Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-74/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakı ilə xx xxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-X7 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, X12 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul-noyabr aylarında Zərərçəkmiş şəxs1 özünü jurnalist kimi təqdim edərək onun şəhid oğlu X5 haqqında kitab yazıb çap etdirəcəyini vəd edərək, 15 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda 3.500 manat məbləğində pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 həmin məbləğ pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa X12 təkrar olaraq tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 işgüzar əlaqələrinin geniş olduğunu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu yalan olaraq bildirib etibarını qazanaraq əri X3 xəstəliyi ilə əlaqədar təqaüdə çıxmasına kömək edəcəyini vəd edərək 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 1.500 manat məbləğində pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 həmin məbləğ pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa X12 təkrar oaraq tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunusuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 işgüzar əlaqələrinin geniş olduğunu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləyən yükəsk vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu yalan olaraq bildirib etibar qazanaraq sonuncunun qızı X4 Müdafiə Nazirliyində maliyyə sahəsi üzrə işə düzəlməsinə kömək edəcəyini vəd edərək, 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs3 3.300 manat məbləğində pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs3 həmin məbləğ pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 15 iyul 2021-ci il tarixdə Bərdə şəhərində şəhid Xudayar Yusifzadənin doğum günü mərasimində tanımışdır. Həmin vaxtdan sonra onun Nailə ilə münasibəti yaranmışdır. O, Nailənin oğlu Kamranın da 44 günlük Vətən müharibəsində şəhid olduğunu bilmişdir. Bundan sonra o bəzi vaxt Nailənin yaşadığı ünvan 4 ünvanına getmişdir. Həmin ərəfədə Nailə ona şəhid oğlu Kamranın barəsində kitab yazdırmaq və ya qısa metrajlı bir film ç əkdirmək istədiyini demiş və bu işdə Nailəyə kömək etməyini xahiş etmişdir. O, Nailəyə jurnalist kimi fəaliyyət göstərdiyini, Kamranın barəsində kitab yazacağını demişdir. Nailəyə kitab yazıb çap etdirmək üçün maliyyəyə ehtiyac olduğunu demişdir. Nailə kitabın yazılması ilə bağlı xərci qarşılayacağını demişdir. Bundan sonra o, Nailədən 3.500 manat pul istəmişdir. 15 noyabr 2021-ci il tarixdə yaşadığı evdə Nailə ona 3.500 manat pul vermişdir. Bir neçə gün sonra Nailə ona bacısı Nahidənin əri Mirzənin xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına və Yazgülün işsiz olan qızı Nazilənin işə qəbul edilməsinə kömək etməyini xahiş etmişdir. O, Nailəyə dedikləri işin həll olunmasına kömək edəcəyini demişdir. Bunun üçün Nahidənin 1.500 manat, Yazgülün isə 3.500 manat pul verməsini demişdir. Bir neçə gün sonra o, Nailənin evində olarkən Nahidə və Yazgüllə görüşüb söhbət etmişdir. O, Nahidəyə əri Mirzənin pensiyaya çıxmasına, Yazgülə isə qızı Nazilənin Müdafiə Nazirliyində işə qəbul edilməsinə kömək edəcəyini demiş, həmin şəxslərdən pul istəmişdir. Nahidə 1.500 manat pul verəcəyini demişdir. Yazgül isə ona 3.500 manat pul verəcəyini demişdir. Bir neçə gün sonra, yəni 01 dekabr 2021-ci il tarixdə o, Nailənin yaşadığı evə getmişdir. Nahidə və Yazgül də Nailənin evinə gəlmişlər. Həmin vaxt Nahidə ona 1.500 manat pul vermişdir. Yazgül isə 3.300 manat pul verib bankdan kredit formasında pul götürdüyünü demişdir. O, şəhid Kamranın barəsində kitab yazmaq üçün Nailənin yaşadığı evə tez-tez gedərək onun barəsində məlumat toplamışdır. 2022-ci il əvvəlində ərinin xəstə olması səbəbindən aldığı pulları o, ərinin müalicəsinə sərf etmişdir. Onda pul qalmadığı üçün verdiyi vədi yerinə yetirə bilməmişdir. Bu səbəbdən Nailə, Nahidə və Yazgül verdikləri pullarını istəmişlər. O, həmin şəxslərdən bir neçə dəfə vaxt alsa da onun pulunu qaytarmaq üçün pul əldə edə bilməmişdir. Törətdiyi əməldən peşmandır. Əməli etiraf edir. Dəymiş ziyanı ödəmişdir. Törədilmiş əməl üzrə cəlb etmə müddəti kediyindən, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 fevral 2001-ci il təvəllüdlü oğlu K.F.Qasımov 27 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. O, 15 iyul 2021-ci il tarixdə şəhid Xudayar Yusifzadənin doğum günü ilə əlaqədar anasının yaşadığı Bərdə rayonuna getmişdir. Həmin vaxt o, mərasimdə iştirak etmiş L.C.Cavadova ilə tanış olmuşdur. Lalə ilə tanış olduqdan sonra onunla münasibəti yaranmışdır. Bundan sonra Lalə mütəmadi olaraq onun yaşadığı evə gəlib-getməyə başlamışdır. 2021-ci ilin oktyabr ayında Lalə onun şəhid oğlu K.F.Qasımov haqqında kitab yaza biləcəyini demişdir. O, şəhid oğlu Kamranın haqqında kitab yazılmasına razılıq vermişdir. Bundan sonra Lalə o, şəhid Kamranın haqqında kitab yazıb çap etdirməsi üçün 3.500 manat pulun lazım olduğunu demişdir. O, şəhid Kamranın barəsində kitab yazılıb çap edilməsi üçün Laləyə 3.500 manat pul verməyə razı olmuşdur. 15 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Lalə onun yaşadığı ünvan 5 ünvana gəlmişdir. O, həmin ünvanda Laləyə 3.500 manat pul vermişdir. Bundan sonra Lalə mütəmadi olaraq onun yaşadığı evə gəlib getməyə, şəhid oğlu Kamranın haqqında məlumat toplamağa başlamışdır. Lalə Kamranın döyüş yoldaşları ilə görüşüb Kamran haqqında məlumat toplayacağını, 2022-ci ilin əvvəllərində Kamranın barəsində kitabı hazırlayıb ona təhvil verəcəyini demişdir. Lalə ona geniş əlaqələrinin, işgüzar nüfuzunun, yüksək vəzifəli şəxslərlə münasibətinin olduğunu, Müdafiə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şəxslərlə tanış münasibətinin olduğunu, həmin şəxslərin Lalənin sözünü eşitdilərini, həmin şəxslərin köməyi ilə xəstəliklə əlaqədar şəxsləri pensiyaya çıxara bildiyini və Müdafiə Nazirliyində işə qəbul etdirə bildiyini demişdir. O, bu barədə bacısı Nahidəyə demişdir. Nahidə ona Lalə ilə danışmağını, Lalədən əri M.M.Qasımovu pensiyaya çıxmasında köməklik etməsini xahiş etməyini demişdir. Bundan sonra o Laləyə bacısı Nahidənin əri M.M.Qasımovun xəstəliyi ilə əlaqədar pensiya çıxmasına köməklik etməsini demişdir. Lalə bu işin çox asan bir iş olduğunu, M.M.Qasımovun xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına kömək edəcəyini demiş və bunun üçün 1.500 manat pul istəmişdir. O, Lalənin 1.500 manat pul istədiyini bacısı Nahidəyə demişdir. Nahidə əri M.M.Qasımovun pensiyaya çıxacağı halda 1.500 manat pul verməyə razı olmuşdur. Həmin ərəfədə onun qaynı qızı Nazilə işsiz olmuş və iş axtarmışdır. O, bu barədə Laləyə demiş və Nazilənin maliyyə sahəsi üzrə mütəxəssis olduğunu demiş və Naziləyə uyğun bir iş tapmasını xahiş etmişdir. X15 Nazirliyində maliyyə sahəsi üzrə işə düzəldəcəyinə söz vermişdir. Nazilənin yüksək əmək haqqı alacağını demiş və bunun üçün 3.500 manat pul istəmişdir. O, bu barədə Nazilənin anası Yazgülə demişdir. Yazgülün qızı Nazilənin işə qəbul olunması üçün Laləyə 3.300 manat pul verməyə razı olmuşdur. 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Lalə onun yaşadığı evə gələrək Nahidədən və Yazgüldən pul almaq üçün gəldiyini demişdir. O, Nahidə və Yazgülü yaşadığı evə çağırmışdır. Onun yanında Nahidə Laləyə 1.500 manat və Yazgül Laləyə 3.300 manat pul vermişdir. Lalə bir ay müddətində Nahidənin əri M.M.Qasımovun pensiya işinin həll olunacağını və Yazgülün qızı Nazilənin işə çıxacağını demişdir. Bundan sonra o, mütəmadi olaraq mobil telefon vasitəsi ilə Lalə ilə əlaqə saxlayıb işin gedişi barədə soruşmuşdur. Lalə hər dəfə ona narahat olmamağını, pul alıb vəd verdiyi işləri yerinə yetirəcəyini demişdir. Lakin Lalə söz verdiyi vaxt ərzində onun şəhid oğlu Kamranın adına kitab çap etdirməmiş, Nahidənin əri M.M.Qasımovun pensiya işini həll etməmiş və Yazgülün qızı Naziləni işə qəbul etdirməmişdir. Bundan sonra o, Lalənin onları aldatdığını görmüş və Lalədən pulunu qaytarmasını tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında bacısı Nailə ona bir neçə ay əvvəl şəhid Xudayarın doğum günü mərasimində L.C.Cavadova adlı şəxslə tanış olmuşdur. Lalənin Nailənin şəhid oğlu Kamranın haqqında kitab yazıb çap etdirməyə söz verdiyini demişdir. Həmçinin Nailə ona Lalənin Müdafiə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şəxslərlə tanış münasibətinin olduğunu, həmin şəxslərlə yaxın iş əlaqələrinin olduğunu, həmin şəxslərin köməyi ilə xəstəliklə əlaqədar şəxsləri pensiyaya çıxardığını və Müdafiə Nazirliyində işə qəbul etdirdiyini dediyini bildirmişdir. O, bu barədə əri M.M.Qasımova demişdir. M.M.Qasımov işləmədiyi üçün xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istədiyini, bu barədə Lalə ilə söhbət etməyini demişdir. Bir neçə gün sonra o, bacısı Nailənin evində Lalə ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı o Laləyə əri M.M.Qasımovun işsiz olduğunu, dolanmaqda çətinlik çəkdiklərini, Mirzənin xəstəliyi ilə əlaqədar pensiya çıxmasına köməklik etməsini demişdir. Lalə onun bacısı Nailəni tanıdığını, aralarında yaxın münasibət olduğunu, Nailəni tanıdığı üçün əri Mirzənin xəstəliyi ilə əlaqədar pensiyaya 2021-ci ilin noyabr ayının sonlarında bacısı Nailə ona bir neçə ay əvvəl şəhid Xudayarın doğum günü mərasimində Lalə adlı şəxslə tanış olmuşdur. Lalənin Nailənin şəhid oğlu Kamranın haqqında kitab yazıb çap etdirməyə söz verdiyini demişdir. Həmçinin Nailə ona Lalənin Müdafiə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şəxslərlə tanış münasibətinin olduğunu, həmin şəxslərlə yaxın iş əlaqələrinin olduğunu, həmin şəxslərin köməyi ilə xəstəliklə əlaqədar şəxsləri pensiyaya çıxardığını və müdafiə nazirliyində işə qəbul etdirdiyini dediyini bildirmişdir. O, bu barədə əri M.M.Qasımova demişdir. M.M.Qasımov işləmədiyi üçün xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istədiyini, bu barədə Lalə ilə söhbət etməyini demişdir. Bir neçə gün sonra o, bacısı Nailənin evində Lalə ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı o, Laləyə əri M.M.Qasımovun işsiz olduğunu, dolanmaqda çətinlik çəkdiklərini, M.M.Qasımovun xəstəliyi ilə əlaqədar pensiya çıxmasına köməklik etməsini demişdir. Lalə onun bacısı Nailəni tanıdığını, aralarında yaxın münasibət olduğunu, Nailəni tanıdığı üçün əri M.M.Qasımovun xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına kömək edəcəyini demiş və bunun üçün 1.500 manat pul istəmişdir. O, Laləyə 1.500 manat pul verməyə razı olmuşdur. Həmin ərəfədə X6 Müdafiə Nazirliyində maliyyə sahəsi üzrə işə düzəldəcəyinə söz verib 3.500 manat pul istəmişdir. 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində o və Yazgül Nailənin yaşadığı evə gedib Lalə ilə görüşmüşdür. Həmin vaxt o Nailənin və Yazgülün yanında Laləyə 1.500 manat, Yazgül isə 3.300 manat pul vermişlər. Lalə bir ay müddətində Mirzənin pensiya işinin həll olunacağını və Yazgülün qızı Nazilənin işə çıxacağını demişdir. Bundan sonra Nailə mütəmadi olaraq mobil telefon vasitəsi ilə Lalə ilə əlaqə saxlayıb işin gedişi barədə soruşmuşdur. Lalə isə hər dəfə ona narahat olmamasını, pul alıb vəd verdiyi işləri yerinə yetirəcəyini demişdir. Lakin, Lalə söz verdiyi vaxt ərzində şəhid bacısı oğlu Kamranın adına kitab çap etdirməmiş, əri Mirzənin pensiya işini həll etməmiş və Yazgülün qızı Naziləni işə qəbul etdirməmişdir. Bundan sonra onlar Lalə tərəfindən aldadıldığını bilmiş və Lalədən pulunu qaytarmasını tələb etmişlər. Lalə pulunu qaytarmaq üçün hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmış, nəticədə onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında Nailə ona şəhid Xudayarın doğum günü mərasimində Lalə adlı şəxslə tanış olmuşdur. Lalənin Nailənin şəhid oğlu Kamranın haqqında kitab yazıb çap etdirməyə söz verdiyini demişdir. Həmçinin Nailə ona Lalənin Müdafiə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şəxslərlə tanış münasibətinin olduğunu, həmin şəxslərlə yaxın iş əlaqələrinin olduğunu, həmin şəxslərin köməyi ilə xəstəliklə əlaqədar şəxsləri pensiyaya çıxardığını və müdafiə nazirliyində işə qəbul etdirdiyini dediyini bildirmişdir. Həmin vaxt qızı Nazilə işləmədiyi üçün o, X9 işə düzəlməsində kömək edə bilib- bilməyəcəyini soruşmasını demişdir. Sonra Nailə ona qızı Nazilənin işə qəbul olunmasına kömək etməsini Lalədən xahiş etmişdir. X10 Nazirliyində maliyyə sahəsində işə qəbul etdirəcəyini, Nazilənin yüksək məbləğdə əmək haqqı alacağını dediyini, bunun üçün Lalənin 3.500 manat pul istədiyini demişdir. O, qızı Nazilənin işə qəbul olunması ilə bağlı Laləyə 3300 manat pul verməyə razı olmuşdur. Həmin ərəfədə Lalə Nailənin bacısı Nahidə əri M.M.Qasımovun xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına kömək edəcəyini deyib 1.500 manat pul istəmişdir. 01 dekabr 2021ci il tarixdə, saat 15:00 radələrində o və Nahidə Nailənin yaşadığı evə gedib Lalə ilə görüşmüşlər. Həmin vaxt o, Nailənin və Nahidənin yanında Laləyə 3300 manat, Nahidə isə 1500 manat pul vermişlər. Lalə bir ay müddətində Mirzənin pensiya işinin həl l olunacağını və Nazilənin işə çıxacağını demişdir. Bundan sonra Nailə mütəmadi olaraq mobil telefon vasitəsi ilə Lalə ilə əlaqə saxlayıb işin gedişi barədə soruşmuşdur. Lalə isə hər dəfə ona narahat olmamağı, pul alıb vəd verdiyi işləri yerinə yetirəcəyini demişdir. Lakin Lalə söz verdiyi vaxt ərzində şəhid Kamranın adına kitab çap etdirməmiş, Mirzənin pensiya işini həll etməmiş və Naziləni işə qəbul etdirməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 28 avqust 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, L.C.Cavadova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. 27 fevral 2018-ci il tarixdə L.C.Cavadovanın əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilərək cəzadan azad edilmişdir. L.C.Cavadovanın barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata 10 iyul 2018-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. X7 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. X7 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayətin təkrar törədilməsi kəmiyyət və keyfiyyət meyarlarını müəyyən etmişdir. Cinayətin iki və daha çox törədilməsi təkrarlığın kəmiyyət göstəricisi, törədilmiş cinayətlərin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulması təkrarlığın keyfiyyət göstəricisi kimi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3.ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Törədilmiş cinayətlə həmin cinayətə görə şəxsin məsuliyyətə cəlb olunması arasında müddət nə qədər uzanarsa, şəxsin mühakimə edilməsi və cəzalandırılması bir o qədər lüzümsuz olar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayə təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında dövlət ittihamçısı A.Q.X1 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamdan qismən imtina edərək, onun törətdiyi əməlin Cinayət Məcəlləsinin 178.2.2-ci maddasindən, həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X7 əməli Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə X7 törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanının ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X7 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət t ərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 14 aprel 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, X7 əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (səh.,42). Cinayət işinin materiallarında olan 20 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X12 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 157). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. X12 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, X7 Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi oğluna iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi cinayət əməlini törətməkdə təqsirli bilinsin. X7 Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. X12 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi oğluna iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-74/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-74/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver