Məhkəmə qərarları › İş №1(008)-744/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-744/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-744/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan və Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,600 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvanına daşımış və xx.xx.2022-ci il tarixdə saat 17:10 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilinərək saxlanılmaqla 13-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,600 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da X6 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5-6 ildir ki, narkotik vasitə heroindən inyeksiya yolu ilə damara vurmaqla istifadə edir. 06 may 2022-ci il tarixdə, saat 10 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində olarkən narkotik vasitə istifadə etmədiyinə görə ağrıları olduğundan orada üzdən tanıdığı, adını bilmədiyi şəxsə yaxınlaşıb, onun da, narkoman olmasını düşünərək narkotik vasitə axtardığını dedikdə, həmin şəxs özündə bir büküm olmasını deyərək və həmin narkotik vasitəni ona 15 manata təklif etmişdir. O, razılaşaraq 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə “kakos" adlanan heroini 15 manata alaraq ayrıldıqdan sonra həmin heroinin bir hissəsini istifadə etmiş, qalanını isə cibində saxlamışdır ki, yenə də ağrıları olanda qəbul etsin. Sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə qayıdaraq həmin gün, saat 17:10 radələrində Sülh küçəsində olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. Polis bölməsində araşdırma aparılması həvalə edilən təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsindəki hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Talib oğlu ona müdafiəçi qismində təyin edilmiş və ona üzərinə axtarış keçiriləcəyi elan edildikdə o, öz razılığı ilə müdafiəçinin iştirakından imtina edərək bu barədə ərizə verdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər hansı qanunsuz əşya, maddə, predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən üzərində ***- ***-**-** “Bakcell” abonent nömrəsi olan 01 ədəd sadə qara rəngli “Nokia” markalı mobil telefonu, bir ədəd qırmızı rəngli alışqan və şalvarının sağ yan cibindən isə 01 ədəd gümüşü kağıza bükülmüş maddəni təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd büküm açıldıqda içində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edilmişdir. O, həmin maddənin “kakos” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bülbülə qəsəbəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata alıb üzərində saxladığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində və polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması, məlumat təsdiq olunduğu halda onun törətdiyi cinayətin ifşa edilərək qarşısının alınması məqsədi ilə o, xx.xx.2022-ci il tarixdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edərək PB-nin rəisinə raportla məruzə etmiş və həmin qararı PB-nin rəisi təsdiq etdikdən sonra əməliyyat tədbirlərinin həyata keəçirilməsi üçün özü və 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılıb nəzərdə tutulan tədbirlər planına uyğun olaraq onlar xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamışlar. Saat 17:10-da ünvan 4 ünvanın yaxınlığında olarkən Təqsirləndirilən şəxs zahiri əlamətlərinə uyğun olan bir nəfər şəxsin oraya gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq əvvəlcə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə yanaşı həmin şəxsdən özünün şəxsiyyəti barədə məlmatları soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söylədikdən sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitə və ya narkotik vasitələri qanunsuz dövriyyəsi məşğul olmasından, üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb gəzdirməsindən şübhələndiklərini bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə onu 13-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 13-ci PB-nə gəlmiş və onu nöbətiçi hissəyə təhvil verib bu barədə bölmə rəisinə raportla məruzə etmişlər. Həmin raportla əlaqədar araşdırma aparılması bölmənin baş təhqiqatçısı polis mayoru Fərhəng Hüseynova həvalə olunmuş və təhqiqatçı tərəfindən PB-nin xidməti otağında onun, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetləri varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd cümüşü rəngli siqaret kağızı bükümü, sol yan cibindən isə 1 ədəd mobil telefon aparatı və 1 ədəd alışqan çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün arasında «kakos» adlandırılan narotik vasitə heroin vardır. Təhqiqatçı bükümü açarkən onun içində qəhvəyi rəngli spesifik qoxuya malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini təxminən 2 saat bundan əvvəl Bülbülə qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi məqsədi ilə 15 manata alaraq üzərində saxlayıb gəzdirir ki, ağrıları olanda qəbul etsin. Sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin digər qanunsuz saxlanılan əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızında bükülmş maddəni və «Nokia» markalı telefon aparatını iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut olduğunu bildirib ayrı-ayrı zərflərə qablaşdırmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanaraq 160 saylı möhürlə möhürləndikdən sonra onları götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etmələ onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, 06 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 polis leytenantı Şahid2 iştirakı ilə şübhəli şəxs qismində Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə PB-nin baş təhqiqatçısı polis mayoru Fərhəng Hüseynov tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, narkotik vasitə heroinə bənzər maddə olan bükülünü təqdim etmiş, həmin maddəni göstərilən Suraxanı Bülbülə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üzərində saxlayaraq gəzdirməsini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri “Zərflər üçün” 160 nömrəli möhürlə möhürlənmiş və tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs və iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan başqa İsmayıl Kazıimovun üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir (i.v. 31-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 may 2022-ci il tarixli, 6/2634 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” möhür əksi, “Vət. X2 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,600 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.39-41). “DVD diskə baxış keçirilməsi haqqında” 07 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Fərhəng Hüseynov kimi təqdim edir. Bundan sonra otaqda olan mülki geyimdə olan şəxs özünü Sabunçu RPİ-nin 13- cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 kimi, digəri həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 kimi, mülki geyimdə olan saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. X5 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və polis bölməsinə gətirilmiş İsmayıl Kazıimovun üzərində şəxsi axtarış keçirilməsini bildirir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızma bükülmüş, narkotik vasitə heroinə bənzər maddə olan bükülünü təqdim edir, həmin maddəni göstərilən tarixdə Nizami rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üzərində saxlayaraq gəzdirməsini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılır, üzəri “Zərflər üçün” 160 nömrəli möhürlə möhürlənir və tərtib edilmiş protokoluİTəqsirləndirilən şəxs və iştirakçılar imzalarla təsdiq edirlər (i.v.58). “Maddi sübut kimi tanınma haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,600 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,550 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir (i.v.85). “Mobil telefona baxış keçirilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və istintaqa sabunçu RPİ-nin 13-cü PB tərəfindən təqdim edilmiş 01 ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefon açıldıqda orada narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı mesaj mətnləri, foto və video materiallar aşkar edilməmiş, mobil telefonun “Whatsapp” proqramını dəstəkləmədiyi müəyyən edilmişdir (i.v.87). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3524 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (i.v.98-99). “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, X3 AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs götürülmüş 0,600 qram çəkidə narkotik vasitə heroinin və 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut kimi tanınması, həmin heroinin tədqiqatdan sonra 0,550 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi və 01 ədəd DVD diskin isə cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (i.v.106-111). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, X6 06 may 2022-ci il tarixdə, saat 17:10-da tutulmuşdur (i.v.19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 may 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, X1 Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.76-78). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 may 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.79-80). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 may 2022-ci il tarixli tələbnamədən görünür ki, X6 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2007ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə qəti olaraq 09 ay 06 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 may 2018-ci il tarixdə cəzasının sonu ilə əvəz edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.90-91). Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum olunması, sonuncu dəfə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya aktına əsasən cəzadan azad edilməsinə və ona Dövlət tərəfindən göstərilmiş güzəştə baxmayaraq yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən X3 digər cəza təyin edilməklə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 istintaq müddəti zamanı 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla X3 qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 məhkəmə iclas zalından həbsə alınsın. X3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,550 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat X4ən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar