Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-722/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1989-cu il tarixdə Naxçıvan MR-nın Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Yaşayış massivi, nömrəsiz ünvanda yaşamış, hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək Zərərçəkmiş şəxs1 özünə inandırmaqla sonuncunun övladı Elnur Məmmədovu Azərbaycan Respublikası FHN-də işlə təmin edəcəyi barədə həqiqətə uyğun olmayan vəd verib aldadaraq 2023-cü ilin təxminən may ayında, istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 4 ünvanında yerləşən 149 saylı orta məktəbin yaxınlığındakı sığorta ofisində Zərərçəkmiş şəxs1la görüşüb sonuncuya məxsus 10000 (on min) manat pul vəsaitini nağd şəkildə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək Zərərçəkmiş şəxs2 özünə inandırmaqla Naxçıvan Muxtar Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin Culfa Rayon X5 hissəsində işlə təmin edəcəyi barədə həqiqətə uyğun olmayan vəd verərək Zərərçəkmiş şəxs2 tapşırığı əsasında dostu Şahid2 tərəfindən sonuncunun istifadəsində olan "xxxx" ASC-ə aid **********300454 nömrəli plastik kart hesabından həmin bankın müştəriləri üçün nəzərdə tutulmuş “Bir Bank” mobil tətbiqi vasitəsi ilə ona məxsus eyni banka aid **********196654 nömrəli plastik kart hesabına xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə isə 5000 manat və 1000 manat olmaqla 8500 manat, Culfa şəhərində yerləşən Kapital bankın “Milliön” terminalı vasitəsi ilə isə 3500 manat pul vəsaiti köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 12000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək Zərərçəkmiş şəxs3 özünə inandırmaqla Azərbaycan Respublikası FHN-də işlə təmin edəcəyi barədə həqiqətə uyğun olmayan vəd verərək 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Zəfəran restoranında Zərərçəkmiş şəxs3 ilə görüşüb sonuncuya məxsus 6000 manat pul vəsaitini nağd şəkildə ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə FHN-də zabit olaraq işlədiyini, o cümlədən yüksək rütbəli və məsul vəzifələrdə çalışan tanışları olduğunu bildirərək Zərərçəkmiş şəxs4 özünə inandırmaqla sonuncunu əvvəlcə Azərbaycan Respublikası FHN-də, sonradan isə "xxxx" MMC-də işlə təmin edəcəyi barədə sonuncuya həqiqətə uyğun olmayan vəd verərək 2023-cü ilin yay aylarında Sabunçu rayonu, Koroğlu metro stansiyası yaxınlığında Zərərçəkmiş şəxs4 3000 manat pul vəsaitini nağd şəkildə, 12 dekabr 2023-cü il tarixdə isə 5000 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 tapşırığı əsasında ünvan 5 ünvanında yaşayan sonuncunun arvadı Turan Yaqubova tərəfindən istifadəsində olan "xxxx" ASC-ə aid **********963665 nömrəli plastik kart hesabından həmin bankın müştəriləri üçün nəzərdə tutulmuş mobil tətbiq vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-ə məxsus **********286240 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 8000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 dekabr 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası FHN-nin X5 Xidmətinin ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamış, onu qonşusu Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin son aylarında qonşusu Şahid1 Asif adlı tanışı olduğunu, həmin şəxsin oğlunu FHN-də işlə təmin olunmasında köməklik edə bilibbilməyəcəyini maraqlanmışdır. O da Qədirulla ilə danışıb gələcəkdə imkan yaranacağı halda bu barədə məlumat verə biləcəyini demişdir. Təxminən 2023-cü ilin əvvəllərində Qədirulla ilə danışıb Asifin oğlu Elnur adlı şəxsi FHN-də işlə təmin edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra qısa zaman ərzində Qədirullanın da iştirakı ilə Asiflə görüşüb bu barədə danışmışdır. Həmin söhbət zamanı Asifə Elnurun işlə təmin olunacağı qarşılığında 10000 manat məbləğində pul vəsaiti lazım olduğunu demişdir. 2023-cü ilin əvvəllərində Asiflə Qədirullaya kirayə əsaslarla vermiş olduğu, Binə qəsəbəsi, 149 saylı orta məktəbin yaxınlığında yerləşən ofisində görüşmüşdür. Həmin vaxt onların yanında Qədirulla da olmuşdur. Orada olarkən Asif 10000 manat məbləğində pul vəsaitini nağd şəkildə, əlbəəl ona təqdim etmişdir. O da həmin pulu götürüb təxminən 3 ay ərzində oğlu Elnurun işlə təmin olunacağını bildirmişdir. Sonradan qeyd edilən pul vəsaitini şəxsi ehtiyyacları üçün xərcləmişdir. Hər dəfəsində Asif və Qədirulla işlə bağlı maraqlandıqda isə müxtəlif bəhanələr gətirərək məsələni yubatmağa çalışmışdır. Bir müddət sonra etdiyi əməldən peşman olmuş və Asifin pulunu qaytarmaq istəsə də buna imkanı olmamışdır. Əslində Asifdən 10000 manat pul vəsaitini oğlu Elnuru FHN-də işlə təmin etmək məqsədi ilə deyil, öz şəxsi ehtiyyacları üçün xərcləmək məqsəd ilə əldə etmiş, çünki sonradan zamanla həmin pul vəsaitini qaytaracağını düşünmüş, lakin imkanı olmadığı üçün geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 adlı şəxsi əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Zərərçəkmiş şəxs3 uzun illərdir tanımış, keçmiş polis işçisi olmuş Şahid5 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin təxminən iyul ayında Şahid5 onu Zərərçəkmiş şəxs3 adlı şəxslə tanış edib onun FHN-də işlə təmin olunmaq istədiyini, bununla bağlı ona kömək edə bilib-bilməyəcəyini maraqlanmışdır. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Səyyaddan alacağı pul vəsaiti ilə Asifdən aldığı pul vəsaitini geri qaytaracağını və bununla da müddət qazana biləcəyini düşünmüşdür. Ona görə də, Xəyalla danışıb Səyyad adlı şəxsin FHN-də işlə təmin olunması üçün 10000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Xəyal isə Səyyaddan 12000 manat pul vəsaiti alacağını, 2000 manat hissəsini özü üçün şirinlik götürəcəyini, yerdə qalan 10000 manat hissəsini isə işin düzəlməsi müqabilində ona verəcəyini qeyd etmişdir. O, ümumiyyətlə Səyyadla pul söhbət etməmiş, Səyyada sadəcə pulun bir hissəsini işin əvvəlində, yerdə qalan hissəsini isə iş düzələndən sonra veriləcəyini demişdir. Təxminən 2023-cü ilin noyabr ayında Səyyad və Xəyalla birlikdə Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” restoranında görüşmüş, həmin vaxt bir daha işin düzəlməsi istiqamətində söhbət etmişdir. Sonradan o, restorandan çıxıb həyətdə gözləmiş, bir neçə dəqiqə sonra Xəyal da restorandan çıxıb yanına gəlmişdir. Xəyal yanına çatıb 6000 manat pul vəsaitini əlbəəl ona təqdim etmiş, Səyyad işlə təmin olunduqdan sonra 4000 manat pul vəsaitini də verəcəyini demişdir. 6000 manat pul vəsaitini də öz şəxsi ehtiyyacları üçün xərcləmiş, həmin puldan isə Asifə hər hansı məbləğdə pul vəsaiti verə bilməmişdir. Xəyal hər dəfəsində bununla bağlı ondan maraqlandıqda müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində Səyyadın işlə təmin olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs4 ilə bağlı bildirmişdir ki, onun doğma dayısı oğludur. Seyfunun barəsində dedikləri şər və böhtandır. Belə ki, Seyfundan 5000 manat pul vəsaitini borc kimi almış, aralarında olan razılaşmaya əsasən həmin pul vəsaitini müəyyən faiz qarşılığında təxminən 2023-cü ilin dekabr ayında istifadəsində olan plastik kart vasitəsi ilə əldə etmişdir. Həmin puldan 1500 manatını təxminən 4-5 gün sonra, təxminən 10 gün sonra isə 500 manat hissəsini Zərərçəkmiş şəxs4 Maştağa qəsəbəsində yerləşən “85 Kafe” restoranı qarşısında əlbəəl təqdim etmişdir. Sonradan isə Seyfun verdiyi pulun bütünlüklə qaytarmağını istəmiş, o isə həmin pulu müəyyən miqdarda faiz qarşılığında əldə etdiyini, ona görə də hazırda qaytara bilmədiyini demişdir. Daha sonra isə Seyfun barəsində Sabunçu RPİ- nin 14-cü PB-nə ərizə ilə müraciət etmiş, bununla bağlı bölmədə araşdırma aparılaraq sərbəst buraxılmışdır. Seyfunun bu hərəkətindən əsəbləşdiyi üçün sonradan 5000 manat pul vəsaitini, acığa düşdüyündən sonuncuya qaytarmamışdır. Seyfunu FHN-də, sonradan isə "xxxx" Neft şirkətinə işə düzəltmək qarşılığında 3000 manat pul vəsaiti əldə etməmiş, ümumiyyətlə sonuncudan hər hansı işə düzəlməsi qarşılığında pul vəsaiti almamış, nə də ki, 3000 manat pul vəsaiti qaytarmamış, sadəcə olaraq almış olduğu 5000 manat pul vəsaitindən 2000 manat faiz məbləğini ayrı-ayrı vaxtlarda geri qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 adlı şəxsi əvvəllər tanınmamış, aralarında hər hansı münasibət olmamış, ondan işə düzəlməsi qarşılığında 15000 manat pul vəsaiti almamış, Zərərçəkmiş şəxs2 isə Şahid2 vasitəsi ilə tanımışdır.O, Zərərçəkmiş şəxs1 əldə etdiyi 10000 manat və Şahid5 vasitəsi ilə Zərərçəkmiş şəxs3 əldə etdiyi 6000 manat pul vəsaitini FHN-də işə düzəltmək adı əldə etmiş, əslində həmin pul vəsaitlərini şəxsi ehtiyyacları üçün xərcləmək məqsədi almışdır. Şahid1 və Şahid5 isə onun əsil niyyətindən xəbərdar olmamış, sonunculara sadəcə olaraq yüksək rütbəli tanışları olduğunu, həmin şəxslərin vasitəsi ilə bu işləri gördüyünü demişdir. Əslində hər hansı bir şəxsin işə düzəldilməsində hər hansı köməklik etməmiş, əldə etdiyi pul vəsaitindən isə hər hansı bir şəxsə verməmişdir. 2023-cü ilin təxminən sentyabr ayında Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefon nömrəsi ilə ona zəng edərək Şahid2 tanışı olduğunu və FHN-də işlə təmin olunmasında köməklik edə bilib-bilməyəciyini maraqlanmışdır. Şahid2 onunla əvvəlcədən danışıb Emin adlı şəxsin işlə bağlı zəng edəcəyini və sonuncuya köməklik göstərməyini izah etmişdir. Ona görə də, o da Eminə köməklik edə biləcəyini bildirib görüş təyin etmişdir. Elə həmin gün də Bakı şəhəri, Babək prospektində yerləşən Sərin adlı restoranda görüşmüşdür. Həmin görüş zamanı o, Zərərçəkmiş şəxs2 FHN orqanlarında işlə təmin olunmasında köməklik göstərə biləcəyini demiş, həmin işin düzəlməsi qarşılığında isə ona 15000 manat pul vəsaiti verməli olduğunu izah etmişdir. Əslində isə niyyəti Emini işə düzəltmək olmamış, pul vəsaitini şəxsi ehtiyacları üçün istəmişdir. Şahid2 isə bundan xəbəri olmamış, elə zənn etmişdir ki, o, həqiqətən də Eminin işlə təmin olunmasında köməklik edəcəkdir. Həmin pul vəsaitini isə işin əvvəlində bir dəfəyə verməli olduğunu izah etmişdir. Bundan sonra ya həmin gün, ya da bir neçə gün sonra istifadəsində olan **********196654 saylı hesab kartına 12000 manat pul vəsaiti göndərildiyini görmüşdür. Həmin pul vəsaitini isə əslində Zərərçəkmiş şəxs2 işə düzəltmək məqsədi ilə deyil öz şəxsi ehtiyacları üçün əldə etmişdir. Sonradan işin alınmadığını bəhanə gətirib pulu hissə-hissə qaytara biləcəyini düşünmüşdür. Emin hər dəfəsində işlə bağlı maraqlandıqda isə sonuncuya müxtəlif bəhanələr gətirib qısa zaman ərzində işin həll olunacağını, əks halda isə pul vəsaitini geri qaytaracağını demişdir. Zərərçəkmiş şəxs2 Culfa rayonunda olan FHN-nin idarəsində işlə təmin olunması müqabilində 15000 manat pul vəsaiti verməli olduğunu bildirmiş və həmin puldan 12000 manat əldə etmişdir. Şahid2 ilə aralarında FHN orqanlarında işlə təmin olunmasında köməklik göstərəcəyi ilə bağlı danışıq olmuşdur. Həmin danışıq zamanı isə Orxana 6500 manat pul vəsaiti verməli olduğunu bildirmiş, onun atası Əyyub İsmayılova isə maddi durumu yaxşı olmadığını, ona görə də ona borc pul verməsini, bu yaxşılığının qarşılığında isə oğlu Orxanı gələcəkdə işlə təmin olunmasında köməklik edə biləcəyini demişdir. Ona görə də, təxminən 2023-cü ilin fevral ayında Orxan istifadəsində olan hesab kartına 6000 manat pul vəsaiti köçürmüşdür. Sonradan isə həmin pul vəsaitini Orxanın sənədlərində problem çıxdığını bəhanə edərək geri qaytarmış, lakin bir müddət sonra yenidən pula ehtiyacı olduğuna görə yenə eyni şəkildə Orxana işə görə, atasına isə ehtiyacı olduğuna görə 6000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Onlar da eyni şəkildə, təxminən 2023-cü ilin iyun ayında 6000 manat pul vəsaitini hesab kartına göndərmişlər. O, şəxsi ehtiyaclarını təmin etdikdən sonra hazırda xatırlamadığı tarixdə həmin pul vəsaitini Orxangilə geri qaytarmış, Orxana da, işində problem çıxdığı üçü işin alınmadığını bildirmişdir. O, tarixləri dəqiq xatırlamasa da, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edib özünü Şahid2 tanışı kimi təqdim etdiyini, FHN-ə işə düzəlməklə bağlı onunla görüşmək istədiyini dediyini bildirmiş, görüş üçün Bakıxanov qəsəbəsinə yox, Babək prospektində yerləşən Sərin restoranına gəlməsini istəmişdir. Elə həmin gün də Eminlə Sərin restoranında görüşüb çay içərək işlə bağlı söhbət etmişdir. Həmin görüş zamanı Emin ondan xahiş edərək Naxçıvan Muxtar Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin Culfa Rayon X5 hissəsinə işə düzəltməyini istəmiş, o da razılaşıb həmin yerə düzəlməsində köməklik edəcəyini demiş, Eminə 12000 manat yox 15000 manat pul vəsaiti lazım olduğunu demişdir. 3000 manat pul vəsaiti isə onun göstərişi ilə Şahid2 qalmışdır. Eminə işin əvvəlində pul vəsaiti verməli olduğunu demiş və özünə məxsus **********196654 saylı hesab kartına 15000 manat pul vəsaiti göndərməli olduğunu bildirmişdir. Ona görə də, özünə məxsus hesab kartının üzərində olan **********196654 saylı rəqəmləri təqdim etmişdir. Şahid2 tərəfindən onun hesab kartına konkret olaraq 12000 manat pul vəsaiti köçürülmüş, lakin Zərərçəkmiş şəxs2la hər dəfə danışan zaman 15000 manat pul vəsaitinin tam olaraq köçdüyünü demişdir. Şahid2 8500 manatı hissə-hissə, yəni xx.xx.2023-cü il tarixdə, saat 18:25-də 2500 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:18-də 5000 manat, saat 19:23-də 1000 manat olmaqla, ümumilikdə, 8500 manat pulu **********196654 nömrəli hesab kartına birbank tətbiqindəki öz hesabı vasitəsilə, qalan 6500 manatın 3000 manatını isə eyni vaxtda Milliön terminalı vasitəsilə birbaşa hesab kartına göndərmişdir. 2 gün ərzində ona məxsus olan hesab kartına ümumilikdə, 12000 manat pul köçürmüşdür. Şahid2 2023-cü ilin fevral ayında onunla əlaqə saxlayıb FHN-də işə düzəlmək istədiyini və köməklik göstərməyini istəmişdir. O da Orxandan işə düzəlməsi müqabilində 6500 manat deyil, 6000 manat pul vəsaiti lazım olduğunu bildirmiş, əslində isə Orxanı işə düzəltmək niyyəti olmamışdır. Sonradan isə Orxanın atası Əyyub adlı şəxslə telefonla danışanda Orxanı təmannasız işə düzəldəcəyini bildirib, hazırda maddi durumu yerində olmadığını deyərək 6000 manat borc pul vəsaiti istəmişdir. Əyyub İsmayılov da ona inanıb 6000 manat pul vəsaitini təxminən 2023-cü ilin fevral ayında göndərmiş, o, sonradan həmin pulu geri qaytarmışdır. Pulu qaytaranda isə Orxana sənədlərinin qaydasında olmadığını demişdir. Bir müddət sonra isə yenə pula ehtiyacı olduğundan Orxana işlə bağlı, atasına isə maddi durumuna görə borc olaraq 6000 manat lazım olduğunu demişdir. Onlar da ona inanıb 2023-cü ilin iyun iyul aylarında ümumilikdə 6000 manat pul vəsaiti göndərmişlər. Həmin pul vəsaitini sonradan Orxana və atasına geri qaytarmışdır. Hazırda Orxan və atasına hər hansı miqdarda borcu qalmamışdır. **********196654 saylı hesab kartı ona məxsusdur və tərəfindən istifadə olunmuşdur. X3 adlı şəxsi yaxından tanımasa da ortaq dostları olmuşdur. Belə ki, təxminən 2023-cü ilin hazırda xatırlamadığı ayında Tağı Seyidəliyev onunla əlaqə saxlayaraq qardaşı Qurban Əliyevin 2500 manat borcu olduğunu və həmin pulun qaytarılmasında köməklik etməyini istəmişdir. Həmin dövrlər maddi durumu yaxşı olmadığından sonradan həmin borcun qarşılığında Tağıya məxsus hesab kartına **********196654 saylı hesab kartından 800 manat pul vəsaiti göndərmiş, yerdə qalan vəsaiti göndərə bilməmişdir. X13 Seyidəliyevə hansı məqsədlə borclanması barədə məlumatı olmamış, Qurbandan bu barədə soruşanda həmin borcun hansı səbəbdən yaranması barədə ona konkret bir söz deməmişdir. Tağı Seyidəliyevlə hər hansı əlaqəsi olmamış, işlə təmin olunması qarşılığında hər hansı pul vəsaiti tələb etməmiş, almamışdır. Onunla danışan zaman qardaşının sadəcə olaraq borclu olduğunu demiş, başqa bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs4 borc kimi aldığı 5000 manat pul vəsaitini əldə etdiyi kartın “kart məlumatlarfnı xatırlamamış, lakin həmin kart onun istifadəsində olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məxsus mobil telefondan əldə edilmiş “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə aparılan yazışmalarla tanış olaraq bildirmişdir, həmin yazışmalarda mövcud olan ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsusdur. Yazışmalar onunla Zərərçəkmiş şəxs2 arasında baş tutmuşdur. Həmin yazışmalarda Emin Sadıqov işinin düzəlib-düzəlmədiyini maraqlanmış, o isə müxtəlif bəhanələr gətirərək işin qısa zaman ərzində həll olunacağını, əks halda isə pulunun geri qaytarılacağını bildirmişdir. Həmin yazışmalarda Emin işi ilə bağlı suallar vermiş, 15000 manat pul vəsaitinin ona köçdüyünü bildirmiş, lakin ona əslində 15000 manat deyil 12000 manat pul vəsaiti göndərilmiş, 3000 manat pul vəsaiti isə onun tapşırığı əsasında Şahid2 qalmışdır. Belə ki, o, Şahid2 göstəriş verib 3000 manat pul vəsaitini özündə saxlamasını, sonradan isə deyəcəyi halda ona göndərməsini istəmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Elnur hərbi xidmətdən qayıtdıqdan sonra onu dövlət qulluğunda daimi işlə təmin etməyə çalışmışdır. Bunun üçün çox cəhdlər etsələr də bir nəticə verməmişdir. Hətta bu barədə yaxın ətrafında olan şəxslərə də xahiş etmiş, gələcəkdə münasib iş olacağı halda ona məlumat vermələrini bildirmişdir. Həmin tanışlarından biri də dostu və ona məxsus obyektdə sığorta fəaliyyəti ilə məşğul olan Maşatağa qəsəbə sakini Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs dostu Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında Qədirulla ilə bu barədə bir daha söhbət edən zaman sonuncu Orxan adlı tanışı olduğunu, həmin şəxsin FHN-də işlədiyini və ətrafında yüksək rütbəli tanışları olduğunu və oğlunun FHN-də işlə təmin olunmasında köməklik edə biləcəyini bildirmişdir. O da Qədirulla dediklərinə inanıb həmin Orxan adlı şəxslə görüşmək istədiyini demişdir. Demək olar ki, elə həmin gün Binə qəsəbəsində yerləşən ona məxsus obyektdə fəaliyyət göstərən Qədirullarının sığorta ofisində görüşmüş, söhbət zamanı Orxan Elnuru FHN orqanlarında yanğınsöndürən kimi işlə təmin edə biləcəyini, rəhbər şəxslərdən münasibətinin olduğunu bir daha təsdiq etmişdir. Bu iş üçün Orxan 10000 manat pul istəmiş, o ilk olaraq 5000 AZN, qalan hissəsini isə iş həll ediləndən sonra verəcəyini demişdir. Lakin Orxan pulu tam şəkildə istəmiş, əvvəldən kimlərəsə çatdırmalı olduğunu demişdir. Həmin gün o, günortadan sonra yenə Binə qəsəbəsində, 149 saylı orta məktəbin yanında sığorta ofisin içərisində Orxanla görüşmüş, oğlu Elnur da həmin vaxt yanında olmuşdur. O, 10000 AZN pulu əlbəəl Orxana vermiş, Orxan da bir aya qədər məsələnin həll ediləcəyini demişdir. Lakin bu müddət keçdikdən sonra vaxtı uzatmağa başlamış, artıq 5-6 ay keçdikdən sonra o da, Qədirulla da Orxanın heç bir iş görməyəcəyini başa düşüb, pulu geri istəməyə başlamışlar. Orxan hər dəfəsində müxtəlif bəhanələr gətirərək 10000 manat pul vəsaitini qısa müddət ərzində qaytaracağını desə də, söhbəti uzatmış, vaxt istəmişdir. O, artıq Orxanın dələduzluq etdiyini başa düşüb, şikayət ərizəsi yazmaq qərarın gəlmişdir. Hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. Orxan FHN orqanlarında işləmişdir. Orxan ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, Zeytun yaşayış massivində yaşayır. O, uzun müddət idi ki, hər hansısa bir dövlət qurumunda işlə təmin olunmaq istəmiş, bu barədə bibisi oğlu Təqsirləndirilən şəxs ilə də məsləhətləşmişdir. 2023-cü ilin yay aylarında Orxan onu dövlət işi ilə təmin etməyi təklif etmiş, o da razılaşmış, Orxan ondan ilk olaraq, 3000 manat, iş həll edildikdən sonra isə daha 5000 manat pul verəcəyini bildirmişdir. O, başqa bir tanışı vasitəsi ilə kredit götürüb 2023-cü ilin təxminən iyul ayında Sabunçu rayonu, “Koroğlu” metro stansiyası yaxınlığında Orxanla görüşüb 3000 manat pul vəsaitini ona əlbəəl təqdim etmişdir. Orxan əvvəl guya onu FHN orqanlarında işə düzəldəcəyini demiş, sonra isə yaşının ötdüyünü deyib, onu "xxxx" Neft şirkətində sürücü kimi işə düzəldəcəyini bildirmişdir. O, Orxana pulu verdikdən sonra 15 günə işə çıxacağını demiş, lakin 2 ay keçməsinə baxmayaraq, bir xəbər olmamışdır. O da bu barədə Orxandan soruşduqda, Orxan ona səbr etməyini demiş, lakin o, pulu geri istəyəndə, Orxan sənədlərini toplamağını, yaxın günlərdə işə çıxacağını demişdir. Həmin vaxt əlavə 5000 manat pulu da istəmiş, guya kimlərəsə mütləq çatdırmaq lazım olduğunu bildirmişdir. O da sənədlərini toplayıb, təxminən 2023-cü ilin dekabr ayında Orxan ilə Sabunçu rayonunda öz yaşadığı evin yaxınlığında olan “85 Kafe” adlı məkanın yanında görüşmüşdür. Orxan kart nömrəsi vermiş, o həyat yoldaşına zəng edib 5000 manat pulu həmin karta göndərməsini xahiş etmişdir. Kart "xxxx" ASC-ə məxsus olmuş, qəbzi və kart nömrəsini mobil telefonunda saxlamış, həmin qəbzi istintaq zamanı təqdim etmişdir. 5000 manat pul vəsaitini həmin karta göndərdikdən sonra bir müddət keçməsinə baxmayaraq, bir nəticə olmadığından, Orxanın onu aldatdığını anlamışdır. Dəfələrlə Orxandan pulu geri istəsə də, müxtəlif bəhanələr gətirərək, vaxtı uzatmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmiş, ondan sonra təxminən bir ay ərzində Orxan ümumi məbləğdən 3000 manat pulu ayrı-ayrı vaxtlarda hissə-hissə geri qaytarmış, qalan 5000 manat pulu isə verməmişdir. Hələ şikayət etdiyinə görə ona irad da bildirmişdir. Orxan ilk olaraq pulu işə düzəltmək adı ilə aldığını etiraf etsə də, sonradan guya ondan borc pul aldığını deməyə başlamışdır. O, dəfələrlə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Orxanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlasa da, Orxan hər dəfəsində yalandan ondan hər hansı işlə bağlı pul almadığını demişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermiş, həmçinin FHN-nin “Qaynar Xətfinə də məlumat bildirmişdir. 2023-cü ilin dekabr ayında Orxan ilə birlikdə “85 Kafe”də oturmuş, yenə ondan qalan 5000 manat pulu nə vaxt qaytaracağını soruşmuş, bir müddət sonra Orxan qonaqlarının gələcəyini, gedib onlarla görüşəcəyini və sonradan yanına qayıdacağını demişdir. O, ümumi zala keçmiş, bir müddət sonra Orxanın görüşdüyü şəxsin qonşusu Şahid1 olduğunu görmüşdür. Qədirullanın yanında daha bir tanımadığı şəxs olmuşdur. Onların görüşü bitdikdən sonra Qədirulla ilə əlaqə saxlayıb, nə məsələ olduğunu soruşmuş, Qədirulla Orxanın işə düzəltmə adı ilə yanında gələn şəxsdən 10000 manat pulunu aldığını demiş, Orxan guya həmin şəxsin oğlunu FHN orqanlarında işə düzəldəcəyini bildirmişdir. Orxan onlardan pulu 2023-cü ilin yaz aylarında almış, o isə həmin ilin yay aylarında Sabunçu rayonu ərazisində vermişdir. Hazırda şikayətçidir, ona dəymiş ziyan olaraq 5000 manatın ödənilməsini tələb edir Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs həm qohumu, həm də həmkəndlisi Şahid5 vasitəsi ilə tanımışdır. Şahid5 uzun illər polis orqanlarında fəaliyyət göstərmiş, hazırda isə təqaüddədir. Xəyal Orxanı ailə dostu olaraq təqdim edib, heç bir problem olmayacağı barədə söz vermişdir. Belə ki, ailə üzvləri və demək olar ki, bütün qohumları əsgərlikdən qayıtdıqdan sonra onu bir işlə təmin etmək üçün müxtəlif qurumlara müraciət etmiş, lakin bir nəticə verməmiş, ona görə də bütün qohum əqrəbanın onun iş axtardığından məlumatı olmuşdur. 2023-cü ilin təxminən noyabr ayında bu barədə Şahid5la söhbət edən zaman Xəyal ona Orxan adlı tanışı olduğunu, həmin şəxsin FHN-də işlədiyini və müxtəlif şəxslərin FHN-də işlə təmin edilməsində köməklik göstərə bildiyini bildirmişdir. Həmin məsələ ilə bağlı Xəyalla ətraflı danışdıqda Xəyal Orxanın onu işlə təmin etməsi qarşılığında 13000 manat məbləğində pul vəsaiti lazım olduğunu, həmin pulun 6000 manatını öncədən, 7000 manatını isə işlə təmin olunduqdan sonra verməli olduğunu bildirdiyini demişdir. O da Xəyyala razılaşıb atası Şahid4la birlikdə Bakı şəhərinə gəlmiş, təxminən 10 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində atası ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “Zəfəran" restoranında Təqsirləndirilən şəxs və Şahid5la görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs FHN-də yüksək rütbəli tanışları olduğunu və həmin şəxslərin köməkliyi ilə onu işlə təmin edə biləcəyini bir daha təsdiq etmiş, daha sonra Orxan da əvvəlcə 6000 manat pul vəsaiti verməli olduğunu, işlə təmin oldunduqdan sonra isə 7000 manat daha verməli olduğunu demişdir. Onlar arasında olan razılaşmaya əsasən həmin tarixdən 1 ay müddətində onu işlə təmin edə biləcəyini bildirmişdir. 11 dekabr 2023-cü il tarixdə kənddə olan mal-qarasını dəyər-dəyməzinə sataraq yenidən atası ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Saat təxminən 21 radələrində “Zəfəran" restoranında Xəyal və Orxanla görüşmüşdür. Bundan sonra o, 6000 manat pul vəsaitini Təqsirləndirilən şəxs tərəf uzatmış, həmin vaxt Orxan pulu götürməkdən imtina etmiş, pulu restorandan kənarda verməyini istəmişdir. Elə bu vaxt Xəyal əlini uzadıb 6000 manat pul vəsaitini ondan almış, Orxana pulu kənarda ala biləcəyini bildirmişdir. Xəyal pulu ondan aldıqdan sonra Orxanla birlikdə restoranı tərk etmişlər. O və atası isə 10-15 dəqiqə ərzində restoranda oturub çay içmiş, daha sonra Xəyal yanına geri qayıtmış, 6000 manat pul vəsaitini Orxana verdiyini və 01 yanvar 2024-cü il tarixdən etibarən işə çıxa biləcəyini demişdir. O da həmin yeri tərk edib rayona yaşadığı kəndə qayıtmış, 01 yanvar 2024cü il tarixdə Bakı şəhərinə gəlib Xəyalla “Zəfəran" restoranında görüşmüş, görüş zamanı Xəyal Orxana zəng edib işlə maraqlandıqda Orxan müxtəlif bəhanələr gətirib bir neçə saatdan sonra rəisin qəbuluna girəcəyini deyib məsələni yubatmışdır. Sonradan isə növbəti günə qaldığını deyib onu yola salmışdır. Bu proses təxminən 18 mart 2024-cü il tarixədək davam etmiş, bu müddət ərzində həm Xəyalın istifadəsində olan 050-384- 32-35 saylı, həm də Orxanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə dəfələrlə danışıb “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesajlaşmışdır. Hər iki şəxs də hər dəfəsində müxtəlif bəhanələr gətirərək məsələnin həllini yubatmış, ona görə də, hər iki şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs onunla söhbət edən zaman 13000 manat pul vəsaitini "müəllim” adlandırdığı şəxsə təqdim etmək üçün istədiyini demiş, lakin həmin “müəllimin” kim olduğu barədə məlumat verməmişdir. Belə ki, 6000 manat pul vəsaitini geri tələb etdiyi zaman Təqsirləndirilən şəxs həmin pulun artıq “müəllim”də olduğunu, həmin şəxsdən alıb ona qaytaracağını demişdir. Təqsirləndirilən şəxs onunla söhbət edən zaman 13000 manat pul vəsaitindən Şahid5 da veriləcəyi barədə hər hansı məlumat verməmiş, Xəyalla Orxan arasında olan danışıqdan məlumatı olmamışdır. Şahid5 və Təqsirləndirilən şəxs 6000 manat pul vəsaitini təqdim etdiyi zaman həmin hadisəyə atası Şahid4 şahidlik etmiş, bundan başqa Şahid5la “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə aralarında müxtəlif məzmunlu yazışmalar olduğunu, həmin yazışmalarda Şahid5 özünə hər hansı məbləğdə pul vəsaiti çatmadığını, bütün pul vəsaitini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının 28-də şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş və təqribən 15 gün Bakı şəhərində qaldıqdan sonra yaşadığı Culfa şəhərinə geri qayıtmışdır. Bakı şəhərində olan zaman 2023-cü ilin sentyabr ayının 4-də günorta radələrində dostu, Culfa şəhər sakini Şahid2 ***-***-**-** nömrəli mobil telefon ilə onun şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vuraraq Bakı şəhər sakini Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu və onu Naxçıvan Muxtar Respublikası FHN- nin X5 İdarəsinin Culfa Rayon X5 hissəsinə işə düzəldəcəyini və bir neçə gün sonra işə çıxacağını bildirərək, əgər istəsə, Təqsirləndirilən şəxs adlı tanışının onu da həmin yerə işə düzəldə biləcəyini, həmin şəxsin nömrəsini ona verə biləcəyini bildirmişdir. Dostu Şahid2 onun iş axtardığını bilmiş, işə düzəlməklə bağlı ona kömək etmək istəmişdir. O da dostu Orxanla danışığın sonunda sonuncudan fövqəladə hallar orqanının əməkdaşı olan Təqsirləndirilən şəxs nömrəsini istəmiş, Şahid2 da Təqsirləndirilən şəxs 055-260- 01-00 mobil nömrəsini ona vermişdir. O, dostu Şahid2la telefon danışığını yekunlaşdırdıqdan sonra sonuncu verdiyi, fövqəladə hallar orqanının əməkdaşı olan Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurmuşdur. Təqsirləndirilən şəxs onun zəng vuracağını bilməmiş, bu barədə məlumatlı olmamışdır. Zəngi açdıqdan sonra tanışlıq vermiş, belə ki, mobil nömrəsini Şahid2 aldığını, fövqəladə hallar orqanına işə qəbul olunmaq istədiyini bildirmiş, işə düzəlməklə bağlı kömək edə bilibbilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ətraflı söhbət etmək lazım olduğunu, bunun üçün də görüşmək gərəkdiyini bildirmiş, sonuncu da problem olmadığını, iş məsələsini həll edə biləcəyini, görüşərək bu barədə ətraflı söhbət etməyin lazım olduğunu ona söyləmiş, onun görüş təklifini qəbul etmişdir. Beləliklə, onlar görüş barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs ona görüşəcəyi yeri və vaxtı bir neçə saat sonra deyəcəyini bildirmişdir. Danışıqdan təxminən, 1 saat keçmiş, Təqsirləndirilən şəxs ona telefondan zəng edərək görüş yerini və vaxtını bildirmişdir. O, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmuş, görüş yerini müəyyən etdikdən sonra Bakı şəhəri Razin qəsəbəsində (indiki Bakıxanov) yerləşən kafelərdən birində Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin kafedə çay içdikdən sonra Orxana fövqəladə hallar orqanında işə düzəlmək istədiyini, imkan olarsa, Culfa şəhərində işə düzəlməyinə köməklik göstərməsini xahiş etmiş, sonuncu özünün də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan olduğunu, əvvəllər Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində işlədiyini, ona hərbi biletinin və attestatının şəklini çəkib göndərməyini, işə düzəlmək üçün pul lazım olduğunu demişdir. O, həmin işə düzəlmək üçün nə qədər pul lazım olduğunu soruşduqda ona 15000 manat pul verməli olduğunu bildirmiş, pulu ödədikdən sonra 45 gün ərzində işini həll edəcəyini, Naxçıvan Muxtar Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin Culfa Rayon X5 hissəsinin əməkdaşı olaraq işə başlayacağam söyləmişdir. O da həmin şəxsə inanaraq razılaşmış, həmin vaxt atası və anası əlaqə saxlamış, onlar evdə olan hərbi bileti ilə attestatının şəklini çəkərək şəxsi istifadəsində olan, ***-***-**-** nömrəsinin vatsapına göndərmişdir. O da həmin şəkilləri Təqsirləndirilən şəxs vatsapına göndərmişdir. Pul məsələsini işini həll etdikdən sonra pulu verəcəyini bildirsə də, Təqsirləndirilən şəxs ona pulu qabaqcadan vermək lazım olduğunu, yoxsa işin alınmasında problem olacağını demiş, o da gün ərzində 15000 manat pulu atacağını bildirmiş, lakin Təqsirləndirilən şəxs pulu hissə-hissə, müəyyən zaman intervalında göndərməyi ona söyləmiş və ona özünə məxsus olan Kapital bank hesab kartının 16 rəqəmli nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxslə sağollaşıb kafedən getdikdən bir neçə dəqiqə sonra Culfa şəhərində yaşayan, atası Şahid3 ilə telefon əlaqəsi saxlayaraq sonuncuya dostu Şahid2 birazdan məhəllədə olacağını və evdə olan 13 min manatı, atasının bir neçə ay əvvəl kredit götürdüyü və üzərinə 2000 manat da qoyaraq düzəltdiyi, onun işə qəbul olunmağı üçün saxladığı 15000 manat pulu dostu Orxana verməsini, sonuncunun tanışının onu işə düzəldəcəyini bildirmiş, atası isə problem olmadığını, pulu Şahid2 verəcəyini deyərək onunla razılaşmışdır. Daha sonra o, Culfa şəhərində yaşayan dostu Şahid2 zəng vuraraq 15000 manat pulun evdə hazır olduğunu və gedərək atasından pulu götürüb onu işə düzəldəcək olan tanışı Təqsirləndirilən şəxs **********196654 nömrəli Kapital bank hesab kartına göndərməsini tapşırmışdır. Şahid2 onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxslə Bakı şəhərində kefadə görüşüb söhbət etdikdən, təxminən, 2 saat sonra dostu Şahid2 onun yaşadığı ünvana gedərək atasından 15000 manat pulu götürmüş və onun göstərişi ilə həmin pul vəsaitini onu işə düzəldəcəyini və Bakı şəhərində FHN-nin əməkdaşı olduğunu bildirən Təqsirləndirilən şəxs kafedə görüşən zaman ona verdiyi **********196654 nömrəli hesab kartına öz birbank proqramından göndərmişdir. Şahid2 pulu ilk öncə öz kart hesabına, oradan da birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs hesab kartına göndərməsini söyləmişdir. Həmin 15000 manat pul vəsaitindən 13000 manatını xx.xx.2023-cü il tarixdə atası Şahid3 öz adına Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Finca Azerbaijan” X6-bank kredit təşkilatından götürmüş və üzərinə də 2000 manat qoyaraq tamamlayıb kənara qoymuşdur ki, həm maşın alqı-satqısı ilə məşğul olsunlar, həm də nə zamansa işə düzələ bilsə, işə girməyi üçün pul lazım olarsa, həmin pul vəsaitini götürərək istifadə edə bilsinlər. Dostu Şahid2 tərəfindən Bakı şəhər sakini Təqsirləndirilən şəxs verdiyi kart hesabına 15000 manat pul vəsaiti hissə-hissə köçürüldükdən təqribən 2-3 gün sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq pulun sonuncu hesabına gəlib-gəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs də pulun tam şəkildə kart hesabına köçdüyünü və 45 gün ərzində artıq işə çıxa biləcəyini ona bildirmişdir. Lakin hərbi bileti ilə attestatının şəklindən başqa ondan hər hansı bir sənəd istəməmiş, almamışdır. Bir neçə gün daha Bakı şəhərində qaldıqdan sonra o, Culfa şəhərinə geri qayıtmış, 45 gün gözlədikdən sonra bir xəbər çıxmadığını görərək Təqsirləndirilən şəxslə əlaqə saxlamış, həmin şəxs işin həll olunma mərhələsində olduğunu, bir az daha gözləmək lazım olduğunu ona demişdir. Bir neçə ay ona “bu ay alınır, gələn ay alınır’’ deyərək müxtəlif bəhanələr gətirdikdən sonra artıq o, aldadıldığını başa düşərək verdiyi 15000 manat pulunun geri qaytarılmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə ona yenidən yalan bəhanələr gətirərək “işin həll olunur” deyə-deyə pulunu da qaytarmamışdır. Artıq o, sonda ona iş lazım olmadığını və pulunu tam şəkildə geri qaytarmasını Təqsirləndirilən şəxs dedikdə sonucu bu dəfə 2024-cü ilin fevral ayının sonunda pulunu geri qaytaracağını bildirsə də, yenə də bu günə kimi nə işə düzəldilməyi ilə bağlı hər hansı bir köməyi olub, nə də ki, verdiyi 15000 manatdan ona hansısa bir məbləği qaytarmışdır. Təqsirləndirilən şəxs sonuncuya inanmağından, etibar etməyindən sui-istifadə edərək onu aldatmış, 15000 manat pul vəsaitini ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci il tarixdən etibarən “Mega” Sığorta mərkəzində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. Həmin sığorta mərkəzi də elə uzun illərdir ki, dost münasibətində olduğu Zərərçəkmiş şəxs1 məxsus Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbin yaxınlığında yerləşən inzibati binada yaradılmışdır. Belə ki, həmin binanı kirayə əsaslarla əldə edərək orada sığorta fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 uzun müddət idi ki, oğlu Elnur Məmmədovun işlə təmin olunması üçün çalışmış, bununla bağlı dəfələrlə onunla söhbət etmişdir ki, nəsə iş olsa Asifə məlumat versin. Təqsirləndirilən şəxs da elə təxminən 8-9 ildir ki, ailə üzvləri qəsəbədə yaşayan şəxs kimi tanımışdır. Orxan ilə elə dərin münasibətləri olmasa da, FHN-də işlədiyini bilmişdir. Ara-sıra Orxanla rastlaşan zaman Orxan, FHN-də yüksək rütbəli tanışları olduğunu, zərurət yaranarsa hər hansı şəxsin işlə təmin olunmasında köməklik edə biləcəyini demiş, lakin o Orxanın dediklərinə elə də əhəmiyyət verməmişdir. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında Orxanla rastlaşan zaman sonuncu FHN-də vakansiya açıldığını, lazım olarsa müraciət edə biləcəyini bildirmişdir. Həmin gün sonradan Asiflə görüşmüş, görüş zamanı Asif bir daha Elnur üçün iş axtardığını dedikdə, Asifə Orxan haqqında məlumat vermişdir. Demək olar ki, elə həmin gün onlar üçü Binə qəsəbəsində yerləşən ona məxsus ofisdə görüşmüşlər və söhbət zamanı Orxan Elnuru FHN orqanlarında yanğınsöndürən kimi işlə təmin edə biləcəyini, rəhbər şəxslərdən münasibətinin olduğunu bir daha təsdiq etmişdir. Bu iş üçün Orxan 10000 manat pul istəmişdir və Asif ilk olaraq 5000 AZN, qalan hissəsini isə iş həll ediləndən sonra verəcəyini bildirmişdir. Lakin Orxan bütün pulu tam istəmiş və əvvəldən kimlərəsə çatdırmalı olduğunu bildirmişdir. Həmin gün Asif evə qayıtmış və günortadan sonra yenə Binə qəsəbəsində, 149 saylı orta məktəbin yanında sığorta ofisin içərisində onunla görüşmüşdür. Asifin oğlu Elnurda həmin vaxt yanlarında olmuşdur. Asif 10000 AZN pulu əlbəəl Orxana vermiş, Orxan da bir aya qədər məsələnin həll ediləcəyini vurğulamışdır. Lakin bir müddət keçdikdən sonra vaxtı uzatmağa başlamışdır və artıq 5-6 ay keçdikdən sonra Asif də, o da Orxanın heç bir iş görməyəcəyini başa düşüb, pulu geri istəməyə başlamışlar. Orxan hər dəfəsində müxtəlif bəhanələr gətirərək 10000 manat pul vəsaitini qısa müddət ərzində qaytaracağını desə də, söhbəti uzatmış, vaxt istəmişdir. Asif də artıq Orxanın dələduzluq etdiyini başa düşüb, şikayət ərizəsi yazmaq qərarın gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Səyyad əsgərlikdən gəldikdən sonra onu daimi dövlət işi təmin etmək üçün bir çox quruma rəsmi olaraq müraciət etmiş, lakin bir nəticə əldə etməmişdir. Bütün qohum əqraba onların Səyyada iş axtarışında olduğunu bilmişdir. Təxminən 2023-cü ilin noyabr-dekabr aylarında Səyyad ona məlumat verərək bildirmişdir ki, Şahid5 Orxan adlı tanışı olduğunu, həmin şəxsin FHN-də işlədiyini və müxtəlif şəxslərin FHN-də işlə təmin edilməsində köməklik göstərə bildiyini bildirmişdir. Həmin məsələ ilə bağlı Xəyalla ətraflı danışmış, X10 işlə təmin etməsi qarşılığında 13000 manat məbləğində pul vəsaiti lazım olduğunu, həmin pulun 6000 manatını öncədən, 7000 manatını isə işlə təmin olunduqdan sonra verməli olduğunu bildirdiyini demişdir. O əvvəlcə ehtiyyat etmiş, sonradan Səyyadın israr etdiyini görmüş və onunla razılaşmışdır. O, əvvəlcə Orxan və Xəyalla görüşüb məsələni bir daha konkretləşdirdikdən sonra, dekabr ayının əvvəllərində kəntdə olan mal-qaralarını dəyər dəyməzinə sataraq yenidən birlikdə Bakı şəhərinə gəlmişdir. Saat təxminən 21 radələrində “Zəfəran” restoranında Xəyal və Orxanla görüşmüş, danışıq zamanı Təqsirləndirilən şəxs bir daha Səyyadı Kürdəmir rayonunda yerləşən FHN-də işlə təmin etmək müqabilində ümumilikdə 13000 manat pul vəsaiti lazım olduğunu, əvvəlcə 6000 manat, iş düzəldikdən sonra isə 7000 manat pul vəsaiti verməli olduqlarını bildirmişdir. Bundan sonra Səyyad cibindən 6000 manat pul vəsaitini çıxardıb Təqsirləndirilən şəxs tərəf uzatmış, həmin vaxt Orxan pulu götürməkdən imtina etmiş və pulu restorandan aşağıda, yəni kənarda özünə verməyini istəmişdir. Həmin vaxt Səyyad onun yanında, Orxan və Xəyal isə onlarla üzbəüz qarşı tərəfdə yanaşı oturmuşlar. Elə bu vaxt Xəyal əlini uzadıb 6000 manat pul vəsaitini Səyyaddan almış, Orxana pulu aşağıda ala biləcəyini bildirmişdir. Xəyal pulu Səyyaddan aldıqdan sonra Orxanla birlikdə restoranı tərk etmişdir. O və oğlu isə 10-15 dəqiqə ərzində restoranda oturub çay içmiş, daha sonra Xəyal yanlarına geri qayıtmış və 6000 manat pul vəsaitini Orxana verdiyini və 01 yanvar 2024-cü il tarixdən etibarən Səyyadın işə çıxa biləcəyini bildirmişdir. Onlar də həmin yeri tərk edib rayona yaşadıqları kəndə qayıtmışlar. 01 yanvar 2024-cü il tarixdə Səyyad Bakı şəhərinə gəlib Xəyalla “Zəfəran” restoranında görüşmüş, görüş zamanı Xəyal Orxana zəng edib işlə maraqlandıqda sonuncu müxtəlif bəhanələr gətirmiş, bir neçə saatdan sonra rəisin qəbuluna girəcəyini deyib məsələni yubadmışdır. Sonradan isə növbəti günə qaldığını deyib Səyyadı yola salmışdır. Bu proses təxminən 18 mart 2024-cü il tarixədək davam etmişdir. Bu müddət ərzində həm Orxan, həm də Xəyal hər dəfəsində müxtəlif bəhanələr gətirərək məsələnin həllini yubatmışdır. Ona görə də, hər iki şəxs barəsində şikayət etmək qərarına gəlmiş və bu barədə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun bacısı qızının qaynıdır. O Səyyadın uzun müddət iş axtardığını bilmiş, Səyyad və atası dəfələrlə ona bu barədə məlumat vermişdir. Həmin şəxslər ona köməklik edəcək şəxs olsa, məlumat verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə təxminən 2020-ci il tarixdən, yəni pandemiya dövründən etibarən xidmət etdiyi ərazidə yaşayan sakin olaraq tanımışdır. Həmin müddət ərzində aralarında tanışlıq münasibəti yaranmışdır. Orxanın FHN-nin əməkdaşı olduğunu bilmiş və Səyyadın iş məsələsi alınmadığı müddət ərzində onun ağlına Təqsirləndirilən şəxs gəlmişdir. Ona görə də, bu barədə Səyyada məlumat vermək istəmiş və həmin şəxslə söhbət edib Səyyad adlı qohumunun olduğunu, sonuncunu FHN-də işlə təmin olunmasında köməklik edə bilib-bilməyəcəyini maraqlanmışdır.Orxan isə cavabında Səyyada köməklik edə biləcəyini dediyi üçün o, bu barədə Səyyadın atası Şahid4 məlumat vermişdir. Səyyad Kürdəmir rayonunda yaşadığı üçün Orxan Səyyadı məhz həmin rayonun yanğınsöndürən şöbəsinə düzəldəcəyini demişdir. Bunun qarşılığında ümumilikdə təxmini 13.000 manat pul istəmişdir. O bu haqda Səyyada dedikdən sonra, Səyyad atası Ağasəf ilə birlikdə Bakı şəhərinə gəlmişdir. 2023-cü ilin iyul ayında Sabunçu rayonunda yerləşən “Zəfəran” restoranında görüşmüş və o həmin şəxsləri tanış eləmiş və özlərinin söhbət edib, razılaşmalarını bildirmişdir. Orxan da, ilk olaraq Səyyadın sənədlərini istəmişdir. Onlar sənədləri həmin şəxsə verib sağollaşmışdır. Təxminən 2-3 ay keçdikdən sonra Orxan onunla əlaqə saxlayıb, pulu təcili çatdırmaq lazım olduğunu demişdir və o da Orxana bildirmişdir ki, pulun bir hissəsini əvvəl, qalanını isə iş həll ediləndən sonra verəcəklər. Orxan ilin sonuna kimi pulu vermək lazım olduğunu və yeni ildən Səyyadın işə çıxacağını demişdir. 13 noyabr 2023-cü il tarixdə yenə Orxan ilə “Zəfəran” restoranında görüş baş tutmuşdur. Ağasəf 6000 manatı çıxarıb ona vermişdir ki, Orxana çatdırsın, çünki sonuncu həmin vaxt onun yanında oturmuşdur. O da Ağasəf və Səyyadın yanında pulu Orxana vermişdir. Orxan bildirmişdir ki, 01 yanvar 2024-cü il tarixdən Səyyad işə çıxacaq, 7000 manat pulu isə iş həll edildikdən sonra verməli olmuşlar. Qeyd edilən vaxt çatanda o, Orxan ilə əlaqə saxlamış və həmin şəxs, daha bir müddət səbir etməyi, bu yaxınlarda Səyyadın çağırılacağını bildirmişdir. Artıq mart ayında Orxandan pulu geri istəmiş, çünki sonuncunun dələduz olduğunu başa düşmüşdür. Orxan bir həftə vaxt istəmiş, lakin həmin vaxt keçsə də, pulu qaytarmamışdır. Artıq Səyyad özü də Orxandan pulunu geri istəmişdir. O, Orxana bildirmişdir ki, pulu qaytarmasa, onun iş yerinə məlumat verəcək. Orxan belə olan halda işində problemlərin yaranacağını və şikayət etməməyi xahiş etmiş, lakin bir müddət daha keçsə də, Orxan pulu qaytarmadığından o FHN-nə müraciət etmiş, həmçinin Səyyad DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun qızının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs əvəllər tanımamış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Seyfunun doğma bibisi oğlu olaraq tanımışdır və Orxanın FHN orqanlarında işlədiyini bilmişdir. Seyfun uzun müddət idi ki, hər hansısa bir dövlət qurumunda işlə təmin olunmaq istəmişdir. Bu barədə demək olar ki, bütün qohum əqrabaya məlumat vermişdir. 2023-cü ilin yay aylarında Seyfunla söhbət edən zaman bildirmişdir ki, Orxan Seyfuna işlə təmin olunmasında köməklik edə biləcəyini demişdir. Seyfun da Orxanla razılaşmış, işlə təmin olunması qarşılığında Orxana əvvəlcə 3000 manat sonradan isə 5000 manat pul vəsaiti verməli olduğunu vurğulamışdır. Seyfun ilk dəfə 2023-cü ilin təxminən iyul ayında Orxanla görüşüb ona 3000 manat pul vəsaiti vermişdir. Orxan əvvəl guya Seyfunu FHN orqanlarında işə düzəldəcəyini demişdir və sonradan isə müxtəlif bəhanələr gətirmiş "xxxx" Neft şirkətində sürücü kimi işə düzəldəcəyini vurğulamışdır. Sonradan isə Orxan Seyfundan əlavə olaraq 5000 manat da istəyəndə, artıq Seyfunun pulu olmadığı üçün bu barədə ona bildirmişdir, o da Orxanın sözünə etimad edib ona 5000 manat pul vəsaiti verəcəyini demişdir. 2023-cü ilin sentyabr ayında qızı ilə görüşüb ona 5000 manat pul vəsaiti vermiş və Seyfuna çatdırmağını söyləmişdir. Sonradan qızı da həmin pulu Seyfunun göstərişi ilə Təqsirləndirilən şəxs hesab kartına göndərmişdir. 5000 manat pul vəsaitini həmin karta göndərdikdən sonra bir müddət keçməsinə baxmayaraq, bir nəticə olmadığından, anlamışdır ki, Orxan Seyfunu aldatmışdır. Orxan sonradan 3000 manatı Seyfuna qaytarmış, lakin 5000 manatı qaytarmaqdan imtina etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında Türkiyə Respublikasında olan zaman işlədiyi “Dynamex” kargo şirkəti onu Bakı şəhərində yerləşən ofislərində işləmək üçün oraya ezam etmişdir. O, Bakı şəhərində olan zaman oradakı tanışları vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxslə tanış olan zaman Orxan ona əslən Şahbuz rayonundan olduğunu və Bakı şəhərində doğulub böyüdüyünü, hal-hazırda Bakı şəhərində Fövqəladə Hallar Nazirliyində inspektor işlədiyini bildirmiş və həmin vaxt qəzaya düşdüyündən və alın nahiyyəsində tikiş qoyulmuş xəsarəti olduğundan işdən icazə verildiyini, hal-hazırda işə çıxmadığını əlavə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra ondan əsgərliyə gedib getmədiyini soruşmuş, o hələ hərbi xidmət keçmədiyini bildirmişdir. Orxan isə ona hərbi xidmətini başa vurub gələndən sonra onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi işə düzəldə biləcəyini demişdir. O da həmin vaxt işi Türkiyə Respublikasında olduğundan buna çox əhəmiyyət verməmiş, bu işin üzərinə çox düşməmiş, lakin Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini deyən zaman Bakı şəhərində olan tanışları dediklərini təsdiqləmiş, o həqiqətən də, Təqsirləndirilən şəxs onu da işə düzəldə biləcəyinə daha çox inanmışdır. Bundan sonra, hərbi xidmətdən qayıdıb Türkiyənin Bodrum şəhərində işləyən zaman orada saxlanılaraq 2022-ci ildə deportasiya olunmuşdur. Artıq Culfa şəhərində ailəsi ilə birlikdə yaşamağa başladığından ailəsi burada iş tapıb işləməyini tövsiyə etmiş, o ailə üzvlərinin sözünə əsasən bir neçə yerə iş üçün müraciət etsə də, nəticə ala və hər hansı bir işə düzələ bilməmişdir. Bundan sonra, Bakı şəhərində yaşayan və 2019-cu ildə onu işə düzəldə biləcəyini və özünün də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu bildirən Təqsirləndirilən şəxs yadına düşmüşdür. 2019-cu ildən həmin şəxsin mobil nömrəsi onda qalsa da, Bakı şəhərindən qayıdandan sonra əlaqə saxlamamış, münasibəti olmamışdır. O həmin şəxslə 2022-ci ildə Bakı şəhərində görüşmüş, 2023-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə zəng vuraraq əlaqə saxlayıb Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini bildirmiş, bu barədə ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs də vatsap sosial şəbəkəsi vasitəsilə zəng vurmağını bildirmiş, o, telefonu söndürüb eyni nömrənin vatsapına zəng vurub Orxanla danışan zaman həmin şəxs ona işə düzəlmək üçün başdan 5000 manat pul göndərməli və həmin pulu aparıb iş gördüyü adama verdikdən sonra 10 gün ərzində sənədlərinin hazırlanaraq, 45 gün içərisində də onu Naxçıvan Muxtar Respublikası Fövqladə Hallar Nazirliyinə çağıraraq işlə təmin edəcəklərini, həmçinin buradakı nazirlikdə tanışı olduğunu, ona xəbər edəndən sonra sənədlərini aparıb həmin şəxsə verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanaraq telefonunda olan birbank proqramı vasitəsilə 2023cü ilin fevral ayında Orxanın verdiyi **********196654 nömrəli kart hesabına 5000 manat pul köçürmüşdür. Bundan 45 gün keçdikdən sonra o, işindən xəbər çıxmadığını görüb hər gün əlaqə saxlamış, pulu göndərdikdən təqribən 2-3 ay sonra Təqsirləndirilən şəxs poçt vasitəsilə ona 2 cür tərcümeyi hal, 1 ədəd anket məlumatları barədə blankları göndərərək onları doldurmağını bildirmişdir. O isə Bakı şəhərinə getdiyini və həmin sənədləri 3 günə doldurub göndərəcəyini bildirmişdir. Orxan onunla razılaşmış, 3 gün sonra o, həmin blankları doldurub məlumat verdikdə bunlardan əlavə attestatı ilə hərbi biletinin də lazım olduğunu bildirmişdir. O attestatının Türkiyədə qaldığını və sənədlərinin hamısının surətinin özündə olduğunu bildirsə də, Təqsirləndirilən şəxs israrla həmin sənədlərin əslinin lazım olduğunu söyləmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs atdığı 5000 manat pulu geri almışdır. Bundan sonra, o, müvafiq orqanlara müraciət edərək attestat işini də həll etmiş, Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdə sonuncuya əlavə də pul göndərdiyi halda artıq işin həll olunacağını demişdir. O da həmin şəxsə inanmış, 19 iyun 2023-cü il tarixdə hissə-hissə, iki dəfə 2000 manat və bir dəfə 1000 manat olmaqla 5000 manat pulu eyni gündə Təqsirləndirilən şəxs hesab kartına köçürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs ondan 1500 manat pul istəmiş, o da işinin həll olunması üçün atası X2 Təqsirləndirilən şəxs hesab kartının nömrəsini vermiş, həmin hesab kartına 1500 manat pul atmasını bildirmişdir. 2023-cü ilin iyul ayında atası 1500 manat pulu Culfa şəhərindəki Kapital bankın qarşısında yerləşən Milliön terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesab kartına göndərmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 2 ay ərzində artıq işinin həll olunacağını, onu Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinə çağıracaqlarını, lakin iş həll olunan günü kartına əlavə olaraq da pul göndərmək lazım olduğunu və pulu göndərdikdən sonra oraya gedəcəyini söyləmiş, amma iş həll olunandan sonra kartına nə qədər pul atacağını, yəni pulun dəqiq məbləğini ona deməmişdir. O da Orxanla razılaşmış, işini həll etməsini bildirmiş, çünki işinin həll olunmasını istəmişdir. 2023cü ilin sentyabr ayının 4- də dostu, Culfa şəhər sakini Zərərçəkmiş şəxs2 Bakı şəhərində olmuş, həmin gün onunla telefonda danışan zaman fövqəladə hallar orqanında işə düzələcəyini, artıq sənədlərinin gəldiyini, qısa müddtədə işə çıxacağını bildirmiş, Emin isə ondan kimin onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi işə düzəldəcəyini soruşmuşdur. O da həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu və Fövqəladə Hallar Nazirliyində işlədiyini bildirmişdir. Daha sonra Emin ondan həmin şəxsin nömrəsini istəmiş, işə düzəltməsi üçün həmin şəxslə danışmaq istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini Eminə vermiş, sonuncu həmin gün, yəni 04. Sentyabr 2023-cü il tarixdə Bakı şəhərində Orxanla telefon əlaqəsi saxlayıb danışmış və daha sonra isə elə həmin gün üz-üzə görüşərək işə düzəltmə barədə söhbət etmişdir. Təqsirləndirilən şəxs dostu Emini də ona dediyi eyni sözlərlə aldadaraq işə düzəltməsi müqabilində Eminə 15000 manat pul ödəməli olduğunu və pulu verdikdən sonra 45 gün ərzində Naxçıvan MR FHN-də işə çağıracaqlarını bildirmişdir. Emin də onun kimi həmin şəxsə inanaraq razılaşmış və həmin gün ona zəng vuraraq evdə 15000 manat pul olduğunu, atasıgilin başı çıxmadığını, onun evə gedərək həmin pulu götürməyini və Təqsirləndirilən şəxs **********196654 nömrəli hesab kartına göndərməyini bildirmişdir. O da Eminin dediyini edərək həmin gün təxminən, yarım saat sonra Eminin Culfa şəhərində yaşadığı mənzilə yaxınlaşmış, Eminin atası Gəraya pul götürmək üçün onu göndərdiyini demiş, Eminin atası Gəray isə bundan məlumatının olduğunu bildirərək gətirib ona 15000 manat pul vermiş, pulu sayıb götürərək oradan çıxmışdır. Oradan çıxan zaman Eminin atası Emini işə düzəldəcək adamın onu işə düzəldəcək adamla eyni adam olub-olmamasını soruşmuş, o da təsdiqləyərək həmin adam olduğunu bildirmişdir. Daha sonra o, həmin pulun 8500 manatını Culfa şəhərindəki Kapital bankın qarşısında yerləşən Milliön aparatından özünün **********300454 nömrəli kart hesabına köçürərək, izlənməyə düşməmək və şübhə çəkməmək üçün həmin 8500 manatı hissə-hissə 2500, 1000 və 5000 manat olmaqla Eminin ona verdiyi və Təqsirləndirilən şəxs məxsus olan **********196654 nömrəli kart hesabına öz birbank proqramı vasitəsilə göndərmişdir. Yerdə qalan 6500 manat pulun 3500 manatını isə öz hesab kartına 8500 manatı köçürdüyü gün Milliön aparatı vasitəsilə birbaşa Təqsirləndirilən şəxs hesab kartına köçürmüş, köçürmə aparan zaman Eminə zəng vuraraq həmin kart sahibinin adının “Or... Ə...” olaraq göründüyünü, pulları həmin karta köçürüb köçürməməyini soruşmuş, Emin isə Təqsirləndirilən şəxs yanında olduğunu və pulları həmin karta köçürməyini bildirmişdir. Beləliklə, 2 gün ərzində o, Eminin ona verdiyi və Təqsirləndirilən şəxs məxsus olan hesab kartına Zərərçəkmiş şəxs2 məxsus olan, ümumilikdə, 12000 manat pulu köçürmüş, qalan 3000 manat pulu isə özündə saxlamış, bunu ona Təqsirləndirilən şəxs özü bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona pulu özündə saxlamağı, iş həll olunduqdan hesab kartına köçürməyi ona söyləmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə onu, nə də Zərərçəkmiş şəxs2 işə düzəltməmiş, o, Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, birlikdə Bakı şəhərinə, Daxili İşlər Nazirliyinə gedib müraciət etsin, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs pullarının geri alınmasında köməklik edilsin. Emin isə buna ehtiyac olmadığını və müvafiq orqanlara ərizə ilə müraciət edəcəyini bildirmişdir. O isə atası ilə birlikdə çətinliklə olsa da, hissə-hissə Təqsirləndirilən şəxs verdiyi 6500 manat pulun hamısını geri almış, hal-hazırda Təqsirləndirilən şəxs ona borcu qalmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 nə zamansa dövlət işinə düzəldə bilmək ümidi ilə birdən vacib pul lazım olar deyə xx.xx.2023-cü il tarixdə “Finca Azerbaijan” X6bank kredit təşkilatından 13000 manat kredit götürərək üzərinə də əlavə 2000 manat qoyub kənarda saxlamışdır. Bir də maşın alqı-satqısı ilə məşğul olmaq fikri də olmuşdur. Oğlu Zərərçəkmiş şəxs2 2023-cü ilin avqust ayının sonlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman 2023-cü ilin sentyabr ayının 4-də günorta radələrində evə zəng vuraraq Culfa şəhər sakini olan dostu Şahid2 Emini Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində işə düzəltməsi üçün adam tapdığını, həmin adamın Orxanın özünü də işə düzəldəcəyini, artıq Orxanın sənədlərini götürdüyünü bildirmişdir. Həmçinin oğlu dostu Orxan həmin adamın mobil nömrəsini Eminə verdiyini, onları işə düzəldəcək Təqsirləndirilən şəxs adlı şəxslə Bakıda kafedə görüşdüyünü, hal-hazırda həmin adamın yanında olduğunu həmin adamın Eminin attestatı ilə hərbi biletinin şəklini istədiyini bildirmişdir. O da həmin sənədlərin şəklini çəkərək vatsap vasitəsilə Eminin özünə göndərmiş, Emin həmin sənədləri sonuncunu işə düzəldəcək Orxan adlı şəxsə göndərəcəyini bildirmişdir. Bundan sonra isə, Emin əlavə olaraq da Təqsirləndirilən şəxs adlı şəxsin işə düzəlmək müqabilində 15000 manat pul istəydiyini, bu barədə dostu Şahid2 da məlumat verdiyini, birazdan Şahid2 gəlib evdə saxladığı 15000 manat pulu götürərək həmin adama göndərəcəyini, ona görə də Şahid2 gələndə həmin pulu ona vermələrini bildirmişdir. O da oğlu Eminin işə düzəlməsi üçün çox çalışıb yol axtardığından həqiqətən, güvənmişdir ki, Təqsirləndirilən şəxs Şahid2la Eminin ikisini də işə düzəldə biləcək və Eminlə razılaşıb dostu Orxanın gəlib pulu evdən götürməsini bildirmişdir. Bunun üzərindən təqribən yarım saat keçdikdən sonra Eminin dostu olan Şahid2 onlar yaşadığı evə gəlmiş, Eminin dediyi pulu götürməyə gəldiyini söyləmşdir. O da 15000 manat pulu əlində gətirib sayaraq Şahid2 təhvil vermiş, sonuncu isə pulu götürdükdən sonra həmin pulun hamısını Eminin göstərişi ilə onları işə düzəldəcək adamın kartına göndərəcəyini deyib evdən uzaqlaşmışdır. Fövqəladə orqanının əməkdaşı olduğunu bildirən Təqsirləndirilən şəxs oğlu Eminə 45 gün ərzində işə çıxacağını demiş, lakin həmin vaxtın üzərindən uzun müddət keçməsinə baxmayaraq bu günə kimi hələ də nə oğlu Zərərçəkmiş şəxs2 FHN-də işə qəbul edilib, nə də həmin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən Emini işə düzəltməsi üçün verdikləri 15000 manat pulu geri qaytarılmışdır. Oğlu Zərərçəkmiş şəxs2 tərəfindən dəfələrlə verdiyi pul həmin şəxsdən geri istənilsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu bu gün-sabah qaytaracağını bildirərək onları aldadıb pulu bu günə kimi qeri qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Emini işə düzəldəcəyini bildirən zaman özünün də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmasını bildirmişdir. 15000 manat pulun Təqsirləndirilən şəxs adlı şəxsdən alınmasında köməklik göstərərək həmin şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən etibarən “VTB” bankda fəaliyyət göstərir. Zərərçəkmiş şəxs4 təxminən 2020-ci il tarixdən etibarən tanıyır. Belə ki, həmin şəxs, yaşadığı ünvanda təmir işləri görmüş, Seyfunu elə həmin müddətdən etibarən usta kimi tanımışdır. Seyfun etibarlı şəxs olduğu üçün aralarında yaxşı münasibət yaranmış və onun etibarını qazanmışdır. 2023-cü ilin yay aylarının birində o, Seyfunla söhbət edən zaman Təqsirləndirilən şəxs adlı dayısı oğlu olduğunu, həmin şəxsin FHN-də işlədiyini və sonuncunu da FHN-də işlə təmin edəcəyini, bunun üçün ilkin olaraq 3000 manat pul vəsaiti lazım olduğunu demişdir. Hətta Seyfun işə düzəldikdən sonra 5000 manat daha verəcəyini də demişdir. Daha sonra Seyfun, hazırda imkanı olmadığı üçün ondan 3000 manat pul vəsaiti verməyini xahiş etmiş, o da Seyfunu yaxşı tanıdığı üçün özü üçün kredit götürdüyü pul vəsaitindən 3000 manatını həmin şəxsə təqdim etmişdir. Bir müddət sonra isə Seyfunla danışan zaman Orxanın sonuncudan 5000 manat pul vəsaitini də istədiyini demişdir, həmin vaxt artıq onun imkanı olmadığı üçün borc verə bilməmişdir. Sonradan bildiyi qədəri ilə Seyfunun qaynatası köməklik edib 5000 manat pul vəsaiti vermişdir. Bir müddət sonra isə Seyfun Orxanın sonuncunu aldatdığını, hər hansı bir işlə təmin etmədiyini, ona görə də, barəsində şikayət etdiyini bildirmişdir. Seyfun ona olan 3000 manat borcun əvəzində isə yaşadığı mənzildə təmir işləri görmüş və bir biri ilə əvəzləşmişlər. Şahid X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 5 aydır ki, “Azərbaycan Hava Yolları”da kassir olaraq fəaliyyət göstərir. Zərərçəkmiş şəxs4 onun həyat yoldaşıdır. Belə ki, 2013-cü il tarixdə Seyfunla rəsmi olaraq ailə həyatı qurub evlənmiş, həmin evlilikdən 2 övladı doğulmuşdur. O, Təqsirləndirilən şəxs Seyfunla ailə həyatı qurduqdan sonra tanımış, əvəllər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Seyfunun doğma bibisi oğlu olaraq tanımışdır. Orxanın FHN orqanlarında işlədiyini bimişdir. Seyfun uzun müddət idi ki, hər hansısa bir dövlət qurumunda işlə təmin olunmaq istəmişdir. Bu barədə demək olar ki, bütün qohum əqrəbaya məlumat vermişdir. 2023-cü ilin yay aylarında Seyfunla söhbət edən zaman bildirmişdir ki, Orxan həmin şəxsə işlə təmin olunmasında köməklik edə biləcəyini demişdir. Seyfun da Orxanla razılaşmış işlə təmin olunması qarşılığında sonuncuya əvvəlcə 3000 manat sonradan isə 5000 manat pul vəsaiti verməli olmuşdur. Seyfun ilk dəfə 2023-cü ilin təxminən iyul ayında Orxanla görüşüb sonuncuya 3000 manat pul vəsaiti vermişdir. Orxan əvvəl guya Seyfunu FHN orqanlarında işə düzəldəcəyini demiş və sonradan isə müxtəlif bəhanələr gətirib "xxxx" Neft şirkətində sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Sonradan isə Orxan Seyfundan əlavə olaraq 5000 manat da istəyəndə, artıq Seyfunun pulu olmadığı üçün bu barədə ona bildirmişdir, o da Orxanın sözünə etimad edib atasından 5000 manat pul vəsaiti verməsini istəmiş, atasıda da sözünü yerə salmayıb 2023-cü ilin sentyabr ayında görüşüb 5000 manat pul vəsaiti vermişdir ki, Seyfuna çatdırsın. Təxminən 2023-cü ilin dekabr ayında gecə saatlarında Seyfun onunla əlaqə saxlayıb həmin pulu Seyfunun göstərişi ilə Təqsirləndirilən şəxs qeyd etdiyi hesab kartına göndərmişdir. 5000 manat pul vəsaitini həmin karta göndərdikdən sonra bir müddət keçməsinə baxmayaraq, bir nəticə olmadığından, başa düşmüşdür ki, Orxan Seyfunu aldatmışdır. Orxan sonradan 3000 manatı Seyfuna qaytarmışdır, lakin 5000 manatı qaytarmaqdan imtina etmişdir. Seyfun sonradan atasına çatmalı olan 5000 manat pul vəsaitini güc bəla ilə də olsa geri qaytara bilmişdir, lakin onlara dəymiş maddi ziyan hələ də ödənilməmişdir. Zərərçəkmiş şəxs4 işlə təmin olunması müqabilində Təqsirləndirilən şəxs ondan əvvəlcə 3000 manat, sonradan isə 5000 manat pul istəmişdir. 3000 manat pul vəsaitini Seyfun kimdənsə alıb Orxana vermiş, lakin sonradan 5000 manatı verməyə imkanı olmamış, ona görə də ona müraciət etmişdir, o da bu barədə atasına bildirmişdir. Atası onun sözünü yerə salmayıb 5000 manat pul vəsaitini ona vermişdir ki, Seyfuna çatdırsın. Ona görə də, Seyfunun işlə təmin olunması qarşılığında Orxan ondan 5000 manat pul vəsaiti istədiyindən, həmin pul vəsaitini 409859******6240 saylı kart hesabına göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış keçirilmə və götürmə haqqında 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 149 saylı tam orta məktəbin yaxınlığında yerləşən sığorta ofisinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.15-17); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.36-37); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(cild 1, i.v.59-61); qətimkan tədbiri seçilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.62); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və o tutulduqda rayon prokurorıuğuna təqdim olunması qərara alınmışdır (cild 1, i.v.78-79); hadisə yerinə baxış keçirilməsi barədə 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmiryol vağzalına baxış keçirilmişdir (cild 1, i.v.94-95); axtarışda olan şəxsin tutulması barədə 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur (cild 1, i.v.166); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın məzmunu dəyşdirilməklə əlavələr edilib ona yenidən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 1, i.v.215-217); götürmə aparılması haqqında 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus olan 01 ədəd “İphone” markalı telefon götürülmüşdür (cild 1, i.v.228-229); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-416/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmışdır (cild 1, i.v.248-254); Məhkəmə kompüter-texniki ekspertizasının 13 aprel 2024-cü il tarixli, 378 nömrəli rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş sensor ekran “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A01” markalı, “SM-A015F/DS” modelli, “**********96532” və “**********596530” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2.1 Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A01” markalı, “SM-A015F/DS” modelli mobil smartfonun yaddaşında “Whatsapp” proqram təminatı vasitəsilə “**********60” abonent nömrəsi arasında aparılan məlumat mübadiləsinə, “Birbank” proqram təminatına dair texniki qeydlər müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən hesabat (Report) “Ekspertiza 379” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. 2.2 Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A01” markalı, “SM-A015F/DS” modelli mobil smartfonun yaddaşından “Physical analyzer v7.65.0.22” proqram təminatı vasitəsi ilə əldə edilmiş hesabatda (Report) “Whatsapp” proqram təminatı vasitəsilə “**********” və “**********” abunəçi nömrələri ilə aparılan silinmiş məlumat mübadiləsi (çat, audio, foto, video) müəyyən olunmadı. 2.3 Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A01” markalı, “SM-A015F/DS” modelli mobil smartfonun yaddaşından “Physical analyzer V7.65.0.22” proqram təminatı vasitəsi ilə əldə edilmiş hesabatda (Report) “Birbank” proqram təminatı vasitəsi ilə hansı əməliyyatların aparılması ilə bağlı hər hnası texniki qeyd müəyyən olunmadı (cild 2, i.v.122-126); Baxış keçirilməsi haqqında 23 iyul 2024-cü il tarixli protokldan görünür ki, birinci disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində 14 ədəd ‘Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş audio yazılar və 20 ədəd də ‘Whatsapp” ani mesajlaşma tətbiqindən çıxarılmış ekran görüntüləri olduğu görünür. İkinci disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində 31 ədəd “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş audio yazılar və 26 ədəd də “Whatsapp” ani mesajlaşma tətbiqindən çıxarılmış ekran görüntüləri olduğu görünür. Birinci diskdə olan 14 ədəd “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş audio yazılar sıra nömrəsi açıldıqda həmin səs yazılarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs səsli mesaj göndərərək məsələni tezləşdirməsini, alınmayacağı halda verilmiş pul vəsaitini geri qaytarmasını tələb edir, Təqsirləndirilən şəxs isə səs yazılarının birində artıq məsələnin həll olunacağını, bir sıra sənədlərin tərtib olunmalı olduğunu izah edir. Birinci diskdə olan 20 ədəd fotoşəkillər açıldıqda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində əlaqə saxlayacağını, övladının işə düzəldilməsi qarşılığında müxtəlif sənədlərin, 6/4-ə fotoşəkil lazım olduğunu, FHNdə sürücü yeri olduğunu bildirir. Sonrakı mesajlarda isə Təqsirləndirilən şəxs pulun yarısının verilməli olduğunu izah edir. İkinci diskdə olan 31 ədəd “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş audio yazılar sıra nömrəsi açıldıqda həmin səs yazılarında Şahid1 Təqsirləndirilən şəxs səsli mesaj göndərərək artıq Zərərçəkmiş şəxs1 səbrinin tükəndiyini, ona verilməli olan 10000 manat pul vəsaitinin qaytarılmalı olduğunu, əks halda hüquq mühafizə orqanlarına şikayət olunacağını izah edir, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində pul vəsaitini qaytaracağını, Aisfə Məmmədova şikayət etməməsi üçün xahiş etməsini, əks halda pulu qaytara bilməycəyini, şikayəti götürdükdən sonra isə maşın almaq üçün pul alması barədə məlumat verməsini bildirir (cild 3, i.v.12); Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı sonuncu ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmiş, foto çəkiliş aparılaraq istintaq hərəkəti protokoluna əlavə edilmişdir (cild 3, i.v.83-85); Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı sonuncu ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmiş, foto çəkiliş aparılaraq istintaq hərəkəti protokoluna əlavə edilmişdir (cild 3, i.v.86-88); Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsinin yerində yoxlanılması zamanı sonuncu ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmiş, foto çəkiliş aparılaraq istintaq hərəkəti protokoluna əlavə edilmişdir (cild 3, i.v.89-92); Üzləşdirmə aparmaq haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Şahid5 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 Şahid5 üzünə qarşı bildirmişdir ki, 11 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində “Zəfəran” restoranında Xəyal və Orxanla görüşmüş, bundan sonra o, 6000 manat pul vəsaitini Təqsirləndirilən şəxs tərəf uzatmış, həmin vaxt Orxan pulu götürməkdən imtina etmiş, pulu restorandan aşağıda verməyini istəmiş, elə bu vaxt Xəyal əlini uzadıb 6000 manat pul vəsaitini ondan almış, Orxana pulu restorandan kənarda ala biləcəyini bildirmişdir. Xəyal pulu ondan aldıqdan sonra Orxanla birlikdə restoranı tərk etmiş, o və atası isə 10-15 dəqiqə ərzində restoranda oturub çay içmiş, daha sonra Xəyal yanına geri qayıtmış, 6000 manat pul vəsaitini Orxana verdiyini və 01 yanvar 2024-cü il tarixdən etibarən işə çıxa biləcəyini demişdir (cild 3, i.v.106-108); Üzləşdirmə aparmaq haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 Şahid5 üzünə qarşı bildirmişdir ki, ifadəsində 6000 manat pul vəsaitini Səyyadın cibindən çıxardıb Orxana uzatdığını, pulu Xəyalın Səyyaddan aldığını bildirmiş, indisə Xəyal dedikdən sonra xatırlamışdır ki, pulu Səyyad cibindən çıxardıb birinci ona təqdim etmiş, o da pulu götürüb Orxana uzatmış, Orxan götürmədiyi üçün pulu ondan Xəyal götürmüş, lakin sonuncu pulu Orxana yanında verməmiş, birlikdə restorandan çıxmış, bir müddət sonra Xəyal yanlarına 6000 manat pul vəsaitini Təqsirləndirilən şəxs verdiyini qayıdıb pulu Orxana verdiyini və bunun qarışılığında Səyyadın 01 yanvar 2024-cü il tarixdən etibarən işə çıxa biləcəyini demişdir (cild 3, i.v.114-116); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-460/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixadək uzadılmışdır (cild 3, i.v.156-161); Üzləşdirmə aparmaq haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onu işə düzəltmək adı ilə ümumilikdə 6000 manat pul vəsaitini etibarından sui istifadə edərək qanunsuz yolla ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə öz etirafedici ifadəsi ilə həmin faktı təsdiq etmişdir (cild 3, i.v.179-182); Üzləşdirmə aparmaq haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu ona 10000 manat yox, işin həlli üçün 13000 manat pul vəsaiti lazım olduğunu demiş, o Orxana 2000 manat pul vəsaitini şirinlik üçün götürəcəyini deməmişdir (cild 3, i.v.183-185); Üzləşdirmə aparmaq haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onu işə düzəltmək adı ilə ümumilikdə 8000 manat pul vəsaitini etibarından sui istifadə edərək qanunsuz yolla ələ keçirdiyini bildirmişdir (cild 3, i.v.186-188); Üzləşdirmə aparmaq haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istinaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onun oğlunu işə düzəltmək adı ilə ümumilikdə 10000 manat pul vəsaitini etibarından sui istifadə edərək qanunsuz yolla ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə öz etirafedici ifadəsi ilə həmin faktı təsdiq etmişdir (cild 3, i.v.189-191); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 3, i.v.212-213); Üzləşdirmə aparmaq haqqında 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onu işə düzəltmək adı ilə ümumilikdə 12000 manat pul vəsaitini etibarından sui istifadə edərək qanunsuz yolla ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə öz etirafedici ifadəsi ilə həmin faktı təsdiq etmişdir (cild 3, i.v.233-237); Üzləşdirmə aparmaq haqqında 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Orxan Şahid2 Əliyevin üzünə qarşı sonuncunun Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə sonuncuya məxsus ümumilikdə 12000 manat pul vəsaitini etibarından sui istifadə edərək qanunsuz yolla ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə öz etirafedici ifadəsi ilə həmin faktı təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs görüş zamanı Zərərçəkmiş şəxs2 FHN orqanlarında işlə təmin olunmasında köməklik göstərə biləcəyini demiş, həmin işin düzəlməsi qarşılığında isə sonuncudan 15000 manat pul vəsaiti verməli olduğunu izah etmiş, elə həmin gün Şahid2 gedib Eminin atasında 15000 manat pul vəsaiti almış, o əvvəlcə Orxana həmin pulun 12000 manatını göndərməsini, 3000 manat hissəsini isə özündə saxlamasını, gələcəkdə 3000 manatını da göndərməli olacağını bildirmişdir. Orxan da ona görə 3000 manat pul vəsaitini özündə saxlamışdır. Bununla bağlı ifadə verərkən isə Şahid2 3000 manat pul vəsaitini öz xeyri üçün götürdüyünü bildirmiş, əslində isə həmin pul vəsaitini özündə saxlamısını Orxandan o, istəmişdir. Əvvəl ifadə verərkən Zərərçəkmiş şəxs2 məxsus 12000 manat pul vəsaitindən 6000 manat hissəsini Şahid2 geri qaytardığını demiş, lakin sonradan 6000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs2 deyil, Şahid2 verməli olduğu pul vəsaiti olduğunu xatırlamışdır (cild 3, i.v.238-241); Baxış keçirilməsi və götürmə haqqında 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 4, i.v.08-10); Baxış keçirilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod üsulu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə qırmızı rəngdə “bakcell” sözləri və qara rəngli mürəkkəbli qələmlə “BKC/LGL-10663/24” rəqəmləri yazılmışdır. 01 (bir) ədəd disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində adları: “musteri zenglerinin detallashmasi_msisdn_552600100”, “SMS_detallashması_msisdn_552600100” “Zenglerin_Mexsusluq_Tarixceleri_msisdn_552600100” olmaqla 03 fayl olduğu aşkar edilir. Həmin fayllardan birincisinə daxil olduqda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 11:31:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək olan müddət ərzində əlaqə saxladığı şəxslərin mobil telefon nömrələri, danışıq müddətləri və istifadə etdiyi serverlər öz əksini tapmışdır. Həmin danışıqlar içərisində Zərərçəkmiş şəxs1 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 52 dəfə, müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 18 dəfə müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Bundan başqa, Zərərçəkmiş şəxs4 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 210 dəfə müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Bundan başqa, Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 4 dəfə müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Bundan başqa, Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 15 dəfə müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Bundan başqa, Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 18 dəfə müxtəlif aralıqlarda telefon danışığı olduğu aşkar edilir. Fayllardan ikincisinə daxil olduqda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 11:31:00dan xx.xx.2024-cü il, saat 00:00:00-dək olan müddət ərzində mesajlaşdığı şəxslərin mobil telefon nömrələri, mesajların göndərilmə tarixləri və məzmunları öz əksini tapmışdır. Həmin mesajlara nəzər yetirsək görürük ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “Yiğdim acmadin emi sen get eve saat 8 uzaği 9 yarsi ordayam”, xx.xx.2024-cü il tarixdə isə “Salam emi gözle indi qadirde yazdim wp şekilde atmişam da, hec hara getme gözle 1-2 saat, danisa bilmirəm burda otaqdayam, qadiri yig bir denen zehmet olmasa” məzmunlu mesajlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “Salam bir saat yiğacam seni” məzmunli mesaj göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 Qəşəm oğlu arasında xx.xx.2023-cü il tarixdə aşağıdakə məzmunda yazışmalar olduğu görünür Təqsirləndirilən şəxs: “Dayi oğlu sabah saat 6 da hara deyirsən men gelecem vAllah; Zərərçəkmiş şəxs4: Senin. Kişiliyin. Var Təqsirləndirilən şəxs: he Zərərçəkmiş şəxs4: ..... Dayıvında Təqsirləndirilən şəxs: Seyfun menim kişliyimi en yaxşi sen bilirsen Zərərçəkmiş şəxs4: Get *, gündə bir yalan deyirsən Təqsirləndirilən şəxs: * özün cindir, sabah senin pulun heldi Zərərçəkmiş şəxs4: Saba. 6 da. Deyecem. Gelersen. Yaxşı. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 “tel tutmur 85 deyem” məzmunlu mesaj yazmışdır. xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında Təqsirləndirilən şəxs: Eee gijdillaq Men gelek alim ki verim ne özünü qoyumusan * Deyirem pul gözleyirem de Zərərçəkmiş şəxs4: Allah haqı. Gedirəm. Ərzəmi yazam Təqsirləndirilən şəxs: Güya polise getsen o deqiqe sene pul vercekler, Birinci gün gel pulu götür saat 6 olmasa get polise Yaxşi Zərərçəkmiş şəxs4: O dəyqada. Verməsələr. 1 aya verəcəylər Təqsirləndirilən şəxs: Deyirem gel binci gün pulunh götür de, Bir bele dözdüm birinci güne kimi döze bilmirsen Zərərçəkmiş şəxs4: Yox, Gözdədiyim bəsdi, Sənin. Genəlməyivin. Pirinsipinə. Verirəm ki Təqsirləndirilən şəxs: Neyime genelirem gic gic danişirsan, Eee * söz deyirem sene, Sen öl ele et ki, Aramizda inclik olmasim, Sonra deme kü demedin Zərərçəkmiş şəxs4: İncihliyi. Yaradan sənsən, Mən sənin gözündə. Uşağam niyə. Məni. Ələ. Salmısan. Bu gün səhər Orxan Əlyev: Ne uşaq gic gic danişirsan Zərərçəkmiş şəxs4: Sənin dünya aləm vecivə deyil. Təqsirləndirilən şəxs: Özünde bilirsen ki alasam çoxdan vermişdim, Dedim ki 1 ci gün gel götür Zərərçəkmiş şəxs4: Onun. Mənə dəxli yoxdu. Birdə belə * yeməsən. Bəlkə. Ömürüy dərs olar sənə Təqsirləndirilən şəxs: * özün yeyirsen, *get ağilli ol Zərərçəkmiş şəxs4: Mənim kimi. Səbiri. Adam. Görməmisən Təqsirləndirilən şəxs: Seyhun ne uzadirsan dedim 1 ci gün, Başqa sözün var,1 ci gün gel götür Zərərçəkmiş şəxs4: 1 günü. Həl. Olmasa. Səni. Nə. Çağırım. Özün. De. Ürəyincə olsun. Saba yox. Biri gün Nən sora. Öz. Payıma. Sənə zəng. Eliyən. *di, Get. Kef elə, Neçe aydi. Meni aldadirsan işe düzeldirem. Oile Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “Salam qaqa danişa bilmirem sabah gelexem yanina kişiye de” xx.xx.2024-cü il tarixdə isə “Yanindadi denen ki işden cixiram yiğacam da” məzmunlu mesaj göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə “Salam qaqa necesen Azerbayacan deyilem bazar günü gelecem” məzmunlu mesaj göndərmişdir (cild 4, i.v.45-48); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamları digər ittihamları qəbul etsə də, Zərərçəkmiş şəxs4 vurulmuş ziyanla bağlı ittihamı qəbul etməyərək həmin məbləğin faiz borcu olduğunu bildirmişdir ki, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxs4 ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üstüstə düşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərilən xüsusatlar iş üzrə şahidlər X1, Şahid6, Şahid7 ifadələri ilə üst üstə düşərək öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs telefonuna baxış zamanı Zərərçəkmiş şəxs4 ilə aralarında olan yazışmalar zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin əməkdaşı olmasından, yəni qulluq mövqeyindən istifadə edərək, həmin orqana işə düzəltmək adı ilə aldadaraq zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməllərini törətimişdir ki, buna görə də Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası əlavə cəza olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 40 (qırx) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 02(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut-01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-722/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-722/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver