Məhkəmə qərarları › İş №1(008)-741/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-741/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-741/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən X7 verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, X8 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,408 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə, saat 13:00-da Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xidməti ərazidə gəzinti zamanı- özünü şübhəli apardığına görə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Sabunçu RPİnin 13-cü PB-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 0,408 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X5 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X10 özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 il olar ki, narkotik vasitələrdən olan heroini Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə edir. Üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən heroin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisindən təsadüfən 4 ay bundan qabaq «İnstagram» internet sosial şəbəkəsində tanış olduğu onlayın narkotik satışını həyata keçirən anket məlumatlarını və adını, telefon nömrəsini bilmədiyi İran İslam Respublikasının vətəndaşından 20 manat hesabına ödəməklə şəxsi istifadəsi üçün Bakı şəhəri Nərimanov Parkının qarşısında ağacın altından atıldığı yerdən götürüb almış, həmin narkotik vasitəni aldıqdan sonra üzərində gəzdirməklə daşımış və xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu ünvan 4 ünvanının qarşısından keçən zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demiş, bu vaxt hara getdiyini soruşmuş o ilk öncə özünü itirib həmin şəxslərə cavab vermədən üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış, polis əməkdaşlarında daha da özünə qarşı şübhə yaratmış və onun anket məlumatlarını soruşduqda özünü təqdim etmək üçün hər hansı bir sənədinin olmadığını dedikdə həmin şəxslər onu 13-cü PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının müşayiəti ilə 13-cü PB-nə getmiş, orda üzərinə videoçəkilişlə axtarış və baxış keçirilmiş, videoçəkiliş zamanı üzərində olan narkotik vasitələrdən «Kakos» kimi tanınan heroini çıxarıb otaqda olan masanın üzərinə qoymuş, aşkar edilən narkotik vasitə olan heroin və «Samsung» markalı mobil telefon qablaşdırılmış və heroin kimi təqdim etdiyi maddə ekspertizaya göndərilmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 bildirmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq 30 iyun 2022-ci il tarixdə ərazidə işlədiyi Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə gəzintidə olan zaman Sabunçu rayonu ünvan 5 ünvanının qarşısında, saat 13 radələrində bir nəfər şəxsin keçdiyini gördükləri üçün həmin şəxsin orda olması şübhə yaratmış, buna görə də həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədpıin olub-olmamasım soruşmuş, bu zaman onun özünü təqdim etməkdən yayınaraq qaçmağa cəhd etməsi onlarda yaranmış şübhəni daha da artırdığı üçün həmin şəxsi avtomobilə dəvət edərək onlarla 13-cü PB-nə getməyi təklif etmişlər. Həmin şəxs etiraz etməmişdir. Anket məlumatları onlara PB-də məlum olan Cavid Sərdarovun üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün xidməti otaqlardan birində videoçəkilişdən istifadə edilməklə Cavid Sərdarovun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Cavid Sərdarova eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Cavid Sərdarovun üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Cavid Sərdarov buna cavab olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı sellofan bükümdə narkotik vasitə hesab edilən maddəni və «Samsung» markalı mobil telefonu çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Cavid Sərdarovun üzərində başqa heç bir qanunsuz əşya aşkar olunmamış, qeyd olunan narkotikin haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Cavid Sərdarov həmin narkotik vasitəni 29 iyun 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəəhəri Nərimanov rayonu ərazisindən təsadüfən 4 ay bundan qabaq «İnstagram» internet sosial şəbəkəsində tanış olduğu onlayn narkotik satışını həyata keçirən anket məlumatlarını və adını, telefon nömrəsini bilmədiyi İran İslam Respublikasının vətəndaşından 20 manat hesabına ödəməklə şəxsi istifadəsi üçün Bakı şəhəri Nərimanov Parkının qarşısında ağacın altından atıldığı yerdən götürdüyünü, həmin gündən saxlanıldığı vaxta qədər üzərində gəzdirdiyini bildirmişdir. Şahid Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq zamanl verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X7 üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə vardırsa könüllü təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd qırmızı sellofan bükümdə tünd qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim etmiş, həmin maddənin “kakos” bildiyi narkotik maddə olduğunu, öz istifadəsi üçün 29 iyun 2022-ci il tarixdə, axşam saatlarında Nərimanov parkı deyilən ərazidən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir ( i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi 30 iyun 2022-ci il tarixli 6/3628 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində «X5 üzərinin Aşkar edilərək götürülmüş maddələr» yazılar və imzalar olan bir; ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,408 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla,hazırlanmış narkotik vasitə heroindir (i.v.34-36). 01 iyul 2022-ci il tarixli, 1/1356 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 OPİ (OPİOİD) qrupu preparatı aşkarlanmışdır (i.v.39). “Baxış keçirilməsi haqqında” 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X4 30 iyun 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş “Samsung” markalı telefonun ayarlarına baxılmış, lakin iş üzrə hər hansı hər hansı əhəmiyyətli hal aşkarlanmamışdır (i.v.83). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 12 iyul 2022-ci il tarixli, 3760 nömrəli rəyindən görünür ki, hal-hazırda X6 ÖPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA.XƏSTƏLİYİ) aşkar. olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.85-86). Sübutların qiymətləndirilməsi haqqında 14 avqust 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, X4 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,408 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,358 qram narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, X5 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videoçəkilişin olduğu bir ədəd diskin maddi sübut hesab olunmaqla cinayət işinin materiallarına əlavə edilməsi, X4 aşkar edilmiş “Samsung” markalı telefonun maddi sübut kimi tanınmaması və sahibi X7 qaytarılması qərara alınmışdır ( i.v. 88-93). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X10 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 iyun 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində “həbs” qətimkan tədbi seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, X10 dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.62-64). “Qətimkan tədbiri seçilməsi haqqında” 02 iyul 2022-ci il qərardan görünür ki, X10 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, X2 Hərbi Məhkəməsinin 06 aprel 2010-cu il tarixli hökmü ilə AR CMnin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə intizam xaraketrli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 18 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.72-73). Məhkəmə təqsirləndirilən şəxs X5 törətdiyi əməli səmimi etiraf etdiyini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, X10 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, X7 təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, X10 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X10 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X7 elektron nəzarət vasitəsi tətbiq edilməli, X5 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, X7 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X5 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,358 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X7 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 manat X4 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar