Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-737/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Zaqatala rayonu. Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri. Sabunçu rayonu ərazisində müvəqqəti yaşamış, əvvəllər məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakım gizli olaraq talayıb zərərçəkıııiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 29 iyun 2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti 232 ünvanında yerləşən Sabunçu yol qovşağının yaxınlığında yolun kənarında quraşdırılmış dekorativ divarın üzərində olan aluminium dəmirlərini özü ilə gətirdiyi qayçı ilə kəsib doğramaqla gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMCnə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, 21 avqust 2025-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxii olub, oradan 4 metr uzunluğunda, 24 ədəd, bir ədədi 30 manat olan 12-lik alminium materialdan olan profilləri gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 720(yeddi yüz iyirmi) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o birinci epizod üzrə yəni, hüquqi şəxs Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi üzrə özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs1 ümumilikdə 720 manat maddi ziyan vurmaqla təkrar oğurluq etməsi epizodu üzrə özünü bir qrup şəxs hissəsində təqsirli bilməmiş, hadisəni tək törətməsini bildirmiş, qalan hissədə özünü təqsirli bilmişdir. Belə ki, o, 29 iyun 2025-ci il tarixdə saat 01:40 radələrində Bakı şəhəri Sabunçu rayonu H.Əliyev prospektində «Komsomol dairəsi» deyilən yerin yaxınlığında yolun kənarında quraşdırılmış dekorativ divarın üzərində olan aluminium dəmirlərini görüb həmin dəmirləri doğrayıb satmağa qərara gəldiyindən üzərində olan qayçı ilə dəmirləri 5-6 dəqiqə ərzində kəsib dekorativ divarın üzərində olan deşiklərdən divarın digər tərəfinə atmış, sonra divarın digər tərəfində olan ağaclığa keçib kəsdiyi aluminium dəmirlərini torbaya yığaraq oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 02 radələrində həmin yerin yaxınlığında olduğu zaman Post Patrul Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılanaraq Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə aparılmışdır. Bundan başqa o, 21 avqust 2025-ci il tarixdə saat 11:40 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində küçədən tapdığı uşaq arabası ilə dəmir yığmaq üçün küçədə gəzən zaman bir evin həyətindən çölə aliminium profillərin çıxdığını görmüş, bir qədər ətrafa nəzər salıb heç kimin olmamasından istifadə edib qaz borusunun üzərinə çıxmaqla hasara dırmaşıb hasardan evin həyətinə boylananda evdə heç kimin olmamasını müəyyən etmişdir. Fiziki cəhətdən zəif olması və sağ ayağının çürüməyə məruz qalması səbəbindən aliminium profilləri həyətdən çıxara bilməyib aşağı düşmüşdür. Ertəsi gün, yəni oğurluq edilən gün səhər saatlarında bir nəfər dəmir yığan şəxsin qırmızı rəngli “Vaz-011” markalı avtomobilini küçənin başında saxlayıb piyada dəmir axtardığını görüb ona yaxınlaşmış, onunla söhbət zamanı ona özünün həmin küçədə qaldığını, qonşunun həyətində olan aliminium profilləri satmağı üçün ona verdiyini, özünün evdə olmadığını və hasardan qalxıb profilləri götürə biləcəyini ona dediyini həmin şəxsə izah etmiş, profilləri oğurlamaq niyyətinin olmamasını deyib həmin şəxsi inandırdıqdan sonra onunla qiymət barədə razılaşdıqdan sonra həmin şəxs hasara qalxıb evin həyətində olan aliminium profilləri həyətə düşmədən evin həyətindən götürüb ona vermiş, o, bir birinə bağlanmış bir neçə ədəd aliminium profili həmin şəxsdən götürüb onun küçənin girişində saxladığı avtomobilinə tərəf getmiş, həmin şəxs avtomobil bir qədər uzaqda saxlandığından o, yol kənarında həmin profilləri qatlayıb əymiş və avtomobilin yanında profilləri ona 11,70 manata satmışdır. O əldə etdiyi pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, profilləri fərdi evin həyətindən götürən şəxsə profilləri ev sahibinin icazəsi ilə götürdüyünü deyərək onu aldatmış və həmin şəxsin oğurluq əməlində onunla əlbir olmadığını bildirmişdir. Verilən suallara cavabında bildirmişdir ki, narkotik istifadəçisidir, axsaya-axsaya yolu keçən zaman yolun kənarında divarın üstündə aliminium olduğunu görmüş, biraz fırlanmış, bir nəfər şəxsin dəmir aldığını dediyini görmüşdür, onda dəmir olduğunu demişdir, oradakı dəmiri durbanın üstünə çıxaraq kəsib ona satmışdır, həmin şəxsi dostunun evi olduğunu ona pay verdiyini deyərək aldatmışdır, 11 manat ona pul vermişdir, 6 ədəd aliminium olmuşdur, istintaq dövründə ittihamı eynəyi olmadığı üçün oxuya bilməmiş, vəkili oxumuşdur, o imza çəkməmişdir, bir qrup şəxs olmamışdır, o tək olmuşdur, aliminium satdığı adama oğurluq olduğunu deməmişdir, ziyanı ödəmək üçün imkanı yoxdur, darvaza bağlı olub olmadığını bilmir, satdığı şəxsi aldadıb dostu olduğunu, evdə olmadıqlarını deyib, həyətə girməmişdir, yolun kənarından hamamın üstündən götürüb satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmilş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunda olan zaman mobil telefonuna evinin müşahidə kamerasına nəzarət etmək üçün yüklədiyi “EZVİZ” proqramı vasitəsi ilə evinin yaxınlığında kiminsə olması barədə bildiriş gəlmiş, onların evinin hasarının yanında əlində arabası olan bir şəxs dayandığını görmüş, dostuna zəng etmişdir ki, gedib baxsın ki kimdir, dostu gəlib həmin şəxsi oradan çıxarmışdır, ondan iki gün sonra o, proqrama daxil olan zaman iki nəfər şəxsin evinin hasarının yanında dayandığını görmüş, bir qədər müşahidə etdikdə həmin şəxslərdən biri evinin hasarına qalxıb evin həyətində təmir məqsədi ilə aldığı 24 ədəd aliminium profili götürdüyünü görmüşdür. Bu şəxs yox digəri daxil olub, götürüb, bu şəxsə vermişdir, sonra ikisi də aşağı düşmüş biraz getdikdən sonra profili ağaca keçirmişlər, ondan sonra hara verdiklərini bilmir, müstəntiq gətirmişdir, hamısı telefonunda videogörüntüdə var. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavabında bildirmişdir ki, əvvəlki gün tək bu şəxs özü olmuş, arabası ilə gəlmiş durmuşdur, dostu gəlib göndərmişdir, növbəti gün gələndə o telefonu tutmayan yerdə olmuşdur, sonradan baxanda görmüşdür ki, artıq bu şəxs və digəri gəlib, bu axsadığına görə digər şəxs cavan adamdı o çıxıb qaz borularının arasından keçib, navesə keçib oradan buna verir, bu götürüb düşüb aşağı gedirlər, 24 ədəd profildir, kamerada da var, 4 metr uzunluğunda, 30 manat qiymətləndirilib, hal-hazırda şikayət və tələbi yoxdur, çardağın hasarına bitişik olmuşdur, hasarı aşıb girib götürüb, həyətə daxil olmadan götürmək olmaz, onlar rayonda olmuşlar, bu şəxsi tanımamışdır, küçədə dəmir yığan olduğunu görmüşdür, iki gün ondan əvvəl gəldiyini görmüşdür, darvaza bağlı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə İsgəndər oğlu ifadəsində göstərmişdir ki, onlardan oğurluqlar çox olur, 30 min manatı keçib, ona zəng edib demişlər ki, bu dəmirləri niyə sökdürür, o isə dəmir sökdürmədiyini bildirmişdir, gəlib baxmışlar, oğurlayan şəxsi tapmamışlar, qaçmışdır, ikinci dəfə ona məlumat vermişlər ki, dəmirlər sökülür, gəlib baxmışdır ki orada dayanıb, cibində şrup açan və bıçaq var, soruşmuşdur ki burada neyniyirsən o isə cavabında elektrik olduğunu iş götürdüyünü ora getdiyini bildirmişdir, bir dəfə gələndə yenə sökdüyünü görmüşlər bu dəfə maşını saxlayanda o hasardan özünü çölə atmışdır, sonrakı dəfə gələndə yerində tutmuş və polis idarəsinə məlumat vermişlər, polis maşını ilə aparmışlar, aparıb saxlayıb sonra buraxmışlar, buraxılandan sonra yenə gələndə oğurluq etdiyini görmüşlər, bu dəfə nazirliyə məktub yazmışlar ki dövlət əmlakını oğurlayır, Verilmiş suallara cavabında göstərmişdir ki, 4-6 metr olar, nazikdə var qalını da, ümumlikdə 5000 manat ziyan dəyib, bazar qiyməti ilə müəyyən olunub, bir dəfə gələndə tuta bilməmişlər, sonrakı dəfə gəlib maşını saxlayıb fəhlələrlə birlikdə onu tutmuşlar, əlində olmamışdır qırıb yerə atmışdır, kəsilənlər az olmuşdur, kisənin içində olub, lakin ondan əvvəl nə qədər oğurlanıb məlumatları yoxdur, saxlamamışdan əvvəl zaborun arxasından kisənin içindən özləri tapmışlar, amma bu şəxsi saxlayanda əlində az olub. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləyir polis serjantı rütbəsini daşıyır. 29 may 2025-ci il tarixdə saat 02 radələrində polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə 6852 saylı avtopatrulla Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində xidmətdə olan zaman Sabunçu RPİ-nin X1 rayonu, Heydər Əliyev prospekti, “Komsomol dairəsi” adlanan ərazidə komsomol yol ötürücü qovşağının istinad divarında olan aliminium boruların sökülərək oğurlanması barədə məlumat almış, məlumatı alan kimi dərhal hadisəsi yerinə getmiş, hadisə yerində olan zaman həmin şəxsin orada əlində olan ağ torbaya oğurladığı boruları yığdığını görərək onu şübhəli şəxs qismində Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə aparmışdırlar. Şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Doğma əmisi Zərərçəkmiş şəxs1 onunla qonşuluqda. ünvan 6 ünvanında yaşayır. Əmisi İlham öz yaşadığı evin həyətinə çardaq düzəltdimək üçün bir qədər dəmir materialları və aliminium materialından olan uzun profillər alıb yığmışdır. xx.xx.2025-ci il tarixdə saat ll:49-da əmisi Zərərçəkmiş şəxs1 Gədəbəy rayonunda olanda evinə quraşdırdığı müşahidə kamerasına siqnal daxil olmuş və mobil telefonunda həmin müşahidə kamerasının görüntülərinə baxanda görmüşdür ki, iki nəfər həyətindən aliminium profilləri oğurlayırlar. Bu barədə ona zəng edərək məlumat vermişdir. O, həmin video görüntülərə baxanda oğurluq edən şəxslərdən birini tanımış və həmin şəxsin tez-tez onların yaşadığı ünvanda gəzərək dəmir yığdığını görmüşdür. Bir neçə gün sonra onu yaşadığı ünvanda küçədə görərək ona həmin video görüntünü göstərmiş, həmin şəxs aliminium profilləri oğurlamasını etiraf etsə də sonradan suallarına doğru düzgün cavab verməyərək ondan uzaqlaşmışdır. Bu səbəbdən, xx.xx.2025-ci il tarixdə oğurluq hadisəsi ilə bağlı ərizə yazmaq üçün 12-ci PŞ-yə yaxınlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 7 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.8-10). Şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40 radələrində AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v 31); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 43). “təqdim edilən bir ədəd videodiskə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd, “WhatsApp Video 2025-08-26 at 19.22.55” və “WhatsApp Video 2025-08-26 at 19.22.56” adlı video fayllar olduğu müəyyən edildi. Diskdə olan görüntü ünvan 8 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmışdır. “WhatsApp Video 2025-08-26 at 19.22.55” adlı MP4 formatlı 02 dəqiqə 59 saniyəlik video çəkilişə baxış zamanı ekranın alt sol küncündə tarixin xx.xx.2025-ci il saat 12:19:42 olduğu, əynində qara rəngli şalvar və göy rəngli köynək olan Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsindən olan şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında divara bitişik olan qaz borusunun üzərində oturduğu, onların bir qədər söhbət edib ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra 12:21:01-də Təqsirləndirilən şəxs yanında olan şəxsin ayağa qalxaraq qaz borusunun üzərinə çıxıb evin daş hasarına qalxdığı, 12:21:39-da Təqsirləndirilən şəxs həmin şəxsin oğurluq əməlini siğortalamaq məqsədi ilə ayağa qalxdığı, ətrafda heç kimin olmamasından istifadə edib 12:21:58-də həmin şəxsin hasarın üstündən evin həyətinə düşmədən evin divarına bağlanmış formada olan aliminium profilləri bütöv formada Təqsirləndirilən şəxs verdiyi və həmin şəxsin hasardan aşağı düşdükdən sonra sərbəst halda hadisə yerindən asta addımlarla uzaqlaşması müşahidə edilir. “WhatsApp Video 2025-08-26 at 19.22.56” adlı MP4 formatlı 02 dəqiqə 11 saniyəlik video çəkilişə baxış zamanı ekranın üst sol küncündə tarixin, xx.xx.2025-ci il saat 12:23:34 olduğu, 12:23:57-də Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin fərdi yaşayış evlərinin qarşısında avtomobil yolu ilə piyada hərəkət etdikləri, Təqsirləndirilən şəxs sol əli ilə sol çiyninin üzərinə saxladığı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindən oğurladıqları aliminium profilləri fərdi yaşayış evinin qarşısında yanında olan şəxsin köməkliyi ilə ikiyə qatlayıb uzunluq ölçüsünü kiçiltdikdən sonra profilləri yanında olan şəxsə verdiyi və onun arxası ilə yollarına davam etdiyi müşahidə edilir(i.v.53-54). İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi Sabunçu dairəsində Əsəd Məmmədov küçəsindən üzü Elşən Mehdiyev küçəsi istiqamətində hərəkət edərkən qara rəngli qoşa qapılı darvazası olan fərdi yaşayış evinin qarşısında avtomobili saxlatdıraraq həmin evin həyətindən oğurluq etdiyini bildirmişdir(i.v.57). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 60-61). Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(i.v.77-81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 azadlıqdan məhrum edilmişdir. xx.xx.2009-cu il tarixdə Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən çəkilməmiş 11 ay 16 gün 1/2 qədər azaldılaraq üzərində 5 ay 23 gün cəza saxlanılmışdır. xx.xx.2009-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin, xx.xx.2009cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin, xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edimişdir. Bundan başqa o, Sabunçu rayon Məhkəməsinin, xx.xx.2018-ci iltarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Sabunçu rayon Məhkəməsinin, xx.xx.2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edimişdir. Bundan başqa o, Abşeron rayon Məhkəməsinin, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edimişdir. xx.xx.2024-cü il tarixdə cəzası bitib, qeydiyyatdan çıxarılmışdır(i.v.82-85). Abşeron Rayon Məhkəməsinin 1(012)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AZərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(i.v.87-93). Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunmuşdur(i.v.95). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Sabunçu qəsəbəsi hava limanı yolundan şəhər istiqamətə gedən yoldur, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.102-105). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur(i.v.119). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.128-129). Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.137-139). Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 29 ədəd aluminium boruları iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs maddi sübutlarla tanış edildikdən sonra saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir(i.v.140). Zərərçəkmiş hüquqi şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır(i.v.150). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə İsgəndər oğlu ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi qismində tanınmışdır(i.v.155). 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.163, 165) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu qəsəbəsində saxlanılaraq PŞ-nə gətirilmişdir(i.v.167). 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir(i.v.168). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.171-172). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.173). Cinayət işlərinin bir istintaq icraatında birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş, ibtidai istintaq bir icraatda ********* nömrə ilə davam etdirilmiş və cinayət işi üzrə ümumi nömrə ********* saxlanılmışdır(i.v.176-177). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir(i.v.180). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, təqsirlənlirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin əlamətləri müəyyən edilmədiyindən barəsində həmin hissə üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Cinayət işi üzrə Təqsirləndirilən şəxs, zərərçəkmişlər Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə İsgəndər oğlunun, şahidlər Şahid2, Şahid1, Şahid3 ifadələri, ifadələrin yerində yoxlanılmasına dair protokollar, "Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollar, həmçinin xx.xx.2025-ci il tapixli “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” protkol sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa bir cinayət işi ayrılmış və icraata qəbul edilmiş, ayrılmış cinayət işi ********* nömrəsi altında istintaqı davam etirilmiş, təqsirlənlirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Nümayəndə İsgəndər oğlunun ərizə və ifadələri nəzərə alınaraq, Təqsirləndirilən şəxs cinayətkar qəsdlərinin yönəldiyi əmlakın dəyəri müvafiq olaraq, 5000 manat və 720,00 manat məbləğində qiymətləndirilmiş, dəymiş maddi ziyanın miqdarı həmin məbləğlərdə hesablanmışdır(i.v.198-206). Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəməyədək etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM-nin 144- 146). Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs1 evindən oğurluq edilməsində bir qrup şəxs olması ilə bağlı hissədə özünü təqsirli bilməmişdir. Belə ki, iş üzrə olan 02 dəqiqə 59 saniyəlik video çəkilişdən görünür ki, xx.xx.2025-ci il saat 12:19:42 olduğu, əynində qara rəngli şalvar və göy rəngli köynək olan Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsindən olan şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında divara bitişik olan qaz borusunun üzərində oturmuş, onların bir qədər söhbət edib ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra 12:21:01-də Təqsirləndirilən şəxs yanında olan şəxsin ayağa qalxaraq qaz borusunun üzərinə çıxıb evin daş hasarına qalxdığı, 12:21:39da Təqsirləndirilən şəxs həmin şəxsin oğurluq əməlini sığortalamaq məqsədi ilə ayağa qalxdığı, ətrafda heç kimin olmamasından istifadə edib 12:21:58-də həmin şəxsin hasarın üstündən evin həyətinə düşmədən evin divarına bağlanmış formada olan aliminium profilləri bütöv formada Təqsirləndirilən şəxs verdiyi və həmin şəxsin hasardan aşağı düşdükdən sonra sərbəst halda hadisə yerindən asta addımlarla uzaqlaşması müşahidə edilir. Təqsirləndirilən şəxs video görüntünün tədqiqi zamanı onların dayanın heç kimin gəlməməsinin müşahidə etməsinə, aralarında danışıqların aparılmasına heç bir məntiqli cavab verə bilməmiş, buna dair inandırıcı dəlilini məhkəmə təqdim edə bilməmişdir. Video görüntüdən aydın olur ki, təqsirləndirilən şəxs və onun yanında olan şəxsiyyəti istintaqa bəlli olmayan şəxsin bir qədər söhbət edib ətrafda heç kimin olmamasını müəyyən etməsi, bundan sonra Təqsirləndirilən şəxs yanında olan şəxsin ayağa qalxaraq qaz borusunun üzərinə çıxıb evin daş hasarına qalxması, Təqsirləndirilən şəxs həmin şəxsin oğurluq əməlini sığortalamaq məqsədi ilə ayağa qalxıb ətrafda heç kimin olmamasından istifadə edib həmin şəxsin hasarın üstündən evin həyətində evin divarına bağlanmış formada olan aliminium profilləri götürməsi onların qabaqcadan razılığa gəlməsinə dəlalət edir. İş materiallarında olan 02 dəqiqə 11 saniyəlik digər video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin fərdi yaşayış evlərinin qarşısında avtomobil yolu ilə piyada hərəkət edir, Təqsirləndirilən şəxs sol əli ilə sol çiyninin üzərinə saxladığı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindən oğurladıqları aliminium profilləri fərdi yaşayış evinin qarşısında yanında olan şəxsin köməkliyi ilə ikiyə qatlayıb uzunluq ölçüsünü kiçiltdikdən sonra profilləri yanında olan şəxsə verdiyi və onun arxası ilə yollarına davam etdiyi müşahidə edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslə yanında olan şəxsin evə qapıdan deyil hasardan çıxaraq daxil olması, onların birlikdə bir müddət ətrafda heç kimin olmamasını izləməsi, heç kimin görməməsinə əmin olduqdan və ətrafda heç kimin olmamasını müşahidə etdikdən sonra təqsirləndirilən şəxsin yanında olmuş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin hasara qalxaraq evin həyətinə daxil olması, oğurladıqları aliminium profilləri götürdükdən sonra həmin profilləri birlikdə apararaq, ikiyə qatlayıb uzunluq ölçüsünü kiçildərək pofilləri yanında olan şəxsə verilməsi və təqsirləndirilən şəxsin yanında olan şəxsin arxası ilə yollarına davam etməsi onların qabaqcadan razılaşması kimi qiymətləndirilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxsin dəlili iş üzrə olan sübutlarla təkzib edilir, bu səbəbdən də onun özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi(CM 59.1.14) onun cəzasını yüngülləşdirən hal hesab edilir. Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Zərərçəkmiş şəxs1 epizodu üzrə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edimişdir. xx.xx.2024cü il tarixdə cəzası bitib, qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması(bir epizod üzrə şikayət və tələbin olmaması) və ağırlaşdıran hallar(residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, maddi sübut DVD disklər iş materiallarında saxlanılmalı, Sabunçu RPİ-nin saxlancına verilmiş kəsilmiş halda olan 29 ədəd aluminium borular hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02(iki) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 30 iyun 2025-ci il tarixdən 02 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 22 avqust 2025-ci il tarixdən 23 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- DVD disklər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlancına verilmiş kəsilmiş halda olan 29 ədəd aluminium borular hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 21 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 231 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-737/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-737/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver