Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-721/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ile özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəssiz elə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində yerləşən “Fidan” şadlıq evinin yaxınlığında 6 sot torpaq sahəsinə alacağını və ona sənəd düzəldəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2019-cu ilin sentyabr ayının son on günündə ünvan 2 ünvanın qarşısında 20000 manat pulunu, daha sonra 2019-cu ilin noyabr ayının son on günündə ünvan 2 ünvanın qarşısında 1000 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 21000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs o, neçə ildirki tanıyırmış, onunla yaxşı münasibətləri olmuşdur. 2019-cu ildə Rafiq Sabunçu rayonu ərazisində torpaq sahəsi almaq istəyirmiş və ona görə də ona köməklik edəcəyinə dair söz vermişdir. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Anaşkin küçəsində yerləşən «Fidan» şadlıq evinin yaxınlığında olan boş torpaq sahəsini Rafiqə almaq və sənədlərini düzəltmək qərarına gəldiyini demişdir. Bu iş üçün pul tələb olunduğundan o, Rafiqdən 20000 (iyirmi min) manat pulu istəmiş və Rafiq ona 2019-cu ilin sentyabr ayında 20000 (iyirmi min) manat pulu həm torpaq sahəsini və onun sənədlərini düzəltməsi üçün vermişdir. Sonradan bu iş üçün onun tələbinə uyğun olaraq Rafiq ona 1000 (bir min) manat da əlavə olaraq vermişdir. Lakin həmin ərəfədə müəyyən problemlər çıxmış, Vasif adlı şəriki vəfat etmiş, ona görə də o, Rafiqin işini həll edə bilməmişdir. Sonradan Rafiq ona verdiyi 21000 manat pulu tələb etməyə başlamış və o da nə qədər çalışmışdır ki, Rafiqin pulunu qaytarsın, lakin imkanı olmadığı üçün Rafiqin pulunu qaytara bilməmişdir. 2022-ci ildə o, dələduzluq cinayətinə görə həbs edilmiş və 2025-ci ilin aprel ayında azadlığa buraxılmışdır. O, Rafiqlə görüşmüş və ona aldığı 21000 manat pulu qısa müddət ərzində geri qaytaracağına dair söz vermiş, lakin hazırda imkanı o dərəcədə olmadığı üçün pulu tam qaytara bilməmişdir. Həmin torpaq sahəsi o, bildiyinə görə şəriki olmuş mərhum Vasifə aid olmuşdur. Rafiqdən aldığı pulu öz ehtiyyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs oğlu törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanımış və normal münasibətləri olmuşdur. O, Fuadı taksi sürücüsü olan Şahid vasitəsi ilə tanımışdır. Belə ki, o, uzun müddət Rusiya Federasiyasında işlədiyi üçün Sabunçu rayonunda torpaq sahəsi almaq qərarına gəlmişdir. Fuad özünü ona iş adamı kimi təqdim edərək torpaq sahəsini tapacağını və sənədləri olmasa düzəldəcəyini demişdir. 2019-cu ilin sentyabr ayında Fuad ona bir neçə torpaq sahəsi göstərmiş və o, Fuadla Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Fidan» şadlıq evinin yaxınlığında Anaşkin küçəsində olan 6 sot torpaq sahəsində qərarlaşmışlar, lakin həmin torpaq sahəsinin heç bir sənədi olmamışdır və torpaq sahəsi kimə məxsus idi bilməmiş, Fuad torpağın ona aid olmasını bildirmişdir. Fuad ona bu torpağa sənəd düzəltmək üçün 20000 manat pul lazım olduğunu demişdir. O, Fuadla razılaşmış və 2019-cu ilin sentyabr ayının son on günlüyündə o, Fuadla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 11 saylı binanın qarşısında taksi sürücüsü Tərlanın iştirakı ilə vermişdir. Fuad ondan 20000 manat pulu aldıqdan sonra 40 gün ərzində həmin torpağın sənədlərini düzəldib verəcəyini demiş, o, da Fuada etibar etdiyi üçün ona inanmışdır. Fuad söz verdiyi 40 gün ərzində heç bir iş düzəltməmiş və ona kiminləsə danışdığını həmin adamın Türkiyə Respublikasına getdiyini demiş, lakin həmin şəxsin kim olmasını ona deməmişdir. 2019-cu ilin noyabr ayının son on günlüyündə Fuad yenədə ondan 1000 manat pul tələb etmiş və demişdir ki, “əlavə xərc çıxıb, 1000 manat ver torpağın sənədləri düzəlir”. O yenə də Fuada inanıb 2019-cu ilin noyabr ayının son on günlüyündə Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 11 saylı binanın qarşısında 1000 manat pulu Fuada vermişdir. Həmin vaxt onların yanında heç kim olmamış, Fuad pulu götürüb çıxıb getmişdir. 2020-ci ilin əvvəllərində o, yenə də Fuadın heç bir iş görmədiyini ancaq vaxt uzatdığını və ona müxtəlif bəhanələr gətirdiyini görmüşdür. O, artıq Fuaddan ona verdiyi pulu tələb etməyə başlamışdır. Fuad ona demişdir ki, “narahat olma iş düzəlməsə mənim evim var satıb pulunu qaytaracam”. 2022-ci ilə qədər Fuad onu aldatmağa davam etmiş və ondan aldığı pulu geri qaytarmamışdır. 2022-ci ildən Fuadı tapa bilməmişdir. 2025-ci ilin may ayında Fuad onun yaşadığı evə gəlmiş və ona tutulduğunu və ondan şikayət etməməyi, pulu düzəldib qaytaracağını demiş, amma verdiyi vədlərin hamısı yalan çıxmışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında (videokonfrans vasitəsi ilə) şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır, onunla dostluq və qohumluq münasibətləri vardır. O, əvvəllər taksi fəailiyyəti ilə məşğul olurmuş. 2019-cu ildə tarixi yadında deyil o, daima olaraq müştəri kimi Təqsirləndirilən şəxs sürücü kimi xidmət göstərirmiş, yəni taksi kimi ondan istifadə edib pulunu ödəyirmiş. Həmin ərəfədə Fuad özünü iş adamı kimi təqdim edib, torpaqlara və evlərə qanuni sənədlər və çıxarışlar alması ilə məşğul olduğunu deyirmiş. Həmin vaxtlar isə Rafiq özünə sənədli torpaq sahəsi almaq istəyirmiş, o, bu barədə Rafiqə demiş, Rafiq ona həmin şəxslə, yəni Fuadla onu tanış etməsini istəmişdir. O, Fuadla Rafiqi tanış etmiş və onlar öz aralarında söhbət etmişlər. Tarixi dəqiq yadında deyil, 2019-cu ildə Fuadla Rafiq, Rafiqin yaşadığı evin yanında onun idarə etdiyi “Azsamand” markalı avtomobilində əyləşmişlər və Rafiq Fuada 20000 manat pul sayıb vermişdir. Fuad pulu aldıqdan sonra bir ay ərzində Rafiqə göstərdiyi torpağı alacağını və çıxarışını Rafiqin adına alıb verəcəyini vəd etmişdir. Sonradan eşitmişdir ki, Fuad Rafiqdən əlavə olaraq 1000 manatda pul almışdır. X1 21000 manat pul vermişdir. Cinayət işinin 4-6-cı vərəqlərində olan “Hadisə yerinə baxış keçrilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 11, üç mərtəbəli köhnə tikili yaşayış binasıdır. Bina magistral avtomobil yolunun kənarında yerləşir. Binanın ətrafında üç mərtəbəli yaşayış binaları vardır. Binanın birinci mərtəbəsində ticarət obyeklərinin olması müşahidə olunmuşdur. Kristal Şadlıq evindən “Badu kübə” şadlıq evinə gələrkən yolun sağ tərəfində Mehmandarov küçəsi 11 ünvanı yerləşir. Göstərilən ünvana baxış keçirilərək foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 38-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Rauf Məmmədovun qərarı ilə, Sabunçu RPİ-nin İŞ-nin CAŞ-ı tərəfindən xx.xx.2025-ci il tarixdə 51401/25 saylı axtarış işi üzrə axtarışda olan xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs bu gün saat təxminən 12:20 radələrində Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 65-71-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-412/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 9 (doqquz) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 08 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 75-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı 2 (iki) gün müddətin nəzərə alınması və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddətin təyin olunmuş cəzadan çıxılması, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının 22 oktyabr 2022-ci il tarixdən hesablanması hökm etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-721/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-721/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver