Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-726/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstanın Rustavi şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Meşəçilik yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında “KİA RİO” markalı, **-UF-*** dövlət qeydiyyatı nişanlı avtomobilini Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən Pirşağı qəsəbəsi 2-ci Sovzxozda yerləşən “Nəbi” marketin qarşısında “X13” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin, 9-cu hissəsinin, yol ayrıclarından kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib sola doğru manevr edərək əks hərəkət zolağına daxil olmuş, avtomobilinin sağ yan hissəsini qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan Şahid2 idarə etdiyi Opel Astra markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə idarə etdiyi avtomobildə arxa sağ oturacaqda əyləşmiş sərnişin X4 baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ gicgah-təpə sümüklərinin açıq, l-ll boyun fəqərələrinin qapalı qəlpəli sınıqları, sağ bazu sümüyünün qapalı sınığı, ağciyərin kontuziyası, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət müşayiət edilən, canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərinə malik olmaqla ölümlə səbəbli əlaqə daşıyan xəsarətlər yetirib ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsilə ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Meşəçilik yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq evlərdə təmir işləri görür. **-UF-*** dövlət qeydiyyat nişanlı, KİA RİO markalı avtomobil X5 adına rəsmiləşsə də o, həmin avtomobili kreditlə almışdır, etibarnamə əsasında idarə edir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Məhəmməd və Mirəlini uzun müddətdir ki, tanıyır. Aralarında dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19-20 radələri aralığında kofe içmək üçün Pirşağı qəsəbəsində yerləşən “Dərəçiçək" kafesinə gəlmiş, həmin vaxt kafedə tanışları Məhəmməd və Mirəlini görmüş və onların əyləşdiyi masanın arxasında əyləşmişdir. O, sifariş etdiyi kofeni içdikdən sonra getmək istəyərkən Məhəmmədlə Mirəli xahiş etmişlər ki, Pirşağı qəsəbəsində yerləşən “Nəbi” marketin yaxınlığında onları da düşürtsün. O da etiraz etməmiş, Məhəmməd onun avtomobilində ön sağ oturacaqda, Mirəli isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Bundan sonra o avtomobilini Pirşağı Mehdiabad şosesi ilə Zabrat qəsəbəsi istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkət etdirmişdir. Pirşağı qəsəbəsində yerləşən “Nəbi” marketin qarşısında avtomobilinin sürətini saatda 30 km-dək azaldıb sola, yəni, əks istiqamətli hərəkət hissəsinə “Nəbi” marketin qarşısına saatda 30 km sürətlə dönməyə başlamışdır. Fikirləşmişdir ki, qarşıdan, yəni əks istiqamətli hərəkət hissəsindən düzünə gələn avtomobillər onun dönməsini görüb yol verərlər. Həmin vaxt düzünə hərəkətdə olan sonradan ona bəlli olan Opel markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onun avtomobilinin sağ arxa qapı hissəsindən vurmuşdur. Zərbədən Mirəli avtomobildən bilmədiyi şəraitdə küçəyə çıxmışdır. Toqquşmadan sonra onun avtomobili dayanmışdır. Ətrafa tanımadığı çoxlu adamlar yığılmış, hadisə zamanı o və Məhəmməd xəsarət almış, Mirəli hadisə yerində ölmüşdür. Kimsə təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım stansiyasının həkimləri gələrək onu tibbi yardım göstərilməsindən ötrü 3 saylı ŞKX-na aparmışlar. Orada da o, stasionar tibbi yardım almışdır. Hadisə vaxtı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamış, sərnişin olaraq Məhəmməd və Mirəli olmuşlar. Sonradan ona məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində Mirəli vəfat etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, Mirəli Qarayev onun qardaşıdır. Mirəli Qarayev ailəsi ilə birlikdə Sabunçu rayonu Pirşağı qəsəbəsi X11 nömrəsiz evdə yaşamışdır. Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20-21 radələri aralığında evdə olarkən hazırda xatırlamadığı şəxs yaşadığı evə gələrək bildirmişdir ki, həmin gün saat 20 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Massiv 13 ünvanında yerləşən “Nəbi” marketin qarşısında Şahid2 idarə etdiyi Opel markalı, 77-FİR-325 dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi KİA RİO markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, nəticədə KİA RİO markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan qardaşı Mirəli hadisə nəticəsində ölmüşdür. O, cəld hadisə yerinə getmiş, orada qardaşının meyidini görmüşdür. Sonra qardaşı Mirəlinin meyidi MTE və PA birliyinin Sabunçu rayon şöbəsinə aparılmış, oradan isə qardaşı Mirəlinin meyidini Sabunçu rayonu Pirşağı qəsəbəsində dəfn etmişlər. O, hadisənin birbaşa şahidi olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mirəlini uzun müddətdir ki, tanımış, onunla dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Mirəli ilə birlikdə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Dərəçiçək” kafesində görüşüb çay içmişlər. Firdovsi də uzun müddətdir ki, həm onu, həm də Mirəli tanıyır. Aralarında da həmişə yaxşı münasibətləri olmuşdur. Həmin gün saat 19-20 radələrində Mirəli ilə “Dərəçiçək” kafesində olarkən Firdovsi də kafeyə gəlmiş, həmin vaxt Firdovsi onları görüb əyləşdikləri masanın arxasında əyləşmişdir. Firdovsi kafedə sifariş etdiyi kofeni içdikdən sonra getmək istəyərkən Mirəli ilə o xahiş etmişlər ki, Firdovsi onları Pirşağı qəsəbəsində yerləşən “Nəbi" marketin yaxınlığında düşürtsün. Sonuncu da da etiraz etməmiş, bundan sonra o, Firdovsinin avtomobilində ön sağ oturacaqda, Mirəli isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Firdovsi avtomobilini Pirşağı Mehdiabad şosesi ilə Zabrat qəsəbəsi istiqamətindən Mehdiabad qəsəbəsi istiqamətində bilmədiyi sürətlə hərəkət etdirmiş, həmin vaxt Pirşağı qəsəbəsində yerləşən “Nəbi” marketin qarşısında Firdovsi avtomobilinin sürətini bilmədiyi sürətə qədər azaldıb sola, yəni, əks istiqamətli hərəkət hissəsinə “Nəbi” marketin qarşısına doğru dönməyə başlamışdır. Həmin vaxt qarşıdan, yəni əks istiqamətli hərəkət hissəsindən düzünə hərəkətdə olan sonradan ona bəlli olan Opel markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə Firdovsinin avtomobilinin sağ arxa qapı hissəsindən vurmuşdur. Zərbədən bilmədiyi şəraitdə Mirəli avtomobildən küçəyə çıxmış, toqquşmadan sonra Firdovsinin avtomobili dayanmışdır. Ətrafa tanımadığı çoxlu adamlar yığılmış, hadisə zamanı o, Firdovsi xəsarət aldıqlarından, Mirəli isə hadisə yerində öldüyündən kimsə təcili tibbi yardıma zəng etmiş, TTYS-nın həkimləri gələrək onu tibbi yardım göstərilməsindən ötrü 3 saylı ŞKX-na aparmışlar. Orada da o stasionar tibbi yardım almışdır. Hadisə zamanı Firdovsinin idarə etdiyi **-UF-*** dövlət qeydiyyat nişanlı, KİA RİO markalı avtomobildə yük olmamış, sərnişin olaraq o və Mirəli olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxozda yerləşən “Nəbi” marketin qarşısında hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. (i.v. 07-16); 17 yanvar 2023-cü il tarixli, 1/183 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC 379700 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 49); xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA RİO minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 xüsusi mülkiyyətindədir(i.v.50); xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, “KİA RİO minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs etibar edilmişdir. (i.v.51); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X16 Sabunçu rayon şöbəsinin 03 feval 2022-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, X1 xəsarətləri baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ gicgah-təpə sümüklərinin açıq, l-ll boyun fəqərələrinin qapalı qəlpəli sınıqları, sağ bazu sümüyünün qapalı sınığı, ağciyərin kontuziyası, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sağ gicgah-təpə sümüklərinin açıq, l-ll boyun fəqərələrinin qapalı qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidelər, (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin pirazalon, 1,4benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (i.v.74-78); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 may 2023-cü il tarixli 8/1338 nömrəli rəyindən görünür ki, KİA RİO markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel Astra markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayiət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v.93-96); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 09 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (i.v.128); Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi həmin tarixdə saat 19:40-da başa çatmışdır(i.v.194-196); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.182-183); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.199-202); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.203-204); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 may 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.216); Zərərçəkmiş şəxsin hüquqi varisi X3 39 saylı Notariat ofisində təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur.(i.v.220); DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-63520/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 379700 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.225); Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X8 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), ibtidai istintaq zamanı 09 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-726/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-726/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver