Məhkəmə qərarları › İş №1(008)-724/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-724/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-724/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi yaşayış evində kirayə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş (qaçırmış), habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgəyə məxsus əmlakı gizli şəkildə talamış, yəni oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 mart 2025-ci il tarixdə, saat 23:36:15-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76 B ünvanında yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasından Zərərçəkmiş şəxs2 istifadəsində olan saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq dolabın içərisindəki şüşə qabdan 3000 manat nəğd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, iki azyaşlı övladı var. O, 2025-ci ilin yanvar ayından etibarən Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən təkər satışı və təmiri mağazasında usta vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində onun iş rejimi gecə növbəsi olmaqla saat 21:00-dan 09:00-dək müəyyən edilmişdir. Hər dəfə növbə başa çatdıqdan sonra görülmüş işlər üzrə hesabat aparılmış, əldə olunmuş qazanc bölüşdürülmüş və növbə növbəti işçi olan Ülviyyə tərəfindən təhvil alınmışdır. Onunla Ülviyyə arasında məhkəmə iclasında səsləndirmək istəmədiyi səbəblərdən mübahisə yaranmış, həmin mübahisədən sonra isə Ülviyyənin ona qarşı münasibəti dəyişmişdir. 05 mart 2025-ci il tarixdə iş yerinə gəldiyi zaman Ülviyyə onun növbəsində əldə edilmiş qazancın az olduğunu əsas gətirərək onunla mübahisə etmişdir. O, Ülviyyəyə mağazaya quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxmağı, həmin gün ərzində hansı məbləğdə qazanc əldə edildiyini dəqiqləşdirə biləcəyini bildirmişdir. Daha sonra Ülviyyə onun tərəfindən mağazadan pul oğurlandığını iddia edərək, pulun geri qaytarılmasını tələb etmişdir. O isə mağazadan hər hansı məbləğdə pul oğurlamadığını, bu iddianı təsdiq edən sübutlar mövcud olduğu halda onların təqdim edilməsini xahiş etmişdir. Ona təqdim edilən video görüntü hadisədən təxminən 20 gün əvvələ aid olmuş və həmin görüntüdə bankanın içərisində yalnız xırda qəpiklər olmuşdur. Belə ki, gün ərzində müştərilərdən qəbul edilən qəpiklər həmin bankada yığılmışdır. Video görüntünün qeydə alındığı vaxtda o, müştəriyə xırda pul qaytarmaq məqsədilə bankanı götürmüş, daha sonra isə onu geri qaytarmışdır. O, bu vəziyyəti izah edərək, bankaya kağız əskinas qoyulmasını əks etdirən video görüntünün təqdim edilməsini tələb etmiş, lakin hər hansı belə sübut təqdim edilməmişdir. Həmin vaxt ərzində konkret məbləğ də göstərilməmişdir. Yalnız polisə müraciət edildikdən və araşdırma aparıldıqdan sonra onun məlumatı olmuşdur ki, zərərçəkmiş şəxs mağazadan guya 3000 manat məbləğində pulun oğurlandığını bildirmişdir. O, işdə olduğu müddət ərzində müştərilərdən qəbul edilən qəpikləri bankaya yığmış, kağız əskinasları isə üzərində saxlamışdır. Həmin gün ərzində ümumilikdə 23 manat 50 qəpik məbləğində qəpiklərdən və təxminən 18–19 manat məbləğində kağız əskinaslardan ibarət qazanc əldə edilmişdir. Növbəti gün Ülviyyə işə gəldikdən sonra əldə olunmuş qazancı onunla bölüşdürərək yaşadığı ünvana getmişdir. Qeyd edilən dolabda heç bir vaxt pul saxlanılmamış, yalnız onun tərəfindən gün ərzində toplanmış xırda qəpiklər mövcud olmuşdur. Sözügedən dolab onun istifadəsində olmuşdur. Belə ki, həmin dolabda təkərlərin təmiri üçün nəzərdə tutulan əşyalar, o cümlədən balans qruzu, yamaqlar və digər materiallar saxlanılmışdır. O, təkərlərin təmiri prosesində, eləcə də müştərilərə xırda pul qaytarılması məqsədilə qəpik götürdüyü hallarda həmin dolabdan istifadə etmişdir. Zərərçəkmiş şəxs onun guya oğurluq etdiyini etiraf etdiyini iddia edir, lakin bu hal həqiqəti əks etdirmir. Belə ki, onun mağazada video müşahidə kameralarının mövcudluğu barədə məlumatı olmuşdur. Hətta kamera görüntülərinə baxmaq məqsədilə onun mobil telefonunda xüsusi proqram təminatı quraşdırılmış və o, həmin proqram vasitəsilə öz növbəsi ərzində qeydə alınmış görüntülərə baxmışdır. Lakin, mübahisə baş verdiyi gün Ülviyyə, mağazanın sahibi Ləman xanımın başı açıq şəkildə görüntülənməsini əsas gətirərək, ondan sözügedən proqramın telefonundan silinməsini tələb etmişdir. Bundan sonra o, həmin proqramı mobil telefonundan silmişdir. Video müşahidə kameralarının mövcud olduğu və aktiv işlədiyi bir məkanda onun tərəfindən oğurluq edilməsi iddiası məntiqsiz və əsassızdır. Bundan əlavə, zərərçəkmiş şəxs onun avtomobilini guya borcunun əvəzində girov qoyduğunu iddia edir. Halbuki, faktiki olaraq belə bir hal baş verməmişdir. Əksinə, Ülviyyə, Ləman və Şəhanə adlı şəxslər onun yaşadığı ünvana gələrək ona məxsus avtomobili aparmağa cəhd etmiş, lakin buna nail ola bilməmişlər. Zərərçəkmiş şəxslə WhatsApp tətbiqi vasitəsilə aparılmış danışıqların oğurluq etdiyi iddia edilən məbləğlə heç bir əlaqəsi yoxdur. Onun Ləman xanıma borc olaraq nisyə götürdüyü təkərlərə görə 110 manat və sosial ödənişlər üzrə 50 manat məbləğində borcu olmuşdurr. Səs yazılarında da həmin məbləği geri qaytaracağını qeyd etmişdir. Ləmanla və Ülviyyə birlikdə yaşamış və işə birlikdə gəlib-getmişdir. Bu səbəbdən Ləmanın hansısa şirkətə ödəmək üçün Ülviyyəyə 3000 manat verməsi və Ülviyyənin həmin məbləği mağazadakı dolabdakı bankaya yerləşdirməsi iddiası tamamilə əsassızdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi 76B ünvanında yerləşən və «Liona Auto» adı altında fəaliyyət göstərən təkər satışı mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixindən etibarən «Liona Auto» təkər satışı mağazasında təkər ustası vəzifəsi üzrə rəsmi olaraq əmək fəaliyyətinə başlamışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs iş vaxtı saat 21:00-dan 09:00-dək müəyyən edilmişdir. Digər işçi Ülviyyə isə saat 09:00-dan 21:00-dək iş rejimi üzrə fəaliyyət göstərmişdir. Ülviyyə xanımın adıçəkilən mağazada artıq 5 (beş) il müddətində fasiləsiz əmək fəaliyyəti göstərməsi səbəbindən ona tərəfindən tam etimad edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilmiş iş vaxtına uyğun olaraq saat 21:00-da iş yerində olmalı olduğu halda, bəzən saat 22-23 radalərində işə gəlmişdir. 04 mart 2025-ci il tarixində tərəfindən işçilərlə birlikdə günün sonuna dair hesabat aparılmışdır. Həmin gün növbəti gün firma nümayəndələrinə təhvil verilməsi nəzərdə tutulan 3000 (üç min) manat məbləğində pulu Ülviyyəyə vermiş və firmaya müvafiq məlumat təqdim edilərək, pulun növbəti gün götürülməsini xahiş etmişdir. Ülviyyə xanım göstərilən pul vəsaitini ona məxsus şəxsi dolabda saxlamışdır. Növbəti gün azyaşlı, 8 yaşlı övladını dərsə aparması ilə əlaqədar olaraq iş yerinə vaxtında gələ bilməmişdir. Həmin gün Ülviyyə xanım onunla telefon əlaqəsi saxlayaraq, onun geri qayıdıb dolabda saxlanılan pul vəsaitini götürüb-götürmədiyini soruşmuşdur. O, geri qayıtmadığını və sözügedən pul vəsaitini götürmədiyini bildirmişdir. Bundan sonra Ülviyyə xanım firma nümayəndələrinin pul vəsaitini götürmək məqsədilə mağazaya gəldiklərini, lakin pulun saxlandığı yerdə olmadığını məlumat vermişdir. O, dərhal mağazaya gəlmiş, və mağazanın təhlükəsizlik kameralarının qeydlərinə baxış keçirmişdir. Mağazada quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirmək üçün sistemə daxil olma səlahiyyəti yalnız işəgötürənə məxsus olmuşdur. Təhlükəsizlik kameralarının görüntülərinə baxış zamanı, Təqsirləndirilən şəxs əlində içərisində pul olan banka ilə birlikdə kameraların görüntü sahəsinə düşməyən, təkərlərin saxlanıldığı kor nöqtəyə doğru hərəkət etdiyi müəyyən edilmişdir. Hadisə baş verdiyi gün ərzində Təqsirləndirilən şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd edilmiş, lakin onun tərəfindən telefon zəngləri cavablandırılmamışdır. Axşam saatlarında yenidən edilən zəngə cavab verdikdən sonra ona iş yerinə müəyyən edilmiş vaxtdan bir qədər əvvəl gəlməsi barədə tapşırıq verilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs mağazaya gəlmişdir. Onunla aparılan söhbət zamanı tərəfindən mağazaya məxsus pul vəsaitini götürməsinin səbəbi soruşulmuşdur. Təqsirləndirilən şəxs anasının səhhətinin ağır olması ilə əlaqədar qeyd olunan hərəkəti etdiyini etiraf etmiş və götürdüyü pul vəsaitini qısa müddət ərzində geri qaytaracağına dair vəd vermişdir. Pul vəsaitinin saxlandığı dolab ümumi istifadədə olmamış, yalnız ona məxsus olmuşdur. Sözügedən dolabda ona aid şəxsi sənədlər və möhür saxlanılmışdır. Həmin dolab işçilərin gündəlik istifadə etdikləri əşyaların yerləşdirildiyi dolablardan fərqli olmuş, mağazada ayrıca cərgədə yerləşmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən qəpiklərin yığıldığını iddia etdiyi banka rəngli olduğu halda, 3000 (üç min) manat pul vəsaitinin saxlanıldığı banka rəngsiz olmuşdur. Bununla da qeyd edilən bankalar bir-birindən açıq şəkildə fərqlənmişdir. Təqsirləndirilən şəxs verdiyi izahatda dolabda gündəlik istifadə olunan əşyaların saxlanıldığını bildirmişdir. Lakin, sözügedən dolab tamamilə fərqli təyinatlı olmuş və ümumi istifadə üçün nəzərdə tutulmamışdır. Əlavə olaraq, Təqsirləndirilən şəxs mağazaya məxsus pul vəsaitini götürdüyünü etiraf etmişdir. Pulun geri qaytarılması ilə bağlı onun tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş səsli mesaj mövcuddur. Həmin səsli mesajda Təqsirləndirilən şəxs mart ayının son günlərinin qeyri-iş günlərinə təsadüf etdiyini, 31 mart tarixindən etibarən rəsmi iş günləri başladıqdan sonra banka müraciət edərək kredit götürəcəyini və götürdüyü pul vəsaitini geri qaytaracağını bildirmişdir. Samir səs yazılarında qaytaracağını bildirdiyi vəsaitin 160 manat borcu olduğunu iddia etsə də, heç kim 160 manata görə kredit götürmür.Bu da onun yalan danışdığını bir daha təsdiqləyir. Ona ödəniş etməsi üçün əlavə vaxt verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs pul vəsaitinin qaytarılmasından yayınmışdır. Bundan sonra o, Ülviyyə, Kərim və Mürsəl ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt onun atası Fərman pul vəsaitinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüş və bunun üçün əlavə vaxt xahiş etmişdir. Bugünədək ona dəymiş ziyan məbləğindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən etibarən Ləman xanımın yanında təkər mağazasında çalışmışdır. Fəaliyyətinin ilk altı ayı ərzində mağaza Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşmiş, sonrakı dövrdə isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76B ünvanında fəaliyyət göstərən təkər mağazasında işini davam etdirmişdir. Cari ilin yanvar ayının əvvəlində Ləman xanım tərəfindən Samir işə qəbul edilmiş və mağazada növbəli iş rejimi tətbiq olunmuşdur. Belə ki, Samirin iş vaxtı saat 21:00-dan 09:00-dək, digər işçinin iş vaxtı isə saat 09:00-dan 21:00-dək müəyyən edilmişdir. Samirin mağazada icra etdiyi vəzifələr təkərlərin təmiri, o cümlədən təkər yamamaq, balanslaşdırma işlərini həyata keçirmək və bu qəbildən olan digər texniki xidmətlərdən ibarət olmuşdur. Satışla bağlı məsələlər üzrə isə müvafiq qərarların qəbul edilməsi və əməliyyatların aparılması üçün Ləman xanıma məlumat verilməsi tələb olunmuşdur. 04 mart 2025-ci il tarixdə, saat 23:00 radələrində Ləman 3000 (üç min) manat məbləğində pulu sayaraq ona təhvil vermiş və növbəti gün həmin məbləğin firmaya təqdim edilməli olduğunu bildirmişdir. Eyni zamanda, övladını dərsə aparacağı səbəbindən səhər saatlarında mağazaya gec gələcəyini qeyd etmişdir. Həmin vaxt Samir də onların yanında olmuşdur. Pul Ləmanın iştirakı ilə mağazada yerləşən dolabın içərisində olan bankanın daxilinə qoyulmuşdur. Qeyd edilən dolabda Ləman xanıma məxsus şəxsi əşyalar, sənədlər və möhür saxlanıldığından, mağaza işçilərinin həmin dolabdan istifadə etmək səlahiyyəti olmamışdır. Pulun taksidə itirilməsi ehtimalının mövcud olması, habelə növbəti gün işə gələrkən evdə unudacağı halda geri qayıdaraq evdən götürməmək üçün pulu evə aparmamışdır. 05 mart 2025-ci il tarixdə işə gəldikdən sonra növbəni təhvil almış və Samir iş yerini tərk etmişdir. “Nazim 1001 Xırdavat” firmasının nümayəndəsi mağazaya gəldiyi zaman qeyd edilən dolabı açmış və pulun həmin dolabın içərisində yerləşən bankada olmadığını aşkar etmişdir. Mağazada müşahidə kameralarının görüntülərini açmaq səlahiyyəti olmadığından, Ləman xanıma telefon vasitəsilə məlumat vermiş, pulun dolabda yerləşən bankada olmadığı bildirilmiş və iş yerinə gələrək kamera görüntülərinə baxmasını xahiş etmişdir. Ləman xanım iş yerinə gələrək mağazada quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxış keçirmişdir. Baxış zamanı əldə olunan görüntülərdən aydın olmuşdur ki, Samir adlı şəxs dolabda yerləşən bankanı götürmüşdür. Qeyd edilməlidir ki, mağazada ümumilikdə dörd ədəd müşahidə kamerası mövcuddur və hər biri fərqli istiqamətləri qeydə almaqdadır. Samir balonun içərisində qəpiklərin olduğunu bildirsə də, bu hal həqiqətə uyğun deyildir. Belə ki, həmin balonda heç bir vaxt qəpik yığılmamışdır. Yalnız Ləman xanım özü əlli qəpiklikləri özü atmışdır. Digər qəpiklər adətən mağazada mövcud olan köhnə qənd qabında və ürək formalı şokolad qabında toplanmışdır. Bundan əlavə, gün ərzində Samirə baş vermiş oğurluq hadisəsi ilə bağlı hər hansı məlumat verilməsi məqsədilə zəng edilməmişdir. Axşam saatlarında Samir iş yerinə gəldikdə, ondan dolabda saxlanılan pulu götürüb-götürmədiyi soruşulmuşdur. Samir anasının şəkər xəstəsi olmasını səbəb göstərərək məcbur qaldığını və sözügedən pulu götürdüyünü etiraf etmişdir. O, avtomobilini girov qoymaqla bir gün müddət verilməsini, həmin müddət ərzində pulu tam məbləğdə geri qaytaracağını bildirmişdir. Samir avtomobilin açarını mağazada saxlayaraq oranı tərk etsə də, 05 mart 2025-ci il tarixdə səhər saat 06:00 radələrində avtomobili naməlum üsulla işə salaraq oradan uzaqlaşmışdır. Samir ona müəyyən müddət verilməsini xahiş etmiş olsa da, götürdüyü pulu geri qaytarmamışdır. Bundan sonra Ləman xanımla birlikdə Samirin yaşadığı ünvana getmiş, lakin həmin vaxt Samir evdə olmamışdır. Onları Samirin valideynləri qarşılamış, Samirin atası polisə şikayət etməmələrini və problemi öz aralarında həll etməyi təklif etmiş, pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Samir və onun ailəsi tərəfindən heç bir ödəniş edilməmişdir. 2025-ci ilin mart ayında Samir qeyri-iş günlərinin bitməsini gözləmələrini, banklara müraciət edərək pulu götürüb Ləman xanımın pulunu geri qaytaracağını bildirsə də, sonradan müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməmişdir. Samir məhkəmə iclasında pulu götürmədiyini bildirsə də, bu iddia həqiqəti əks etdirmir. Belə ki, pulun götürülməsi ilə bağlı aralarında WhatsApp yazışmaları mövcuddur. Lakin telefonu xarab olduğundan həmin mesajları hazırda təqdim edilə bilmir. WhatsApp yazışmalarının görüntüləri ekran görüntüsü (screenshot) şəklində saxlanılmışdır və telefon təmir olunduqdan sonra həmin görüntülər məhkəməyə təqdim edilə bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Samiri bir neçə müddətdir tanıyır və onunla aralarında düşmənçilik və ya ədavət mövcud deyildir. Belə ki, işlə bağlı məsələlərdə Samirə müraciət etmiş və təkər işini ondan öyrənmişdir. Daha sonra işsiz qaldığı üçün Ləman xanıma müraciət etmiş ona məxsus təkər təmiri sexində işlə təmin edilmişdir. Bir müddət sonra Samir işsiz qaldığı üçün ona müraciət edərək işə qəbul olunmasını xahiş etmişdir. Onun xahişi əsasında Ləman xanım tərəfindən Samir işə götürülmüşdür. Samirin iş vaxtı saat 21:00-dan 09:00dək, digər işçinin iş vaxtı isə saat 09:00-dan 21:00-dək müəyyən edilmişdir. Samirin mağazada icra etdiyi vəzifələr təkərlərin təmiri, o cümlədən təkər yamamaq, balanslaşdırma işlərini həyata keçirmək və bu qəbildən olan digər texniki xidmətlərdən ibarət olmuşdur. Satışla bağlı məsələlər üzrə isə müvafiq qərarların qəbul edilməsi və əməliyyatların aparılması üçün Ləman xanıma məlumat verilməsi tələb olunmuşdur. 2025ci ilin mart ayında dəqiq xatırlamadığı gündə Ülviyyə ona zəng edərək Samirin zənglərinə cavab vermədiyini və onunla əlaqə saxlayaraq sexə çağırılmasını bildirmişdir. Bu məlumat əsasında o, Samirə zəng edərək təkər təmiri sexinə gəlməsini bildirmişdir. Samir iş yerinə gəldikdə, ondan dolabda saxlanılan pulu götürüb-götürmədiyi soruşulmuşdur. Samir anasının şəkər xəstəsi olmasını səbəb göstərərək məcbur qaldığını və sözügedən pulu götürdüyünü etiraf etmişdir. O, avtomobilini girov qoymaqla bir gün müddət verilməsini, həmin müddət ərzində pulu tam məbləğdə geri qaytaracağını bildirmişdir. Samir avtomobilin açarını mağazada saxlayaraq oranı tərk etsə də, 05 mart 2025-ci il tarixdə səhər saat 06:00 radələrində avtomobili naməlum üsulla işə salaraq oradan uzaqlaşmışdır. Samir ona müəyyən müddət verilməsini xahiş etmiş olsa da, götürdüyü pulu geri qaytarmamışdır. Bundan sonra Ləman xanımla birlikdə Samirin yaşadığı ünvana getmiş, lakin həmin vaxt Samir evdə olmamışdır. Onları Samirin valideynləri qarşılamış, Samirin atası polisə şikayət etməmələrini və problemi öz aralarında həll etməyi təklif etmiş, pulu ödəməyi öhdəsinə götürmüşdür. O, pulun dolaba qoyulmasında iştirak etməmişdir. Ona Ülviyyə xanım məlumat vermişdir ki, həmin dolaba 3000 manatlıq məbləğ qoyulmuş və həmin məbləğ Samir tərəfindən götürülmüşdür. Həmçinin, mağazada quraşdırılmış kameraların qeydə aldığı görüntülərə baxış keçirildikdə aydın görünür ki, içərisində pul olan banka Samir tərəfindən götürülmüşdür. Gün ərzində işlə bağlı toplanan qəpiklər giriş hissədə yerləşdirilmiş kəsilmiş kola qabına yığılmış, əlli qəpikliklər isə kompyuter masasının üzərinə qoyulmuş və daha sonra Ləman xanım tərəfindən dolabdakı bankaya yerləşdirilmişdir. Çünki, dolabda yalnız Ləman xanıma aid sənədlər və möhürlər mövcud olmuş, digər şəxslərin həmin dolabdan istifadəsinə icazəsi olmamışdır. Onlara yalnız digər dolabdan, əşyaların və materialların yerləşdiyi hissədən istifadə etmək hüququ verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild-1, i.v. 52). "Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə, saat 23:36:15-də Zərərçəkmiş şəxs2 istifadəsində olan saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq dolabın içərisindəki şüşə qabdan 3000 manat nəğd pul vəsaitini gizli olaraq talaması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76 B ünvanında yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasıdır. (cild-1, i.v. 78- 80). “Götürmə və baxış aparılması haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 14 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76 B ünvanında yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasında quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk götürülmüşdür. DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 23:36:15-də qeyd olunan ünvanda yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasında saxlanc yeri hesab edilən dolabın qapısını dolabın qıfıl yerində olan açarla açaraq dolabdan şüşə qabı götürmüşdür ki, bu hal videogörüntülərlə bir daha öz təsdiqini tapmışdır. (cild-1, i.v. 108-109). “Üzləşdirmə haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 əvvəl verdiyi ifadədə göstərdiyi halları təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bəyan etmiş və ifadəsini tam şəkildə təsdiq etmişdir. (cild-1, i.v. 114-116). “Üzləşdirmə haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Şahid3 əvvəl verdiyi ifadədə göstərdiyi halları təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bəyan etmiş və ifadəsini tam şəkildə təsdiq etmişdir. (cild-1, i.v. 117-119). "Şübhəli şəxsin tutulması haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild-1, i.v. 129). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X1 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (cild-1, i.v.160-162). “Qətimkan tədbiri seçilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild-1, i.v. 163-164). “Təqsirləndirilən şəxs barəsində axtarış” elan edilməsi haqqında 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild-1, i.v. 171). “Axtarışda olan şəxsin tutulması barədə” 17 iyul 2025-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2025-ci il tarixdə saat 13:09-da polis əməkdaşları tərəfindən saxlanılaraq MSY-nə təhvil verilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinə gətirilmişdir. (cild-1, i.v. 175). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-344/2025 nömrəli, 19 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablanılmaqla 30 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild-1, i.v. 186-192). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-393/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat və vəsatət təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (cild-1, i.v. 229-238). “Qətimkan tədbiri seçilməsi haqqında” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild-1, i.v. 239-241). “Baxış aparılması haqqında” 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, 14 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76 B ünvanında yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasında quraşdırılmış videomüşahidə kamerası ilə qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk üzrə cinayət işi çərçivəsində 27 avqust 2025-ci il tarixdə baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 23:36:15-də qeyd olunan ünvanda yerləşən “Liona Auto” mağazasının saxlanc yeri hesab edilən dolabın qapısını dolabın qıfıl yerində olan açarla açaraq dolabdan şüşə qabı götürmüşdür. Bu fakt videogörüntü vasitəsilə bir daha öz təsdiqini tapmışdır. (cild-2, i.v. 6). “Üzləşdirmə haqqında” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Şahid4 əvvəl verdiyi ifadədə göstərdiyi halları təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bəyan etmiş və ifadəsini tam şəkildə təsdiq etmişdir. (cild-2, i.v. 15-17). "Sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild-2, i.v. 25-39). 14 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 76 B ünvanında yerləşən “Liona Auto” avtomobil təkərlərinin satışı mağazasında quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (cild-2, i.v. 25-39). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. ( cild-1, i.v. 166). Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013 və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, ərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyan tamamilə ödəndiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Cinayət məsuliyyətindən azad olunma və cinayət təqibinə xitam verilmə ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-724/2025 saylı, 16 yanvar 2026-cı il tarixli qərarı ilə həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Belə ki: - Təqsirləndirilən şəxs ilkin ifadəsi zamanı həmin dolabdakı bankanı səhərə qədər işlədiyi və topladığı qəpikləri bölmək üçün götürdüyünü və daha sonra işdən getdiyini bildirdiyi halda, növbəti iclasda hadisənin əks olunduğu video görüntüyə baxış zamanı “bankanı dolabdan götürərkən niyə təşvişlə ətrafa baxırdınız?” sualına cavab olaraq bildirmişdir ki, gecə qapının önündə çoxlu maşınlar olduğundan və müştəri pul gözlədiyindən bankanı dolabdan müştəriyə pul qaytarmaq üçün götürmüşdür və mağazanın çölündə hər birinin dəyəri 60-70 manat olan təzə təkərlər olduğundan təşvişlə qapı tərəf baxırmış ki, birdən həmin təkərləri oğurlayarlar. Mağazanın sahibi və Zərərçəkmiş şəxs2 isə bildirmişdir ki, mağazanın çölünə yalnız köhnə və yararsız təkərlər qoyulurdu. Oğurluq riski olduğu halda təzə təkərlərin çölə qoyulması heç bir məntiqə sığmır. - Bundan başqa, Təqsirləndirilən şəxs həmin dolabın ümumi istifadədə olduğunu və saxlanc yeri olmadığını bildirsə də, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verdikləri və bir-birini tamamalayan, biri digəri ilə uyğunluq təşkil edən ifadələrində həmin dolabın mağazanın sahibi Zərərçəkmiş şəxs2 saxlanc yeri olması və onun icazəsi olmadan həmin dolaba daxil olmalarına icazə verilmədiyi bildirilmişdir. - Eyni zamanda, həm zərərçəkmiş şəxs, həm də şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs 3000 manat vəsaiti anasının xəstəliyi ilə əlaqədar götürdüyünü etiraf etmiş, borc qarşılığında öz avtomobilini mağazanın önünə gətirərək, açarı təqdim etmiş və borcu ödəyənədək onlarda qalmasını bildirmişdir və daha sonra heçkim olmadığı vaxtda gələrək açar olmadan avtomobilini işə salaraq aparmışdır. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş WhatsApp tətbiqi vasitəsilə aparılmış danışıqlardan Təqsirləndirilən şəxs kredit götürərək borcunu qaytaracağını bildirdiyi görünür. Təqsirləndirilən şəxs həmin səs yazısının 160 manat borcuna münasibətdə olduğunu bildirsə də, cəmi 160 manat borc üçün kredit götürülməsi ağlabatan deyildir. - Eyni zamanda Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş WhatsApp tətbiqi vasitəsilə aparılmış danışıqlardan görünür ki, zərərçəkmiş şəxs tərəfindən “oğurladığı pulu” qaytarması üçün Təqsirləndirilən şəxs çox ağır ifadələr işlədilmiş, lakin mesajlar və səs yazıları Təqsirləndirilən şəxs çatsa da, heç bir reaksiya verməmiş, pullları oğurlamadığı, sadəcə yüz altmış manat borcu olduğu bildirilməmişdir. Əlli qəpikliklərə və ya yüz altmış manat borca görə o cür ağır sözlərin deyilməsi və təqsirləndirilən şəxsin heç bir reaksiya vermədən susması heç bir məntiqə sığmır. - Bundan başqa, Təqsirləndirilən şəxs daha öncə nə Zərərçəkmiş şəxs2, nə də Şahid3 ilə münasibətlərinin pis olmadığını bildirsə də, bütün bu məhkəmə mübahisəsinin və cinayət işinin Şahid3 onun bankadan artıq əlli qəpik götürməsi ilə bağlı olduğunu bildirmişdir. Əlli qəpikliklərə görə zərərçəkmiş şəxsin əlavə xərc çəkərək və işlərini ataraq məhkəmə iclaslarına gələrək vaxtını sərf etməsi heç bir məntiqə sığmır. Qeyd olunanlar nəzərər alınmaqla, Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə tərəfindən dindirilmiş Zərərçəkmiş şəxs2, habelə şahidlər Şahid3 və Şahid4 ifadələri isə bir-biri ilə uyğun, ardıcıl və qarşılıqlı surətdə tamamlayıcı olmaqla, 3000 manat məbləğində pul vəsaitinin əvvəlcədən sayılaraq mağazada yerləşən və yalnız zərərçəkmiş şəxsə məxsus olan dolabda saxlanıldığını, təqsirləndirilən şəxsin həmin pulu icazəsiz olaraq götürdüyünü, eləcə də hadisədən sonra bu hərəkətini etiraf edərək pul vəsaitinin geri qaytarılması üçün vaxt istədiyini təsdiq etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin hadisə baş verdikdən sonra dəfələrlə telefon zənglərinə cavab verməməsi, pulu geri qaytaracağına dair “WhatsApp” tətbiqi vasitəsilə səsli mesajlar göndərməsi, avtomobilini girov qoymaqla əlavə vaxt xahiş etməsi, eləcə də onun ailə üzvləri tərəfindən dəymiş ziyanın ödəniləcəyinin bildirilməsi, onun faktiki olaraq özgəyə məxsus pul vəsaitini götürdüyünü dərk etdiyini və məsuliyyətdən yayınmaq məqsədilə sonradan bu faktı inkar etməyə çalışdığını göstərən davranışlar kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin “mağazada videomüşahidə kameralarının mövcud olduğu bir şəraitdə oğurluq etməsinin məntiqsiz olması” barədə irəli sürdüyü arqument əsassızdır. Həmin fikrin həqiqətə uyğun olması o deməkdir ki, videomüşahidəsi aparılan heç bir yerdən oğurluq edilmir. Halbuki, bunun əksini təsdiq edən yüzlərlə oğurluq hadisələri baş verir. Toplanmış sübutların məcmu halda qiymətləndirilməsi nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs verdiyi izahatlar obyektiv sübutlarla təsdiq olunmadığından və zərərçəkmişin, şahidlərin ifadələri, videoyazılar, üzləşdirmə protokolları və digər istintaq hərəkətlərinin nəticələri ilə təkzib edildiyindən, onun ifadələri özünü müdafiə xarakteri daşıyır, halbuki iş üzrə toplanmış sübutlar onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam, hərtərəfli və şübhə doğurmayan şəkildə sübuta yetirir. Bu əsaslarla məhkəmə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş arqumentlər onun təqsirsizliyini təsdiq etmir, əksinə, sübutların məcmusu onun özgəyə məxsus əmlakı gizli olaraq taladığını göstərir və bu səbəbdən barəsində ittihamedici hökm çıxarılması qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını əməlində cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 17 iyul 2025-ci il tarixdən 26 avqust 2025-ci il tarixədək həbsdə olduğu, ümumilikdə 01 (bir) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 nömrəsiz fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında sərf etdiyi 25 iş saatına görə 11 manat hesablanmaqla 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. ökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar