Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-740/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, N’biyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Mirseybulla oğlunun, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə saat 13 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, nömrəsiz fərdi yaşayış evində ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı bir dəfə qəsdən əli ilə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona sağ çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə selikli qişasının əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra ünvan 2ayış evində kirayə yaşamışlar. Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmasına baxmayaraq Nəzakətin valideynləri onların ailə məsələlərinə müdaxilə etdiyi üçün aralarında müxtəlif vaxtlarda mübahisə olmuşdur. Zərərçəkmiş şəxs 295 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi işlədiyindən o, Nəzakətə onun adına ipoteka krediti götürərək ev almağı təklif etmiş, Nəzakət onun təklifi ilə razılaşmışdır. Lakin, sonradan Nəzakət bununla bağlı ailə üzvlərinə məlumat verdiyi üçün Nəzakətin atası ipoteka kreditinin götürülməsinə etiraz edərək buna dair ona öz iradını bildirmişdir. 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində kirayə yaşadıqları ünvan 2ayış evində olduqları zaman evlərində baş verənlər bağlı ailəsinə məlumat verdiyi üçün Nəzakətə öz iradını bildirmiş, bununla bağlı, aralarında mübahisə yaranmışdır. Nəzakət mübahisə zamanı onunla kobud şəkildə danışdığı üçün o, əsəbləşərək sillə ilə Nəzakətin üz nahiyəsinə zərbə vurmuş, daha sonra mübahisənin böyüməməsi üçün yaşadıqları evdən getmişdir. Bir müddət sonra Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət edilmişdir. Aralarında baş vermiş mübahisə təxminən 5 dəqiqə davam etmiş, evdə onlardan başqa heçkim olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra ünvan 2ayış evində kirayə yaşamışlar. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan Təqsirləndirilən şəxs onunla səbəbsiz yerə mübahisə etdiyi üçün aralarındakı münasibət pisləşmişdir. Təqsirləndirilən şəxs ondan kreditə avtomobil və ev almağı tələb etmiş, o, Pərvizin təklifi ilə razılaşmadığı üçün münasibətləri daha da, pisləmişdir. 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində kirayə yaşadıqları ünvan 2ayış evində olduqları zaman Pərvizin ondan adına kreditə avtomobil və ev almağı tələb etməsi ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Pərviz əli ilə onun çənə nahiyəsinə və üzünə zərbə endirmişdir. O, daha sonra atası Mənsim Məhərrəmova zəng edərək baş verənlərlə bağlı məlumat vermiş, atası polisə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs ilə qızı 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayə yaşamışlar. Nəzakət ailə qurduqdan sonra onunla telefon danışığı zamanı bir neçə dəfə Pərviz ilə münasibətlərinin normal olmadığını, Pərvizin səbəbsiz yerə evdə mübahisə yaratdığını bildirmiş, o, qızının ailə məsələlərinə qarışmaq istəmədiyi üçün bununla bağlı hər hansı fikir bildirməmişdir. 27 iyun 2023-cü il tarixdə, günorta saatlarında qızı ona zəng edərək Pərvizin evdə mübahisə yaradaraq onu vurduğunu bildirmişdir. O, dərhal qızının yaşadığı ünvana getmişdir. O, həmin ünvana çatdığı zaman qızı Nəzakət tək olmuş, qızından mübahisənin səbəbini soruşduqda, Nəzakət ona bildirmişdir ki, Pərviz ondan kreditə avtomobil və ev almağı tələb edir. Bundan sonra, o, DİNnin 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. İş materiallarının 22-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 1494 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 27 iyun 2023cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 05 iyul 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-740/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-740/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver