Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-738/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-cİ il tarixdə saat 09 radələrində Bakı şəhəri Sabunçu rayonu,Yeni Ramana qəsəbəsi qömrəsiz fərdi evin yaxınlığında icarəyə götürüdüyü mağazada əvvəllər mal qəbuledicisi işləmiş Zərərçəkmiş şəxs mağazadan malların əskik gəlməsi ilə bağlı aralannda şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli İlə sonuncunun boğazından tutub yerə yıxaraq qəsdən dirsəyi ilə sifətindən vuraraq Zərərçəkmiş şəxs sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvası ətrafı- almacıq-yanaq və üst dodaq nahiyələrinin dərialtı hematomaları; boyun və sol kürək nahiyələrinin qançırları müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2 ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs onun icarə ilə işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən mağazada mal qəbul edicisi vəzifəsində işləmişdir. 05 oktyabr 2022ci il tarixdə mağazaya mal verən “Araz" şirkətindən daxil olmuş malların hesabatını apardıqda ona məlum olmuşdur ki, mağazada mallar yoxdur, satışa verilməmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, təxminən 12.000 manatlıq mal mağazada yoxdur və bundan sonra mağazada nəzarəti gücləndirmiş, kameralarla müşahidələr keçirmişdir. Kameraya baxan zaman ona məlum olmuşdur ki, mağazadan oğurluğu mal qəbuledicisi Səfər edir. Bundan sonra Səfərə bu barədə bildirdikdə Səfər bu barədə heç kimə bildirməməsini, oğurladıqlarını qəpiyinə kimi qaytaracağını bildirmişdir. Onun Səfərə yazığı gəlmiş və mallara görə pulların qaytarılmasına möhlət vermişdir. Səhəri günü Səfərə telefonla yığıb pulu nə vaxt ödəyəcəyini soruşduqda Səfər ona pul verməyəcəyini mağazada olmuş oğurluqla bağlı polisə müraciət etməsini bildirmişdir. 17 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gedərək Səfərin mağazadan oğurluq etməsi barədə ərizə yazmışdır. Onun Səfərə etdiyi yaxşılıqlannın əvəzində Səfərin ona qarşı etdiyi hərəkəti özündə bağlışlaya bilməyib Səfərə zəng edərək görüşmək istədiyini bildirmişdir. 19 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində Səfəri onun yaşadığı evdən götürüb idarə etdiyi avtomobillə özünə məxsus evinə tərəf gətirmişdir. Səfərlə avtomobildən düşüb küçədə söhbətə başlayaraq Səfərdən mağazadan oğurladığı mallara görə pulları nə vaxt qaytaracağını soruşduqda Səfər ona veriləsi bir manat belə pulunun olmadığını deyib şikayət etməsini bildirmişdir. Həmin vaxt əsəbləşib Səfəri vurmuşdur, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 4-5 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Elşad onunla qonşuluqda Bakı şəhəri Ramana qəsəbəsində yaşayır. Elşad yaşadığı evin yaxınlığında olan bir mərtəbədən ibarət mağazanı icarə əsasında işlədir. Elşad həmin mağazanı «Araz» mağazalar şirkəti ilə işlədir. Onunla Elşad ilə əvvələr yaxın münasibəti olduğundan həmin mağazanı açılışından onun yanında işləmişdir və mağaza açılandan sonra 2022-ci ilin fevral ayından həmin mağazada mal qəbulçusu işləmişdir. Mağazadan ondan başqa iki nəfər qız da işləmişdir. 16 oktyabr 2022-ci il tarixdə Elşaddan icazə alıb Salyan rayonuna getmişdir. Salyan rayonunda olarkən Elşad onunla əlaqə saxlayaraq onun işlədiyi mağazadan 6000 manat malın əskik gəlməsini, bununla bağlı ondan şikayətçi olmasını və Bakı şəhərinə qayıtmasını bildirmişdir. O Bakı şəhərinə birbaşa Elşadın işlətdiyi mağazaya qayıtmış və Elşadda mağazanın qarşısında rastlaşmışdır. Elşad icarə əsasında işətdiyi mağazadan 6000 manat malın əskik gəlməsini, ondan şübhələnməsini bildirmişdir. O Elşada mağazadan oğurluq etmədiyini, ondan şübhələndiyi halda polisə müraciət etməsini bildirmişdir. Elşad ondan artıq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etməsini bildirmişdir. Elşad ondan mağazadan əskik gəlmiş malların 6000 manat pulunu tələb etdikdə o Elşada mağazadan hər hansı bir məbləğdə malın pulunu mənimsəmədiyini bildirib ona hər hansı bir məbləğdə pul qaytarmayacağını bildirmişdir. 19 oktyabr 2022-ci il tarixdə saat səhər 09 radələrində yaşadığı evdə olarkən evin qapı və pəncərəsinin döyülməsini eşidib çölə çıxdıqda Elşadın çöldə olmasını və onunla işinin olmasını bildirmişdir. Elşad ona onun idarə etdiyi avtomobilə əyləşməsini bildirmişdir. O Elşadın idarə etdiyi avtomobilə əyləşəndən sonra Elşad idarə etdiyi avtomobili yaşadığı evdən aralı olan Ramana qəsəbəsində yeni tikdirdiyi evinin yaxınlığına sürmüşdür. Evin yaxınlığında maşını saxlamış və onlar maşından düşmüşlər. Maşından düşdükdə Elşad yenə ondan mağazadan əskik gəlmiş malların 6000 manat pulu tələb etdikdə her hansı bir məbləğdə pul verməyəcəyini bildirdikdə onunla mübahisə edib nəlayiq sözlərlə onu təhqir edib hər iki əli ilə boğazından tutaraq idman fəndi işlədib onu yerə yıxaraq dirsəyi ilə sifət nahiyəsindən zərbə vurmuşdur. Onunla Elşad arasında olan hadisəyə dayısı oğlu Anar və qardaşı Ruslan da gəlib çıxmış və onları ayırmışlar. Hadisəyə qədər Elşad ilə aralarında münasibət mehriban olmuşdur, Elşadın işlətdiyi mağazadan 6000 manat məbləğində malın pulunun əskik gəlməsinə görə aralarında soyuq münasibət yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi evin qarşısında baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 8-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2022-ci il tarixli, 2491 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvası ətrafı-almacıq-yanaq və üst dodaq nahiyələrinin dərialtı hematomaları; boyun və sol kürək nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan 19 oktyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v.24-25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.33); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.34); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-738/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-738/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver