Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-727/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Femida vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2024-cü il tarixində X3 facebok sosial şəbəkəsində barəmdə şər və böhtan xarakterli sözlər yazmış, həmçinin nalayiq sözlər istifadə etməklə şərəf və ləyaqətimi alçaltmışdır. Belə ki, sözügedən sosial şəbəkədə Məhəmmədəli Qəribli adlı müstəqil jurnalist https://www.facebook.com/share/p/DYLdEwbo9qjEkyDM/?mibextid=WC7FNe şəxsi səhifəsində və “Azinform.az” xəbər saytının facebook səhifəsində https://www.facebook.com/share/p/aoXUkJhtGKHMWpii/?mibextid=WC7FNe Məmmədov Fikrətin Azərbaycan xalqını, mədəniyyətini, Azərbaycan dilini, Azərbaycanın tarixi şəxsiyyətlərini, dövlət məmurlarını, Azərbaycan dilli vətəndaşları, Azərbaycan tarixini davamlı şəkildə təhqir etməsi və Məhəmmədəli qəriblinin paylaşdığı xəbəri barədə öz səhifəsində yazı yazaraq Azərbaycan jurnalistlərini “prostituka” (fahişə) adlandığı üçün, dövlət məmurlarının prezidentə və dövlətə sadiqlyini “it sadiqliyi” kimi sözlər istifadə etdiyi üçün Fikrət Məmmədovla bağlı tənqidi məqalə yazmışdır. Qeyd olunan yazıda Fikrət Məmmədovun facebook səhifəsindən ekran görüntülərini yazının şərh bölməsinə yerləşdirmişdir. Qeyd olunan yazını gördüyümdə, və şərh bölməsində digər istifadəçilərin F. Məmmədova qarşı çoxsaylı etiraz və tənqidi şərhlərini gördükdə, mən də, öz növbəmdə barəsində söhbət gedən şəxsi tanıdığımı və məhkəmə qərarını icra etmədiyi üçün Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu qeyd etmişəm. Bundan sonra şərh bölməsində profil adı Ulviyya Alovlu heç bir şəxsi tanışlığım olmayan şəxs mənim facebook profilimi qeyd edərək (tag) sual ünvanlayaraq bu şəxsin niyə axtarışda olduğunu sualını vermiş və cavab olaraq qısa şəkildə məhkəmə qətnaməsinin icra etmədiyi, icra məmurlarının çağırışlarına gəlmədiyini və gizləndiyini və Polis tərəfindən bu səbəbdən axtarışda olmasını qeyd etmişəm (şərhin ekran görüntüsünün skanı əlavə edilir). Bundan sonra profil adı Ulviyya Alovlu olan şəxs Fikrət Məmmədovu şərhlərdə işarələyərək öz aralarında polemikaya girərək bir-birilərinə şərhlər yazarkən X8 Məmmədova DİN rəsmi veb səhifəsinin açıq məlumat bazasından ekran görüntüsünü əlavə edərək onun (Fikrət Məmmədovun) polisdə axtarışda olmasını qeyd edir və polis bölməsinə getməyi məsləhət görür. Bu şərhdən sonra Məmmədov Fikrət qeyd olunan məlumatların fantaziya olduğunu yazır (Ulviyya Alovlu о вкусах не спорят. Тем более с ментовскими подстилками. Фантазии насчет розыска нигде больше не рассказывайте. Я трижды выезжал из страны в этом месяце. Твк что со своим другом Анаром можете бумажку засунуть в свою куда хотите. И да остерегайтесь его. У него в мозгах ничего кроме члена нет.) , özünün son iki il ərzində ölkədən 3 dəfə çıxış giriş etdiyini və onu heç kimin saxlamadığını, axtarış barədə kağızı dostun Anarla (yəni məni nəzərdə tutur) “istdəyiniz yerinizə soxa bilərsiz”, qeyd edir. Daha sonra Ulviyya Alovluya məsləhət olaraq yeni dostunuz Anardan (yəni məni nəzərdə tutur) ehtiyatlı olmağı məsləhət görür, səbəb olaraq Anarın (yəni məni nəzərdə tutur) “beynində cinsiyyət orqanından başqa bir şey yoxdur” kimi təhqir edici cümlələr işlədir. Ardınca növbəti şərhini yenidən mənə yönəldərək (https://www.facebook.com/fikret.mamedov.90663?comment_id=Y29tbWVudDo3OTM0Mz UwMTEwMDE3MDEzXzEwMzA2NTcyMDUwMzI0MTM%3D&__cft__%5b0%5d=AZVCKu PTCU1YSCpD8oHLLTLaYrtyJDLHri9hwn_HnFiXvUAaOB4H7dnNVpfobMaXuMpxuT9qI0y em2N1G42j33PSIjXmZAIBcmZSJ4QuBBM7h1vLxUkgXOdtgnmQNDwvjyiCIY2fRm90_2y Nk7eIdtzbOImYIECG0H5ZTskx5WypjDv2vQlGd1sivGf6TUzIzSLERp8ey6J0D6FTJ__Iwn mg7CGni0VTTnFIS3B6CnRo3A&__tn__=R%5d-RX6 Alovlu и да кстати, это он (ваш новый друг по разуму) прилюдно оскорблял первую леди и ее дочь грязными словами и издевался над произношением президента "Xəbs edəcəyik". Русскоязычного кстати президента. Который разобрал то дерьмо, которое ваши тюркофилы из азсектора за год у власти учинили.) barəmdə böhtan xarakterli guya mən açıq şəkildə cəmiyyət içində “prezident və ailəsini açıq şəkildə təhqir etməyimi” qeyd edir.Əlavə olaraq yeni şərhdə yalan olduğunu bilə-bilə guya (https://www.facebook.com/fikret.mamedov.90663?comment_id=Y29tbWVudDo3OTM0Mz UwMTEwMDE3MDEzXzgxODc0MTE1Mzc2MDc0MA%3D%3D&__cft__%5b0%5d=AZVC KuPTCU1YSCpD8oHLLTLaYrtyJDLHri9hwn_HnFiXvUAaOB4H7dnNVpfobMaXuMpxuT9q I0yem2N1G42j33PSIjXmZAIBcmZSJ4QuBBM7h1vLxUkgXOdtgnmQNDwvjyiCIY2fRm90_ 2yNk7eIdtzbOImYIECG0H5ZTskx5WypjDv2vQlGd1sivGf6TUzIzSLERp8ey6J0D6FTJ__Iw nmg7CGni0VTTnFIS3B6CnRo3A&__tn__=R%5d-RX6 Alovlu просто у вас с "национальным менталитетом", необразованных и низких людишек, не хватает порядочности нормально расстаться, вы базарные. Я ему оставил компанию, и несколько проектов, сам начал с нуля, не сказав ни слова. Потом он подал в суд, я промолчал, он как шлюха ходит по городу говорит гадости, я молчу. Он от этого злится, но мне нравится. Тупое ничтожество, до которого я снизошел, чтобы сделать его партнером. Как баран ходил целый день по офису ибо его языковые знания (английские и русские) напрочь отсутствовали, потому ему оставалось целый день заниматься интригами и сплетнями. Думал поумнел, оказывается нет. Пообщайтесь с ним, он вам расскажет как он мечтает трахнуть какую-то малолетку когда та подрастет. Мне рассказывал.) Fikrət Məmmədov tərəfindən şirkət açıldığını məni özünə şərik götürdüyünü, sonra şirkəti mənə saxlayaraq getdiyini və sonra mən onu məhkəməyə verdiyimi qeyd edir. Ardınca barəmdə şəhərdə “fahişə kimi gəzərək onun barəsində danışdığımı”, “bütün günü ofisdə qoyun kimi” gəzirdi kimi təhqirlər yazır və ən sonda iyrənc fikir və ifadələr işlədərək Ulviyya Alovlu adlı istifadəçiyə “onunla danış (yəni məni nəzərdə tutur) sənə necə hansısa azyaşlı bir qızın böyüdükdən sonra onunla cinsi əlaqədə olmağı arzuladığını danışacaq” və qeyd edir ki, mənə danışıb (yəni Fikrətə). Şikayətə əlavə etdiyim Facebook sosial şəbəkəsindən olan skan edilmiş ekran görüntülərindən və ekranın skan edilmiş video yazı görüntülərindən göründüyü kimi yuxarıda qeyd edilən əməllər xx.xx.2024-cü il tarixində X3 tərəfindən törədilmiş əməl, Facebook sosial şəbəkəsində açıq profil olan jurnalist Məhəmmədəli Qəriblinin 7500-dən çox izləyicisi olan facebook profilinin yazısında aparıldığı tam sübuta yetirilir. X3 mənim barəmdə böhtan xarakterli məlumatlar və təhqiredici və alçaldıcı şərhlər sosial şəbəkədə vasitələrində yazaraq məni nüfuzdan salmağa çalışmışdır. Məlumat üçün qeyd etmək istərdim ki, X3 bir vaxtlar mənimlə işləyərkən məndən aldığı şəxsi borcu qaytarmaqdan boyun qaçırdığı üçün 2020-ci ildə məhkəməyə müraciət etmişəm və cavabdeh olaraq məhkəmə proseslərinə gəmləməsi səbəbindən uzun sürən məhkəmə proseslərinin nəticəsi olaraq X3 barədə Sabunçu rayon məhkəməsi qətnamə çıxarmışdır. X5 rayon məhkəməsinin qətnaməsinə etiraz etmiş və Bakı Apelyasiya məhkəməsi borc öhdəliyinin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il 2(103)-7258.2022 saylı yeni Qətnamə (əlavə edilir) çıxarmışdır. İcra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə yönləndirilmişdir, lakin icra məmurunun çağırışlarına gəlmədiyi üçün Fikrət Məmmədov hal-hazırda Sabunçu polis bölməsi tərəfindən borclu kimi axtarışa verilmişdir. X3 Facebook sosial şəbəkəsində rus dilində geniş auditoriyası olan Fikret Mamedov | Facebook, yazılarını yazdığı üçün əsasən rus dilli izləyiciləri arasında məhşurdur geniş izləyici kütləsi var. Qeyd etmək istərdim ki, Fikrət Məmmədov ümumilikdə hər zaman Azərbaycan dilliləri təhqir etməsi ilə məhşurdur, qeyd olunan şərhlərdədə göründüyü kimi Azərbaycanlıları “siz” azərbaycanlılar, “sizin mentolitet” və ya Azərbaycan bölməsini bitirənlərlə yəni “Azərbaycan dillilərlə danışmaq tənəzzülə uğradır və alçaldır” kimi cümlələr istifadə edir. Bir neçə il öncədə Fikrət Məmmədovun Azərbaycan dilini təhqir etməsi ilə bağlı mediada çoxsaylı yazılar getmişdir və bu məsələni Məhəmmədəli Qəribli öz yazısında da, vurğulayıb. CM-nin 148 maddəsinin tələbləri baxımından X3 “Facebook” internet sosial şəbəkəsində mənim şərf və ləyaqətimi nalayiq şəkildə qəsdən alçaldaraq (Ulviyya Alovlu о вкусах не спорят. Тем более с ментовскими подстилками. Фантазии насчет розыска нигде больше не рассказывайте. Я трижды выезжал из страны в этом месяце. Твк что со своим другом Анаром можете бумажку засунуть в свою куда хотите. И да остерегайтесь его. У него в мозгах ничего кроме члена нет.) özünün son iki il ərzində ölkədən 3 dəfə çıxış giriş etdiyini və onu heç kimin saxlamadığını, axtarış barədə kağızı dostun Anarla (yəni məni nəzərdə tutur) “istdəyiniz yerinizə soxa bilərsiz”, qeyd edir. Daha sonra Ulviyya Alovluya məsləhət olaraq yeni dostunuz Anardan (yəni məni nəzərdə tutur) ehtiyatlı olmağı məsləhət görür, səbəb olaraq Anarın (yəni məni nəzərdə tutur) “beynində cinsiyyət orqanından başqa bir şey yoxdur” kimi təhqir edici cümlələr işlədir. Digər şərhində bir daha (https://www.facebook.com/fikret.mamedov.90663?comment_id=Y29tbWVudDo3OTM0Mz UwMTEwMDE3MDEzXzgxODc0MTE1Mzc2MDc0MA%3D%3D&__cft__%5b0%5d=AZVC KuPTCU1YSCpD8oHLLTLaYrtyJDLHri9hwn_HnFiXvUAaOB4H7dnNVpfobMaXuMpxuT9q I0yem2N1G42j33PSIjXmZAIBcmZSJ4QuBBM7h1vLxUkgXOdtgnmQNDwvjyiCIY2fRm90_ 2yNk7eIdtzbOImYIECG0H5ZTskx5WypjDv2vQlGd1sivGf6TUzIzSLERp8ey6J0D6FTJ__Iw nmg7CGni0VTTnFIS3B6CnRo3A&__tn__=R%5d-RX6 Alovlu просто у вас с "национальным менталитетом", необразованных и низких людишек, не хватает порядочности нормально расстаться, вы базарные. Я ему оставил компанию, и несколько проектов, сам начал с нуля, не сказав ни слова. Потом он подал в суд, я промолчал, он как шлюха ходит по городу говорит гадости, я молчу. Он от этого злится, но мне нравится. Тупое ничтожество, до которого я снизошел, чтобы сделать его партнером. Как баран ходил целый день по офису ибо его языковые знания (английские и русские) напрочь отсутствовали, потому ему оставалось целый день заниматься интригами и сплетнями. Думал поумнел, оказывается нет. Пообщайтесь с ним, он вам расскажет как он мечтает трахнуть какую-то малолетку когда та подрастет. Мне рассказывал.) Fikrət Məmmədov tərəfindən şirkət açıldığını məni özünə şərik götürdüyünü, sonra şirkəti mənə saxlayaraq getdiyini və sonra mən onu məhkəməyə verdiyimi qeyd edir. Ardınca barəmdə şəhərdə “fahişə kimi gəzərək onun barəsində danışdığımı”, “bütün günü ofisdə qoyun kimi” gəzirdi kimi təhqirlər yazır və ən sonda iyrənc fikir və ifadələr işlədərək Ulviyya Alovlu adlı istifadəçiyə “onunla danış (yəni məni nəzərdə tutur) sənə necə hansısa azyaşlı bir qızın böyüdükdən sonra onunla cinsi əlaqədə olmağı arzuladığını danışacaq” və qeyd edir ki, mənə danışıb (yəni Fikrətə). Xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Lakin, X4 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununda X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi göstərilmiş, hansı əməllərinin CM-nin 148-ci maddəsinin tərkibini yaratmasını göstərsə də, hansı əməllərin CM-nin 147.1-ci maddəsinin tərkibini yaratmasını göstərməmişdir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-727/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-727/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver