Məhkəmə qərarları › İş №1(008)-727/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-727/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-727/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X22 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdə, saat 20:30-da atası X9 mülkiyyətində olmaqla nəqliyyat vasitəsindən istifadə edilməsi hüququ ilə bağlı etibarnamə əsasında özünün idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz-E200” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına təhlükə yaratmamalı və yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda sürət həddini aşıb avtomobili saatda 80-90 kilometr sürətlə idarə edərək onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrini ötmək üçün avtomobili hərəkət hissənin sol tərəfinə istiqamətləndirməklə qeyd olunan Qanunun 69-cu maddəsinin 7- ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qoşa bütöv xəttdən ibarət 1.3 üfüqi nişanlanma xəttini kəsib keçməklə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək yolun eyni hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə doğru keçməklə 1.3 üfüqi nişanlanma xəttinin üzərində dayanan piyada X8 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və onurğa beyninin boyun şöbəsinə qansızma, İ-İİ-İİİ boyun fəqərələrinin, sol körpücük və döş sümüklərinin, kürək xətti üzrə sağ tərəfli İ-Vİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasında cırılma, sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən travmatik amputasiyası və həmin səviyyədə baldır sümüklərinin qəlpəli sınıqları, sol bazu, sağ qalça və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlarından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Asudə Əzizovanm ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırkı işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər araşdırılmış, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303cü maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən olunduğundan, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaqla yanaşı məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmənin hazırlıq iclasında ********* saylı cinayət işi öyrənilərkən AR CPM-nin 289.3.2-ci maddəsinin tələblərinə riayət edilməməsi, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında və cinayət işinin materiallarında təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutların olmaması və bununla da cinayət işi üzrə ittiham aktının AR CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. Məhkəmə hazırki cinayət işi üzrə tərtib edilmiş və məhkəməyə göndərilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirli olmasını təsdiq edən kifayət qədər sübutların göstərilməməsi qənaətinə gəlir. Belə ki, hələ cinayət işinin materiallarının ilk səhifələrində olan (i.v.4-8) “Yol-nəqliyyat hadisəsi yerinin baxışının aparılması haqqında” 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin protokolda hal şahidləri kimi qeyd olunmuş X3 və X4 şübhəli və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar qeyd olunmamaqla yanaşı, həmin protokol hal şahidləri tərəfindən ümumiyyətlə imzalanmamışdır. Halbuki, AR CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin Məcəllənin 94.2.5-ci maddəsinə əsasən müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək hal şahidlərinin vəzifələrindən biridir. Həmin Məcəllənin 236.6.4-cü maddəsinə əsasən baxış qurtardıqdan sonra tərtib edilən protokolda hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda) göstərilir. Həmin Məcəllənin 236.7-ci maddəsinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Bununla yanaşı, hazırki cinayət işi üzrə ittihamın irəli sürülməsinin əsasında duran və ən həlledici sübut növü olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 8/1514 saylı, 07 iyul 2022-ci il tarixli rəyindən görünür ki, ekspert müvafiq rəyində istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E200” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qənaətinə gələrkən tədqiq edərək əsaslandığı sübutlar “Ekspertizanın təyini haqqında” 13 iyun 2022-ci il tarixli qərar, “Yol-nəqliyyat hadisəsi yerinin baxışının aparılması haqqında” 23 oktyabr 2020-ci il tarixli protokol və onun sxemi olmuşdur (i.v.194-196). İş materiallarında olan “Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının təyin edilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarda hadisənin mexanizminin şahid ifadələrinə əsasən verilməsi qeyd olunaraq göstərilmişdir ki: “şahid ifadələrindən görünür ki, X18 ötmə əməliyyatını həyata keçirmək üçün əks hərəkət zolağına çıxdığından avtomobilin sağ qanad hissəsi ilə qoşa xəttin üzərində dayanan piyadanı vurmuşdur”. Müstəntiq, həmçinin, müvafiq ekspertizanın təyin edilməsinə dair qərarda iş üzrə toplanmış mötəbər sübutlarla piyadanın vurulduğu yerin sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi yolun sağ hərəkət hissəsinin kənarında deyil, qoşa xəttin üzərində yerləşməsinin iş üzrə mötəbər sübutlarla təsdiq olunduğunu ümumi sözlərlə göstərsə də, həmin mötəbər sübutların nədən ibarət olmasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının təyin edilməsi haqqında qərarda mötəbər sübut kimi şahid ifadələrinə istinad olunsa da, cinayət işinin materiallarında bir nəfər belə olsun hadisəni gözləri ilə görən şahid ifadəsinə rast gəlmək mümkün deyil. Məhkəmə müstəntiqin mötəbər sübut kimi istinad etdiyi, inandırıcı hesab edərək həmin ifadələr əsasında hadisənin mexanizmini qurduğu şahid ifadələrinin ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum X8 tanıyır. Belə ki, Asudə 2020-ci ilin yay aylarında işlədiyi təndirxanada çörək pişirir. 23 oktyabr 2020-ci il tarixdə axşam saatlarında hərbi vəziyyətlə bağlı təndirxanada işçilərin hamısı saat 20 radələrində işdən çıxmışlar. Asudə də, həmçinin 20 radələrində işdən çıxmışdır. O, da, həmin vaxt təndirxanada imiş. Aradan təxminən 25-30 dəqiqə keçdikdən sonra o, təndirxanada olanda avtomobilin sürətlə manevr etmə səsini və yüksək tonla gurultu səsini eşitmişdir. Elə bil avtomobil yoldan keçən kimisə vurmuşdur. Təndirxanada o, tək olduğuna görə hadisənin baş verdiyi yerə gedə bilməmişdir. Ətrafda yaşayan insanlar hadisə yerinə toplaşmışlar. Hadisə yeri təndirxanadan təxminən 150 metr məsafədə Məhəmmədi kəndi istiqamətində yerləşirmiş. Bir neçə dəqiqədən sonra yol demək olar ki, bağlanmışdır. Hadisə yerinə post patrul əməkdaşları gəlmişlər. O, təndirxanadan bunu görürmüş. Lakin bilmirmiş ki, avtomobil Asudəni vurmuşdur. Hadisə baş verdikdən təxminən yarım saat sonra o, təndirxananı bağlayıb avtomobillə yaşadığı Abşeron rayonu, Digah kəndi istiqamətində gedəndə hadisə yerindən keçəndə avtomobili yolun sağ kənarında saxlamışdır. Qadının meyidi yolun sağ hərəkət hissəsində, lakin əks hərəkət zolaqlarını ayıran qoşa xəttin yanında imiş. Qoşa xəttdən təxminən 40-50 sm məsafədə yerləşirmiş. Meyit üzü aşağı uzanmış vəziyyətdə olmuşdur.Meyitin sol ayağı dizdən aşağı kəsilmiş və ayağı meyitin yanında qoymuşlar. O, ona görə Asudə olduğunu bilməmişdir. Avtomobil isə Məhəmmədi kəndi istiqamətində yolun sağ kənarında dayanmışdır. Avtomobil mersedes markalı, 90-665 qeydiyyat nişanlı olmuşdur. Avtomobilin sağ qanad hissəsi əzilmiş və farası sınmışdır. Eyni zamanda avtomobilin ön şüşəsi sınmışdır. Oraya toplaşan, hansı ki, hadisəni görən tanımadığı şəxslər deyirmişlər ki, mersedes markalı avtomobil Zabrat kəndi istiqamətindən Məhəmmədi kəndi istiqamətində çox sürətli hərəkət edirmiş, onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan 3 avtomobili ötmək üçün əks hərəkət zolağına keçdiyinə görə avtomobilin sağ qanad hissəsi ilə əks hərəkət zolaqlarını ayıran xəttin üzərində piyada qadını vurmuşdur. Qadının kim olduğunu və hardan gəldiyini soruşmamışdır. Bundan sonra idarə etdiyi avtomobillə yaşadığı Digah kəndinə getmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsindən açıq-aydın görünür ki, o, hadisənin şahidi olmamış, hadisə yerinə təxminən yarım saatdan sonra gəlmiş, zərərçəkmiş şəxsin onun işçisi olduğunu bilməmiş, sadəcə hadisə yerində tanımadığı şəxslərdən hadisənin necə baş verməsini öyrənmiş və hadisə yerindən çıxıb getmişdir. Çox maraqlı məqam ondan ibarətdir ki, Şahid4 göstərilən məzmunda ifadə verməsinə baxmayaraq müstəntiq Toğrul Hüseynov hadisənin birbaşa şahidi olmayan, başqa şəxslərin sözlərindən hadisəni təsvir edən X5 ifadəsinin yerində yoxlanılmasını məqbul hesab etmiş və hadisədən 01 ildən artıq vaxt keçdikdən sonra həmin şahidin ifadəsini yerində yoxlamış, hadisə yerinin 01 ildən sonrakı fotoşəkillərini protokola, həmin protokolu isə “mötəbər sübut” kimi qiymətləndirərək iş materiallarına əlavə etmiş və hətta məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 8/1514 saylı, 07 iyul 2022-ci il tarixli rəyi verilərkən həmin protokol da ekspert tərəfindən tədqiq edilən sübutlar siyahısında olmaqla ekspert tərəfindən yekun nəticəyə gəlinərkən nəzərə alınmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 14 ilə yaxındır ki, Daxili İşlər Nazirliyinin X24 8-ci patrul bölüyünün polis nəfəri işləyir. Polis serjantıdır. X24 8-ci patrul bölüyü Sabunçu rayonu ərazisində xidmət aparır. 23 oktyabr 2020-ci il tarixdə, axşam saat təxminən 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 15-ci polis bölməsindən çıxıb 28 saylı postuna, yəni Kürdəxanı qəsəbəsinə gedəndə Bakı İstintaq Təcridxanasma gedən yoldan təxminən 100-150 metr məsafədə Məhəmmədi kəndi istiqamətində yolun hərəkət hissəsində tıxac olduğunu görmüşdür. Həmin vaxt bilmişdir ki, tıxaca səbəb yol-nəqliyyat hadisəsidir. Çünki, qarşıda post-patrul və yol-patrul avtomobilləri var imiş. O, da, şəxsi avtomobilini yolun sağ kənarında saxlamış və hadisə yerinə yaxınlaşmışdır. Yolun əks hərəkət zolaqlarını ayıran qoşa ağ xətlərin yanında sağ hərəkət hissədə qadın meyiti görmüşdür. Meyidin üzərinə ağ əski örtmüşlər. Hadisə törədən avtomobil hadisə yerində yolun sağ hərəkət hissəsində dayanmışdır. Avtomobil mersedes benz markalı, ** GO *** dövlət nömrə nişanlı imiş. O, uzun müddət Kürdəxanı qəsəbəsində xidmət apadığma görə avtomobilin Kürdəxanı qəsəbə sakini olduğunu bilmişdir. Sürücünün hadisə yerində kim olduğunu soruşmamışdır. Ona görə də, sürücünün orada olubolmamasını dəqiq deyə bilməz. Oraya yoldan keçən şəxslər və sürücülər toplaşmışdır. Meyit avtomobildən təxminən 20-25 metr məsafədə yerləşirmiş. Ətrafda yaşayan və oraya toplaşan şəxslərdən o, hadisənin necə baş verdiyini soruşanda həmin şəxslərdən bir neçəsi ona demişlər ki, mərhum qadın yolu Məhəmmədi istiqamətində sağdan sola keçərkən avtomobil onu yolun ortasında vurmuşdur. Onların dediyinə görə avtomobil çox sürətli olduğuna görə qadını vurub xeyli aralıya tullamış, zərbənin təsirindən qadının sol ayağı dizdən aşağı qırılaraq qopmuş və qopmuş ayağı meyidin düşdüyü yerdən xeyli aralıda düşmüşdür. O, oraya gələndə meyidin qopmuş ayağını meyidin yanında qoymuşlar. Səhv etmirsə avtomobil sağ ön hissəsi, yəni mühərrik örtüyü və sağ qanad hissəsi əzilmişdir. Avtomobilin ön şüşəsi də, əzilmişdir. Hadisənin şahidlərini o, bilmir. Hadisə barədə ona məlumat verən şəxslərin adlarını bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2020ci il tarixdə növbətçi hissənin avtomobilini o, idarə edirmiş. Avtomobildə yalnız müstəntiq Rüfət Mustafazadə imiş. Onlar hadisə yerində onlara məlumat verildikdən 25-30 dəqiqə sonra çatmışlar. Onlar hadisə yerinə gələndə hadisə yerinə xeyli sayda adam toplaşmışdır. Yolda tıxac yaranmışdır. Hadisə yerində yol-patrul xidməti əməkdaşları yolu tənzimləyirmişlər. Hadisə yeri “X28” adlı obyektin yaxınlığında baş vermişdir. Qadının meyidi yolun ortasına düşmüşdür. Hadisəni törədən “Mersedes” markalı avtomobil Kürdəxanı istiqamətində yolun sağında qarşıda dayanmışdır. Avtomobilin qabaq sağ qanad hissəsi və mühərrik örtüyü zədələnmişdir. O, avtomobildən düşəndə mülki formada adını xatırlamadığı polis əməkdaşı cavan bir oğlanı ona təqdim edərək bildirmişdir ki, hadisəni törədən sürücü budur, avtomobildə əyləşsin, o, da, yanından ayrılmasın. Ona görə də, sürücünü avtomobilin arxa oturacağına əyləşdirmiş, özü də, sükan arxasında oturmuşdur. Onunla söhbət zamanı bildirmişdir ki, universitet tələbəsidir, avtomobillə Zabrat dairəsindən üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən piyadanı vurmuşdur. O, ondan piyadanın yolu keçməyə başladığını görüb-görməməsi barədə soruşmuşdur. Sürücü demişdir ki, o, soldan birinci hərəkət zolağı ilə hərəkət edirmiş, sağ köməkçi hərəkət zolağı ilə də, avtomobil hərəkət edirmiş, o, yalnız qadını vurduqda görüb, vuran ana qədər qadını görməmişdir, buna görə də, qadını görə bilmədiyi üçün tormoz əyləcinə basa bilməmişdir, zərbədən qadını ayağı qırılıb kənara düşmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2020ci il tarixdə o, cədvəl üzrə növbədə imiş. Növbətçi iş yoldaşı Şahid5 imiş. Həmin tarixdə saat təxminən 21 radələrində səhv etmirsə növbətçi hissədən ya da efir vasitəsilə onlara məlumat verilmişdir ki, Zabrat-Kürdəxanı yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Onlar xidməti avtomobillə hadisə yerinə gəlmişlər. Hadisə yeri “X28” adlı obyektin yaxınlığında yerləşirmiş. Hadisəni törədən avtomobil mersedes markalı imiş. Meyid əks hərəkət zolaqlarını ayıran qoşa xəttin yanında Kürdəxanı istiqamətində sağ tərəfdə imiş. Zərbədən piyada qadının ayağı qırılaraq kənara düşmüşdür. Oraya xeyli adam toplaşmışdır. Onlar yolda avtomobillərin hərəkətini tənzimləyirmişlər ki, tıxac yaranmasın. Hadisə yerinin müayinəsinə müstəntiq Rüfət Mustafazadə gəlmişdir. Sürücü hadisə yerində imiş. Sürücü orada tərəfindən müstəntiqə təqdim olunmuşdur. Sürücü cavan oğlan imiş. Kürdəxanı qəsəbə sakini imiş. Sürücüdən hadisənin necə baş verməsini soruşduqda o, bildirdi ki, Kürdəxanı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin xarici fara işıqları gözünə düşdüyü üçün qarşısını görə bilməmiş və nəticədə yolu keçən piyadanı yolun ortasında vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Hava Yolları QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsində sərnişin daşımalarının təhlükəsizliyi üzrə inspektoru vəzifəsində işləyir. ***-***-**-** saylı mobil nömrəni 7-8 ilə yaxındır ki, istifadə edir. Mobil nömrə dostu X2 adınadır. Ona təqdim olunan telefon danışıqlarında ***-***-**-** saylı mobil nömrənin istifadəçisini tanıyır. Belə ki, həmin mobil nömrənin istifadəçisi bibisi nəvəsi, eyni zamanda qonşusu Təqsirləndirilən şəxsdur. 2020-ci ilin oktyabr ayında hərbi vəziyyət vaxtı axşam saatlarında o, işdə imiş. Saat təxminən 21 radələrində ona qohumlarından kimsə zəng vuraraq demişdir ki, Həsən Zabrat-Kürdəxanı yolunda idarə etdiyi mersedes markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə yoldan keçən bir qadını vurmuşdur. O, da, həmin vaxt Həsənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub ondan hadisənin necə baş verdiyini soruşmuşdur. Həsən həyacanlı vəziyyətdə demişdir ki, Zabrat istiqamətindən Kürdəxanı istiqamətində idarə etdiyi mersedes markalı avtomobillə hərəkətdə imiş, qarşısında onunla eyni istiqamətdə avtomobil hərəkət edirmiş, qarşısındakı avtomobili ötmək üçün əks hərəkət zolağına çıxmadan soldan ötməyə başlayanda həmin avtomobilin qarşısından sağdan sola yolu keçən qadın çıxmış, sürətli olduğu üçün avtomobili saxlaya bilməmiş və qadını vurmuşdur. Hərbi vəziyyət vaxtı avtomobillərin hərəkəti 21:00-da məhdudlaşdırıldığı üçün həm mərhum qadın, həm də, Həsən evə tələsirmiş. Sabahsı gün Həsənlə görüşəndə hadisənin təfərüatlarmı ona danışmışdır. Həsənin dediyinə görə mərhum qadını ötməyə başladığı avtomobilin qarşısından çıxdığı üçün qadının hərəkətə başladığını görə bilməmiş, avtomobili hadisə vaxtı təxminən 70-80 km/saat sürətlə idarə edirmiş, avtomobilin qabaq sağ qanadı ilə qoşa xəttin yanında qadını vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda Kürdəxanı qəsəbəsində İlqar Orucova məxsus ərzaq mağazasında təxminən 5-6 aydır ki, adminstrator işləyir. İlqar özünə məxsus Mersedes Benz markalı, ** GO *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında sürmək üçün ona vermişdir. İlqar eyni zamanda üzbəüz qonşusudur. Əvvəllər bu avtomobili oğlu Təqsirləndirilən şəxs idarə edirmiş. 2020-ci ilin oktyabr ayında, axşam saatlarında Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra Həsən həmin avtomobili idarə etməmişdir. Hadisə nəticəsində avtomobilin ön şüşəsinin sağ tərəfi və sağ qabaq hissəsi əzilmişdir. O, hadisə yerində olmamışdır. Sonradan avtomobili görmüşdür. Hadisədən bir neçə gün sonra Həsənlə söhbət edərkən hadisənin necə baş verməsini soruşmuşdur. Həsən bildirmişdir ki, avtomobillə axşam saatlarında Zabrat qəsəbəsindən Kürdəxanı qəsəbəsi istiqamətində 80-90 km saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan avtomobilin fara işıqları gözünə düşdüyü üçün qarşısını görə bilməmiş və qoşa xəttin üzərində dayanan qadın piyadanı vurub, piyadanın yolu keçməkdə olduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin payız aylarında axşam saat 20 radələrində o, mağazada olanda tanımadığı şəxs həyacanlı vəziyyətdə mağazaya daxil olaraq su istəmiş, o, nə baş verdiyini soruşanda o, demişdir ki, yaxınlıqda avtomobil yolu keçən piyada qadını vurmuş və zərbədən qadının ayağı qırılaraq kənara düşmüşdür. O, mağazadan bayıra çıxmışdır. Hadisə marketlə “X28” sexinin arasında baş vermişdir. Hadisə yerinə adamlar toplaşmışlar. O, hadisə yerinə getməmişdir. Hadisəni törədən sürücünü görə bilməmişdir. Hadisənin necə baş verdiyini, yəni piyadanın harada vurulduğunu bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxın dostudur. Mütamadi olaraq görüşürlər. Həsən 2020-ci ilin oktyabr ayında idarə etdiyi “mersedes” markalı avtomobillə Zabrat istiqamətindən Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən piyadanı vurmuşdur. Hadisədən əvvəl də, sonra da, o, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Həsənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. Həsən hadisə törətməsi barədə ona zəng vurub demişdir. Hərbi vəziyyət dövrü olduğu üçün həmin axşam Həsənlə görüşə bilməmişdir. Sabahsı gün görüşəndə Həsən ona demişdir ki, Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə yanbayan hərəkətdə olan avtomobili ötməkdə olarkən həmin avtomobilin qarşısından qəfildən piyada çıxdığından avtomobili saxlaya bilməmiş və piyadanı vurmuşdur. Hadisə nəticəsində qadın piyadanın ayağı kəsilərək kənara düşmüşdür. O, hadisə yerinə getməmişdir. Avtomobilin yalnız şəklini görmüşdür. Avtomobilin sağ farası sınmışdır. Mühərrik örtüyü əzilmişdir. Səhv xatırlamırsa avtomobilin ön şüşəsi də, əzilmişdir. Həsənin hadisə vaxtı avtomobili hansı sürətlə idarə etməsi barədə məlumatı yoxdur. Məhkəmə ibtidai istintaq dövründə dindirilmiş hər bir şahidin ifadəsini ayrı-ayrılıqda tədqiq edərək qeyd edir ki, yuxarıda sadalanan şahidlərdən heç biri hadisənin şahidi olmamış, hadisə baş verən anda hadisə yerində olmamaqla hadisəni görməmişlər. Həmin şahidlər öz ifadələrində hadisə yerində olan digər şəxslərin ifadələrinə istinad etsələr də, istintaq orqanı AR CPM-nin 126.3-cü maddəsinin tələblərinin pozaraq həmin şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirərək onlara istinad etməklə kifayətlənmiş, həmin ifadələrin əsaslandığı mənbənin müəyyən edilməsinə, əgər hadisəni görən şəxslər olmuşdursa, onların müəyyən edilərək dindirilməsinə lüzum görməmişdir. Halbuki, AR CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Ekspertin yekun nəticəyə gələrkən əsaslandığı “Yol-nəqliyyat hadisəsi yerinin baxışının aparılması haqqında” 23 oktyabr 2020-ci il tarixli protokol yuxarıda göstərilən, yəni, həmin protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi, protokolda hal şahidlərinin imzalarının olmaması səbəbindən, sadalanan şahidlərin ifadələri isə başqa şəxslərin sözlərindən verildiyindən və bu səbəbdən mötəbər sübut qismində qiymətləndirilə bilmədiyindən ittihamın əsasını təşkil edən və Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan “Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının” 8/1514 saylı, 07 iyul 2022-ci il tarixli rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Bununla yanaşı, yuxarıda göstərilən və istintaq orqanın istinad etdiyi şahid ifadələri özü-özlüyündə bir-biri ilə uyğun olmamaqla ziddiyyət təşkil etməsinə baxmayaraq müstəntiq tərəfindən həmin ziddiyyətlərə də qiymət verilməmiş, nəyə əsasən hadisənin müxtəlif mexanizmini verən şahid ifadələrindən məhz X10 ötmə əməliyyatını həyata keçirmək üçün əks hərəkət zolağına çıxması və avtomobilin sağ qanad hissəsi ilə qoşa xəttin üzərində dayanan piyadanı vurmasını göstərən şahid ifadələrinə istinad etdiyini əsaslandıra bilməmişdir. Belə ki, şahidlərdən X11 hadisə yerində olan başqa şəxslərin Oruc Həsənlinin qarşısında olan avtomobili ötərkən əks hərəkət zolağına çıxmasını göstərdiklərini bildirsə də, digər şahidlərdən heç biri bu xüsusatı ümumiyyətlə göstərməmiş, əksinə, Şahid3 ifadəsində göstərmişdir ki, o, həmin vaxt Həsənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub ondan hadisənin necə baş verdiyini soruşmuşdur. Həsən həyacanlı vəziyyətdə demişdir ki, Zabrat istiqamətindən Kürdəxanı istiqamətində idarə etdiyi mersedes markalı avtomobillə hərəkətdə imiş, qarşısında onunla eyni istiqamətdə avtomobil hərəkət edirmiş, qarşısındakı avtomobili ötmək üçün əks hərəkət zolağına çıxmadan soldan ötməyə başlayanda həmin avtomobilin qarşısından sağdan sola yola keçən qadm çıxmış, sürətli olduğu üçün avtomobili saxlaya bilməmiş və qadını vurmuşdur. Müstəntiq zərərçəkmiş şəxsin meyitinin yolun ortasında yerləşməsinə əsaslanaraq hadisənin mexanizmini hadisəni görməyən şahid X1 üzərində qursa da, digər önəmli və diqqət yetirilməli məqam ondan ibarətdir ki, hadisə günü hadisə yerinin, hadisə yerində olan meyitin, yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuş və birbaşa hadisənin aləti olan avtomobilin fotoşəkilləri müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 ilkin istintaqı aparan müstəntiq olaraq hadisə yerinin və hadisə yerində olan meyitin, yol nəqliyyat hadisəsi törədilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz-E200” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən dərhal sonrakı formada olan fotoşəkillərini iş materiallarına əlavə etmədən məzuniyyətə çıxması ilə əlaqədar işin başqa müstəntiqə həvalə edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinin və avtomobilin fotoşəkillərinə gəlincə məhkəmə qeyd edir ki, həmin fotoşəkillər hadisədən 01 ildən artıq müddət keçdikdən sonra çəkilməklə, avtomobilin fotoşəkli isə 01 il 06 aydan çox müddət keçdikdən və avtomobil tam təmir olunduqdan sonra çəkilərək iş materiallarına əlavə edilmişdir ki, məhkəmə ümumiyyətlə bu qədər zaman sonra həmin fotoşəkillərin iş materiallarına əlavə edilməsinin iş üçün hansı əhəmiyyət kəsb etdiyini anlamaqda çətinlik çəkir. Bundan savayı, məhkəmənin diqqətini çəkən məsələlərdən biri də ondan ibarətdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə getməmişdir. Avtomobilin yalnız şəklini görmüşdür. Avtomobilin sağ farası sınmışdır. Mühərrik örtüyü əzilmişdir. Səhv xatırlamırsa avtomobilin ön şüşəsi də, əzilmişdir. Göstərilən şahid ifadəsindən aydın olur ki, hadisədən sonra hadisənin törədilməsi zamanı Oruc Həsənlinin idarə etdiyi avtomobilin fotoşəkilləri mövcud olsa da, nədənsə istintaq orqanı həmin fotoşəkilləri iş materiallarına əlavə etməyi uyğun bilməmiş və avtomobilin uzun müddət sonra təmirdən sonrakı vəziyyətdə olan və iş üçün heç bir sübuti əhəmiyyəti olmayan formada çəkilmiş fotoşəkillərini iş materiallarına əlavə etməklə kifayətlənmişdir. Bununla yanaşı, iş materiallarından istintaq orqanı tərəfindən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə şəhər kameralarının olub-olmaması, olduğu halda hadisənin görüntülərinin əldə edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi müəyyən olunmur ki, bu da həmin hissədə istintaq orqanının hərəkətsizlik göstərməsinə və obyektiv həqiqətin üzə çıxarılması üçün qanunla müəyyən edilmiş bütün tədbirləri görməməsinə dəlalət edir. Bunun bariz nümunəsi iş materiallarında olan (i.v.50-51) “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” 24 iyun 2021-ci il tarixli qərardır. Belə ki, həmin qərardan görünür ki, müstəntiq Elvin Nəsibov iş üzrə heç bir araşdırma aparmadan hadisədən 08 ay sonra, sadəcə Təqsirləndirilən şəxs ifadəsinə və hadisə yerinə baxış protokoluna istinad etməklə “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” qərar qəbul etmiş və həmin qərar haqlı olaraq Bakı şəhəri prokurorunun müavini Mobil Şəfiyev tərəfindən ləğv olunmaqla Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 tərəfindən iş üzrə təyin edilmiş “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” 24 iyun 2021-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərlə istintaq materialları arasında uyğunsuzluğun olması göstərilmişdir. Göründüyü kimi, müstəntiq Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 hadisə ilə kifayət qədər araşdırma aparmadan, hadisənin görüntülərini qeydə alan videogörüntünün, hadisəni birbaşa görən şahidlərin olub-olmamasını müəyyən etmədən, iş üzrə səthi araşdırma aparmaqla kifayətlənərək iş üzrə hadisədən 08 ay sonra “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” qərar qəbul etmişdir. Göstərilənlər, həmçinin, onu deməyə əsas verir ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 cinayət işinin başlanması üçün hələ kifayət qədər əsas olmadan 09 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012ci il tarixli qərarında göstərilmişdir ki, heç bir yol-nəqliyyat hadisəsi özü-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən müstəntiq kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək səlahiyyətinə malik olan prosessual şəxsdir. Həmçinin, iş materiallarından görünür ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis mayoru Toğrul Hüseynov tərəfindən 14 iyul 2021-ci il tarixdə, 19 avqust 2021-ci il tarixdə, 03 sentyabr 2021-ci il tarixdə, 25 fevral 2022-ci il tarixdə, 01 aprel 2022-ci il tarixdə, 29 aprel 2022-ci il tarixdə, 13 iyun 2022-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri olmadan, sadəcə istintaqın hazırki mərhələsində toplanmış sübutların hadisəni törədən sürücü Təqsirləndirilən şəxs ittiham vermək üçün kifayət olmaması əsası dayandırılmışdır. Həmin hala münasibətdə məhkəmə qeyd edir ki, AR CPM-nin 53.1-ci maddəsində cinayət təqibi üzrə icraatın dayandırılması əsaslarına dair qəti siyahı öz əksini tapmış və həmin siyahının müstəntiqin mülahizəsi ilə qanunvericilikdə nəzərdə tutulmamış əsaslarla genişləndirilməsi və qanunda göstərilən əsaslardan başqa hallara istinad etməklə cinayət təqibi üzrə icraatın dayandırılması nəticə etibarı ilə istintaq müddətinin axımının müstəntiqin özünün müəyyən etdiyi əsaslarla dayandırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələbləri ilə bir araya sığmamaqla yolverilməzdir. Həmçinin, iş materiallarından görünür ki, müstəntiq Toğrul Hüseynov tərəfindən cinayət təqibi üzrə icraatın dayandırılmasına dair çoxsaylı qərarlarının iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə göndərilməsini, onun həmin qərarlarla tanış edilməsini təsdiq edən hər hansı sənəd də iş materiallarına əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 277.4-cü maddəsinə əsasən müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Göründüyü kimi, müstəntiq Toğrul Hüseynov cinayət işi üzrə icraatın dayandırılması ilə bağlı qərarları zərərçəkmiş tərəfə təqdim etməməklə, onu həmin qərarla tanış edərək qərardan şikayət vermək imkanının olmamasını izah etməməklə prosessual qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirməyərək Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 277.4-cü maddəsinin tələblərini pozaraq zərərçəkmiş şəxsləri yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməmiş, onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiqlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X7, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 və Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis mayoru X6 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar