Məhkəmə qərarları › İş №1(008)-740/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-740/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-740/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 18 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində vətəndaş Zərərçəkmiş şəxs11 ailəsilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 618 E saylı fərdi həyət evinin hasarından yaşayış sahəsinə qanunsuz daxil olub, fərdi həyət evinin mətbəxinin pəncərəsindən mənzilə qanunsuz daxil olaraq həmin mənzilin yataq otağında olan qarderobdan 3000 manat nağd pul, yataq otağında olan termonun qarşısından 400 manat dəyərində 1 cüt qızıl sırğa və 100 manat dəyərində gümüş bujiteriyaları gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs11 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 04 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi həyət evinə qanunsuz daxil olaraq həmin mənzilin yataq otağında olan dəmir seyfin içərisindən 6000 manat pulu və 800 manat dəyərində qızılziynət əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 6800 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 dekabr 2024-cü il tarixdə, saat 06.45 radələrində Zərərçəkmiş şəxs4 Vakhidovichin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən 54 saylı fərdi həyət evinin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub, evin dəhlizində olan 01 ədəd 300 manat dəyərində əl çantası, 01 ədəd 300 manat dəyərində qulaqcıq, 01 ədəd 150 manat dəyərində pul kisəsi içərisində həmin dövrün milli pul vahidi məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, həmin dövrün milli pul vahidi məzənnəsi ilə 52 manat 80 qəpik təşkil edən 30 Avro və 257 manat nağd pul vəsaiti ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Vakhidovichə ümumilikdə 1909 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Masazır kəndi, S.Aslan küçəsi, “Qəsr MTK”, blok 2-də yerləşən 47 saylı mənzilə mətbəxin plastik qapısını sıxma yolu ilə qanunsuz daxil olmaqla həmin evdəki dolabın içərisindən həmin dövrün milli pul vahidi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 500 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs14 ümumi 3900 manat məbləğdə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 29 dekabr 2024-cü il tarixdə, saat 06 radələrində vətəndaş Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən 21 A saylı fərdi həyət evinin həyətyanı sahəsində qanunsuz daxil olaraq orada olan Zərərçəkmiş şəxs5 məxsus “Mercedes GL” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq avtomobildən 01 ədəd 50 manat dəyərində qulaqcıq, 01 ədəd 30 manat dəyərində əlcək, 01 ədəd 30 manat dəyərində USB şunuru, 01 ədəd 150 manat dəyərində əl çantasını içərisində olan 200 manat nağd pul ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 460 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 yanvar 2025-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin yataqxasındakı otağın taxta qapısını fiziki güc tətbiq edib açmaqla qanunsuz daxil olub oradan 5500 manat dəyərində bir komplekt qızıl dəsti (bir ədəd boyunbağı, bir ədəd bilərzik, bir ədəd üzük və bir cüt qızıl sırğa), 2500 manat dəyərində 01 ədəd qızıl qolbaq, 180 manat dəyərində 01 ədəd qızıl qolbaq, 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 129 manat dəyərində 01 cüt qızıl sırğa, 500 manat dəyərində qızıl üzük və sırğa dəsti, 110 manat dəyərində 01 cüt qızıl sırğa, 400 manat dəyərində 01 ədəd nişan üzüyü və 1000 manat dəyərində 01 ədəd nişan üzüyünü gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 11819 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 yanvar 2025-ci il tarixdə, saat 06 radələrində Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs12 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi həyət evinin mətbəxinin pəncərəsindən mənzilə qanunsuz daxil olaraq həmin mənzilin qonaq otağında olan Zərərçəkmiş şəxs12 şalvarının cibindən 4300 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 4300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2025-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 2 ünvanının plastik pəncərəsini fiziki güc tətbiq edib açmaqla qanunsuz daxil olub evin ikinci mərtəbəsindəki yataq otağından 3500 manat dəyərində bir ədəd yolka formalı qızıl boyunbağı, 1500 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3000 manat dəyərində üzərində ümumilikdə 93 ədəd (39 ədəd hər biri təxminən 0,015 ct, 54 ədəd hər biri təxminən 0,0004 ct olan) rəngsiz, şəffaf brilyant qaşlar olan, sarı və gümüşü rəngli (qaş tutacaq hissələri) çəkisi 15,04 qram olan 583/585 əyarlı bir dəst qızıl sırğa cütü və üzük, 1500 manat dəyərində iki qızıl sırğa və bir qızıl üzükdən ibarət dəst, 2500 manat dəyərində üzərində 28 ədəd (4 ədəd hər biri təxminən 0,040 ct, 24 ədəd hər biri təxminən 0,015 ct olan) rəngsiz, şəffaf brilyant qaşlar olan, sarı və gümüşü rəngli (qaş tutacaq hissələri) çəkisi 3,83 qram olan qızıl üzük, 700 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan çəkisi 2,80 qram olan 583/585 əyarlı qızıl üzük, 1000 manat dəyərində bir ədəd qızıl bilərzik, 200 manat dəyərində bir ədəd sadə qızıl bilərzik, 1000 manat dəyərində üzərində ümumilikdə 26 ədəd (6 ədəd hər biri təxminən 0,020 ct olan, 20 ədəd hər biri təxminən 0,0005 ct olan) rəngsiz, şəffaf brilyant qaşlar olan çəkisi 7,04 qram olan 750 əyarlı bir cüt qızıl sırğa, 1000 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 1500 manat dəyərində üzərində 22 ədəd (9 ədəd hər biri təxminən 0,030 ct, 12 ədəd hər biri təxminən 0,003 ct olan) rəngsiz, şəffaf brilyant qaşlar olan sarı və gümüşü rəngli (qaş tutacaq hissələri) bir ədəd çəkisi 5,51 qram olan 750 əyarlı qızıl üzüyü, 300 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 300 manat dəyərində bir ədəd qızıl boyunbağı, 300 manat dəyərində bir cüt halqa formalı qızıl sırğa, 60 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd kulonlu çəkisi 3,61 qram olan 925 əyarlı gümüş boyunbağı, 150 manat dəyərində üzərində qara rəngli və rəngsiz, şəffaf qaşlar olan bir ədəd çəkisi 8,33 qram olan 925 əyarlı gümüş qolbaq, 60 manat dəyərində üzərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, bir ədəd çəkisi 4,33 qram olan 925 əyarlı gümüş ayqabağı, 30 manat dəyərində üzərində dördkünc cilalı, rəngsiz, şəffaf qaşlar olan çəkisi 13,43 qram olan bir cüt metal sırğa və 260 manat dəyərində bir ədəd “HUAWEİ” markalı elektron qol saatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 18860 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 fevral 2025-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçəsi keçid 7, nömrəsiz evinə pəncərədən keçmək yolu ilə qanunsuz daxil olaraq evin içərisində olan otaqdan Zərərçəkmiş şəxs7 məxsus 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük və 1000 manat dəyərində qızıl üzük, Zərərçəkmiş şəxs6 məxsus 300 manat dəyərində bir cüt qızıl sırğa və Zərərçəkmiş şəxs8 məxsus 500 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 3800 manat dəyərində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 02 mart 2025-ci il tarixdə, saat 02.15 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi 3-də yerləşən fərdi həyət evinə qanunsuz daxil olaraq həmin fərdi həyət evinin yardımçı otağından Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində qaynaq aparatını, 140 manat dəyərində açar dəstini, 50 manat dəyərində laqonda, 60 manat dəyərində elektrik mişarı, 80 manat dəyərində cilalayıcı aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 930 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 mart 2025-ci il tarixdə, saat 06 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsi, döngə 5-də yerləşən 6 saylı fərdi həyət evinin mətbəxinin pəncərəsinin açıq olmasından istifadə edib fərdi həyət evinə qanunsuz daxil olaraq fərdi həyət evinin mətbəxində olan Zərərçəkmiş şəxs2 məxsus şalvarın cibindən 790 manat pulu, mətbəxdə stolun üzərində olan içərisində 5 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrəsi olan 300 manat dəyərində “Mİ 10 T Pro” markalı mobil telefonu, 140 manat dəyərində 01 ədəd “Prada” markalı qol saatını, içərisində 5 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan 150 manat dəyərində 01 ədəd “Redmi Note 5” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1390 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 mart 2025-ci il tarixdə təxminən saat 06:45 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə qanunsuz olaraq daxil olub həyətdə tünd göy metalik rəngli “Volksvagen” markalı “İD 6 Pro” minik modelli, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin içərisinə daxil olaraq avtomobilin salonunun qolaltı hissəsində olan 20 manat xırda pulları oğurladıqdan sonra evin giriş qapısının açıq olmasından istifadə edərək evin dəhlizinə daxil olaraq oradan evin qonaq otağına keçib qonaq otağında masanın üzərində olan bir ədəd 300 manat dəyərində qara rəngli “Boenq” markalı qol saatını, həmin qonaq otağından rəfin üzərində olan 300 manat nağd pulu, rəfin üzərində olan bir ədəd 250 manat dəyərində qara rəngli, “Balmaeni” markalı pul qabını oğurladıqdan sonra mətbəxə daxil olub mətbəxdə masanın üzərində olan bir ədəd 2500 manat dəyərində qara rəngli “HP” markalı kompyuteri və evin giriş qapısının yanında saxladığı bir ədəd 1000 manat dəyərində qara rəngli velosipedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs10 4370 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 mart 2025-ci il tarixdə, saat 05 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən 35 saylı fərdi həyət evinə qanunsuz daxil olaraq orada olan Zərərçəkmiş şəxs3 məxsus “Toyota Prado” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 100 manat dəyərində açarını və 600 manat dəyərində bir ədəd “Samsung A34” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, ümumiyyətlə heç nəyi xatırlamadığını və bu səbəbdən heç nə deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Təxminən 15-16 il mühərrik ustası işləmişdir. Ona məxsus laqonda, elektrik mişarı, qaynaq aparatını və digər əşyalarını 2024-cü ilin sentyabr ayında yaşadığı evin yardımçı otağına qoymuşdur. xx.xx.2025-ci il tarixdə əşyalarının yerində olduğunu görmüşdür. Lakin, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 11 radələrində gedib yardımçı otağa baxan zaman 600 manat dəyərində qaynaq aparatı, 140 manat dəyərində açar dəsti, 50 manat dəyərində laqonda, 60 manat dəyərində elektrik mişarı, 80 manat dəyərində cilaylayıcı aparatının naməlum şəxs və ya şəxslər tərəfindən yardımçı otağının plastikdən olan qapısından keçmə yolu ilə oğurlandığını aşkar etdikdən sonra baş vermiş hadisə barədə DİN-in “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı ona 930 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində yaşadığı evə gəlmişdir. Bu zaman ailə üzvləri evdə olmuşdur. Evə daxil olduqdan sonra mətbəxə keçmiş və paltarını orada dəyişmişdir. Yorğun olduğu üçün dəyişdiyi paltarları və mobil telefonu masanın üzərinə qoymuşdur. Sonra isə, yatmağa getmişdir. Saat 06 radələrində o, yuxudan oyanmışdır. Həmin zaman həyat yoldaşı Fərqanəyə ona su verməsini istəmişdir. Bir neçə dəqiqə sonra Fərqanə yanına gələrək evə kiminsə girə biləcəyini və mətbəxin pəncərəsinin açıq olduğunu demişdir. O, dərhal yerindən qalxmış və mətbəxə getmişdir. Oraya getdikdən sonra masanın üzərinə qoyduğu “Mi 10T Pro” markalı mobil telefonunun qoyduğu yerdə olmadığını görmüşdür. Bu zaman divanın üzərinə qoyduğu şalvarının ciblərinə tez bir şəkildə baxış keçirmişdir. Həmin vaxt şalvarının cibində olan 790 manat məbləğində nağd pulun oğurlandığını aşkar etmişdir. Evə ətraflı şəkildə baxış keçirən zaman evə gizli şəkildə girmiş naməlum şəxs və ya şəxslərin masanın üzərinə qoyduğu “Prada” markalı qol saatını və ona məxsus və övladına verdiyi “Redmi Note 5” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə barəsində DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus 790 manat məbləğində nağd pul, içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində olan “Mi 10T Pro” markalı mobil telefon, içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində olan 01 ədəd “Redmi Note 5” markalı mobil telefon, 140 manat dəyərində “Prada” markalı qol saatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona 1390 (min üç yüz doxsan) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, ünvan 6 ünvanında yaşamışdır. Yaşadığı ev 2 mərtəbədən ibarətdir. xx.xx.2025-ci il tarixdə gecə saat 23:30 radələrində yaşadığı evin ikinci mərtəbəsində yatmışdır. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə səhər saat 06:00 radələrində yuxudan oyanıb evin birinci mərtəbəsinə düşmüş, bu zaman birinci mərtəbədə otağın plastik pəncərəsinin açıq vəziyyətdə və əl çantasının içərisində olan sənədlərinin yerə dağıdıldığını aşkar etmişdir. Əl çantasına baxdıqda, bir ədəd, təxminən 2 ay əvvəl 600 manata aldığı, lakin indiyədək istifadə etmədiyi, üzərində nömrəsi olmayan, İMEİ kodunu bilmədiyi “Samsung A 34” markalı mobil telefonu və “Toyota Prado” markalı, **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 100 manat dəyərində bir ədəd açarının yerində olmadığını aşkarlamışdır. Belə olan halda başa düşmüşdür ki, kimsə gecə saatlarında evə daxil olaraq oğurluq etmişdir. Hətta, həyətdə saxladığı “Toyota Prado” markalı avtomobili də oğurladığı açarla açıb içərisini axtarmış, lakin hər hansı pul və ya dəyərli əşya olmadığı üçün maşından oğurluq olmamışdır. Hadisə nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 54 ünvanında yaşamışdır. O, 2012-ci ildən Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan Bakı şəhərində yaşamağa başlamışdır. Yaşadığı qeyd olunan ev həyət evidir, adətən evin darvaza qapısı da, açıq olmuşdur. Bəzən isə, evin giriş qapısını da, açıq saxlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 06:45-də yaşadığı evdə yatan zaman, evin içərisində səs-küy eşitmişdir. Otaqdan evdə kim olmasını soruşmuş, səsinə cavab verən olmamışdır. O, yerindən qalxıb pəncərədən baxan zaman bir nəfər şəxsin darvaza qapısından çıxdığını görmüşdür. Sonra o, evi axtarmağa başlamış və müəyyən etmişdir ki, evin giriş hissəsində, sağ tərəfdə saxladığı 150 manat dəyərində pul kisəsi, pul kisəsinin içərisində 500 ABŞ dolları, 257 manat və 30 avro məbləğlərində pullar, 1 ədəd 300 manat dəyərində qulaqcıq, yoldaşı X7, övladları X8 və X9 məxsus şəxsiyyət vəsiqələri ilə birlikdə 300 manat dəyərində qadın əl çantasının yerində olmadığını aşkar etmişdir. Bu zaman başa düşmüşdür ki, həmin şəxs evin darvaza və giriş qapısının açıq olmasından istifadə edərək mənzilə girib əl çantasını götürüb getmişdir. Həyat yoldaşına məxsus əl çantasının oğurlanması nəticəsində maddi ziyan ona dəymişdir, çünki həmin əl çantasını 300 manata o almışdır. Sonda zərərçəkmiş şəxs X10 vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında ailəsilə birlikdə yaşamışdır. Yaşadığı ev həyət evi olmaqla 2 mərtəbəli, 6 otaqdan ibarətdir. 11 mart 2025-ci il tarixdə səhər saat 08:30 radələrində yuxudan oyanan zaman ona məlum olmuşdur ki, naməlum şəxs yaşadığı evin hasarından həyətə qanunsuz olaraq daxil olub ona məxsus «Wolsvagen İD6» markalı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin içərisinə daxil olaraq avtomobilin salonunda qolaltı hissəsindən 20 manat xırda pulları oğlurladıqdan sonra yaşadığı həyət evinin giriş qapısının açıq olmasından istifadə edərək evin dəhlizinə daxil olaraq oradan evin qonaq otağına keçib qonaq otağında masanın üzərində olan 2024-cü ildə ona hədiyyə edilmiş bir ədəd 300 manat qiymətində qara rəngli «Boenq» markalı qol saatını, həmin qonaq otağından rəfin üzərində olan 300 manat nağd pulunu, rəfin üzərində olan 2023-cü ildə ona hədiyyə edilmiş bir ədəd 250 manat qiymətində qara rəngli, «Balmaeni» markalı pul qabını oğurladıqdan sonra mətbəxə daxil olub mətbəxdə masanın üzərində olan 2022-ci il tarixdə alınmış bir ədəd 2500 manat qiymətində qara rəngli «HP» markalı kompyuteri qonaq otağından götürdüyü sellofana yığaraq evdən çıxıb evin giriş qapısının yanında saxladığı, 2023-cü ildə aldığı, bir ədəd 1000 manat qiymətində qara rəngli markasını bilmədiyi velosipedi oğurlayaraq hadisə yerindən qaçıb getmişdir. Həmin şəxsin oğurluq etməsini o, yuxudan oyanandan sonra bilmiş və dərhal evində quraşdırılmış təhlükəsizlik kameralarına baxmış və müəyyən etmişdir ki, həmin naməlum şəxs 11 mart 2025-ci il tarixdə saat 06:45 radələrində tək özü küçədən yaşadığı evin həyətinə keçərək qeyd edilən oğurluq hadisəsini törətdikdən sonra ona məxsus velosipedi həyətdən sürüb qaçıb getmişdir. Dərhal, hadisə barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş və bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişdirlər və o, ona məxsus əmlakın oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, ona məxsus evindən oğurluq etmiş Təqsirləndirilən şəxs onun evindən oğurluq etdikdən sonra Sabunçu rayon ərazisində oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Oğurluq nəticəsində ona 4370 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs10 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yaşayış evi tikdirmişdirlər və oğlu ilə birlikdə orada yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində oğlu ilə birlikdə işdən evə gəlmişdir. Darvazanı pultla açmaq istədikdə açılmamışdır. O, işığın sayğacdan söndürüldüyünü görmüş, işığı yandırıb darvazadan həyətə daxil olmuşdur. Evə yaxınlaşdıqda naməlum şəxslərin mətbəxin pəncərəsinin açılaraq içəri daxil olduqlarını görmüşdür. Evə daxil olduqda otaqlardakı əşyaların dağıdıldığını görüb bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonra evə nəzər saldıqda görmüşdür ki, yataq otağında olan qarderobdan paltarların arasından 3000 manat məbləğində pul, termonun qarşısından 400 manat dəyərində bir cüt sırğa və 100 manat dəyərində gümüş bujiteriyaların oğurlandığını aşkar etmişdir. Polis əməkdaşları gəlib evə baxış keçirmişdirlər. Baş vermiş hadisə nəticəsində ona 3500 manat maddi ziyan dəymişdir. Hadisəni törətməkdə şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Sonda Zərərçəkmiş şəxs11 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə zərərçəkmiş şəxs qismində dindirilmiş Kurbanov Fazıl ifadəsində göstərmişdir ki, o, Yeni Ramana qəsəbəsi, H.Əliyev küçəsi, fərdi evdə qeydiyyatda olmuş və yaşamışdır. Balaxanı qəsəbəsində mebel ustası kimi fəaliyyət göstərmişdir. Mebel ləvazimətləri almaq üçün 4000 (dörd min) manat məbləğində beh götürmüşdür. Öz üzərində isə, 500 (beş yüz) manat məbləğində pul olmuşdur. xx.xx.2025-ci il tarixdə Nərimanov rayonunda yerləşən, adını bilmədiyi paltar mağazasında, təqribən 200 (iki yüz) manatlıq alış-veriş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı ünvana gəlmişdir. Üzərində olan cins şalvarını və cibində 4300 manat məbləği 1-ci mərtəbədə yerləşən otağına qoyduqdan sonra 2-ci mərtəbəyə qalxaraq yatmışdır. xx.xx.2025-ci il tarixdə anası səhər, təxminən 08:00 radələrində oyandıqda mətbəxə açılan plastik pəncərənin açıq olduğunu görmüş və onlara niyə açıq qoyduqlarını bildirərək bağlamışdır. Daha sonra həyat yoldaşı otaqda paltarını yığışdırdıqda yanına gələrək gecə aşağı düşübdüşmədiyini soruşmuşdur. Düşmədiyini bildirdikdə, şalvarının ciblərinə baxdıqda 4300 (dörd min üç yüz) manat məbləğində pulun olmadığını bildirmişdir. Otağın hər bir yerinə baxış keçirtdikdən sonra pulunun oğurlandığını aşkar etmişdir. Bu səbəbdən də, DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona, ümumilikdə 4300 manat məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs Kurbanov Fazıl ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. 04 noyabr 2024-cü il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmişdir. Həmin gün saat 14 radələrində evdə olan həyat yoldaşı Günay da, gözəllik salonuna getmişdir. Həyat yoldaşı həmin gün saat 17:30 radələrində evə qayıtdıqda, evin yataq otağında ev əşyalarının dağılmış vəziyyətdə olduğunu görüb ona zəng edərək məlumat vermişdir. Günay ona məlumat verdikdən sonra o, dərhal işdən çıxıb evə qayıtmışdır. O, evə daxil olduqda, yataq otağında əşyaların dağılmasını, dəmir seyfin açarla açılmasını və içərisində olan pul və qızıl əşyalarının yerində olmadığını aşkar etmişdir. Qeyd etmişdir ki, seyfin açarı bir ədəd olmuş, həmin açarı da o, yataq otağında yerləşən paltar dolabında ona məxsus göy rəngli cins şalvarın cibinə qoymuşdur. Düşünmüşdür ki, naməlum şəxs onun həmin şalvarının cibindən açarı götürüb seyfi açmışdır. Seyfin içərisində əvvəllər qoyduğu 6000 manat nağd pulunun, 02 ədəd qızıl kulon, 01 ədəd uşaq boyunbağı, 1 cüt uşaq sırğası və 1 cüt qadın sırğasının oğurlandığını aşkar etmişdir. Qeyd etmişdir ki, qızıl-zinət əşyalarının dəyəri, ümumilikdə, təxminən 800 manat təşkil edir. Həmin qızıl-zinət əşyaları ona məxsus məxsus olmuş, onun vəsaiti hesabına alınmışdır. Qeyd etmişdir ki, naməlum şəxslər evin taxtadan olan giriş qapısını açmaqla evə daxil olmuşdurlar. Hadisə nəticəsində ona, ümumilikdə 6800 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs13 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla yaşamışdır. "xxxx" MMC-də bölgə müdiri vəzifəsində işləmişdir. 2020-ci ildə ünvan 9 ünvanında yerləşən mənzil almışdır. O, həmin mənzili tamamilə təmir etdirib əşyalar ilə doldursa da, həmin evdə yaşamamışdır. Sadəcə olaraq, Bakı şəhərində işlə bağlı gəlibgedən zaman orada qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində həmin evə gedən zaman qapının arxadan bağlandığını görmüşdür. Buna baxmayaraq o, qapını açmış və evə daxil olmuşdur. Bu zaman aşkar etmişdir ki, oğurluq hadisəsi baş vermişdir. Belə ki, bütün otaqlardakı əşyalar, şkaflar və paltarlar dağıdılmışdır. Həmçinin, aşkar etmişdir ki, həmin şəxs eyvandan evə balkon qapısını sındıraraq daxil olmuşdur. O, baxış nəticəsində müəyyən etmişdir ki, koridordakı şkafında paltarların arasına qoyduğu 2000 ABŞ dolları və 500 manat pul oğurlanmışdır. Bu hadisə nəticəsində ona 3900 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs14 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, iki oğlu Fərid Rüstəmov və Sənan Rüstəmzadə ilə birlikdə ünvan 10 ünvanında yaşamışdır. Adətən saat 09-10 radələrində işə getmiş və saat 15 radələrində işdən qayıdmışdır. 07 fevral 2025-ci il tarixdə, saat 09:16-da yaşadığı ünvandan çıxıb işə getmişdir. Fərid Rüstəmov KFC restoranlar şəbəkəsində işlədiyindən o da, həmin gün saat 07 radələrində işə getmişdir. Digər oğlu Sənan isə məktəbli olduğu üçün məktəbin olduğu günlər keçmiş həyat yoldaşının yanında qalmışdır. Evdən çıxıb işə gedən zaman evin giriş qapısını və çöl həyətin darvazasını kilidləmişdir. O, ünvanı tərk edərkən hava şəraiti pis olduğundan küçədə kimsəni görməmiş və hər hansı bir şübhəli məqamla rastlaşmamışdır. Həmin tarixdə, təxminən saat 13:15 radələrində yaşadığı ünvana geri qayıtmış, darvazanın qapısını özü kilidlə açmış, həyətə daxil olan zaman fərdi yaşayış evinin birinci mərtəbəsində olan plastik pəncərənin açıq olmasını görmüş, o, qapının kilidini açıb mənzilə daxil olmuşdur. Mənzilin daxilində zalın pəncərəsinin açıq olmasını, lakin zalın dağınıq olmamasını, mətbəxin pəncərəsinin açıq olmasına baxmayaraq pəncərədə olan setkanın yerində olmasını görmüşdür. Fərdi yaşayış evinə kənar şəxs və ya şəxslərin daxil olduğu plastik pəncərədə sındırılma və qırılma izləri olmamış, pəncərə kənar təsirlə açılmışdır. O, fərdi yaşayış evinin ikinci mərtəbəsində olan yataq otağına baxan zaman otağın dağınıq olmasını müəyyən etmişdir. Dolabda olan əl çantalarının içərisində və çəkməcədə saxladığı qızıl-zinət əşyalarının yerində olubolmadığına baxdıqda, qızıllarının, gümüş əşyalarının və bujiteriyalarının oğurlandığını görmüşdür. Naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evindən bir ədəd yolka formalı 3500 (üç min beş yüz) manat dəyərində boyunbağı, bir ədəd 1500 (min beş yüz.) manat dəyərində ortalıqlı boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət 3000 (üç min) manat dəyərində dəst, iki sırğa və bir üzükdən ibarət 1500 (min beş yüz) manat dəyərində dəst, bir ədəd 2500 (iki min beş yüz) manat dəyərində briliant qaşlı üzük, bir ədəd kitab formasında 700 (yeddi yüz) manat dəyərində üzük, bir ədəd 1000 (min) manat dəyərində bilərzik, bir ədəd sadə 200 (iki yüz) manat dəyərində bilərzik, bir cüt paxlava formalı, brilliant qaşlı 1000 (min) manat dəyərində sırğa, bir ədəd 1000 (min) manat dəyərində kişi üzüyü, bir ədəd qadın üzüyü brilliant qaşlı 1500 (min beş yüz) manat dəyərində, bir ədəd 300 (üç yüz) manat dəyərində kişi üzüyü, bir ədəd boyunbağı 300 (üç yüz) manat dəyərində, bir cüt halqa formalı 300 (üç yüz) manat dəyərində sırğa oğurlamışdırlar. Yuxarıda adları çəkilən zinət əşyaları qızıl materialındandır. Bundan əlavə olaraq bir ədəd ortalıqlı 60 (altmış) manat dəyərində gümüş boyunbağı, bir ədəd 150 (yüz əlli) manat dəyərində gümüş qolbağı, bir ədəd 60 (altmış) manat dəyərində gümüş ayaqbağı, bir ədəd 30 (otuz) manat dəyərində bujiteriya sırğa və bir ədəd 260 (iki yüz altmış) manat dəyərində qadın qol saatı oğurlanmışdır. Ona, ümumilikdə 18860 (on səkkiz min səkkiz yüz altmış) manat dəyərində maddi ziyan vurmuşdurlar. Oğurlanmış bir cüt qızıl sırğa bir ədəd qızıl üzükdən ibarət dəst, üç ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd gümüş boyunbağı, bir ədəd gümüş qolbaq, bir ədəd gümüş ayaqbağı, bir ədəd bijuteriya sırğa, bir ədəd “HUAWEİ” markalı elektron qol saatı ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs9 ona vurulmuş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanda yaşamışdır. 17 fevral 2025-ci il tarixdə qardaşı Həsən, onun həyat yoldaşı Türkanə, digər qohumu Emin və onun həyat yoldaşı Səma onların yaşadığı ünvanda qonaq olmuşdurlar. Bu şərəfə yaşadıqları mənzildə qonaqlıq təşkil etmişdirlər və adları çəkilən şəxslər qonaqlıqdan sonra yaşadıqları mənzildə gecələməli olmuşdurlar. xx.xx.2025-ci il tarixdə saat 03 radələrinədək o, ayıq olmuşdur. Daha sonra o və qonaqlar da mənzilin ikinci mərtəbəsində yerləşən yataq otaqlarında yatmışdırlar. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yuxudan qalxdıqda məlum olmuşdur ki, naməlum şəxs gecə saatlarında birinci mərtəbədə yerləşən qonaq otağının plastik pəncərəsini zor tətbiq edib açaraq mənzilə qanunsuz daxil olub qonaq otağında yerləşən televizor altlığının üzərindən, onun tərəfindən qızı Həlimə Abbasovaya 300 manat məbləğində aldığı qızıl sırğaları, həmin zaman qonaq olan Türkanəyə məxsus birinin dəyəri 2000 manat olan brilliyant qaşlı qızıl üzük və 1000 manat dəyərində qızıl üzük, Eminə məxsus pul qabından isə 500 manat nəğd pulunu gizli yolla oğurlamışdır. Məlum oğurluq hadisəsi zamanı ona 300 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 oğlu ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, 7 Gözəl yaşayış kompleksində ailəsilə birgə yaşamışdır. 17 fevral 2025-ci il tarixdə həyat yoldaşı X15, digər qohumları Zərərçəkmiş şəxs8 və onun həyat yoldaşı Səma Qocayeva ilə birlikdə həyat yoldaşının bacısı Zərərçəkmiş şəxs6 yaşadığı ünvana qonaq getmişdirlər. Bu şərəfə həmin şəxslər mənzildə qonaqlıq təşkil etmişdirlər və onlar qonaqlıqdan sonra həmin şəxslərin evində gecələməli olmuşdurlar. xx.xx.2025-ci il tarixdə saat 03 radələrinədək o, ayıq olmuşdur. Daha sonra o və digər qonaqlar da mənzilin ikinci mərtəbəsində yerləşən yataq otaqlarında yatmışdırlar. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yuxudan qalxdıqda məlum olmuşdur ki, naməlum şəxs gecə saatlarında birinci mərtəbədə yerləşən qonaq otağının plastik pəncərəsini zor tətbiq edib açaraq mənzilə qanunsuz daxil olub qonaq otağında yerləşən televizor altlığının üzərindən Zərərçəkmiş şəxs6 tərəfindən qızı Həlimə Abbasovaya 300 manat məbləğində aldığı qızıl sırğaları, həmin zaman ona məxsus birinin dəyəri 2000 manat olan brilliyant qaşlı qızıl üzük və 1000 manat dəyərində qızıl üzük, qohumları Zərərçəkmiş şəxs8 məxsus pul qabından isə 500 manat nəğd pulunu gizli yolla oğurlamışdır. Məlum oğurluq hadisəsi zamanı ona 3000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 17 fevral 2025-ci il tarixdə həyat yoldaşı Səma, digər qohumları X15 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs7 ilə birlikdə qohumu Zərərçəkmiş şəxs6 yaşadığı ünvana qonaq getmişdirlər. Bu şərəfə həmin şəxslər mənzildə qonaqlıq təşkil etmiş və onlar qonaqlıqdan sonra həmin şəxslərin evində gecələməli olmuşdurlar. xx.xx.2025-ci il tarixdə saat 03 radələrinədək o, ayıq olmuşdur. Daha sonra o və digər qonaqlar da mənzilin ikinci mərtəbəsində yerləşən yataq otaqlarında yatmışdırlar. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yuxudan qalxdıqda məlum olmuşdur ki, naməlum şəxs gecə saatlarında birinci mərtəbədə yerləşən qonaq otağının plastik pəncərəsini zor tətbiq edib açaraq mənzilə qanunsuz daxil olub qonaq otağında yerləşən televizor altlığının üzərindən, Zərərçəkmiş şəxs6 tərəfindən qızı Həlimə Abbasovaya 300 manat məbləğində aldığı qızıl sırğaları, qohumu Zərərçəkmiş şəxs7 məxsus birinin dəyəri 2000 manat olan brilliyant qaşlı qızıl üzük və 1000 manat dəyərində qızıl üzük, ona məxsus pul qabından isə 500 manat nəğd pulunu gizli yolla oğurlamışdır. Məlum oğurluq hadisəsi zamanı ona 500 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs8 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Zərərçəkmiş şəxs5 xx.xx.2026-cı il tarixdə teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan olmadan baxılmasını, məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 21 A ünvanında yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində özünə məxsus **-NY-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı, “GL” modelli avtomobili yaşadığı ünvanın həyət sahəsində saxlayıb, darvazanın qapısını bağlamış və yaşadığı ünvana daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində yaşadığı evin həyət sahəsində səs və eyni zamanda avtomobilin siqnalizasiyasının işə düşməsini eşitmişdir. Pəncərədən həyətə baxdıqda, heç nə görməmiş, lakin avtomobilin qapısının bağlanma səsini öncə eşitmişdir. Bundan sonra, dərhal həyətə enmiş və görmüşdür ki, avtomobilin sol qabaq şüşəsi ona məlum olmayan predment ilə naməlum şəxs tərəfindən kəsilərək avtomobilin içərisindən ona məxsus içərisində 50 manat dəyərində olan qulaqlıq, 30 manatlıq əlcək, 30 manat dəyərində usb şunuru və içərisində 200 manat nağd pul olan 150 manat dəyərində qara rəngli dəri əl çantası oğurlanmışdır. Bundan sonra həyətə quraşdırdığı kameraya baxdıqda, 1 nəfər arıq bədən quruluşuna malik qara saçlı, hündürboylu, üzərində tünd göy rəngli cins şalvar və qara rəngli gödəkcə olan kişi cinsli şəxsin həyətin hasarından aşaraq həyətə daxil olduğunu, avtomobildən oğurluq hadisəsini törədib daha sonra darvazadan çıxıb getməsini aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 460 manat ziyan, avtomobilinin şüşəsinin kəsilərək sındırılması nəticəsində isə, 250 manat ziyan olmaqla, ümumilikdə ona 710 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şuşa şəhəri, Turşsu qəsəbəsində qeydiyyatda olmuş, Abşeron rayonu. Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin yataqxanasında yaşamışdır. 02 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə arvadı X12 zəng vurub məlumat vermişdir. Bununla bağlı bildirmişdir ki, həmin ünvanda o, arvadı, 3 övladı və anası yaşamışdır. 28 dekabr 2024-cü il tarixdə saat 15 radələrində onlar hamısı bayramı qeyd etmək münasibətilə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən özlərinə məxsus evə getmişdirlər. 02 yanvar 2025-ci il tarixdə saat 14 radələrində isə yenidən Xırdalan şəhərində yaşadıqları evə geri qayıtmışdırlar. Evin ağ rəngli taxta giriş qapısına yaxınlaşdıqda kilidin şuruplarının üzərində olmadığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra evin içərisinə daxil olmuşdurlar. Evin içərisinin dağınıq halda olmaması əvvəlcə onlarda heç bir şübhə yaratmamışdır. Lakin, sonradan yoldaşı Aytac otaqlardan birində paltar dolabının içərisində olan qırmızı rəngli sandığın qıfılının dolabın içərisində olduğunu görmüşdür. Həmin sandığın içərisinə baxdıqda isə, oradakı qızıl əşyalarının yerində olmamasını görmüşdürlər. Bundan sonra evdən oğurluq olması ona məlum olmuşdur. Bu səbəbdən də yoldaşı Aytac DİN-nin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bildirmişdir ki, yaşadıqları evdən 5500 manat dəyərində bir komplekt qızıl dəsti (bir ədəd boyunbağı, bir ədəd bilərzik, bir ədəd üzük və bir cüt qızıl sırğa), 2500 manat dəyərində 01 ədəd qızıl qolbaq, 180 manat dəyərində 01 ədəd qızıl qolbaq, 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 129 manat dəyərində 01 cüt qızıl sırğa, 500 manat dəyərində qızıl üzük və sırğa dəsti, 110 manat dəyərində 01 cüt qızıl sırğa, 400 manat dəyərində 01 ədəd nişan üzüyü, 1000 manat dəyərində 01 ədəd nişan üzüyünün oğurlanması nəticəsində ona, ümumilikdə 11819 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 5-6-cı vərəqələrində olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi 3-də yerləşən fərdi həyət evidir. Cinayət işinin İ cildinin 45-ci vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd “CD” diskə yazılmış videoçəkilişə baxış keçirtmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 02 mart 2025-ci il tarixdə saat 02.15 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay keçəsi 3-də yerləşən fərdi həyət evinə daxil olması, daha sonra evdən çıxıb getməsi görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörüntüdəki şəxsin özü olduğunu bildirərək 02 mart 2025-ci il tarixdə saat 02.15 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 56-57-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında hadisə yeri olan ünvan 12 ünvanına tərəfindən baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı təhqiqat materialı üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir maddi sübut müəyyən olunmamışdır. Hadisə yerinə baxış zamanı, hadisə yerinin fotoşəkilləri mobil telefon vasitəsi ilə çəkilərək protokola əlavə olunmuşdur. Hadisə yerindən oğurluq edən naməlum şəxsin görüntülərini əks etdirən 01 ədəd CD götürülmüşdür. Cinayət işinin İ cildinin 103-cü vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd CD diskə yazılmış videoçəkilişə Sabunçu Rayon Polis İdarəsinin MSY-də baxış keçirtmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 08 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 10 mart 2025-ci il tarixdə saat 06 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsi, döngə 5-də yerləşən 6 saylı fərdi həyət evinə daxil olması, daha sonra evdən çıxıb getməsi görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 10 mart 2025-ci il tarixdə saat 06 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 109-112-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 35 nömrəli evdir. Evə 1-ci mərtəbədəki pəncərədən daxil olması məlum olmuşdur. Oğurluq edən naməlum şəxsin görüntüləri olan bir ədəd disk götürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin İ cildinin 118-119-cu vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “X27 Prado” markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin salonunda sellofanlar və sənədlər qabaq sağ oturacağın və həmin oturacağın ayaq altına dagılmış vəziyyətdədir. Avtomobilin üzərində, qapı və pəncərilərində hər hansı zədə, sınıq və ya kənar müdaxilə izləri aşkar olunmamışdır. Cinayət işinin İ cildinin 146-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə saat 17:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd «CD» diskə yazılmış videoçəkilişə Sabunçu Rayon Polis İdarəsinin MSY-də baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 01 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 13 mart 2025-ci il tarixdə saat 05 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən 35 saylı fərdi həyət evinə daxil olması görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 13 mart 2025-ci il tarixdə saat 05 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 175-177-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanıdır. Evin qapı və pəncərəsindəki üzərində hər hansı müdaxilı izi aşkar edilməmişdir. Oğurluq edən naməlum şəxsin görüntüsü olan bir ədəd disk götürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin İ cildinin 191-194-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 14 ünvanının qarşısıdır. Qeyd olunan ünvana gedildikdə “Mersedes GL” markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısının sındırılması müəyyən olundu, hadisə yerinə baxış keçirilən zaman iş üzrə maddi sübut əhəmiyyətli əşya və ya dəlil aşkar edilməmişdir. Odur ki, tərəfindən baxış keçirilmişdir. Cinayət işinin İ cildinin 198-199-cu vərəqələrində olan “Təqdim etmə, baxış keçirimə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 2926 saylı materialın icrası zamanı, vət. Zərərçəkmiş şəxs5 izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində mülkiyyətində olan ünvan 16 ünvanda yerləşən özünə məxsus evdən oğurluq etmiş şəxsin video görüntüləri vardır. Qeyd edilənlərlə bağlı 01 ədəd disk təqdim edərək içərisində 7 ədəd video görüntünün olmasını bildirmişdir. Qeyd edilən ünvanda yerləşən evin həyət sahəsinə daxil olaraq həyətdə park edilmiş **-NY-*** dövlət qeydiyyat nişanlı, Mercedes markalı, GL modelli avtomobilin sol qabaq şüşəsini sındıraraq avtomobilin içərisinə daxil olması və 01 ədəd əl çantasını götürüb oradan uzaqlaşması müşaiyət edilmişdir, şəxsiyyəti bilinməyən şəxsin tərəfindən təqdim edilmiş disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, şəxsiyyəti bilinməyən şəxsin bildirmişdir ki, görüntülərin diskə köçürülməsi üçün sərf etdiyi məbləğ onun üçün əhəmiyyət kəsb etmir. Cinayət işinin İ cildinin 212-ci vərəqində olan “Təqdim etmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06 radələrində ünvan 17 ünvanın həyət sahəsinə qanunsuz daxil olaraq, həyətdə park edilmiş **-NY-*** ddövlət qeydiyyat nişanlı, Mercedes markalı, GL modelli avtomobilin sol qabaq şüşəsini sındırmaqla gizlin olaraq taladığı əl çantasının içərisindən götürüyü 200 manata yaxın nağd pulun 116 manatını təqdim edərək qalanını xərcləməsini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs iki ədəd 50 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq əskinazlar olmaqla ümumilikdə 116 manat nağd pul təqdim etmişdir. Cinayət işinin İ cildinin 246-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə saat 19:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 15-ci vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd «CD» diskə yazılmış videoçəkilişə Sabunçu Rayon Polis İdarəsinin MSY-də baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 03 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 22 dekabr 2024-cü il tarixdə saat 06.45 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin X14 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən 54 saylı fərdi həyət evinə daxil olması, daha sonra evdən çıxıb getməsi görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 22 dekabr 2024-cü il tarixdə saat 06.45 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 16-cı vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd «CD» diskə yazılmış videoçəkilişə Sabunçu Rayon Polis İdarəsinin MSY-də baxış keçirtmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 08 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 29 dekabr 2024-cü il tarixdə saat 06.00 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən 21 A saylı fərdi həyət evinin həyətyanı sahəsinə daxil olması, Zərərçəkmiş şəxs5 məxsus “Mercedes GL” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındırması və oğurluq etməsi görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 29 dekabr 2024-cü il tarixdə saat 06.00 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 19-20-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 31 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X4 xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 21-22-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 31 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 47-52-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-138/2025 nömrəli xx.xx.2025-c il tarixli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin istintaq müddəti həddində, yəni 17 iyun 2025-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 23 mart 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 70-73-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-313/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsi və onun 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)- 64/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunduğu 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 23 sentyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-64/2021 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə yerində saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 83-85-ci vərəqələrində olan “Hadisə yerinin müayinə olunması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs10 şikayət ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Xətai rayonu, Aslanov qəsəbəsi, 20 T ünvanında yerləşir. Cinayət işinin İİ cildinin 108-111-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs10 əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs10 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin İİ cildinin 118-ci vərəqində olan “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi barədə” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd CD formatlı diskin üzərində yazılar yoxdur. Həmin disk Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xidməti otağında olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd adsız videofayl aşkar olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, diskin videofaylında əks edilmiş görüntülər 11 mart 2024-cü il tarixdə saat 06:56:30 radələrini əhatə edir və həmin görüntü Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış videogörüntülərin mobil telefon vasitəsiilə köçürülərək mobil telefonun yaddaşına köçürülmüş görüntüsüdür. Görüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində dayanmış tünd göyrəngli «Volks Wagen markalı, İD6 Pro minik modelli avtomobilə yaxınlaşaraq avtomobilin içərisinə, daha sonra isə fərdi yaşayış evinə daxil olur, evdən çıxdıqdan bir qədər sonra həyətdə olan velosipedi götürüb küçəyə çıxır və velosipedi sürüb oradan uzaqlaşıb getmişdir. Cinayət işinin İİ cildinin 209-211-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müraciət əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də nömrəsiz ünvana baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ev 3 otaqlıdır, otaqlar təmirlidir. Evin plastik pəncərəsi açılmışdır. Evdən 3000 (üç min) manat pul və qızıl zinyət əşyaları oğurlanmışdır. Cinayət işinin İİİ cildinin 6-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən döngə 1, ev 20 həyət evidir. Cinayət işinin İİİ cildinin 13-cü vərəqində olan “Video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, aparılan araşdırma zamanı vətəndaş X1 müraciəti əsasında protokolda qeyd edilən hadisə yerinə gedilərək, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilmişdir. Həmçinin müşahidə kamerasının görüntüsünə baxış keçirilmiş və qeyd olunanlarla əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə müvafiq qaydada protokol tərtib edilmiş, müşahidə kamerasının görüntüsü DVD disk formasında protokola əlavə edilmişdir. Cinayət işinin İİİ cildinin 49-cu vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd CD diski açarkən orada 03 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 10 yanvar 2025-ci il tarixdə saat 06:20 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə naməlum şəxsin Zərərçəkmiş şəxs12 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi həyət evinə daxil olması, daha sonra evin həyətyanı sahəsində olan “BMW” markalı avtomobilin içərisinə baxması, daha sonra evə daxil olması və evdən çıxıb gedərkən oğurladığı pulları sayması görüntüləri aşkar edilmişdir. İş üzrə təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək, 10 yanvar 2025-ci il tarixdə saat 06:20 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Odur ki, bu barədə protokol tərtib edilir. Cinayət işinin İİİ cildinin 59-63-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 1 ünvanında yerləşir. Həyətin giriş darvazası 2 laylı ensiz dəmirdəndir, 4 otaqlı yaşayış evidir. Cinayət işinin İİİ cildinin 121-125-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsi, “Qəsr MTK”, blok 2-də yerləşən 47 saylı mənzildir. Cinayət işinin İİİ cildinin 156-159-cu vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olundu ki, hadisə ilə bağlı əvvəl ifadəsində dediklərini və hazırki şəraitdə deyə biləcəyini göstərsin. Bundan sonra proses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs göstərməsi ilə Abşeron RPİ-nin MSY-dən çıxaraq Abşeron rayonu, Masazır kəndi, S.Aslan küçəsi “Qəsr MTK” yaşayış kompleksinin qarşısına gəlmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobildən düşərək küçəni göstərərək bildirdi ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində bir neçə oğurluq hadisəsi törətmişdir. Buna görə də hal-hazırda Sabunçu RPİnin icraatında olan cinayət işi üzrə həbsdədir və Bakı İstintaq təcridxanasında saxlanılır. Törətdiyi oğurluq hadisələrindən biri də xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır kəndi, S.Aslan küçəsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci blokunda və 2-ci mərtəbəsində yerləşən mənzildə baş vermişdir. Belə ki, həmin tarixdə o, əvvəlcədən müəyyən etmişdir ki, həmin mənzildə yaşayış yoxdur. Çünki, gecələr həmin mənzilin işıqları sönük olurmuş. Buna görə də xx.xx.2024-cü il tarixdə saat 20 radələrində heç kimin onu görmədiyini anlayıb qaz borusuna tutunub həmin mənzilin eyvanına çıxmışdır. Daha sonra sıxmaqla eyvandakı qapısını sındıraraq evə daxil olmuşdur. Evdə bütün əşyaları və otaqları gəzmişdir. Buna görə ev dağınıq vəziyyətə düşmüşdür. Daha sonra koridorda dolabın içərisini tökən zaman paltarların arasından 2000 ABŞ dolları və 500 manat pul tapmışdır. O, dərhal pulu götürmüş və evin giriş qapısını arxadan bağlayıb içəri girdiyi kimi eyvandan çıxmışdır. Bu hadisəni o, tək törətmişdir. Etdiyi əməldən peşmandır. Oğurladığı pulları ehtiyacları üçün xərcləmişdir. Cinayət işinin İİİ cildinin 190-191-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən iki mərtəbəli, hasarlı, tam təmirli yaşayış evidir. Cinayət işinin İİİ cildinin 208-212-ci vərəqələrində olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən öncə X13 özünə məxsus ünvan 21 ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Həmçinin həmin ünvanda 16 yanvar 2025-ci il tarixdən Təqsirləndirilən şəxs kirayədə qalmasını bildirdi. Baxış zamanı evin yataq otağında pəncərəsinin qarşısından açıq çəhrayı rəngli elektron qol saatı aşkar olundu. Bundan sonra baxış zamanı yataq otağında paltar dolabının içərisindən iki ədəd bağlı şəkildə sellofan olması müəyyən olundu. Həmin sellofanlara baxış zamanı onların birinin içərisində bir cüt sırğa və bir ədəd üzükdən dəst, üç ədəd üzük və bir cüt sırğa, digər sellofanın içərisində isə bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğa olması müəyyən olundu. Bundan başqa yataq otağından bir ədəd lombard sənədi də aşkar olundu. Aşkar olunmuş əşyalardan açıq çəhrayı rəngli elektron qol saatının “HUAWEİ” markalı olması, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəstin, üç ədəd üzük və bir cüt sırğanın qızıl metalına, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağının gümüş metalına və bir ədəd bijuteriya sırğanın bəzək əşyasına bənzəməsi müəyyən edildi. Aşkar olunmuş lombard sənədində isə 01 ədəd boyunbağı, üzük və 01 ədəd qolbağın 07 fevral 2025-ci il tarixdə X5 məxsus lombarda 500 manat müqabilində girov qoyulması müəyyən edildi. Aşkar olunmuş 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğaya baxış keçirildikdən sonra həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 tanınması üçün təqdim edildi. Zərərçəkmiş Zərərçəkmiş şəxs9 təqdim olunmuş 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğaya baxaraq həmin əşyaları tanıyıb özünə məxsus olduğunu bildirdi. X6 məxsus ünvan 21 ünvanından aşkar olunmuş 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğa və lombard sənədinə baxış keçirildikdən sonra həmin əşyalar və lombard sənədi müstəntiq tərəfindən götürülərək qablaşdırıldı. Cinayət işinin İİİ cildinin 214-cü vərəqində olan X5 məxsus lombarda aid xx.xx.2025ci il tarixli Girov Biletindən görünür ki, 01 cüt sırğa, 01 ədəd sep və 01 ədəd qolbaq 500 manat müqabilində girov qoyulmuşdur. Cinayət işinin İİİ cildinin 215-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 məxsus ünvan 21 ünvanından aşkar olunmuş 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğa və lombard sənədinin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 254-258-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Bakı Humanitar Kollecin yataqxasıdır. Cinayət işinin İV cildinin 29-34-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkətinə başlamazdan qabaq Təqsirləndirilən şəxs hadisə yerini, hadisənin baş vermə ardıcıllığını göstərmək təklif olundu və o, təkliflə razılaşdı. Bundan sonra onlar yuxarıda qeyd olunan iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs təklifi ilə Abşeron RPİ-nin inzibati binasının qarşısından avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərək getmişlər. Sözügedən hadisə yerinə çatanda Təqsirləndirilən şəxs avtomobili əyləməyi təklif etdi. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobildən enərək Zərərçəkmiş şəxs15 məxsus mənzili göstərib bildirdi ki, 01 yanvar 2025-ci il tarixdə saat 04 radələrində oğurluq etmək niyyəti ilə yaşadığı küçədə yerləşən yataqxanaya daxil olub 3-cü mərtəbəyə qalxmış, həmin mərtəbədə sağ hissədə yerləşən taxta qapılardan birini itələdikdə, həmin qapının açıq olduğunu görmüşdür. Qapını açdıqda isə içəridə heç kəsin olmadığını görmüşdür. Bundan sonra otağa daxil olub əvvəlcə paltar dolabını açmış, bu zaman orada sandıq olduğunu görmüş, lakin sandığın qıfılı bağlı olduğundan dolabın digər hissələrinə baxmış və çərəz qabının içərisindən sandığın açarını tapmışdır. Daha sonra həmin açarla sandığı açmış, bu zaman sandığın içərisində qızıl əşyaları olduğunu görüb onların hamısını götürmüşdür. Həmçinin bundan sonra otaqda heç bir əşyaya toxunmayaraq oradan çıxıb getmişdir. Oğurladığı qızıl əşyalarının hamısını yaşadığı evə gətirmiş, evdə qızıl əşyalarına baxdıqda onların içərisində bir neçə cüt sırğa, bir neçə ədəd qolbaq, boyunbağı və bilərzik olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə Abşeron rayonu, Xırdalan şəhəri, T.Bayram küçəsi istiqamətində hərəkət edərək getmişlər. Sözügedən hadisə yerinə çatanda Təqsirləndirilən şəxs avtomobili əyləməyi təklif etdi. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobildən enərək Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evini göstərib bildirdi ki, 07 fevral 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb ətrafı gəzməyə başlamış, bir qədər dolaşdıqdan sonra yaxınlıqdakı küçələrdən birində yerləşən fərdi yaşayış evinə daxil olaraq oğurluq etmək qərarına gəlmiş, həmçinin evdə heç kəsin olmadığını fikirləşmişdir. Daha sonra hasarın üstündən tullanaraq fərdi yaşayış evinin həyətinə daxil olub evə yaxınlaşmış, evin birinci mərtəbəsindəki plastik pəncərəsini əli ilə itələyərək açıb evin içərisinə daxil olmuşdur. Daha sonra evin ikinci mərtəbəsindəki yataq otağına qalxmış və həmin otağı axtarmağa başlamış, bu zaman paltar dolabının içərisində və yan tərəfdə çəkməcədə olan qızıl əşyalarını tapmış, həmin qızıl əşyalarının hamısını, yəni orada olan bir neçə cüt sırğa, bir neçə ədəd qolbaq, boyunbağı, bilərzik, gümüş əşyaları və qol saatını götürmüşdür. Daha sonra oğurladığı qızıl əşyalarını yaşadığı evə gətirmiş, həmin gün oğurladığı qızıl əşyalarından bir neçəsini lombarda girov qoyması üçün tanışı Yusifə vermişdir. Yusif də qızıl əşyalarını lombarda girov qoyub 500 manat pul götürdüyünü demiş və həmin pulla lombard sənədini ona vermişdir. Təxminən 2-3 gün sonra isə polis əməkdaşlarının onu axtarmasından şübhələnmiş, buna görə də kirayədə qaldığı evə qayıtmamış və oğurladığı qızıl əşyalarının bir hissəsi həmin evdə qalmışdır. Bununla da ifadənin yerində yoxlanılması başa çatdı. Cinayət işinin İV cildinin 71-73-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi evdir. Cinayət işinin İV cildinin 100-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində X3 məxsus evdən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 (dörd) ədəd tamponda qan nümunəsi, həmçinin xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə keçid 7-də Zərərçəkmiş şəxs6 məxsus evdən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd “Frumba” yazısı olan karton içki qabı Təqsirləndirilən şəxs (xx.xx.1979-cu il) məxsusdur. Cinayət işinin İV cildinin 110-111-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin aparılması zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadədə göstərilən xüsusatların hadisə yerində göstərməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən Suraxanı RPİ-nin inzibati binasından xidmətə avtomobilə əyləşərək ünvan 22 ünvanda yerləşən mənzilin qarşısına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə mənzilə daxil olduqda Təqsirləndirilən şəxs qonaq otağına keçərək, əli ilə qonaq otağında divara quraşdırılmış televizor atlığının çərçivəsini göstərərək 18 fevral 2025-ci il tarixdə saat 04 radələrində həmin mənzilə plastik pəncərəyə zor tətbiq edib açaraq gizlin şəkildə daxil olub oradan 02 ədəd qızıl üzüyü və bir ədəd sırğanı götürdüyünü, daha sonra isə həmin otaqda qapının kəndarını göstərərək orada olan torbada olan pul qabını içində olan 500 manat pul ilə birlikdə götürdüyünü bildirmişdir. Cinayət işinin İV cildinin 177-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2025-ci il tarixli, 6/2667 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri rəyin təsviri hissəsində olan Cədvəl 1-də göstərilmişdir. Cədvəl 1-də sıra nömrəsi 2, 3 və 5 olanlar 750 əyarlı qızıldan, 1 və 4 olanlar 583/585 əyarlı qızıldan, 7, 8 və 9 olanlar 925 əyarlı gümüşdən, 6 olan qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır. Cədvəl 1 üzrə sıra nömrələri 1, 2, 3 və 5 olan zərgərlik məmulatlarının üzərlərində olan qaşlar qiymətli daşlara aiddir – brilyantdır (istilikkeçirmələrinə əsasən). Tədqiqata təqdim edilən 1 ədəd qol saatı materialların məhkəmə ekspertizasının obyekti olmadığından tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsinə xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Cinayət işinin İV cildinin 189-194-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadə yerində olarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 618 E saylı fərdi həyət evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində vətəndaş Zərərçəkmiş şəxs11 məxsus həmin fərdi həyət evinin hasarından yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin yataq otağında olan qarderobdan 3000 manat nağd pul, yataq otağında olan termonun qarşısından 1 cüt qızıl sırğa və gümüş bujuteriyaları oğurlamaq üçün daxil olduğu fərdi həyət evinin mətbəxinin pəncərəsini əyani şəkildə göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi ünvan 23 ünvanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində həmin mənzilin yataq otağında olan dəmir seyfin içərisindən 6000 manat pulu və 800 manat dəyərində qızıl-ziynət əşyalarını oğurlamaq üçün daxil olduğu fərdi həyət evini əyani şəkildə göstərmişdir. Cinayət işinin İV cildinin 195-ci vərəqində olan “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Nayıbov, Azərbaycan Respublikası CPMnin 51, 85, 95 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs10 yaşadığı fərdi həyət evindən baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilən zaman üş 01 ədəd «CD» diskə yazılmış videoçəkilişə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sabunçu Rayon Polis İdarəsinin MSY-də baxış keçirtmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 2 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan videogörüntülərə baxış keçirilən zaman oğurluğun 11 mart 2025-ci il saat 06.45 radələrində baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntülərdə şəxsin Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə daxil olması, həyətdə olan tünd göy metalik rəngli “Volksvagen” markalı “İD 6 Pro” minik modelli, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin içərisinə daxil olaraq avtomobildən oğurluq etməsi, fərdi həyət evinə daxil olaraq oğurluq etməsi, daha sonra evdən çıxıb getməsi görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 11 mart 2025-ci il tarixdə saat 06.45 radələrində etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Cinayət işinin İV cildinin 196-229A vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə 07 ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş 116 manat pulun maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs5 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin V cildinin 46-cı vərəqində olan Zərərçəkmiş şəxs5 tərəfindən yazılaraq imzalanmış xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ona məxsus evin həyətində olan avtomobildən baş vermiş oğurluq zamanı vurulmuş maddi ziyandan 116 manatı təhvil almışdır. Cinayət işinin V cildinin 47-ci vərəqində olan Zərərçəkmiş şəxs9 tərəfindən yazılaraq imzalanmış xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ona məxsus olan üzərində əl yazısı ilə “bir cüt qızıl sırğa bir ədəd qızıl üzükdən ibarət dəst, üç ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd gümüş boyunbağı, bir ədəd gümüş qolbaq, bir ədəd gümüş ayaqbağı, bir ədəd bijuteriya sırğa, bir ədəd “HUAWEİ” markalı elektron qol saatını təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini 18 oktyabr 2024-cü il tarixdən 13 mart 2025-ci il tarixədək olan müddətdə törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Şübhəli şəxsin tutulması haqqında” 30 dekabr 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 31 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X4 xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmış, elə həmin gün onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 dekabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi saat 11:20-də başlamış, saat 12:20-də bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanılması 24 saatdan artıq olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğanın Zərərçəkmiş şəxs9 qaytarılması, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş 116 manat pulun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalı, 07 ədəd CD disk və lombard sənədi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 23 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd “HUAWEİ” markalı elektron qol saatı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət dəst, üç ədəd üzük və bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd ayaqbağı və bir ədəd bijuteriya sırğanın Zərərçəkmiş şəxs9 qaytarılması, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş 116 manat pulun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın, 07 ədəd CD disk və lombard sənədi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar