Məhkəmə qərarları › İş №1(008)-736/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-736/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-736/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, evli, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1703/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən həmin təcridxananın nəzarətçisi X1 qulluq mövqeyindən istifadə edərək təcridxanaya gizli yolla keçirdiyi və həbsdə saxlanılan X7 2024-cü ilin iyun ayında ötürdüyü içərisinə ********** №-li danışıq kartı yerləşdirdiyi «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefonunu və elektrik qidalandırıcını sonuncudan müvəqqəti əldə edib özündə saxlamış, gəzdirmiş, həmin telefonla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 050 ******* nömrəli və 050 ******* nömrəli telefona zənglər və SMS-lər etməklə arvadı Şahid7 və qardaşı X13 ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 19-00 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 01 saylı rejim korpusun 57 saylı kamerasında onun çarpayısının üstündə olan döşəyinin altında «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş, həmin mobil telefon danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 09 il müddətinə azadlıqdan məhrum edilmiş, həmin hökmdən apellyasiya şikayəti verməmişdir, xx.xx.2024-cü il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1 saylı rejim korpusunun 57-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada keçirilən axtarış-baxış tədbirləri zamanı yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Nokia» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində “Azercell” danışıq kartı var idi. Həmin mobil telefon aparatı onunla bir kamerada saxlanılan X7 məxsusdur. Həmin mobil telefon vasitəsilə 050 ******* №-li telefonla arvadı Şahid7 ilə əlaqə saxlamış, söhbətləri ümumi xarakter daşımışdır. Həbsdə saxlanıldığı təcridxanada həbsdə saxlanılan təqsirləndirilən şəxslərə və cəza çəkən bütün məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Bütün təqsirləndirilən şəxslər və məhkumlar bilir ki, mobil telefon həmin qadağan edilmiş əşyalardandır və onun saxlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2024- cü il tarixdə hal şahidi qismində dəvət olunmuş, saat 19:00 radələrində təcridxananın 1-ci rejim korpusunun 57 saylı kamerasında təcridxana əməkdaşları tərəfindən keçirilmiş axatrış zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs yatdığı çarpayının üstündə olan döşəyinin altında daxilində “Azercell” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparat və ona aid olan elektrik qidalandırıcının aşkar edilərək götürülmüş, həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin telefonla bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.51-53); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 57-ci kamerada Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qismində iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində «Azercell» danışıq kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, telefon ona məxsusdur, telefonu və elektrik qidalandırıcını saxlanıldığı kamerada divarda kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən tapmış və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İzahatı alınmış Təqsirləndirilən şəxs həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Bundan sonra həmin fakt üzrə əməliyyat tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonu istintaq təcridxanasına 01 saylı rejim korpusun 57-ci kamerasında həbsdə saxlanılan X7 nəzarətçi X3 gizli yolla keçirərək ötürmüşdür, həmin kamerada həbsdə saxlanılan digər şəxslər isə, yəni Təqsirləndirilən şəxs, X5 və X9 həmin mobil telefondan istifadə etmişlər. Adları çəkilən həbsdə saxlanılan şəxslər və nəzarətçi Niyaməddin Tağıyev həmin faktı etiraf etmişlər. İstintaq təcridxanasında saxlanılan bütün şəxslərə qanunvericiliyin tələbləri izah edilmiş, bildirilmişdir ki, həbsdə saxlanılan şəxslərə və məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 57-ci kamerada Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qismində iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində «Azercell» danışıq kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, telefon ona məxsusdur, telefonu və elektrik qidalandırıcını saxlanıldığı kamerada divarda kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən tapmış və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İzahatı alınmış Təqsirləndirilən şəxs həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Bundan sonra həmin fakt üzrə əməliyyat tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonu istintaq təcridxanasına 01 saylı rejim korpusun 57-ci kamerasında həbsdə saxlanılan X7 nəzarətçi X3 gizli yolla keçirərək ötürmüşdür, həmin kamerada həbsdə saxlanılan digər şəxslər isə, yəni Təqsirləndirilən şəxs, X5 və X9 həmin mobil telefondan istifadə etmişlər. Adları çəkilən həbsdə saxlanılan şəxslər və nəzarətçi Niyaməddin Tağıyev həmin faktı etiraf etmişlər. İstintaq təcridxanasında saxlanılan bütün şəxslərə qanunvericiliyin tələbləri izah edilmiş, bildirilmişdir ki, həbsdə saxlanılan şəxslərə və məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təqsdiq etmişdir(i.v.59-61); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 08 iyul 2024-cü il tarixdə, təxminən saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında 1 saylı rejim korpusunun 57-ci kamerasında qəfləti axtarış-baxış tədbiri keçirilən zaman, həmin kamerada saxlanılan, xx.xx.1995-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə Binəqədi RPİ-nin İŞ-si tərəfindən, Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayının üzərindəki döşəyin altından ona məxsus daxilində “Azercell” danışıq kartı olan 01 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşür (i.v.8); Baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefona baxış keçirərək telefonda olan danışıq kartının 051 ******* №-li olduğu müəyyən edilmiş, həmçinin telefonda son telefon zənglərin 050 8748201, 055 3255825, 070 5571100, 012 5656762, 070 6561920, 051 ******* №-li telefonlarla əlaqə olması müəyyən edilmişdir (i.v.33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kompüter texniki ekspertizasının 5/803 nömrəli 30 iyul 2024-cü il tarixli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd üz hissəsində “Nokia” sözü yazılmış mobil telefonun arxa məlumat lövhəsinin olmaması müəyyənləşdirildi. Mobil telefonun proqram təminatında olan “**********38973, **********85690” “imei” kodlu mobil telefon olmaqla halhazırda işək vəziyyətdə olub istifadə üçün yararlıdır.

2. Təqdim edilmiş “Nokia” markalı mobil telefonun “Bilgi/Gelen Kutusu” bölməsində on səkkiz ədəd qəbul olunmuş mesaj və “Çağrı Kayıtı” bölməsində “cavabsız zəng” altı ədəd, “yığılan nömrə” səkkiz ədəd, “gələn zənglər” bir ədəd zəng qeydləri müəyyən olundu.

3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Nokia” markalı mobil telefonun “UFED 4PC” markalı qurğunun proqram təminatının metodlar bazasında modelinin olmaması səbəbindən həmin telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.

4. Təqdim edilmiş “Nokia” markalı mobil telefonun texniki göstəriciləri “WhatsApp” proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmadı.

5. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Nokia” markalı mobil telefonun “Bilgi/Gelen Kutusu” bölməsində on səkkiz ədəd qəbul olunmuş mesaj və “Çağrı Kayıtı” bölməsində “cavabsız zəng” altı ədəd, “yığılan nömrə” səkkiz ədəd, “gələn zənglər” bir ədəd zəng qeydləri köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (i.v.95-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İham oğlunun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hal hazırda icraatdadır(i.v.111); Maddi sübut kimi tanıma və işə əlavə edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil telefon daxilində danışıq kartları ilə birlikdə və elektrik qidalandırıcı, habelə «Bakcell», «Azercell-Telekom» və "xxxx" MMCdən kağız daşıyıcıda telefon danışıqlarına dair və «Azercell-Telekom MMC-nin diskdə olan məlumatlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir (i.v.113); Baxış keçirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs İham oğlu qeyd edilən mobil telefonda olan 051 ******* №-li telefon danışıq kartından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 315 dəfə 050 ******* nömrəli telefona zənglər etməklə və SMSlər yazmaqla arvadı Şahid7 ilə və 11 dəfə 050 ******* nömrəli telefona zənglər etməklə qardaşı X13 ilə olan danışıqları və SMS-ləri qeydiyyata alınmışdır. Həmin məlumatlardan görünür ki, 050 ******* nömrəli telefon Şahid7, 050 ******* nömrəli telefon isə X10 adınadır (i.v.126); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 sentyabr 2024-cü l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İham oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.145-146); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1703/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs İham oğlunun barəsində olan 1(101)-1703/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü 01 dekabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1703/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1703/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübutların ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-1703/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutların ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar