Məhkəmə qərarları › İş №1(008)-725/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-725/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-725/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməməklə ona xx.xx.2019-cu il tarixdə verilmiş, xx.xx.2029-cu il tarixədək etibarlı olan AF 034941 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixədək məhdudlaşdırılmasına baxmayaraq xx.xx.2022-ci il tarixdə saat 15 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında “Renault Megane” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən “Rosoil” yanaqcaqdoldurma məntəqəsinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 1.3 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmamalı kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilənlərə əməl etməyib sola, əks istiqamətli hərəkət hissəsinə doğru dönmə manevri edərək avtomobilinin ön hissəsini qarşıdan əks istiqamətli hərəkət hissəsi ilə düzünə hərəkətdə olan “Tufan M 50” markalı mopedin ön hissəsi ilə toqquşdurmuş, nəticədə “Tufan M50” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs sağ tərəfli hemiparezə səbəb olan sol tərəfli gicgah-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah-təpə nahiyyəsinin epidural hematoması, sağ tərəfli alın-təpə nahiyyəsinin hemorragik əzilməsi, sol qulaq pərdəsinin postravmatik perforasiyası, sol bud sümüyünün və sol diz qapağının yerdəyişən qapalı sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, **-BH-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” markalı avtomobil ona məxsusdur. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Törətdiyi yol-nəqliyyat hadisəsindən 2-3 ay öncə sürücülük hüququndan məhrum olunmuşdur. Hadisəni törətdiyi zaman avtomobil idarə etmək hüququ olmamışdır. xx.xx.2022-ci il tarixdə 15 radələrində **-BH-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” markalı avtomobillə Kürdəxanı qəsəbəsi istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olmuşdur. Avtomobili saz vəziyyətdə olmuş, avtomobilində yük olmamışdır, avtomobilində olan bir nəfər sərnişin arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Məmmədli qəsəbəsində yolun hərəkət hissəsində saxlamış, sola doğru manevr etmək üçün qarşıdan düzünə hərəkət edən avtomobilləri buraxmağa başlamış, sola doğru edəcəyi manevrin tam təhlükəsiz olduğunu fikirləşib saatda 10 km sürətlə avtomobili sola doğru hərəkət etdirməyə başlamışdır. Həmin vaxt qarşıdan düzünə moped gəlmiş və həmin mopedi vurmamaq üçün əyləcdən istifadə etsə də, avtomobilini saxlaya bilməmişdir. Avtomobilinin ön hissəsi ilə mopedi vurmuş, mopedin sürücüsü yıxılaraq bədən xəsarəti almışdır. O, avtomobili saxlamış və sərnişinlə avtomobildən enib mopedin sürücüsü Vahid adlı şəxsə kömək etmişlər. Təcili yardəma zəng etmişlər. Həkimlər hadisə yerinə gələrək Vahid adlı mopedin sürücüsünü xəstəxanaya aparmışlar. Həmçinin o, zərərçəkmiş şəxslə barışdığını, təxminən 13000-14000 manat məbləğində xərcinin çıxdığını, 2 evini və 1 avtomobilini satıb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, ona hadisədən sonra köməklik göstərdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, mopedlə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus mopedlə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində Sabunçu rayonu, Məmmədli qəsəbəsi ilə yolun sol hərəkət hissəsi zolağı ilə saatda 40 km sürətlə hərəkətdə olmuşdur. Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən “Rosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Renault Megane” markalı avtomobil ondan təxminən 50 metr məsafədə irəlidə əks istiqamətli hərəkət hissəsindən sola doğru manevr etməyə başlamışdır. Fikirləşmişdir ki, həmin avtomobil onu görüb tormoz edər, lakin sözügedən avtomobil hərəkətini dayandırmamış və avtomobilin ön hissəsi ilə onun mopedinin ön hissəsini vurmuşdur. O, yıxılaraq xəsarət almışdır. Onu vuran avtomobilin sürücüsü avtomobildən enərək ona kömək etmişdir. Kimsə TTYS-na zəng etmiş, TTYS-nın həkimləri gələrək onu 3 saylı ŞKX-na aparmışlar. Həmin zamanı yolun hərəkət hissəsi düz, quru, asvalt örtüklü və üfüqi olmuş, yol işıqlı olmaqla yolun hərəkət hissəsini görməkdə məhdudiyyət olmamışdır. Hadisədən sonra ətrafa kənar şəxslər yığılmışlar, lakin həmin şəxslərin şəxsiyyəti barədə məlumatı yoxdur. “Tufan” markalı mopedə dair sənədləri sənədlərini hadisə zamanı itirdiyindən təqdim edə bilməz(i.v.27-28); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 20 iyul 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən “Rosoil” yanacaq doldurma məntəqəsinin qarşısına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-9); nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında 20 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Renault Megane” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Tufan” markalı mopedə baxış keçirilmiş, hər iki nəqliyyat vasitəsinin ön hissəsi zədələnmişdir və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-13); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 1/1570 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınması haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında heç bir məlumat mövcud deyil (i.v. 30); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 25 aprel 2023-cü il tarixli, 840 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemiparezə səbəb olan sol tərəfli gicgah-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah-təpə nahiyyəsinin epidural hematoması, sağ tərəfli alın-təpə nahiyyəsinin hemorragik əzilməsi, sol qulaq pərdəsinin posttravmatik perforasiyası, sol bud sümüyünün və sol diz qapağının yerdəyişən qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsiridən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (i.v. 43- 45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 21 iyun 2023-cü il tarixli, 8/1791 saylı rəyindən görünür ki, 1.2. “Renault Megane” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4 Tufan markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 53-57); Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AF 034941 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2022ci il tarixədək məhdudlaşdırılmışdır (i.v. 59); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 60-61); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 71-72); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 88-89); sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, protokollar, ekspertiza rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul edilmişlər (i.v. 92-95); Zərərçəkmiş şəxs 39 saylı Notariat ofisində təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir, barəsində yüngül cəza təyin edilməsini xahiş edir; Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 536683 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Biləsuvar rayonunda doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası isə X1r; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2316/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və X3 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atasının himayəsində saxlanılması qət edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarına əsasən sürücülük hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını (CM-59.1.12), himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar