Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-721/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mebel ustası işləmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Biləsuvar rayonu Çinarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,856 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 17 iyun 2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ilə piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) bükümdə xeyli miqdarda təmiz çəkisi 0,856 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür Həmin əməlinə görə təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək qeyd etmişdir ki, narkotik vasitə istifadəçisidir. Xatırlamadığı tarixdə iki nəfər polis əməkdaşı onu saxlamış və 12-ci PB-nə gətirmişlər. Onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Ona psixoloji təzyiq göstərərək əgər boynuna götürməsə daha çox miqdarda narkotik vasitə ilə onu məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. O da məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hesab edir ki, sms yazışmalarında narkotik vasitələrin satışına dair hal yoxdur. Məhkəmədən əməlinin AR CM-nin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 3 ilə yaxın müddətdir narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Narkotik vasitə olan heroindən istifadə edir. Sonuncu dəfə 16 iyun 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı və adını bilmədiyim şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manat əlbəəl pul verərək 01 (bir) büküm kokos kimi tanıdığı narkotik vasitə olan heroin almış və istifadəsi üçün üzərində saxlamış, həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. Əldə etdiyi narkotik vasitə heroini əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində daşımışdır. 17 iyun 2024-cü il tarixdə saat 02:00 radələrində ünvan 2 ilə piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında polis əməkdaşı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilən zaman üzərində narkotik vasitə olan heroin olduğu üçün vəkilin şəxsi axtarış zamanı iştirakına etiraz etmişdir. Vəkil Polis Şöbəsinin xidməti otağından çıxdıqdan sonra üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində “Kakos” kimi tanıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, tədqiq üçün ekspertizaya göndərilmiş, bu barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Bundan əlavə olaraq ondan istifadəsində olan özünə məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi Note 8” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Mobil telefonun içərisində olan ***-***-**-** saylı mobil nömrə qardaşına məxsusdur, həmin mobil nömrədən 6 aya yaxın müddətdir ki, istifadə edir, özünün mobil nömrəsi isə ***-***-**-**-dir. Özü narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, narkotik vasitədən şəxsi istifadəsi üçün istifadə edir, narkotik vasitəni əldə etdiyi şəxsi tanımır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. Barəsində narkotik vasitənin istifadəsi ilə bağlı Bakı şəhəri, Suraxanı Rayon Polis idarəsinin İstintaq Şöbəsində cinayət işi yekunlaşaraq Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir, özü və müdafiəçinin iştirakı ilə "xxxx" MMC-dən daxil olmuş istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan ***- ***-**-** saylı mobil nömrəyə 05 fevral 2024-cü il tarixdə saat 17:53 radələrində ***-***-**-** saylı mobil nömrədən “Abi salam bidənə 10 lugum var cox berk agriyram necə elyəy”, 26 fevral 2024-cü il tarixdə saat 01:22 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gozde brat yigma dal badal 208 yanindayam qardawim qoy bidene cixsin versin goturub gelemde qardawim”, 22 mart 2024-cü il tarixdə saat 19:49 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqaw bawa duwursen meni? Diriyibler meni ac teli iwim var meni pis vezyetde qoyma camahat lomkadadi”, 02 aprel 2024-cü il tarixdə saat 00:19 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yaxwi qaqaw narahat olma iwinde ol brat. Sabah goruwerik inwallah. Caliw biraz tez zeng vur yada pulu bacardigin qeder tez at ki senin ucun hazir goturum saxliyim”, 05 iyun 2024-cü il tarixdə saat 18:06 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xalid (nalayiq ifadə) vezyet yaxwi deyilde pulun istiyir camahat beynim (nalayiq ifadə) ozumde olurem agridan”, 14 iyun 2024-cü il tarixdə saat 06:29 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Fariz neynirsen ele pulu at bu nomrenin m10 nuna.bele onsuzda seni gorecem.atsanda atmasanda”, xx.xx.2024-cü il tarixdə saat 19:59 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “10 manatim var bidənə yığda abi, Gelmey isdiyirem yanvayeee”, 09 fevral 2024cü il tarixdə saat 20:27 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə “ay qaqas menem eli cixda 3 saatdi 1dene mali goturub vere bilmirsen ver cixib gedimde qalmisam mehlevizde” məzmunlu SMS mətnlərinə baxış keçirmiş, SMS mətnlərində qeyd edilən yazışmaların istifadəsində olan mobil nömrələrə daxil olduğunu və mobil nömrələrdən çıxdığını qeyd etmiş, özü narkotik vasitə istifadəçisi olduğundan və ətrafında da narkotik vasitə aludəçilər olduğundan həmin şəxslərin xahişi ilə köməklik məqsədilə bəxşiş kimi onlara narkotik vasitə vermiş, narkotik vasitəni şəhərin müxtəlif yerlərindən, tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXB polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 17 iyun 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 Xaqani oğlu ilə inzibati ərazidə ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apararaq onlardan yayınmağa cəhd etdiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxs onlardan yayınmağa cəhd göstərdiyindən xidmət yoldaşı ilə birlikdə şəxsi Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis şöbəsinə gətirmişlər. Orada xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmiş, narkotik vasitəni tanımadığı və adını bilmədiyi şəxsdən 20 (iyirmi) manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXB polis nəfəri, polis kiçik serjantı Şahid2 Xaqani oğlu Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair Sabunçu RPİ-nin 12-ci PŞ-də toplanmış HK-1/3129 nömrəli materiala əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış X1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Ceyhun Ramazanov əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək, həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə tanışı Şahin Rzayev ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, narkotik vasitəni almağa pulu olmadığından istifadə etdiyi sadə düyməli mobil telefonu Şahinə verib həmin telefon müqabilində onun üçün narkotik vasitə almağını xahiş etdiyini bildirmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək, həmin bükülünün içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsindən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,856 qram olub, 0,050 qramı tədqiqata sərf edilmiş, 0,806 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manatdır. - DVD diskə baxış keçirilməsi haqqında 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixli protokola əlavə edilən 1 ədəd DVD diskdə qeydə alınmış videoyazıya baxış keçirilmişdir. Həmin videoyazıya baxış keçirildikdə müəyyən olunmuşdur ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X4 RPİ-nin 12-ci PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Redmi Note 8” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kakos olduğunu bildirib, 3 ildir ki, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni 16 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindən 20 manata aldığını və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,856 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və həmin heroinin ekspertiza tədqiqatından sonra 0,806 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı disk maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. - qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. - Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs istintaqa gətirilənə qədər dayandırılmışdır. - Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-cü PŞ-nə gətirilmişdir. - Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaqı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 02 (iki) ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə 05 fevral 2024-cü il tarixdə saat 17:53 radələrində ***-***-**-** saylı mobil nömrədən “Abi salam bidənə 10 lugum var cox berk agriyram necə elyəy”, 26 fevral 2024-cü il tarixdə saat 01:22 radələrində istifadəsində ran ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gozde brat yıgma dal badal 208 yanindayam qardawim qoy bidene cixsin versin goturub relemde qardawim”, 22 mart 2024-cü il tarixdə saat 19:49 radələrində istifadəsində ran ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqaw bawa duwursen meni? Diriyibler meni ac teli iwim var meni pis ezyetde qoyma camahat lomkadadi”, 02 aprel 2024-cü il tarixdə saat 00:19 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yaxwi qaqaw narahat olma iwinde ol brat. Sabah goruwerik inwallah. Caliw biraz tez zeng vur yada pulu bacardigin qeder tez at ki senin ucun hazir goturum saxliy”, 05 iyun 2024-cü il tarixdə saat 18:06 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Xalid (nalayiq ifadə) vezyet yaxwi deyilde pulun istiyir camahat (nalayiq ifadə) ozumde olurem agridan”, 14 iyun 2024-cü il tarixdə saat 06:29 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Fariz neynirsen ele pulu at bu nomrenin m10 nuna.bele onsuzda seni gorecem.atsanda atmasanda”, 30 yanvar 2024-cü il tarixdə saat 19:59 radələrində ***-***- **-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “10 manatim var bidənə yığda abi, Gelmey isdyrem yanvayeee”, 09 fevral 2024-cü il tarixdə saat 20:27 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ay qaqas menem eli cixda 3 saatdi 1dene mali goturub vere bilmirsen ver cixib gedimde qalmisam mehlevizde” məzmunda sms mətnlərinin daxil olması və çıxması aşkar edilmişdir. - Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən hazırki cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə şəxsə yeni məzmunlu ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4996 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-352/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 07 may -09 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinə daxil olan və çıxan mesajlara dair "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu təsdiq edən mesajlar aşkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair sms yazışmaları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən onun özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-352/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 07 may -09 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-352/2024 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-352/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə Suraxanı RPİnin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Bununla da, o, ibtidai istintaq dövründə 03 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 03 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 0,806 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-352/2024 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 03 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan 0,806 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-721/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-721/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver