 manat olan kulon, sarı rəngli üzərində “585” damğası olan 01 cüt metalı qızıl, əyarı 583/585, kütləsi 2,94 qram, qiyməti 250 manat olan sırğanın maddi sübut hesab olunması qərara alınmışdır. Cinayət işinin 139-cu vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış 11 sentyabr 2024-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl kulon, 02 ədəd qızıl üzüyünü Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 vəziyyətdə saxlamaq üçün təhvil aldığını və Qəbzin doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlini etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). İş üzrə maddi sübut olan - sarı rəngli, üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 6,23 qram, qiyməti 530 manat olan boyunbağı, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, kütləsi 2,21 qram, qiyməti 188 manat olan üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “Cartier 585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, qaşlarının keyfiyyəti və növü qiymətsiz, kütləsi 2,03 qram, qiyməti 173 manat olan üzük, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 1,25 qram, qiyməti 106 manat olan kulon, sarı rəngli üzərində “585” damğası olan 01 cüt metalı qızıl, əyarı 583/585, kütləsi 2,94 qram, qiyməti 250 manat olan sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - sarı rəngli, üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 6,23 qram, qiyməti 530 manat olan boyunbağı, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, kütləsi 2,21 qram, qiyməti 188 manat olan üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “Cartier 585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, qaşlarının keyfiyyəti və növü qiymətsiz, kütləsi 2,03 qram, qiyməti 173 manat olan üzük, sarı rəngli üzərində “585” damğası olan 01 ədəd metalı qızıl, əyarı 583/585, kütləsi 1,25 qram, qiyməti 106 manat olan kulon, sarı rəngli üzərində “585” damğası olan 01 cüt metalı qızıl, əyarı 583/585, kütləsi 2,94 qram, qiyməti 250 manat olan sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-72/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-72/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver