Məhkəmə qərarları › İş №1(008)-73/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-73/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-73/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov oğlunun, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə qəti olaraq 02 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən torpaq sahəsini və üzərindəki obyekti əvvəllər şəriki olmuş X2 girovdan götürüb ona və ya sonuncunun şəriki Şahid1 qaytaracağına dair yalan vəd verib aldadaraq, 2021-ci ilin fevral ayının axırlarında, saat 10:30 radələrində ünvan 3 ünvanda yerləşən “Nihad” kafesinin həyətində Zərərçəkmiş şəxs 40.000 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 X1 cəza çəkir. Təxminən 6-7 il əvvəl İntiqam Rəhmanovla söhbət edərkən İntiqam ona və şəriki Zahidə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 ədəd villanı almaq istədiyini, bunun müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsini bir il müddətinə girov qoyaraq, bir ildən sonra 150.000 ABŞ dolları pul verəcəyini bildirmişdir. Eyni zamanda razılaşmışlar ki, İntiqam bir il müddətində villaların pulunu verə bilməyəcəyi təqdirdə torpağı satışa çıxarıb 150.000 ABŞ dolları pulu ona verdikləri villaların qarşılığında götürəcəklər. Əgər torpaq baha qiymətə satılarsa qalan pulu da İntiqama qaytaracaqlar. Təxminən bir neçə gün keçdikdən sonra Vüsal və İntiqam onların Nərimanov rayonu, Ayna Sultanovada məcburi köçkünlərin binasının birinci mərtəbəsində yerləşən ofisə gəlmiş, belə ki, o, həmin ofisdə Zahid müəllimlə tikinti işləri ilə məşğul olmuşdur. Lakin şirkət Zahid müəllimin olmuşdur. İntiqamla Vüsal gəldikdən sonra Zahid müəllim və adını bilmədiyi işçi sənədləşmə üçün getmiş, lakin, onların sənədləşməni harada aparmaları barədə məlumatı olmamışdır. Təxminən bir il müddət sonra İntiqam villaların pulunu ödəyə bilmədiyi üçün İntiqama torpağı sataraq villaların pulunu ödəməsi bildirilmişdir. Daha sonra İntiqam və Vüsal Binəqədi rayonunda Respublika DYP-nin arxasında yerləşən 30.000 manatlıq torpağı Zahid müəllimə vermiş, lakin, həmin torpağın kimin adına olması, sənədləşmənin harada və kimin tərəfindən aparılması barədə məlumatı olmamışdır. 2021-ci ilin yaz aylarında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində İntiqamgilə məxsus obyektin qarşısında obyekt tikəcəyini və İntiqamla şərik işlədəcəyini bildirmişdir. İntiqam rəhmətə getdikdən sonra Cabir və Eyvaz torpaq sahəsini geri qaytarmaq məqsədi ilə X4 ilə görüşmüş, lakin, Zaid Nəhmətov onlardan 150.000 ABŞ dolları istəmişdir. Daha sonra Cabirgil torpaq sahəsini geri qaytarmaqda onlara kömək etməsi üçün ona müraciət etmiş, o, məsələnin həllində onlara köməklik edəcəyini bildirmişdir. Həmin vaxt, müəyyən problemləri ilə bağlı ona pul lazım olmuş, Cabir ona Xalqlar metrostansiyasının yaxınlığında yerləşən avtoservisində tanışı Həsənin yanında 40000 manat borc pul vermiş, Türkan qəsəbəsində yerləşən obyektin özəlləşdirilməsi üçün əlavə 30000 manat verəcəyini bildirmişdir. Bir müddət sonra o, torpağın özəlləşdirilməsi üçün əlavə 30000 manat pul istəmiş, lakin, Cabir aralarında belə bir danışıq olmadığını, əlavə pul verməyəcəklərini bildirmişdir. Odur ki, özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun şərikdir. 2021-ci ilin fevral ayında Eyvaz ona bildirmişdir ki, Bakı şəhəri Türkan qəsəbəsində sahil yolunda olan torpaq sahəsi və üzərindəki yarımtikilini Vüsal və Emin adlı şəxslər atasını aldadıb başqa bir şəxsin adına keçiriblər. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq onlar torpaq sahəsini qaytarmayıblar. Eyvaz ondan xahiş etmişdir ki, birlikdə köməkləşib pul düzəltsinlər və həmin torpaq sahəsini girov qoyduqları “Müəllim” deyilən şəxsə verib torpaq sahəsini geri alsınlar. Daha sonra Vüsal və Emin adlı şəxslərdən pullarını geri alarlar. Həmçinin Təqsirləndirilən şəxs Eyvaza bildirmişdir ki, özü və şəriki “Müəllim” deyilən şəxs də bu işin içində olublar, həmin torpaq sahəsini “Müəllim” deyilən şəxsdən özü geri qaytara bilər, bunun üçün 40.000 manat pul lazımdır. Həmçinin Məhəmməd bildirmişdir ki, “Müəllim” deyilən şəxslə şərik olublar, “Müəllim” deyilən şəxs ona inanır və etibar edir, onun yanında xətri sayılacaq qədər hörməti vardır. Məhəmməd həmin torpaq sahəsini 40.000 manat pul verib geri ala biləcəyini bildirdikdən sonra ona inanmışdır. 2021-ci ilin fevral ayının axırlarında Məhəmmədlə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Məhəmmədin kafesinin yaxınlığında görüşmüş, həmin zaman yanında Eyvaz da olmuşdur. Özü tək avtomobildən düşüb gedib saat 10:30 radələrində Məhəmmədlə görüşüb 40.000 manat pulu Məhəmmədə verib geri qayıtmışdır. Lakin pulu verərkən Eyvaz avtomobildə gözləmişdir. Bir neçə gün gözlədikdən sonra Məhəmməddən torpağın geri qaytarılması ilə bağlı maraqlandıqda o, hər dəfə müxtəlif bəhanələr gətirərək hazırki müddətədək nə Eyvazın torpağını, də ki, onun 40.000 manat pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 40.000 manat pulu verərkən həmin zaman yanlarında Məhəmmədin tanışı Həsən adlı şəxs olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, mərhum atası İntiqamın Bakı şəhəri, Türkan qəsəbəsində sahil yolunda yolun kənarında təxminən 40 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində üç mərtəbə obyekt kimi istifadəsi nəzərdə tutulmuş yarımtikili vardır. Təxminən 2019-cu ilin yay aylarında atası ona bildirmişdir ki, “mən artıq xəstəyəm, ayağım kəsilibdir, şəkər xəstəliyi ilə bağlı müalicələr alıram, əvvəl Vüsalla özüm bacarırdım, indi isə Vüsalı tapa bilmirəm, səndən xəbərsiz təxminən 2015-2016-cı illərdə Vüsal və Eminlə birlikdə iş görəcəklərini bildirərək həmin torpaq sahəsini Vüsalın gətirdiyi adamın adına keçirtmişəm.” Bundan sonra özü də bu məsələyə qoşulmuş, həmin torpaq sahəsi işçiləri Rahibin adına olsa da, mülkiyyət hüququ atasına məxsus olmuşdur. Sonradan Rahib bildirmişdir ki, Vüsalgillə birlikdə Abşeron rayonunda bir notariusa gediblər və orada torpağı onların adına keçirilməsi üçün müvafiq sənədləşdirmə aparıblar. Lakin, həmin zaman torpağın konkret olaraq kimin adına keçirilməsini Rahib və özləri bilməmişlər. Sonradan Vüsalı çağırıb ona bildirmişdir ki, onlara vəd etdiyi vaxt bitibdir, torpağı qaytarsın. Lakin həmin vaxt Vüsal müxtəlif bəhanələr gətirərək bir neçə günə həll edəcəyini demişdir. Bir müddət sonra Vüsal əvvəl onlara dediyi birlikdə tikinti işləri ilə məşğul olduğu və hətta onun işlərini gördüyü Eminlə telefon əlaqəsi saxlayan zaman sonuncu bildirmişdir ki, bu işlər ona görə olubdur. Ona müvəqqəti olaraq tikinti işləri üçün pul lazım olduğundan bir müddətlik pul problemlərini həll etmək üçün Vüsala özü deyibdir ki, torpaq sahəsini onlardan müvvəqqəti olaraq alıb kiməsə girov qoyub pul götürsünlər. Buna görə də, yaxın vaxt ərzində torpağı girov qoyduqları şəxsdən alıb verəcəkdir. Lakin həmin torpaq sahəsinin kimə girov qoyulub pul götürülməsini bilməmişlər. Ortada Vüsal olduğu üçün atası ona inanıb torpağı müvəqqəti olaraq onlara vermişdir. Təxminən bir iki ay sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmişdir ki, özü də bu işin içindədir, Eminlə birlikdə həmin torpaqla bağlı alış- verişləri olubdur. Belə ki, Eminlə Vüsal onlardan torpağı müvəqqəti aldıqdan sonra “Müəllim” deyilən şəxsə həmin torpaq sahəsini girov verib müəyyən məbləğdə pul götürüblər və həmin pulla Emin Abşeron rayonunda bir neçə mənzillər alıb, həmin mənzillərin alqı-satqısı ilə bağlı Məhəmmədlə aralarında alış-verişləri olubdur. Sonradan onlara məlum olmayan aralarındakı pul haqq-hesabı ilə bağlı onlar “Müəllim” deyilən şəxsə pulu verib onların torpağı götürməklə bağlı narazılıqları yaranıbdır. Həmin müddət ərzində Emin, Vüsal və Məhəmməd ona müxtəlif bəhanələr gətirməklə guya hansısa işləri alındıqdan sonra, bir iki gün ərzində torpağın pulunu verib qaytaracaqlarını demişdirlər. Lakin onların onu aldatdıqlarını görüb şəriki Zərərçəkmiş şəxsla birlikdə qərara gəlmişdirlər ki, “Müəllim” deyilən şəxsə girov qoyulub götürülən pulu özləri qaytarıb torpağı götürsünlər, daha sonra Emin, Vüsal və Məhəmməddən həmin pulu alarlar. Bundan sonra Məhəmməd bildirmişdir ki, “Müəllim” deyilən şəxsə 40.000 manat pul verilməlidir, həmin pulu ona versinlər və o, gedib “Müəllim” deyilən şəxsə pulu verib torpağı qaytarsın. Məhəmmədə inanıb onunla razılaşmışlar və 2021-ci ilin fevral ayının axırlarında Cabirlə özü Məhəmmədlə Sabunçu rayonu Stansiya Razində yerləşən Məhəmmədin kafesinin yaxınlığında görüşmüşlər. Belə ki, Cabir avtomobildən düşüb gedib Məhəmmədlə görüşüb 40.000 manat pulu Məhəmmədə verib geri qayıtmışdır. Bir neçə gün gözlədikdən sonra Məhəmməddən torpağın geri qaytarılması ilə bağlı maraqlandıqda o, hər dəfə müxtəlif bəhanələr gətirərək hazırki müddətədək nə torpağını, nə də ki, 40.000 manat pulu geri qaytarmayıbdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin “Müəllim” deyilən şəxsdən girovdan götürülüb qaytarılması adı ilə verilmiş 40.000 manat pul şəriki Zərərçəkmiş şəxs məxsusdur və həmin pulu X5 rayonu, Bakıxanov qəsəbəsində Stansiya Razində yerləşən Məhəmmədin kafesində vermişdir. Şahid2 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlarla aralarında normal münasibətləri vardır, onlarla hər hansı bir ədavət və ya düşmənçilikləri olmayıb və hazırda da yoxdur. Dəqiq tarix yadında deyil, 2021-ci ilin qış ayları idi, Zərərçəkmiş şəxs Türkan qəsəbəsində yerləşən torpaq sahəsini “Müəllim” adlı şəxsdən geri qaytarmaq adı ilə Məhəmmədə 40.000 manat pulu Xalqlar metrostansiyasının yaxınlığında yerləşən avtoservisdə vermişdir və həmin zaman özü orada olmuşdur. Cinayət işinin 150-169-cu vərəqəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2021 nömrəli, 19 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5 və 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalan qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CMnin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilməsi, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü müstəqil icra edilməlidir. Cinayət işinin 201-202-ci vərəqəsində olan 02 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 X1 cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 61-63-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.3.2, 32.5, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilmiş, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32,5, 308.1 -ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5 və 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və. 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-59/2021 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(101)-59/2021 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 308.1ci maddəsi ilə təyin edilmiş həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 20 oktyabr 2018-ci il tarixdən 19 may 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırki qərarla təyin olunan cəzadan çıxılmış və üzərində çəkməsi üçün 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki qərarla təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilmiş, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü müstəqil icra edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş hökmün yekun qərarının icrası barədə göstərişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü 21 sentyabr 2018-ci il tarixdə qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş və şahid ifadələri ilə, digər iş materialları ilə onun xeyli miqdarda ziyan vurmaqla etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs 40000 manat borc almış, Zərərçəkmiş şəxs Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən obyektin özəlləşdirilməsi üçün əlavə 30000 manat verəcəyini bildirmişdir. Bir müddət sonra o, torpağın özəlləşdirilməsi üçün əlavə 30000 manat pul istəmiş, lakin, Cabir aralarında belə bir danışıq olmadığını, əlavə pul verməyəcəklərini bildirmişdir......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü ilə məhkumluğu ödənilməmişdir. Belə ki, hazırkı cinayət əməli 2021-ci ilin fevral ayının axırlarında, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü ilə müəyyən edilmiş sınaq müddəti ərzində törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 56.1.2-56.1.3cü maddələrinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, o, şərti məhkum olunduğundan cinayətlərin residivini təşkil edən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cnayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı üzrə həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il müddətinə sınaq müddəti təyin edilməsi, 03 (üç) il müddətinə dövlət və yerli özünidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə təyin olunmuş əsas və əlavə cəzaları hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı üzrə həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri təqsirli bilinərək 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il müddətinə sınaq müddəti təyin edilməsi, 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 1(101)-394/2018 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar