Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-726/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, X3 küçəsi, ev 26 ünvanında qeydiyyatda olmaqla ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi evlərinin qarşısında qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yerə yıxaraq qəsdən yumruqla bir neçə dəfə sinə və çənə nahiyələrindən, təpiklə isə qaş nahiyəsindən bir dəfə vuraraq, ona sağ göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıüstü-qaş-alın nahiyəsinin dərialtı hematoması, sol çənə şaxəsinin və döş qəfəsinin ön səthinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, Cəlilabad şəhəri, X3 küçəsi, ev 26 ünvanında qeydiyyatda olmaqla ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamış, lakin, aralarında yaxın münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman Şahid ilə dayandığı zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq Şahid ilə söyüş söyərək zarafat etmiş, bununla bağlı aralarında mübahisə yaranmışdır. O, müdaxilə edərək mübahisə edən şəxsləri sakitləşdirmiş, Zərərçəkmiş şəxs təkrar söyüş söydüyü üçün, o, həmin söyüşün onun ünvanına işlədiyini düşünmüş, bununla bağlı, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. O, mübahisə zamanı Zərərçəkmiş şəxs yerə yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşayır. Şahid və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış, lakin aralarında yaxın münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman Şahid yaxınlaşaraq onunla zarafat etmiş, lakin, Şahid onu yanlış anladığı üçün aralarında sözlə mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs mübahisəyə müdaxilə edərək onları sakitləşdirməyə çalışmış, mübahisə zamanı Şahid ünvanına nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs onu təhqir etdiyini düşünüb yerə yıxaraq yumruqla sinə və çənə nahiyələrinə zərbələr vurmuş, sonra isə köynəyindən tutub sürümüş, ayağa durmaq istəyərkən isə təpiklə sağ qaş nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs 30 sentyabr 2024-cü il tarixli notarial qaydada ərizəsində görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şahid ifadəsindən görünür ki, o, ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs ilə dayandığı zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq onunla söyüşlə zarafat etmiş, Zərərçəkmiş şəxs onun ünvanına işlətdiyi ifadə xoşuna gəlmədiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisəyə müdaxilə edərək onları sakitləşdirməyə çalışmış, lakin, Zərərçəkmiş şəxs hərəkətlərini sonlandırmayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Zərərçəkmiş şəxs hərəkətlərindən qəzəbləndiyi üçün Təqsirləndirilən şəxs onu yerə yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. İş materiallarının 22-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 2291 nömrəli, 14 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasına qansızma ilə müşayət olunan sağ gözyuvasıüstü-qaş-alın nahiyəsinin dərialtı hematoması, sol çənə şaxəsinin və döş qəfəsinin ön səthinin qançırları müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 54-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 21 sentyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-726/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-726/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver