Məhkəmə qərarları › İş №1(008)-74/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-74/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-74/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs5 iştirakı ilə xx xxx 1969-cu il tarixdə Gədəbəy rayonu, Düzrəsulu kəndində doğulmuş, subay, əvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 qızma torpaq sahəsinə sənəd hazırlayıb həmin torpaq sahəsini sataraq əldə edəcəyi qazancdan ona da qazanc verəcəyi barədə yalan vəd verərək etibarını qazandıqdan sonra 05 may 2019-cu il tarixdə, saat 12:00 radələrindən 2019-cu ilin may ayının axırmadək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində 12.000 manat pulunu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 qızma bəxtini açacağı, ailə üzvlərinə ruzi və sağlamlıq duaları yazacağı, bacısı Solmazın ailə qurması üçün bəxtini açacağı barədə yalan vədlər verərək etibarını qazandıqdan sonra 2020-ci ilin mart ayının əvvəlindən 2020ci ilin avqust ayının ortalarmadək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanda hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11.500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızma ailə həyatı qurmasına və işə düzəlməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək etibarını qazandıqdan sonra 01 may 2021ci il tarixdə, saat 15:00 radələrində 20 manat, 02 may 2021-ci il tarixdə, saat 11:00 radələrində 40 manat pulunu yaşadığı ünvan 2 ünvanda, 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində 370 manat, 05 may 2021-ci il tarixdə, saat 14:00 radələrində 190 manat, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində 350 manat pulunu ünvan 3 ünvanında yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 970 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızma ailə problemlərini həll edəcəyi və iş tapmasına köməklik edəcəyi barədə yalan vədlər verərək etibarını qazandıqdan sonra 02 may 2021-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı ünvan 2 ünvanda 60 manat, 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində 360 manat, 05 may 2021-ci il tarixdə, saat 14:00 radələrində 50 manat, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində 40 manat pulunu ünvan 4 ünvanında yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 510 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 falçılığı öyrədəcəyi və onun atası Zərərçəkmiş şəxs3 həbsdə saxlandığı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından azad etdirəcəyi barədə yalan vədlər verərək etibarını qazandıqdan sonra 2021-ci ilin may-iyun aylarında Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin xidməti ərazisində yerləşən Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən «Malina» adlı restoranın yaxınlığında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 7.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 tanıyır. Belə ki, Nailə 05 may 2019-cu il tarixdə onun yaşadığı ünvan 2 ünvana gəlmiş, söhbət zamanı Nailəyə Gəncə şəhərində yerləşən torpaq sahəsini sənədləşdirmək üçün ona 30.000 manat pul lazım olduğunu demişdir. Həmin torpaq sahəsinin sənədlərini hazırladıqdan sonra torpaq sahəsini satıb əldə etdiyi qazancdan ona da qazanc verəcəkdir. Nailə də onunla razılaşmış və 05 may 2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində ona ilkin olaraq 100 manat, 30 may 2019-cu il tarixədək olan müddət ərzində yenə də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində hissə-hissə olmaqla 12.000 manat pul vermişdir. Lakin işləri alınmadığına görə maddi çətinlikləri yaranmış və Nailədən aldığı 12.000 manat pulu ona qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs4 tanıyır. 2020-ci ilin mart ayının əvvəllərində Günel fala baxdırmaq üçün yaşadığı ünvan 2 ünvana gəlmişdir. Günelə bəxtini açacağını, ailə üzvlərinə ruzi və sağlamlıq duaları yazacağını, bacısı Solmazın ailə qurması üçün bəxtini açacağını deyərək ilk dəfə ondan 300 manat pul istəmişdir. Günel onunla razılaşaraq 300 manat pul vermişdir. Bundan sonra 2019-cu ilin avqust ayının ortalarmadək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanda Güneldən hissə-hissə olmaqla ümumilikdə 11.500 manat pul almışdır. 01 may 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 bacısı Elnarə ilə birlikdə yaşadığı ünvan 2 ünvana gəlmişlər. Elgünə bəxtini bağladıqlarını, ruzi yollarının bağlı olduğunu, onun ailə həyatı qurmasına və işə düzəlməsinə köməklik edəcəyini deyərək etibarını qazandıqdan sonra 01 may 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvan 2 ünvanda 20 manat, 02 may 2021-ci il tarixdə, saat 11:00 radələrində 40 manat, 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 370 manat, 05 may 2021-ci il tarixdə, saat 14:00 radələrində həmin ünvanda 190 manat, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində 350 manat pulunu almışdır. Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 970 manat pulunu almışdır. Zərərçəkmiş şəxs2 tanıyır. 01 may 2021-ci il tarixdə Elnarə bacısı Elgün ilə birlikdə onun yaşadığı ünvan 6 ünvana gəlmişlər. Elnarəyə onun bütün problemlərini həll edəcəyini, həm ailə problemlərini, həm də iş tapmağında bəxtini açacağını demişdir. 02 may 2021-ci il tarixdə, saat 11:00 radələrində Elnarə bacısı Elgün ilə birlikdə yaşadığı ünvana gələrək ilk dəfə ona 60 manat pul vermişdir. Daha sonra 03 may 2021-ci il tarixdə bacısı Elgün ilə birlikdə yaşadığı ünvana gəldikdə ona bəxtini açmaq üçün yenidən 360 manat pul verməli olduğunu demişdir. Həmin gün yəni, 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 360 manat pulu Elnarədən almışdır. 05 may 2021-ci il tarixdə, saat 14:00 radələrində həmin ünvanda 50 manat, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində 40 manat pulu Elnarədən almışdır. Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə 510 manat pul almışdır. Zərərçəkmiş şəxs3lə 2021-ci ildə tanış olmuşdur. Sonradan V.S.Ağayev onunla ünsiyyət qurmuş və ona atası ilə bağlı problemlərini danışmışdır. V.S.Ağaynv ona atası Ş.X.Ağayevin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə olduğunu dedikdə ona kömək edəcəyini demişdir. Bir müddət sonra V.S.Ağayevə demişdir ki, ona baxıcılığı öyrədəcək və pul qazanıb atasını türmədən çıxaraçaqlar. V.S.Ağayev da onunla razılaşmışdır. V.S.Ağaevə atası Ş.X.Ağayevu həbsdə saxlandığı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından azad etdirəcəyini və falçılığı öyrədəcəyini deyərək 2021-ci ilin may-iyun aylarında Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin xidməti ərazisində yerləşən Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən «Malina» adlı restoranın yaxınlığında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pulunu almışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, falçılıq fəaliyyəti ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxs yanına gedərək ailəsinin ruzi-bərəkətini artırmaq üçün müraciət etmiş, Zöhrə ona üzərində dua yazıları olan kağızı verərək demişdir ki, həmin kağızı evində bir yerə yerləşdirsin, ruzibərəkəti artacaqdır. Beləliklə, Zöhrə ilə tanış olmuş, bir müddət sonra Zöhrə ona zəng edərək yaşadığı evə getməsini demiş, ona görə də 05 may 2019-cu il tarixdə Zöhrənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evə getmişdir. Söhbət zamanı Zöhrə ona demişdir ki, Gəncə şəhərində yerləşən torpaq sahəsini sənədləşdirməsi üçün ona 30.000 manat pul lazımdır. Həmin torpaq sahəsinin sənədlərini hazırladıqdan sonra torpaq sahəsini satacaq və əldə etdiyi qazancdan ona da qazanc verəcəkdir. Zöhrənin sözlərinə inanmış və 05 may 2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində Zöhrəyə ilkin olaraq 100 manat pul vermiş, bundan sonra 30 may 2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində hissə-hissə olmaqla Zöhrəyə 12.000 manat pul vermişdir. Lakin bundan sonra Zöhrə müxtəlif bəhanələr gətirərək ona heç bir məbləğdə pul qaytarmamış, sonradan məlum olmuşdur ki, Zöhrə başqa vətəndaşları da aldadaraq onların da müxtəlif məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Sonradan bilmişdir ki, Zöhrənin niyyəti qabaqcadan onun pulunu aldatma yolu ilə ələ keçirmək olmuşdur. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs 12.000 manat pulu hissə-hissə olmaqla 05 may 2019- cu il tarixdən 30 may 2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 307 nömrəli tam orta məktəbin həyətində vermiş, Zöhrə bildirmişdir ki, Gəncə şəhərində olan torpaq sahəsinin sənədlərini hazırlayıb sataraq əldə etdiyi qazancdan ona da qazanc verəcəkdir. Təqsirləndirilən şəxs vermiş olduğu 12.000 manat pul özünə məxsusdur. Belə ki, həmin pulun bir hissəsini müxtəlif şəxslərdən alsa da sonradan həmin pulları tamamilə qaytarmışdır, yəni, hadisə nəticəsində ona 12.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 01 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdə 20 manat, 02 may 2021-ci il tarixdə saat 11:00 radələrində 40 manat pul vermişdir. 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 370 manat, 05 may 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 190 manat, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 350 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun ailə həyatı quracağına və işə düzələcəyinə kömək edəcəyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bacısı Elgün ona Təqsirləndirilən şəxs falçı fəaliyyəti ilə məşğul olduğunu və qadınlara iş tapmaq üçün bəxtini açdığını demişdir. Bu səbəbdən ilk dəfə 01 may 2021-ci il tarixdə bacısı Elgün ilə birlikdə Zöhrənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Əlillər binası» adlandırılan ünvana getmişlər. Həmin evdə olduqları zaman Zöhrə ona demişdir ki, «sənin bütün problemlərini həll edəcəm, həm ailə problemlərini, həm də iş tapmağında sənin bəxtini açacam». 02 may 2021-ci il tarixdə bacısı Elgün ilə birlikdə Zöhrənin evinə gedərək 60 manat pulu Zöhrəyə vermişdir. Daha sonra yenidən 03 may 2021 -ci il tarixdə bacısı Elgün ilə birlikdə Zöhrənin yaşadığı evə getmişlər. Zöhrə demişdir ki, «sənin bəxtini açmaq üçün yenidən 360 manat pul verməlisən». Bundan sonra Zöhrə Bakıxanov qəsəbəsinə gələrək ondan 360 manat pulu götürmüşdür. Bundan sonra 05 may 2021-ci il tarixdə bacısı Elgün ilə Zöhrənin yaşadığı Zabrat qəsəbəsində yerləşən evinə getdikdə Zöhrə demişdir ki, «ailə problemlərini bütünlükdə həll edəcəm, qızın ilə münasibətlərin qaydasına düşəcək, bunun müqabilində yenidən 50 manat verməlisən». Bundan sonra həmin gün Bakıxanov qəsəbəsində 50 manat pulu Zöhrəyə vermişdir. Daha sonra 07 may 2021-ci il tarixdə bacısı Elgün ilə birlikdə Zöhrənin yaşadığı evə getmişlər. Zöhrə demişdir ki, «sənin ərin başqa qadınlarla münasibət qurur, sənin bəxtini bağlayan var, yenidən mənə 40 manat ver, bəxtini açım». Həmin gün yenidən Bakıxanov qəsəbəsində Zöhrəyə 40 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ilk dəfə 02 may 2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdə 60 manat pul vermişdir. 03 may 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 360 manat, 05 may 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 50 manat, 07 may 2021-ci il tarixdə saat 15:00 radələrində ünvan 4 ünvanda yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında 40 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun ailə problemlərini həll edəcəyini və işə düzəlməyinə kömək edəcəyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində fala baxdırmaq üçün Zabrat qəsəbəsində yaşayan Zöhrə adlı falçının yanına getmişdir. Fala baxmaq üçün həmin vaxt Zöhrə ilk olaraq 300 manat pul alsa da, sonradan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 11.200 manat pul almışdır. Zöhrə hər dəfə müxtəlif bəhanələrlə aldadaraq onun və ailə üzvlərinin bəxtini açacağına, ruzi və sağlamlıq duaları yazacağına, bacısı Solmazın ailə qurması üçün bəxtini açacağına söz vermişdir. Lakin, sonradan Zöhrənin onu aldadaraq 11.500 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun həyat yoldaşıdır. Falçılıq fəaliyyəti ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır. Belə ki, Zöhrəni həyat yoldaşı Nailənin vasitəsilə tanımışdır. 2019-cu ilin may ayı ərzində həyat yoldaşı Nailə Zöhrəyə hissə-hissə olmaqla 12.000 manat pul vermişdir. Zöhrə həmin pulu Gəncə şəhərində yerləşən dəqiq ünvanını bilmədiyi torpaq sahəsini sənədləşdirmək adı ilə almış və həmin torpaq sahəsinin satışından əldə ediləcək qazancdan arvadı Nailəyə də qazanc verəcəyini vəd etmişdir. Arvadı Nailə də Zöhrəyə inandığına görə qeyd etdiyi məbləğdə pulu ona vermişdir. Lakin, Zöhrə, arvadı Nailədən aldığı pulu müxtəlif bəhanələr gətirərək qaytarmadıqda, məlum olmuşdur ki, Zöhrə arvadı Nailəni aldadaraq onun 12000 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 03 noyabr 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar törədilməklə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla təkrar törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X1 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X2 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını dəymiş ziyanın ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 29 sentyabr 2021-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 229). Cinayət işinin materiallarında olan 30 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir(cild 01, səh., 237). Cinayət işinin materiallarında olan 01 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh., 02). Cinayət işinin materiallarında olan 01 oktyabr 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin imtina olunması haqqında Bakı şəh.,Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 02, səh., 15). Cinayət işinin materiallarında olan 01 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilmişdir(cild 02, səh., 18). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə » növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdikləri 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 5.000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2021ci il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlama müddəti nəzərə alınsın və təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs qızının üzərində qəti olaraq 4.800 (dörd min, səkkiz yüz ) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdikləri 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar