Məhkəmə qərarları › İş №1(008)-728/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-728/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-728/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Neftçala rayonu, 2-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, avtomobil təmiri ustası işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, evli, məhkumluğu olmayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı X11 ilə birlikdə cinayət əlaqəsinə girib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə 01 dekabr 2024- cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldadaraq onların barələrində Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın onların xeyrinə həll olunması üçün yalan vədlər verib bu işin həlli üçün ümumi 15.000 manat məbləğində pulun verildiyinin zəruriliyini bildirərək X11 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü həmin Kollegiyanın üzvü kimi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3a təqdim etməklə daha da etibarlarını qazanıb guya onlara göstərdiyi öz hüquqi yardımına görə Zərərçəkmiş şəxs2 2000 manat məbləğində pulun verildiyinin zəruri olduğunu bildirmiş, 01 dekabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 1000 manat məbləğində pulu götürmüş, X11 04 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvandan sonuncunun 4127 0199 saylı plastik kart hesabından "xxxx" mobil tətbiqi vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid olan 4169 7388 0572 1580 nömrəli plastik kart hesabına 300 manat məbləğində, X11 04 dekabr 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 Xırdalan şəhərində H.Əliyev adına olan parkın yaxınldığında yerləşən «Bravo» hipermarketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid olan 4169 7388 0572 1580 nömrəli plastik kart hesabına 700 manat məbləğində, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 19.00-da Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 5 ünvanında yerləşən «Letam» gözəllik salonundan «Leobank» mobil tətbiqi vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid olan sonuncunun 552209........0007 saylı plastik kart hesabına 2000 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olaraq, öz cinayət əməllərini davam etdirməklə Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 5 ünvanında yerləşən «Letam» gözəllik salonuna gəlib orada Zərərçəkmiş şəxs2 6500 manat məbləğində nağd pulu, 10 dekabr 2024-cü il tarixdə saat 18 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 2500 manat məbləğində nağd pulu, 12 dekabr 2024-cü il tarixdə saat 18 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 1500 manat məbləğində nağd pulu, 15 dekabr 2024-cü il tarixdə saat 18 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 1500 manat məbləğində nağd pulu alıb ələ keçirməklə vahid niyyətlə əhatə edən qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 xeyli miqdarda 7500 manat Zərərçəkmiş şəxs2 xeyli miqdarda 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq ona 22 may 2024-cü il tarixdə "xxxx"ın inzibati binasında çəkilmiş videogörüntüləri arxivdən götürülməsi bununla da Binəqədi RPİ-də aparılan araşdırmanın onun xeyrinə həll olunması üçün yalan vədlər verib bunun müqabilində 5000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanından plastik kart hesabından “Birbank" mobil tətbiqi vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid, özünə məxsus 5522 0993 6239 0007 nömrəli plastik kart hesabına 23 dekabr 2024-cü il tarixdə saat 17:17-də 1700 manat, həmin tarixdə saat 17:21-də 800 manat və sonuncu dəfə 19 yanvar 2025-ci il tarixdə 500 manat pul vəsaitinin köçürülməsinə nail olaraq ümumilikdə 3000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 o, həmyerlisi kimi 15 ildən çoxdur ki, tanıyır. Zərərçəkmiş şəxs2 əvvəllər Statistika dairəsinin yaxınlında yerləşən gözəllik salonunu işlədirdi, həmin salonda da arvadı Əminə saç ustası işləyirdi. Umleylanın xalası oğlu Zərərçəkmiş şəxs3 ümumiyyətlə tanımamışdır. Umleyla ona bildirmişdir ki, ümumi bizneslə əlaqədar onun və xalası oğlu Zərərçəkmiş şəxs3lə pul dövriyyələri olduğu Aynur adlı qadınla onların aralarında pul problemi yarandığına görə Aynur onlardan Nərimanov rayon prokuorluğuna şikayət etmişdir və hazırda onun və xalası oğlu Amidin barələrində Nərimanov rayon prokurorluğunda araşdırmalar aparılır. Ondan komək istədiyinə görə o, onu tanış vəkil Mehdi adlı şəxslə tanış etməyə təklif etmişdir. Umleylaya Mehdi adlı tanış vəkilin işini həll edə biləcəyini demişdir. Umleyla razılaşmış, və o Mehdi ilə Umleylanı tanış etməyə qərara gəldiyinə görə Mehdi ilə telefon əlaqəsini yaratmışdır. Mehdi 2000 manat pul istəmişdir. O, Umleyla ilə Mehdini tanış etmiş, onlar oturub söhbət etmişlər. Umleyladan 1000 manat pulu Mehdiyə vermək üçün almışdır, daha sonra həmin pulu Mehdiyə vermişdir. Amidlə ümumiyyətlə görüşüb danışmamış, ondan hər hansı məbləğdə pul almamışdır. Amid və Umleyla yalan danışır. Umleylanın Amidə 50.000 manata yaxın borcu vardır, həmin pulu qaytara bilmədiyinə görə guya pulu ona verdiyini deyir. O, Umleylanın işi ilə bağlı Mehdi ilə aralarında olan söhbətlərə qarışmamışdır. Umleylanın ifadəsini təsdiq etmir, Umleylaya heç bir yalan vədlər verməyib, Umleyladan 13000 manat məbləğində pulu almayıb, Umleylanı və Amidi aldatmamışdır, onlara yalan vədlər verməmişdir. Zərərçəkmiş şəxs1 həqiqətəndə o, 3000 manat məbləğində pulu almışdır. Həmin pulu o, Əzizədən ona hüquqi baxımdan kömək etmək məqsədi ilə almışdır, o həqiqətən də Əzizəyə kömək etmişdir. "xxxx"da həmin tarixdə aparılmış kameraların videogörüntülərini əldə etməyə çalışmışdır. Hətta Əzizəni aldadan şəxslərlə danışıb onların səsini yazıb təqdim etmişdir. Həmin şəxslər ona pul müqabilində Əzizənin əleyhinə ifadə verməyi təklif etsələr də o, bunu etməmişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi 3000 manatı öz ehtiyaclarına xərclədiyinə görə pulu ona qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 pulunu qısa müddətdə qaytarmağa çalışacaqdır. Zərərçəkmiş şəxs1 ifadəsini tam təsdiq edir, pulları Əzizə onun bank kartının hesabına göstərdiyi tarixlərdə köçürmüşdür. Umleyla və Amidlə bağlı epizod üzrə özünü təqsirli bilmir. Onlar yalan danışır, onlardan 13.000 manat pul almamışdır. Lakin məsuliyyətə cəlb olunmamaq üçün onların da pulunu qaytaracaqdır. Cəfərova Əzizənin də pulunu qısa müddətdə qaytaracağına söz verir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayının əvvələrində səhhəti ilə bağlı olaraq ona 10.000 manat məbləğində borc pul lazım olmuşdur. Həmin pulu o, borca almaq istədiyinə görə bu barədə tanışlarına bildirmişdir və tanışı İbrahim adlı şəxs onu Samir və Qabil adlı şəxslə tanış etmişdir. Həmin şəxslər 10.000 manat məbləğində pulu verməyə o şərtlə razılaşmışlar ki, o bunun müqabilində özünə aid olan əmlakı onlara girov versin. O razılaşmış və Samirlə Qabil onu 24 may 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontoruna aparıb orada onu aldadaraq ona məxsus olan Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 126 ev 15 ünvanda yerləşə evini öz adına girov kimi qoyub guya ona 100.000 manat məbləğində pulun verdiyi barədə müqaviləyə və qəbzə imza elətdirmişlər. Pulu da onlar götürmüşlər, bu oradakı kamera görüntülərində də əks olunmuşdur. O, əvvəl həmin sənədləri imzalamaq istəməmişdir. Lakin onlar onu inandırmışlar ki, evin dəyəridir, narahat olma, hər şey yaxşı olacaq. O, həmin sənədləri imzayandan sonra ona məlum olmuşdur ki, Samir həmin banka özünə məxsus olan 100.000 manat məbləğində pulu hesaba qoymuşdur, sonra isə guya həmin pulu ona faizə vermişdir, onun Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 126 ev 15 ünvanda yerləşən mənzilini isə girova götürmüşdür. 100.000 manat məbləğində pulun bankdan çıxarılması barədə və pulun ona verilməsi barədə qəbzi də onu aldadaraq imzalatdırmışlar. 2024-cü ilin iyun ayından etibarən o polis və prokurorluq orqanlarına çoxsaylı şikayət ərizələri ilə müraciət etmişdir. Lakin ərizələri əsasında cinayəti işi başlanılmır, əsas gətirilirdi ki onun Samirlə aralarında olan mübahisə mülki qaydada məhkəmə yolu ilə həll olunmalıdır, çünki aralarında notarial qaydada təsdiq olunmuş müqavilə və onun bankdan 100.000 manat məbləğində pulun götürdüyünü təsdiq edən imzaladığı qəbz olmuşdur. O, polis və prokurorluq orqanlarına Samirdən 100.000 manatı almadığını sübut edə bilmirdi, çünki Samirin əlində onun həmin pulun təhvil aldığını təsdiq etdiyi imzaladığı qəbzi olmuşdur. O da polis orqanlarından tələb edirdi ki, bankda aparılan videokameralardan görüntüləri götürsünlər, həmin görüntülərdən görünəcəydi ki, 100.000 manatı o xəzinədən götürməmişdir. Lakin polis əməkdaşları dəfələrlə bu barədə «Kapital Banka» kamera görüntülərini əldə olunması üçün sorğuları yazsalarda, video görüntülər polis əməkdaşlarına bank əməkdaşları tərəfindən təqdim olunmurdu. O, bu barədə ətrafında olan tanışlarına bildirmişdir ki, ona bu məsələdə hər hansı bir köməklik göstərsinlər. Bacısı X1 sinif yoldaşı Elmar Xanməmmədov onlarla ailəvi gediş gəlişi var, bu barədə o onada bildirmişdi, Elmarda ona demişdir ki, onun tanışı Elxan adlı şəxs var, eşitdiyinə görə hər bir işi həll edə bilir, ona bu işdə ola bilsin köməklik göstərə bilər. O Elmardan xahiş etdi ki, onu Elxanla tanış etsin. 2024-cü ilin dekabr ayının ortalarında Elmar Elxanla birlikdə onun dəvəti əsasında yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 126 ev 15 ünvana gəldilər. Elxanı o həmin vaxtı ilk dəfə görürdü, Elxan özünü ona polis əməkdaşı kimi təqdim edib bildirdi ki, DİN- nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyir. Elxana o bu işi barədə bildirəndə ona dedi ki, onun bu məsələnin yeganə çıxış yolu Kapital Bankdan videokameraların görüntülərini əldə etməyidir. Elxan ona bildirdi ki, "banditizmdə" işlədiyinə görə həmin videogörüntüləri (hansında ki göstərilir ki, o bankda xəzinədən çıxarılmış 100.000 manatı Samirdən almamışdır) arxivdən götürə bilər, lakin bunun müqabilində o ona 5000 manat məbləğində pulu verməli olacaq. O Elxana bütün bu başına gələn işləri deyəndən sonra xahiş etdi ki, o məbləğdə ona pulu birdəfəyə verə bilməyəcək. Elxan ona dedi ki, pulun yarısını 2500 manatı ona dərhal verməlidir, qalan 2500 manatı isə o arxivdən onun videogörüntüləri çıxardandan sonra. O razılaşdı və aralarında olan bu söhbət təxminən 20 dekabr 2024-cü il tarixdə baş vermişdir. Həmin günü o Elxanla əlaqə saxlamaq üçün onun istifadəsində olan ***-***-**-** saylı nömrəsini götürdü və votsap vasitə ilə onunla əlaqə saxlamağa başladı. Danışdıqları kimi o 2500 manat məbləğində pulu düzəldib Elxanın ona verdiyi 5522 0993 6239 0007 saylı kart hesabına göndərdi. 23 dekabr 2024-cü il tarixdə saat 17.17 radələrində o yaşadığı ünvan 7 ünvanda yerləşən evində olan zamanı mobil telefon aparatına yüklədiyi «Kapital bankın» tədbiqi ilə özünə məxsus olan hazırda deaktiv olan 523915******5170 kart hesabından 1700 manat məbləğində pulu Elxanın ona verdiyi 5522 0993 6239 0007 saylı kart hesabına göndərdi. Həmin günü yəni 23 dekabr 2024-cü il tarixdə saat 17.21 radələrində eyni qaydada 523915******1418 kart hesabından 800 manat məbləğində pulu Elxanın ona verdiyi 5522 0993 6239 0007 saylı kart hesabına göndərdi. Nəticədə o, Elxana həmin günü 2500 manat məbləğində pulu göndərmişdi. Elxan onu aldadaraq demişdir ki, 24 may 2024-cü il tarixdə çəkilmiş videogörüntüləri "xxxx"ın arxivindən götürüb ona təqdim edəcək. 19 yanvar 2025-ci il tarixdə səhər saatlarında Elxan ona zəng vurub bildirmişdir ki, təcili onun kartına 500 manatı göndərməlidir ki, arxivdə olan videogörüntülər hazırdı, həmin görüntüləri o, fləşkarta köçürməlidir. O da həmin vaxtı yəni 19 yanvar 2025-ci il tarixdə saat 11.18 radələrində yaşadığı ünvan 6 ünvanında yerləşən evində olan zamanı mobil telefon aparatına yüklədiyi «Kapital bankın» tədbiqi ilə özünə məxsus olan hazırda deaktiv olan 523915******5170 kart hesabından 500 manat məbləğində pulu Elxanın ona verdiyi 5522 0993 6239 0007 saylı kart hesabına göndərmişdir. Bununlada o, Elxana ümumi olaraq 3000 manat məbləğində pulu vermişdi. Elxana o, 3000 manatı verəndən sonra ona 20 gün ərzində işinin həll olunacağını bildirmişdir. Lakin 20 gün keçsə də işi həll olunmamışdır. Onun getdikcə müddəti azalırdı, aldadıldığını sübut edə bilməsə idi, evi əlindən alası idilər. Daha sonra cənab nazirinin qəbuluna getmiş, onun göstərişi əsasında bu məsələ öz həllini tapmışdır. Samirin, Qabilin və İbrahimin barəsində şikayət etdiyinə görə ərizəsi əsasında Binəqədi rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Həmin şəxslər barəsində məhkəmənin hökmü qəbul edilmiş və onlar azadlıqdan məhrum edilmişlər. O, Elxandan pulunu geri tələb etməyə başladıqda Elxanda hər dəfə ona votsap vasitəsi ilə səs smslərini göndərib bildirirdi ki, pulunu qaytaracaq. Lakin pulunu vermədiyinə görə o Elxanın barəsində də Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan almış olduğu 3000 manat pulu qaytarsa ondan heç bir şikayət və tələbi olmaz. Onun tutulmasında maraqlı deyil, sadəcə pulunu tələb edir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nəriman Nərimanov heykəlinin yaxınlığında yerləşən «Letam» gözəllik salonunun sahibəsidir, təxmirnən 12-13 ildir ki, o, həmin gözəllik salonunu işlədir. Həmin ərəfələrdə gözəllik salonuna müştəri kimi X4 gəlib gedirdi. Aralarında tanışlıq yarandı və onlar dostluq etməyə başladılar. Aynur Allahverdiyeva özü «Kontakt Home» mağazası şəbəkəsində kadrlar şöbəsində işləyirdi. Aynur ona 2022-ci ilin fevral ayında təklif etdi ki, onunla birlikdə bizneslə məşğul olsun, xarici ölkələrdən çilçıraq gətirib birlikdə Bakı şəhərində satsınlar. O razılaşdığına görə Aynurla həmin bizneslə məşğul olmağa başladı. O, özü Aynura onun istəyi əsasında müxtəlif məbləğlərdə pulları verirdi, Aynur özü həmin çıl çıraqların alış-satışı ilə məşğul olurdu, ona da verdiyi pullardan əlavə qazanc verirdi. Aynurla bu qaydada o, 2 ildən çox olan müddətdə işləmişdir. Ümumi dövriyyədə ona və Aynura məxsus olan pulları buraxırdılar. 2024-cü ilin yay aylarında Aynur ona bildirdi ki, kilinika açmaq istəyir və onada təklif etdi ki, o da həmin biznesə pul qoysun ki, gələcəkdə gəlir götürə bilsin. Aynur ona bildirdi ki, əlavə yaxın adamı varsa bu işə onlarla birlikdə qatıla bilər ki, o da qazanc götürsün. O da bu barədə xalası oğlu Zərərçəkmiş şəxs3 bildirdi. Amiddə Aynurla görüşüb onunla biznes fəaliyyəti ilə məşğul olmağa razılaşdı və buna görə Aynura biznes dövriyyəsi üçün pul vermişdir. Çilçıraq biznesindən onun da Aynurun da pul dövriyyələri olmuşdur. Aynurla işlədikləri zamanı Aynurun ona 22000 manat Amidə isə 47000 manat məbləğində borcu yaranmışdır. Pullarını Aynur onlara qaytarmırdı və 2024-cü ilin noyabr ayında ona Nərimanov rayon prokuorluğundan bir əməkdaş zəng vurub onu oraya dəvət etdi. Ona zəng vuran əməkdaş özünü Emil Mehdiyev kimi təqdim etdi və Emilin qəbuluna gedəndə ona məlum oldu ki, Aynur Allahverdiyeva ondan və xalası oğlu Amiddən şikayət etmişdir ki, onu onlar ölüm həddinə çatdırmışlar. Həmin araşdırmadan narazı olduğuna görə onlar bu məsələni həll etməyə çalışmağa başladılar. Buna görədə o bu barədə tanışı Şahid bildirdi. Əminə onunla birlikdə salonunda saç ustası işləyirdi. Əminə ona dedi ki, onun əri Təqsirləndirilən şəxs polisdə işləyir, bu məsələni həll edə bilər. Elxanla Əminə onun həmyerliləridir, Elxanı o, təxminən 15 ildən çoxdur ki, tanıyır. Elxan özünü ona «banditizimin» əməkdaşı kimi təqdim etmişdir, bildirmişdir ki, o «gizli polis» kimi işləyir, hər bir işi həll edə bilər. O, buna görə Elxana inanmışdır. 2024-cü ilin noyabr ayının axırlarında o, Elxana Nərimanov rayon prokurorluğunda olan araşdırma barədə məlumat verəndə Elxan ona dedi ki, bu işə təcili həll olunmasa o Amidlə birlikdə həbs oluna bilər və ona psixoloji təzyiq edib bildirdi ki, pul müqabilində Amidlə və ona köməklik göstərə bilər. Elxan ona dedi ki, tanış vəkili var, onlar onunla müqavilə bağlamalıdırlar ki, onların işlərinə çıxış etsin. Amidə bu barədə bildirəndə Amid ondan xahiş etdi ki, onu Elxanla tanış etsin. 2024- cü ilin noyabr ayının son günlərində o, Amidlə birlikdə Elxanla zəngləşdi və Elxan onları Nəsimi rayonun ərasizində Azadlıq prospektində yerləşən bir ofisə dəvət etmişdir. Həmin ofisə gedəndə orada Elxan onu və Amidi Mehdi adlı şəxsə tanış edib Mehdini onlara Vəkillə Kollegiyasının vəkili olduğunu bildirib dedi ki, həmin vəkillə müqavilə bağlanmalıdır ki, o onların işləri ilə bağlı Nərimanov prokuroluğunda çıxış etsin. Həmin vaxtı Amid Elxanı və Mehdini ilk dəfə görürdü, o da Mehdini ilk dəfə görürdü. Mehdiyə işləri barədə məlumat verəndə Mehdi onlara bildirdi ki, həqiqətəndə özü Vəkillər Kollegiyasının üzvüdür, vəkil kimi fəaliyyət göstərir, onların işlərinə çıxış etmək üçün ona ümumi 2000 manat məbləğində pulu verməlidilər. Elxan həmin söhbətdə iştirak edirdi. Amidlə o razılaşdı və Mehdinin ofisindən Elxanla birlikdə çıxandan sonra, Elxan ona və Amidə bildirdi ki, onların işlərini Nərimanov rayon prokuorluğunda bağlamaq üçün və Aynurdan onlara borclu olduğu pullarını tam qaytarmaq üçün ona 13000 manat məbləğində pulu verməlidirlər. Deməli bu işin həlli üçün Elxan ümumi 15000 manat məbləğində pulu ondan və Amiddən istəmişdir. Həmin 15000 manatdan 13000 manat məbləğində pulu onlar Elxana verməlidilər ki, Elxan Aynurun onların barələrində etdiyi şikayəti əsasənda Nərimanov rayon prokuorluğunda aparılmış araşdırmaya son qoysun və Aynurun onlara borcu olduğu pul vəsaitlərini onlara qaytardırsın. 2000 manat məbləğində pul isə güya vəkilləri Mehdiyə verilməliidi. Amidlə o həmin qiymətə razılaşdılar, öz aralarında həmin məbləği adama 7500 manata bölüb Elxana və Mehdiyə verməyə razılaşdılar. X14 verilən 15000 manat məbləğində pulun 7500 manatı ona, 7500 manatı isə Amidə məxsus olub, həmin pulu o Amildlə birlikdə Elxanla Mehdiyə hissə-hissə vermişlər. 01 dekabr 2024-cü il tarixdə günorta saat 13 radələrində Elxan onun yaşadığı ünvan 4 ünvana gəlib ondan Mehdinini adından 1000 manat məbləğində pulu almışdır. Bundan sonra o Mehdiyə zəng vurub Elxana 1000 manat məbləğində pulun verildiyini bildirdi, Mehdi Elxandan 1000 manatı aldığını təsdiqlədi. O Mehdidən soruşdu ki, ona etibarnaməni nə vaxta verməlidir ? Mehdi ona dedi ki, etibarnaməyə ehtiyac yoxdur, özü bu sənədləşməni yoluna qoyacaq. O isə onun hərəkətlərindən şübhələnmiş və soruşdu ki, ona etibarnaməni verməsə, onda o necə onun adından çıxış edəcək. Bir sözlə o özü Mehdini «məcbur» etdi ki, ona etibarnaməni versin. Mehdi bundan sonra razılaşdı, o indi başa düşür ki, Mehdi öz anket məlumatlarını ona vermək istəmirdi. 02 dekabr 2024-cü il tarixdə o 12 saylı notariat kontoruna getdi və Mehdiyə 1 illik müddətinə etibarnamə vermişdir ki, onu istintaq orqanlarında təmsil etsin. Bundan sonra qalan 1000 manatı göndərmək üçün Mehdi ona öz kart nömrəsini göndərdi (4169 7388 0572 1580) 04 dekabr 2024-cü il tarixdə saat 11.15 radələrində o, ünvan 3 ünvandan özünə məxsus olan 4127….0199 saylı kart hesabından Mehdinin ona verdiyi 4169 7388 0572 1580 saylı kart hesabına 300 manat məbləğində pulu göndərmişdir. Həmin günü də Amid öz kartından Mehdinin kartına 700 manat məbləğində pulu göndərmişdir. 06 dekabr il tarixdə saat 19.00 radələrində o, Elxanın ona verdiyi 552209…..0007 saylı bank kartına 2000 manat məbləğində pulu göndərdi. O həmin pulu Elxana Yasamal rayonu İnşaatçılar prospektində yerləşən «Statistika» deyilən yerin yaxınlığından göndərmişdi. Həmin vaxtı o orada yerləşən «Letam» gözəllik salonunda işləyirdi. Elxanın arvadı Şahid da həmin ərəfədə onunla birlikdə işləyirdi. 09 dekabr 2024-cü il tarixdə səhər saatlarında Amid onun salonuna gəlib ona 6500 manat məbləğində pulu verdi ki, həmin pulu o Elxana çatdırsın ki, Elxan onların işlərini həll etsin. Həmin günü 09 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Elxan onun işlədyi Yasamal rayonu İnşaatçılar prospektində «Statistika» deyilən yerin yaxınlığından yerləşən «Letam» gözəllik salonun qarşısına gəlib orada ondan 6500 manat məbləğində pulu nağd şəkildə götürmüşdür. Səhərisi günü 10 dekabr 2024-cü il tarixdə o, həmin ünvanda axşam saat 18 radələrində həmin ünvanda yəni işlədiyi «Letam» salonun qarşısında görüşdü, orada Elxana nağd şəkildə 2500 manat məbləğində pulu verdi. 12 dekabr 2024-cü il tarixdə yenə də axşam saat 18 radələrində o, Elxanla həmin ünvanda görüşdü və Elxana 1500 manat məbləğində pulu verdi. Sonuncu dəfə o, Elxanla 15 dekabr 2024-cü il tarixdə axşam saat 18 radələrində həmin ünvanda görüşmüşdü və ona 500 manat məbləğində pulu verdi. Elxana həmin pulları o, nağd şəkildə verirdi, həmin vaxtı yanlarında heç kim olmamışdır. Elxan ondan ona və Amidə məxsus olan 13000 manat məbləğində pulu alandan sonra demişdir ki, 13000 manat barədə Mehdiyə heçnə deməyək. Bu məsələni özü həll edəcək. Onlar da Elxanın dediklərini icra edirdilər. 21 dekabr 2024-cü il tarixədək o, Mehdi ilə işi barədə danışanda Mehdi ona deyirdi ki, Nərimanov rayon prokuorluğunda onun və Amidin işi ilə tanış olmuşdur, hüquqlarını müdafiə edəcək. Elxanla işləri barədə danışanda Elxan bildirdi ki, onların işlərini Nərimanov rayon prokurorluğunda həll edib Aynur Allahverdiyeva isə onlara borclu olduğu pulları qısa müddətdə qaytaracaq. 21 dekabr 2024-cü il tarixdə onu və Amidi yenə də Nərimanov rayon prokuorluğuna çağırdılar və orada ona məlum oldu ki, Elxan onu və Amidi aldadıb, işlərini həll etməyib, barələrində araşdırma davam edir. Aynur Abdullayeva da pullarını qayrmaqdan imtina edir. Orada ondan ərizə yazmağı tələb etdilər ki, onun Aynurdan heç bir şikayət və tələbi olmayacaqdır. Bundan sonra o aldandığlarını başa düşüb Vəkillər Kollegiyasının üzvü İlham Əsədova müraciət edib onunla müqavilə bağladı və çoxsaylı şikayətlərin nəticəsində işi Nərimanov rayon prokurorluğunda digər müstəntiq tərəfindən araşdırıldı və ona Aynur Allahverdiyeva tərəfindən vurulumuş maddi ziyan tam şəkildə ödənildi. Vəkil İlham Əsədovla müqavilə bağlayandan sonra Elxandan və Mehdidən onlara Amidlə birlikdə verdiyi 15000 manat məbləğində pulları geri tələb etməyə başladılar, Elxanla Mehdi isə müxtəlif bəhanələr gətirib pulları qaytarmaqdan imtina edirdilər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən ondan şikayətçidir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun xalası qızıdır. Umleyla özü «Letam» adlı gözəllik salonunu işlədir. Əvvəllər onun salonu Yasamal rayonu «Statistika dairəsi» deyilən yerdə yerləşirdi, hazırda isə salonu Nəriman Nərimanov heykəlinin yaxınlığında yerləşir. X3 o, xalası qızı Umleylanın vasitəsi ilə tanımışdır. 2024-cü ilin yay aylarında Umleyla ona bildirdi ki, tanışı Aynurla birlikdə biznes fəaliyyəti ilə məşğul olur, Aynura müəyyən məbləğdə pul verib ki, Aynur xaricdən Bakı şəhərinə çilçıraq gətirib satır, bununla da pul qazandığına görə qazancının müəyyən hissəsini ona verir. Hazırda Aynur biznesini genişləndirmək məqsədi ilə Bakı şəhərində klinika açmaq istəyir, buna görədə özünə investor axtarır ki, onun biznesinə yatırım etsin. Umleyla ona bildirdi ki, Aynurla bir neçə müddətdir ki, birlikdə bizneslə məşğul olur, onun Aynurda pulları var, Aynur həmin pulların dövriyyəsindən ona qazanc verir, klinikanın açılması üçün də Aynura 22000 manat əlavə pul vermişdir. Onun həmin vaxtı əlində 47000 manat məbləğində pulu olmuşdur, həmin pulu o, Aynura Umleylanın vasitəsi ilə verməyə razılaşdı, çünki Umleyla xalası qızı olduğuna görə ona o inanırdı. 2024-cü ilin yay aylarında o Umleylaya 47000 manatı verdi ki, həmin pulu Aynura çatdırsın. Bir neçə ay işləyən zamanı Aynur Umleylanın vasitəsi ilə ona onun biznesin dövriyyəsində olan 47000 manatının əvəzinə görə hissə hissə təxminən 6-7 min manat qaytarmışdır. Lakin 2024-cü ilin oktyabr-noyabr ayında Aynur ona və Umleylaya ödənişi etmədi və onlar Aynurdan pullarını geri tələb edəndə pullarını qaytarmırdı. 2024-cü ilin noyabr ayında ona Nərimanov rayon prokuorluğundan bir əməkdaş zəng vurub onu oraya dəvət etdi. Ona zəng vuran əməkdaş özünü Emil Mehdiyev kimi təqdim etdi və onun qəbuluna gedəndə ona məlum oldu ki, Aynur Allahverdiyeva ondan və xalası qızı Umleyladan şikayət etmişdir ki, onu onlar ölüm həddinə çatdırmışlar. Umleyla ona demişdir ki Elxanla görüşüb söhbət edən zamanı o özünü ona «banditizimin» əməkdaşı kimi təqdim etmişdir, bildirmişdir ki, o «gizli polis» kimi işləyir, hər bir işi həll edə bilər. 2024-cü ilin noyabr ayının axırlarında Umleyla ona dedi ki Elxanla birlikdə görüşüb və Elxan ona dedi ki, bu iş təcili həll olunmasa o Umleyla ilə birlikdə həbs oluna bilərlər lakin, pul müqabilində onlara köməklik göstərə bilər. Elxan Umleylanı inandırmışdır ki, bu işi həll etməsələr onları tutacaqlar, başlarına oyun açacaqlar. O, əvvəlcə Umleylaya demişdir ki, onlar heçnə etməyiblər ki, onları tutsunlar. Lakin Umleyla çox qorxurdu ona görə Elxanın təklifinə razılaşmışlar. Onları da polisdən çağırdıqları üçün onlar çox qorxmuşlar. Elxanın bildirdikləri onlara inandırıcı gəlmişdir. Həm də Elxan pulunun qaytarılmasını da vəd etmişdir. Ona görə o, da razılaşmışdır. O Umleyladan xahiş etdi ki onu da Elxanla birlikdə tanış etsin. 2024-cü ilin noyabr ayının son günlərində o, Umleyla ilə birlikdə Nəsimi rayonun ərasizində Azadlıq prospektində yerləşən bir ofisdə Elxanla görüşdü. Həmin vaxtı o, Elxanı ilk dəfə görürdü. Ofisdə onlardan başqa bir nəfərdə Mehdi adlı şəxs olmuşdur. Elxan onları Mehdi adlı şəxsə tanış edib Mehdini onlara Vəkillə Kollegiyasının vəkili təqdim etdi və bildirib dedi ki, o, onların işləri ilə bağlı Nərimanov prokuroluğunda çıxış etsin. Həmin vaxtı o, Elxanı və Mehdini ilk dəfə görürdü. Mehdiyə işləri barədə məlumat verəndə Mehdi onlara bildirdi ki, həqiqətən də özü Vəkillər Kollegiyasının üzvüdür, vəkil kimi fəaliyyət göstərir, onların işlərinə çıxış etmək üçün ona ümumi 2000 manat məbləğində pulu verməlidilər. Elxan həmin söhbətdə iştirak edirdi. Umleyla ilə o, razılaşmışlar və Mehdinin ofisindən Elxanla birlikdə çıxandan sonra, Elxan ona və Umleylaya bildirdi ki, onların işlərini Nərimanov rayon prokuorluğunda bağlamaq üçün və Aynurdan onlara borclu olduğu pullarını tam qaytarmaq üçün ona 13000 manat məbləğində pulu verməlidirlər. Deməli bu işin həlli üçün Elxan ümumi 15000 manat məbləğində pulu ondan və Umleyladan istəmişdir. Həmin 15000 manatdan 13000 manat məbləğində pulu onlar Elxana verməlidilər ki, o Aynurun onlarına barələrində etdiyi şikayəti əsasında Nərimanov rayon prokuorluğunda aparılmış araşdırmaya son qoysun və Aynurun onlara borcu olduğu pul vəsaitlərini onlara qaytartdirsin. 2000 manat məbləğində pul isə guya vəkilləri Mehdiyə verilməlidi. Umleyla ilə həmin qiymətə razılaşdıq, öz aralarında həmin məbləği adama 7500 manata bölüb Elxana və Mehdiyə verməyə razılaşdılar. X14 verilən 15000 manat məbləğində pulun 7500 manatı ona, 7500 manatı isə Umleylaya məxsus olub, həmin pulu o Umleyla ilə birlikdə Elxanla Mehdiyə hissəhissə vermişdilər. 01 dekabr 2024-cü il tarixdə günorta saat 13 radələrində Elxan Umleylanın yaşadığı ünvan 4 ünvana gəlib ondan Mehdinin adından 1000 manat məbləğində pulu almışdır. Umleyla Elxanla və Mehdi ilə çox vaxtı özü danışırdı, pulları onlara verəndə ona bu barədə bildirirdi və onlara verdiyi pulların yarısı onun özünə məxsus olub. 04 dekabr 2024-cü il tarixdə Umleyla ona dedi ki, Mehdi ilə danışıb və ona etibarnamə vermişdir ki, o hüquq mühafizə və məhkəmə orqanlarında onun adından çıxış edə bilsin, buna görə də Mehdiyə yenə də 1000 manat vermək lazıdır ki, o, onların işlərini həll edə bilsin. Umleyla ona Mehdinin istifadəsində olan (4169 7388 0572 1580) kart nömrəsini göndərib bildirdi ki, həmin pula o 300 manatı göndərib, 700 manatı da o göndərmişdir. O həmin vaxtı saat 12 radələrində Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkla üzbəüz yerləşən «Bravo» marketdə yerləşən xatırlamadığı ödəmə terminalı vasitəsi ilə 700 manat məbləğində pulu Mehdinin kart hesabına göndərmişdir. Bundan sonra Umleyla Elxana pul göndərməyə başladı, hər dəfə pulları göndərəndə ona bu barədə məlumat verirdi. 09 dekabr 2024-cü il tarixdə səhər saatlarında o, Umleylanın işlədiyi salonuna gedib ona 6500 manat məbləğində pulu verdi ki, həmin pulu Umleyla Elxana çatdırsın ki, Elxan onların işlərini həll etsin. Həmin günü 09 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Elxan Umleylanın işlədiyi Yasamal rayonu inşaatçılar prospektində «Statistika» deyilən yerin yaxınlığından yerləşən «Letam» gözəllik salonun qarşısına gəlib orada ondan 6500 manat məbləğində pulu nağd şəkildə götürmüşdür. Səhərisi günü 10 dekabr 2024-cü il tarixdə Umleyla həmin ünvanda axşam saat 18 radələrində işlədiyi «Letam» salonun qarşısında Elxanla görüşdü, orada Elxana nağd şəkildə 2500 manat məbləğində pulu verdi. 12 dekabr 2024- cü il tarixdə yenədə axşam saat 18 radələrində Umleyla Elxanla həmin ünvanda görüşdü və Elxana 1500 manat məbləğində pulu verdi. Sonuncu dəfə Umleyla Elxanla 15 dekabr 2024-cü tarixdə axşam saat 18 radələrində həmin ünvanda görüşmüşdü və Elxana 500 manat məbləğində pulu verdi. Elxana həmin pulları Umleyla nağd şəkildə verirdi, hər həfə pulu Elxana verəndən sonra ona bu barədə telefon vasitəsi ilə məlumat verirdi. O işi ilə bağlı Umleyladan maraqlanırdı, Umleylada Mehdi ilə və Elxanla işləri barədə maraqlananda onlar ona məlumat verib bildirirdilər ki, guya onların işlərini həll edirlər. Hətta bir dəfə həmin araşdırma zamanı onu və Umleylanı 17-ci polis şöbəsinə dəvət etdilər. Həmin bölməyə o gedəndə Elxanla Mehdidə orada bölmənin qabağında olmuşdular, bölmənin əməkdaşı onu və Umleylanı öz avtomobilinə əyləşdirib Nərimanov rayon prokuorluğuna aparıb orada Emin Mehdiyev adlı əməkdaşa təhvil vermişdir. Elxanla Mehdi isə bölmənin qarşısında olan zamanı ona dedilər ki narahat olmasın, işləri danışıb yüksən səviyyədə tapşırıblar və onların işlərini Nərimanov rayon prokurorluğunda həll edib Aynur Allahverdiyeva isə ona borclu olduğu pulları qısa müddətdə qaytaracaq. 21 dekabr 2024cü il tarixdə onu və Umleylanı yenə də Nərimanov rayon prokuorluğuna çağırdılar və orada ona məlum oldu ki, Elxan onu və Umleylanı aldadıb, onların işləri həll etməyib, barələrində araşdırma davam edir. Aynur Abdullayevada pullarını qaytarmaqdan imtina edir. Bundan sonra Umleyla özünə digər vəkil tutdu və çoxsaylı şikayətləri nəticəsində işləri Nərimanov rayon prokurorluğunda digər müstəntiq tərəfindən araşdırıldı və onlara Aynur Allahverdiyeva tərəfindən vurulumuş maddi ziyan tam şəkildə ödənildi. Sonra Elxandan və Mehdidən onlara Umleyla ilə birlikdə verdikləri 15000 manat məbləğində pulları geri tələb etməyə başladılar, Elxanla Mehdi isə müxtəlif bəhanələr gətirib pulları qaytarmaqdan imtina edirdilər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən ondan şikayətçidir. Şahid məhkəməyə ərizə ilə müraciət edərək şahid qismində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istiintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə o uşaq vaxtından tanışdır, o onun həmyerlisidir, onun ailəsinidə o uşaq vaxtından tanıyır. Elxanla o 2006-cı ilin əvvəllərində oğlan qız münasibətində görüşməyə başladı və qeyri rəsmi ar-arvad münasibində yaşadıqlarına görə onların 2007-ci ildə övladları olmuşdur. Buna baxmayaraq Elxanla onun aralarında rəsmi olaraq nikah bağlanmayıb. Elxanı o, tanıdığı vaxtdan o avtomobil ustası kimi işləyirdi, son vaxtlarda icarəyə götürdüyü müxtəlif avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olurdu. Zərərçəkmiş şəxs2 o, təxminən 2012-ci ildən tanıyır, Umleylada onun həmyerlisidir. Onlar birlikdə müxtəlif salonlarda işləyirdilər. Təxminən 2023-cu ildən etibarən o Umleyla ilə birlikdə Umleylanın icarəyə götürdüyü Yasamal rayonu «Statistika dairəsi» deyilən yerin yaxınlığında yerləşən «Letam» gözəllik salonunda işləməyə başladılar. O, həmin salonda saç ustası kimi işləyirdi. Umleyla həm onunla həmdə Elxanla həmyerli olduğuna görə Elxanı da şəxsən tanıyırdı. Zərərçəkmiş şəxs1 o şəxsən tanımır Əzizə ilə aralarında heç bir söhbətləri olmayıb. Əzizəni o yalnız bir dəfə Bakıxanov qəsəbəsində onun evinin qarşısında görmüşdü. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar həqiqəti əsks etdirmir, təxminən 2024-cü ilin dekabr ayının axırlarında o, Elxanla birlikdə onun idarə etdiyi avtomobilində olduğu zamanı Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsinə idarə etdiyi avtomobilini sürüb ona bildirdi ki, bir nəfər qadınla, sonradan adını bildiyi kimi Zərərçəkmiş şəxs1 ilə görüşməlidir.Aralarında nəsə bir iş var. Təqsirləndirilən şəxs işlərinə o, qarışmırdı və buna görədə Bakıxanov qəsəbəsində Əzizənin yaşıdığı evin qarşısına çatanda Elxan Əzizə ilə telefonla danışıb onu görüşə çağırdı, Elxan avtomobilini Əzizənin yaşadığı məhəlləsində saxladı və Əzizə evdən çıxanda Elxan onunla binanın qarşısında ayaqüstü söhbət etmişdir. O həmin vaxtı avtomobildə əyləşmişdi, Əzizə ilə heç bir söhbət etmirdi. Elxan Əzizənin evinə daxil olmadı, Əzizə ilə aralarında nə söhbət etdilər o bilmədi, Elxanın işlərinə qarışmırdı, Elxandan da bu barədə heçnə soruşmurdu. Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir söhbət olmayıb, ona o heç bir vədlər verməmişdir. Təqsirləndirilən şəxs işlərinə müdaxilə etmirdi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs aldıqları pullardan xəbəri yoxdur, Elxanla Əzizənin aralarında olan söhbətlərdən də həmçinin. Elxanın özünü Əzizəyə polis əməkdaşı kimi təqdim etdiyini də bilmir. Umleylanın da ifadəsini təsdiq etmir, Umleyla yalan danışır, Umleyla özü Elxanı uzun illərdir ki, tanıyır Umleyla özü bilirdi ki, Elxan polis əməkdaşı deyil. Umleyla özü bu ifadəni qəsdən yalan deyib onun üzərinə məsuliyyəti atmaq istəyir ki, o, onun pulunu Elxanın əvəzinə ödəsin, Halbuki, Elxanın onunla aralarında olan söhbətlərdəndə xəbəri olmayıb. Elxanı o, şəxsən özü tanıdığına görə onunla özü bu barədə danışırdı. O, onu Elxanla görüşdürməmişdir, Umleylaya heç bir yalan vədlər verməmişdir. X7 tanımır, aralarında heç bir söhbət olmayıb, onunla görüşməmişdir. Umleylanın Elxana pulların verilib-verilməməsi barədə onun məlumatı yoxdur, o həmin hadisənin şahidi olmamışdır. Umleyla ilə Elxanın aralarında söhbətlərdə iştirak etməmişdir. 2024-cü ilin dekabr ayında o özünə digər iş tapdığına görə Umleylanın icarəyə götürdüyü salondan çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 01 vərəqdən ibarət olan «Binəqədi rayonprokuroru Fuad Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə xx.xx.2025ci il tarixdə başlanmış ********* saylı cinayət işinin başlanılması haqqında qərarın surətini», 01 vərəqdən ibarət olan «Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən Zərərçəkmiş şəxs1 adına ünvanlandırılmış 423-xid saylı 19.02.25-ci il tarixli məktubun surətini», 01 vərəqdən ibarət olan Təqsirləndirilən şəxsla aralarında olan votsap yazışmalarının fotoşəklini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024cü il tarixdə saat 17.17-də 552209******0007 saylı kart hesabına 1700 manat məbləğində pulun göndərdiyini təsdiq edən 01 vərəqdən ibarət olan qəbzin surəti, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17.21-də 552209******0007 saylı kart hesabına 800 manat məbləğində pulun göndərdiyini təsdiq edən 01 vərəqdən ibarət olan qəbzin surəti, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11.18-də 552209******0007 saylı kart hesabına 500 manat məbləğində pulun göndərdiyini təsdiq edən 01 vərəqdən ibarət olan qəbzin surəti, 01 ədəd CD diskə yazılmış Təqsirləndirilən şəxs səs yazıları götürülüb cinayət işinin materiallarına əlavə olunmuşdur. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilmişdir, diskdə 5 ədəd fail mövcüddür, həmin faillərə daxil olduqda Təqsirləndirilən şəxs pulunun qaytarılması və ona yalan vədlər verdiyi müəyyən olunmuşdur. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 01 vərəqdən ibarət olan X6 ona verdiyi özünə məxsus olan 4169 7388 0572 1580 saylı kartın fotoşəklinin surətini, X8 Zərərçəkmiş şəxs2 tərəfindən 04 dekabr 2024-cü il tarixdə saat 11.15-də 4169******1580 saylı kart hesabına 300 manat məbləğində pulun göndərdiyini təsdiq edən 01 vərəqdən ibarət olan qəbzin surəti, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024 -cü il tarixdə saat 19.00-da 552209******0007 saylı kart hesabına 2000 manat məbləğində pulun göndərdiyini təsdiq edən 01 vərəqdən ibarət olan qəbzin surəti, Zərərçəkmiş şəxs2 X8 onu bütün polis, prokurorluq, istintaq və təhqiqat idarələrində adından çıxış edilməsini təsdiq edən 01 vərəqdən ibarət olan 02 dekabr 2024-cü il tarixli AR-İİİ Ne 555953 saylı etibarnamənin surəti götürülmüşdür. Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi https://barassociation.az/ saytına baxış keçirilmiş, keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, X11 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi küçəsində saxlanılmışdır. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-345/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünr ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmaqla ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.3, 66.5, 68.2-ci maddələrinə əsasən 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 4000 manat cərimə cəzası xaric edilmişdir. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Ona görə də məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid epizod üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla, təkrarən törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xaraketerini, ictimai təhlükəlilik dərəsəcini, təkrarən eyni xarakterli əməli törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, içərisində “Whatsapp” yazışmaları və səs yazısı olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 23 iş saatına görə 253 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar