Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-720/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdam rayonu Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 1(008)- 320/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 10 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdam rayonu Xıdırlı ərazi dairəsinin Əhmədavar kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi nömrəsiz evdə yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il taixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,145 qram, 0,018 qram, 0,012 qram, 0,021 qram, 0,007 qram, 0,022 qram ümumi təmiz çəkisi - 0,247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 12 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana Gülçülük sovxozunda yolun kənarında özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPl-nin 14-cü polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən yeddi ədəd bükümdə ayrı-ayrılıqda 0,022 qram, 0,145 qram, 0,018 qram, 0,012 qram, 0,021 qram, 0,007 qram, 0,022 qram ümumi təmiz çəkisi- 0,247 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, o, “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə o, 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və 07 may 2021 -ci il tarixdə azadlığa çıxmışdır. 12 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində o, Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakini adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün yeddi ədəd gümüşü rəngli siqaret kağızı bükümündə “kakos” adı ilə tanıdığı heroin almışdır. O, heroini aldıqdan sonra “prima” markalı siqaret qutusuna yığıb cibinə qoymuşdur. 12 iyun 2022-ci il tarixdə saat 13 radələrində o, Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana Gülçülük sovxozunun ərazisində yol kənarı ilə piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün təqdim edə bilməmiş və bu barədə polis əməkdaşlarına demişdir. Üzərində narkotik vasitə olduğu üçün o, polis əməkdaşlarından yayınmağa çalışmışdır. Polis əməkdaşları hərəkətlərindən şübhələnərək onu tutub 14-cü Polis Bölməsinə aparmışlar. Xidməti otaqların birində təhqiqatçı üzərində şəxsi axtarış aparacağını demiş və vəkillərin siyahısını ona təqdim etmişdir. Onun razılığı əsasında Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili ona müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı onun hüquq və vəzifələrini izah etmişdir. Üzərindən narkotik vasitənin aşkar edilməsini müdafiəçisinin görməməsi üçün o, ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını bildirmişdir. Sonra təhqiqatçı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisindən yeddi ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. O, maddələrin heroin olduğunu, üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən 30 manata aldığını demişdir. Təhqiqatçı tərəfindən heroin bir ədəd zərfdə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Əlahiddə X6 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət etmiş və polis serjantı rütbəsində olmuşdur. Onun vəzifə səlahiyyətləri narkotik vasitələrin, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə aparmaqdan ibarət olmuşdur. 12 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində o, Daxili İşlər Nazirliyinin Əlahiddə X6 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı X3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana Gülçülük sovxozu yaxınlığında olan yol kənarında bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, polis əməkdaşları olduqlarını deyərək həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirmiş və onlardan yayınmağa çalışmışlar. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra həmin şəxsin narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olmasından şübhənmişlər. Bu səbəbdən onlar dərhal Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin növbətçi hissəsinə məlumat vermişlər. Bundan sonra onlar narkotik vasitənin istifadəsində şübhəli olmuş həmin şəxsi polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs bölməyə gətirmələri ilə bağlı raportla bölmənin rəhbərliyinə məruzə etmişlər. Raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. X4 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul etmiş, şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra sonuncu vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən yeddi ədəd ayrı-ayrılıqda gümüşü rəngli siqaret kağızı bükümlərini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, 12 iyun 2022-ci il tarixdə Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək iştrakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.89-92); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v. 11); şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən “Prima” markalı siqaret qutusunu açıb içərisindən yeddi ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə hesab edilən “Kakos” olduğunu, 12 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. O, narkotik vasitəni 20 ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir. Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir (i.v.20-21); məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli, 6/3321 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qr., 0,145 qr., 0,018 qr., 0,012 qr., 0,021 qr., 0,007 qr., 0,022 qr., ümumi təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(i.v.29-33); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan respublikaı CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.51-52); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-501/2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə əvvəli 12 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(i.v.66-68); Maddi sübut kimi tanıma haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış yeddi ədəd bükümdə olan 0,247 qram miqdarında narkotik vasitə - heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,070 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,177 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 № 67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılmışdır(i.v.69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, 18 fevral 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 may 2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.93-95, 74-78); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olmuş, əvvəlcə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin təhqiqatçısı özünü təqdim etmiş, sonra Daxili İşlər Nazirliyinin Əlahiddə X6 8-ci Patrul Bölüyünün əməkdaşları və Təqsirləndirilən şəxs özünü təqdim etmişlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini demiş, hüquq və vəzifələrini izah etmiş, video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusunu içərisindən yeddi ədəd ayrı-ayrılıqda bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “kokos" olduğunu, xx.xx.2022-ci il tarixdə Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslər tərəfindən imzalanmış və bununla da çəkiliş sona çatmışdır (i.v.98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.104-105); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış yeddi ədəd bükümdə olan 0,247 qram miqdarında narkotik vasitə-heroinin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,070 qramı tədqiqata sərf edildikdən sonra qalmış 0,177 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 № 67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.106-112); qətimkan tədbirinin seçilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə həbsdə saxlama müddəti bitdiyindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.198-199); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə barəsində əvvəli 28 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyun 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,247 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli hökmlər üzrə olan məhkumluqlar ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 1(008)-320/2020 saylı hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 12 iyun 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-nin 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 iyun 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən həbdə saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,177 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-720/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-720/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver