Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-721/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi ərazi dairəsi, Dəmirçi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncunun gəlinini Abşeron rayonu Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllim kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq, 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs5 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus bank kart hesabına ödənilmiş 1000 manat, 2022-ci ilin may ayının əvvəllərində vahid qəsdi ilə əhatə olunan Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsindəki “My chikens” uşaq bağçasının qarşısında nağd qaydada aldığı 1000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 cəmi 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunu Abşeron rayonu Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllim kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq 2022-ci ilin may ayının əvvəllərində Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsindəki “My chikens” uşaq bağçasında 1500 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 1500 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X1 Abşeron rayonu Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllim kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayının əvvəllərində Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsindəki “My chikens” uşaq bağçasında 1300 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 1300 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yeni açılacaq uşaq bağçasına müdir müavini kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq, 2022-ci ilin iyul ayının əvvəllərində Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsindəki “My chikens” uşaq bağçasında 2000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 2000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunu Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllim kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq 2022-ci ilin iyul ayında Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsindəki “My chikens” uşaq bağçasında 2000 manat pul almış, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək arvadını Abşeron rayonu Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllim kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının əvvəllərində Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında 2000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 2000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək arvadı X4 Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yeni açılmış uşaq bağçasına müəllimə kimi işə düzəltməklə bağlı yalan vəd verib aldadaraq, 07 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Sabunçu RPİ-nin inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında 1000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs7 1000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayında Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «Göyqurşağı» yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən 400 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini icarəyə götürərək orada uşaq bağçası açmağı qərara almış, həmin qeyri-yaşayış sahəsinin sahibi ilə danışıqlar apardıqdan sonra oranı aylıq 2000 manat olmaqla icarəyə götürmüş, orada təmir-bərpa işlərinə başlamışdır. Bundan əlavə, müəllim vəzifəsinə işə qəbulla bağlı «İnstagram» sosial şəbəkəsində səhifə açaraq elan yerləşdirmiş, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sosial şəbəkədə yerləşdirdiyi elan vasitəsi ilə tanımışdır. Belə ki, işə qəbul prosesində xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs5 onun yanına gələrək gəlinini bağçaya işə düzəltmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs5 işə qəbul üçün 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs5 ilkin olaraq ödəmə terminalı vasitəsi ilə onun hesabına 1000 manat pul köçürmüş, daha sonra onun işlədiyi Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasına gələrək ona nağd şəkildə 1000 manat vermişdir. O, Zərərçəkmiş şəxs5 gəlini işə qəbul etmiş, lakin, bir müddət sonra Zərərçəkmiş şəxs5 gəlini ilə əmək müqaviləsinin bağlanılmamasını, onun adına əmək kitabçasının açılmamasını əsas gətirərək ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin, maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs5 pulunu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 dəqiq xatırlamadığı tarixdə işə qəbulla bağlı ona müraciət edərək arvadını işə düzəltmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs6 arvadının işə qəbulu üçün 1300 manat pul istəmişdir. Zərərçəkmiş şəxs6 bir müddət sonra Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasına gələrək ona 1300 manat vermiş, o, Zərərçəkmiş şəxs6 arvadını işə qəbul etmiş, lakin, bir müddət sonra Zərərçəkmiş şəxs6 arvadı ilə əmək müqaviləsinin bağlanılmamasını, onun adına əmək kitabçasının açılmamasını, uşaq sayının az olmasını əsas gətirərək ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin, maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs6 pulunu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 işə qəbulla bağlı ona müraciət edərək arvadını işə düzəltmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs7 arvadının işə qəbulu üçün 2500 manat pul istəmişdir. Aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs7 arvadının işə düzəlməsi ilkin olaraq 1000 manat, əmək müqaviləsi bağlandıqdan sonra geri qalan 1500 manatı ödəyəcəyini bildirmiş, aralarında olan razılıqdan sonra Zərərçəkmiş şəxs7 ona 1000 manat pul vermişdir. Lakin, sonradan işi ilə əlaqədar yaranan problemlərlə bağlı bağçanı Almaz adlı xanıma vermiş, bu səbəbdən, Zərərçəkmiş şəxs7 arvadını işə qəbul edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 dəqiq xatırlamadığı tarixdə ona müraciət edərək ingilis dili müəlliməsi olaraq işə düzəlmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs1 işə qəbulu üçün 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq bir müddət sonra qardaşı ilə birlikdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasının qarşısını gələrək 2000 manat pul vermişdir. Lakin, sonradan işi ilə əlaqədar yaranan problemlərlə bağlı bağçanı Almaz adlı xanıma vermiş, bu səbəbdən, Zərərçəkmiş şəxs1 işə qəbul edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 “My chikens” uşaq bağçasında loqoped müəllim kimi işləyən Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs4 onun işlədiyi bağçaya gələrək arvadını işə düzəltmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs4 arvadının işə qəbulu üçün 2000 manat pul istəmişdir. O, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 ilə işlədiyi bağçada görüşərək arvadını qəbul etmək məqsədi ilə 2000 manat pul almış, həmin pulun 1000 manatını Zərərçəkmiş şəxs3 vermişdir. Daha sonra işi ilə əlaqədar yaranan problemlərlə bağlı bağçanı Almaz adlı xanıma vermiş, bu səbəbdən, Zərərçəkmiş şəxs4 arvadını işə qəbul edə bilməmişdir. Zərərçəkmiş şəxs4 aldığı 2000 manatın öz payına düşən hissəsini, yəni, 1000 manatı geri qaytarmış, alınan pulun geri qalan hissəsini V.Zərərçəkmiş şəxs3 qaytarmasını bildirsə də, V.Zərərçəkmiş şəxs3 ona hədə-qorxu gəlməklə pulu geri qaytarmaqdan imtina etmiş, həmin pulun V.Zərərçəkmiş şəxs3 verildiyini sübut edə bilmədiyi üçün pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs2 işə qəbulla bağlı ona müraciət etmiş, o, Zərərçəkmiş şəxs2 onu işə götürməsi üçün 1500 manat istəmiş, Zərərçəkmiş şəxs2 çalışdığı baxçada ona 1500 manat vermişdir. “My chikens” uşaq bağçası fəaliyyətə başladıqdan sonra Zərərçəkmiş şəxs2 rus dili müəllimi olaraq çalışmağa başlamış, aylıq 300 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 600 manat əmək haqqı vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında loqoped müəllim olaraq işləməyə başlamış, lakin, sonradan, uşaq sayının az olmasını səbəb göstərərək fəaliyyətini dayandırmaq istədiyni bildirmişdir. O, Zərərçəkmiş şəxs3 bağçada işlədiyi iki həftənin müqabilində ona 180 manat ödəniş etmişdir. O, Zərərçəkmiş şəxs3 işə qəbulla bağlı hansısa məbləğdə pul tələb etməmiş, Zərərçəkmiş şəxs3 ona hər hansı ödəniş etməmişdir. O, işi ilə əlaqədar yaranan problemlərlə bağlı bağçanı Almaz adlı xanıma təhvil verərkən onun işə qəbul etdiyi şəxslərin bağçada fəaliyyətini davam etdirməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışğını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 2022-ci ilin may ayında müəllim kimi işə qəbul olunmaq məqsədi ilə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yeni açılmış «My chikens» uşaq bağçasına müraciət etmiş, özünü bağçanın müdiri kimi təqdim etmiş Təqsirləndirilən şəxs onu qəbul etmiş, aralarında olan danışıq zamanı işə qəbul olunmaq üçün Təqsirləndirilən şəxs 1500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs işə qəbul zamanı onunla əmək müqaviləsinin bağlanıb-bağlanılmayacağını, əmək kitabçasının açılmasını soruşmuş, Təqsirləndirilən şəxs onunla əmək müqaviləsinin bağlanacağını, əmək kitabçasının açılacağını, həmçinin, uşaq sayından asılı olmayaraq aylıq əmək haqqı alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl edəcəyinə inandığı üçün 2022-ci ilin may ayının əvvəllərində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən «My chikens» uşaq bağçasında Təqsirləndirilən şəxs 1500 manat pul vermiş, bir müddət sonra o, işə dəvət olunmuş, lakin, onunla əmək müqaviləsi bağlanmamışdır. 2022-ci ilin sentyabr ayında bağçanın idarəçiliyi Almaz xanıma həvalə edilmiş, Almaz xanım bağçanın idarəçiliyinə başladıqdan sonra uşaq sayının az olmasını səbəb göstərərək onu işdən azad etmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq işə düzəlmək üçün ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr edərək pulu geri qaytarmamış, Təqsirləndirilən şəxs onu aldatdığını və aldığı pulu geri qaytarmayacağını anladığı üçün bununla bağlı polisə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında «İnstagram» sosial şəbəkəsində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində ərazisində yeni bağça açıldığını, orada vakant müəllim yerlərin olduğunu öyrənmiş, gəlinini işə düzəltmək məqsədi ilə ünvanı sosial şəbəkədə qeyd edilən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «My chikens» uşaq bağçasına getmiş, orada özünü bağçanın direktoru olaraq təqdim etmiş Təqsirləndirilən şəxs və onun meneceri Məsməxanım Hacıyevə ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs gəlinini işə düzəltmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs bunun üçün ondan 2000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs işin nə zaman başlayacağını, işə qəbulla bağlı əmək müqaviləsinin bağlanıb-bağlanmayacağı, əmək kitabçasının açılıb-açılmayacağını soruşmuş, Təqsirləndirilən şəxs isə may ayına qədər bağçanın işə başlayacağını, işə qəbul zamanı əmək müqaviləsi bağlanaraq əmək kitabçasının açılacağını bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs ilə razılaşaraq oradan getmiş, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına 1000 manat pul göndərmişdir. 2022-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək pulun geri qalan 1000 manat hissəsinin ödənilməsini istəmiş, o, 2022-ci ilin may ayında Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək geri qalan 1000 manatı ona ödəmişdir. Təqsirləndirilən şəxs pulu alqdıqdan sonra tez bir zamanda işin həll ediləcəyini bildirsə də, gəlini ilə əmək müqaviləsi bağlanmamış, işə düzəlmə üçün nəzərdə tutulmuş müddətdən xeyli vaxt keçəməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmədiyini gördüyü üçün o, verdiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərəl aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X2 onun həyat yoldaşıdır. Arvadı ixtisasça müəllim olduğu üçün onu işə düzəltmək istəmiş, həmin ərəfədə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində «My chikens» uşaq bağçasının açıldığını, müəllim vəzifəsi üzrə vakant olduğunu eşitmiş, 2022ci ilin iyun ayında həmin bağçaya müraciət etmişdir. O, özünü bağçanın direktoru kimi təqdim etmiş Təqsirləndirilən şəxs, eyni zamanda, onun şəriki kimi özünü təqdim edən Məsmə Hacıyevə ilə görüşmüş, aralarında olan danışıq zamanı arvadını bağçaya müəllimə olaraq düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs işə düzəlmə üçün ondan 1300 manat pul istəmiş, o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq 2022-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasına gedərək orada Təqsirləndirilən şəxs 1300 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alqdıqdan sonra tez bir zamanda işin həll ediləcəyini bildirsə də, X2 ilə əmək müqaviləsi bağlanmamış, işə düzəlmə üçün nəzərdə tutulmuş müddətdən xeyli vaxt keçəməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmədiyini gördüyü üçün o, verdiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla əlaqədar ona qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin sentyabr ayında “İnstagram” sosial platformasında müəllim kimi işə qəbulla bağlı verilmiş elan vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, instagram səhifəsinə yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlayaraq işə qəbulla bağlı müraciət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs danışıq üçün onu Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasına dəvət etmişdir. O, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasına gedərək Təqsirləndirilən şəxs ilə görüşmüş aralarında olan danışıqdan sonra Təqsirləndirilən şəxs işə qəbul üçün ondan 2000 manat istəmişdir. O, Təqsirləndirilən şəxs şərtləri ilə razılaşdığı üçün 2022-ci ilin iyul ayında qardaşı X3 ilə birlikdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində “My chikens” uşaq bağçasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək 2000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tez bir zamanda onunla əmək müqaviləsi bağlanacağını bildirmiş, lakin, aralarında olan razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirməklə aldığı pulu geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu aldatdığını anladığı üçün Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla əlaqədar ona qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Səhlabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinddə yaşayır. 2022-ci ilin avqust ayında Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında işə qəbulla bağlı vakansiya elan olunduğunu eşidərək bununla bağlı “My chikens” uşaq bağçasına getmiş, orada özünü uşaq bağçasının müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs onu qəbul etmiş, o, Təqsirləndirilən şəxs arvadı işə düzəltmək məqsədi ilə müraciət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs işə qəbul üçün ondan 2000 manat istəmiş, 2022-ci ilin avqust ayında Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında Təqsirləndirilən şəxs ilə görüşərək 2000 manatı ona vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tez bir zamanda arvadı ilə əmək müqaviləsi bağlanacağını bildirmiş, lakin, aralarında olan razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirməklə vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını anladığı üçün ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs aldığı puldan 1000 manat geri qaytarsa da, müxtəlif bəhanələr gətirməklə pulun geri qalanını qaytarmaqdan yayınmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla əlaqədar ondan şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ərdi yaşayış evində yaşayır. 06 sentyabr 2022-ci il tarixdə “İnstagram” sosial platformasında müəllim kimi işə qəbulla bağlı verilmiş elanla əlaqədar instagram səhifəsinə yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq işə qəbulla bağlı müraciət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs telefon danışığı zamanı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Göyqurşağı yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “My chikens” uşaq bağçasında vakansiya elan olunduğu, işə qəbul üçün 2500 manat tələb olunduğunu bildirmişdir. 07 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “My chikens” uşaq bağçasına gedərək Təqsirləndirilən şəxs ilə görüşmüş, aralarında olan danışıq zaman arvadının işə düzəlməsi ilkin olaraq 1000 manat, əmək müqaviləsi bağlandıqdan sonra geri qalan 1500 manatı ödəyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs onunla razılaşdığı üçün orada Təqsirləndirilən şəxs 1000 manat ödəmişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tez bir zamanda arvadı ilə əmək müqaviləsi bağlanacağını bildirmiş, lakin, aralarında olan razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirməklə vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını anladığı üçün ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pulun geri qalanını qaytarmamış, o, məcbur qalaraq Təqsirləndirilən şəxs əməli barədə polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyandan cəmi 200 manat pul qaytarılmışdır. Bununla əlaqədar ona dəymiş ziyanın tam qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, 2022-ci ilin may ayında Abşeron rayonu, Məhəmmədi qəsəbəsində «My chikens» uşaq bağçasına rus dili müəlliməsi olaraq işə qəbul üçün müraciət etmiş, Təqsirləndirilən şəxs özünü bağçanın direktoru kimi təqdim edərək işə qəbul üçün ondan 2000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq ona 2000 manat ödəmiş, lakin, əmək müqaviləsi bağlanmadığı üçün həmin pulu geri götürmüşdür. O, stajor olaraq «My chikens» uşaq bağçasına getməyə başlamışdır. «My chikens» uşaq bağçasında stajor olaraq çalışdığı müddət ərzində Təqsirləndirilən şəxs ilə aralarında normal münasibət yaranmış, Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazində “Ayla” adlı uşaq bağçası açacağını, onu müdir müavini olaraq işə götürə biləcəyini, bunun müqabilində 2000 manat pul tələb olduğunu bildirmişdir. Yeni açılacaq bağça onun yaşayış yerinə yaxın olduğu üçün o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, 2022-ci ilin iyul ayının əvvəllərində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «My chikens» uşaq bağçasında Təqsirləndirilən şəxs ilə görüşərək ona 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra tez bir zamanda məsələnin həll olunacağını bildirmiş, lakin, aralarında olan razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirməklə vaxt qazanmağa çalışmışdır. O, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazində “Ayla” adlı uşaq bağçasının açılması ilə maraqlanmış, lakin, belə bir planın mövcud olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını anladığı üçün ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pulun geri qalanını qaytarmamış, o, məcbur qalaraq Təqsirləndirilən şəxs əməli barədə polisə müraciət etmişdir. Cinayət işinin 1-ci cildinin 27-67-ci vərəqəsində olan 19 dekabr 2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında «Whatsapp» proqramı vasitəsi ilə aparılmış SMS yazışmalar götürülüb baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs işə qəbul adı ilə Zərərçəkmiş şəxs6 pul alması və yaxın zamanda qaytaracağı məzmununda yazışmaların aparıldığı öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 158-160-cı vərəqəsində olan 30 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 238-243-cü vərəqəsində olan 31 yanvar 2023-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında «Whatsapp» proqramı vasitəsi ilə aparılmış SMS yazışmalar götürülüb baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs işə qəbul adı ilə Zərərçəkmiş şəxs4 pul alması və yaxın zamanda qaytaracağı məzmununda yazışmaların aparıldığı öz təsdiqini tapmışdır. Cinayət işinin 2-ci cildinin 24-27-ci vərəqələrində olan 01 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 28-31-ci vərəqələrində olan 01 fevral 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 64-cü vərəqəsində olan Zərərçəkmiş şəxs2 27 mart 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 2-ci cildinin 65-ci vərəqəsində olan Zərərçəkmiş şəxs4 30 mart 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onu özünü qismən təqsirli bilməsi isə özünümüdafiə xarakteri daşımaqla zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları və iş materiallarında digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəməklə barışdığını, beş zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə, Təqsirləndirilən şəxs azadlığının 30 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu olduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza məsrəfləri və mülki yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhəri hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-721/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-721/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver