Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-744/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərd əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi məhəllə 82 ev 52-də qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci iİ tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-636/2024 saylı hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkən, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayıb və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 42,711 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 08 iyun 2024-cü il tarixdə, saat 01 radələrindo Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsı axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 42,711 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 22 ilə yaxındır ki, narkotik maddələrin aludəçisidir. Narkotik maddələrə ehtiyacı olanda yaşadığı Corat qəsəbəsi və ya başqa rayonun ərazisində gəzərkən orada üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi şəxsdən pul müqabilində narkotiki əldə edir və gizlin yerdə istifadə edir. Həmçinin internet vasitəsi ilə tanıyıb bilmədiyi İran vətənadaşının kart hesabına pul köçürür və onun qoyduğu yerdən narkotik əldə edib istifadə edir. Sonuncu dəfə 07 iyun 2024-cü il tarixdə gecə saat 22 radələrində özünü ona “Seyid” adlı özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən narotik istəmiş və o da etiraz etməmişdir. Ondan narkotiki ucuz aldığı üçün bu dəfə həmin iranlının ona göndərdiyi xatırlamadığı kart hesabına 200 manat pul göndərmiş və bir qədər sonra “Seyid” ona sifariş etdiyi 40 qramdan çox tiryəkin qoyulduğu yerin şəkillərini və “məkan”ı (konum) vatsapp tətbiqinə göndərmişdir. O da Sabunçu qəsəbəsinə həmin yerə gedib, narkotiki qoyulduğu yerdən götürmüşdür. “Seyid”ə tiryək almaq üçün 200 manat pul göndərmiş və o da ona tiryək göndərmişdir. Narkotiki götürdükdən sonra artıq 08 iyun 2024-cü il tarixdə saat 01 radələri olarmış və o həmin yerdən uzaqlaşmaq istədikdə 2 nəfər polis formasında şəxsin ona yaxınlaşmasını görmüşdür. Üzərində narkotik olduğu üçün həmin şəxslərin ona yaxınlaşmasından qorxmuş və onlar ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra kim olmağı, nə axtarmağı və s. bu kimi suallarla ona müraciət etmişlər və şəxsiyyət vəsiqəsini istəmişlər. O özünü təqdim etsə də digər suallara cavab verməyə çətinlik çəkib, onlardan uzaqlaşmaq istəyərkən onlar onun şübhəli hərəkətlərini görüb onu 12-ci PŞ-nə gətirmişlər. Orada ona hüquqları izah olunub, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üzərinə videgörüntü ilə şəxsi axtarış keçirilmiş, ona təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Buna görə də o əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülü halda içərisində tiryək olan 08 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən əldə etdiyi narkotik maddəni təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kakos” olduğunu qeyd etmişdir. Lakin həmin maddənin əslində tiryək olmasını bilmişdir. Videogörüntü zamanı həyacanlı olduğu üçün ona el arasında “kakos” deyildiyini sorğu zamanı onun “kakos” olmasını demişdir. O özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun mobil telefon nömrəsinə gələn smslərin kim tərəfindən nə məqsədlə yazılmasını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantı xüsusi rütbəsi daşıyır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində xidməti əraziləri olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu küçəsi, Əmir Bağırov küçəsində, fərdi evin qarşısında iş yoldaşı ilə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, narahat olmasını görmüş və ona yaxınlaşıb özlərini tədqim edərək ondan kim olmasını, nə axtarmasını soruşan zaman həmin şəxs qorxub, adekvat cavab verməyərək onlardan yayınmaq istəmişdir. Onun xarici görkəmi də narkotik istifadəçilərinə bənzədiyindən onu 12-ci PŞ-nə dəvət etmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən o, müşahidə altında saxlanılmışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə, “kakos”, yəni heroindir, “Seyid” adlı İran vətəndaşından kartına 200 manat pul ödəməklə Sabunçu qəsəbəsindən öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin 22 ildir ki narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə kütləsi ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmiş, möhürlənmiş, üzərində qeydlər aparılmış, doğruluğu iştirakçılar və onun tərəfindən imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə, “kakos”, yəni heroindir, “Seyid” adlı İran vətəndaşından kartına 200 manat pul ödəməklə Sabunçu qəsəbəsindən öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin 22 ildir ki narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə kütləsi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış, doğruluğu iştirakçılar tərəfindən imza edilmişdir(i.v.30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 08 iyun 2024-cü il tarixli 3-13-49-1/1-2954/24 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddə Saxlanılan şəxs : “imza” Təqsirləndirilən şəxs T.” yazıları və imzalar olan zərfdəki bir ədəd bükülüdə təmiz çəkisi 42,711 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryəkdir. Asetilə edilmiş tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (Siyahı İ) (i.v.37-41); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.63-64); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65-66); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan mərhum edilmiş, xx.xx.2009-cu il tarixdə Suraxanı rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən 05 ay 08 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Almaniya, Fürth (Bavariya ) R-N məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM 242-ci Par, 1-ci abzası, 248 A Par (oğurluq) Hər biri 10.00 avro həcmində olan 15 günlük pul cəriməsi stavkası, Alman FR Bayreuth Ray Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 242 ci par, 1-ci abz (oğurluq) 06 ay azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Alman FR Bayreuth Ray Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 242 ci par, 1-ci abz (qarət) 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X5 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 242 ci par, 1-ci abz, 49 par, 53 par, 55 par 1 abz, MR 17 Par 2 abz (oğurluq) 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il 05 ay 28 gün azadlıqdan mərhum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.68-70, 93-95); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-636/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək, 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulduğu 04 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Videogörüntüyə baxış keçirilməsi haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 12ci PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə, “kakos”, yəni heroindir, “Seyid” adlı İran vətəndaşından kartına 200 manat pul ödəməklə Sabunçu qəsəbəsindən öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin 22 ildir ki narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə kütləsi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış, doğruluğu iştirakçılar tərəfindən imza edilmişdir(i.v.71); Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir(i.v.101); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-448/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.109-114); “CD diskə baxış keçirilməsi haqqında” 21 avqust 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, “Bakcell MMC”-dən BKC\LGL-10263\24 nömrəli xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01 ədəd CD disk komputerin oxuyucusuna yerləşdirilmiş və açılan qovluqda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə 20:30:07 saatda 077 *** ** ** mobil nömrədən “05 ela hams, ” məzmunda sms yazılması müəyyən edilmişdir. Həmçinin 055 *** ** ** nömrədən Təqsirləndirilən şəxs nömrəsinə “yetim qalannan sonra mana xabar eia qailm manda goturum sahat yc dort oisada..” “rovşan telefonu qotur beş karobka şey lazımdl”, 055 *** ** ** nömrədən “KƏNTDƏ VAR TUXDADİ CAYİLSAN GÖR NEYİNİRSƏN PİS AĞRAYİRAM” məzmunda və bu kimi narkotik maddələr satışı ilə bağlı, yəni Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslərin narkotik maddələr almasını təsdiq edən smslər yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə 055 *** ** ** mobil nömrədən “GALİRAM ALİ TAMİZ VERACAM SANDA CAKİNİ DUZ ELA” məzmunda sms yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** mobil nömrədən 055 *** ** ** mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “05 Pati isteyirem” məzmunda, bundan başqa müxtəlif telefon nömrələri ilə narkotik maddələrin alışı və satışı ilə bağlı çoxsaylı sms mətnlərinin yazılması müəyyən edilmişdir. Həmçinin həmin mobil nömrələrlə narkotik maddələrin dövriyyəsi ilə bağlı çoxsaylı şübhəli zənglərin olması müəyyən edilmişdir(i.v.122); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 oktyabr 2024-cü il tarixədək uzadılmışdır(i.v.123-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X3 X4 Komissiyasının 12 avqust 2024-cü il tarixli 5514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.131-132); Sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 42,711 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədə CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş asetilə edilmiş tiryəkin tədqiqatdan sonrakı qalıq – 42,511 qramı maddi sübutların saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" ММC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.145-154); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrələr vasitəsilə ayrı ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadəsi alınarkən narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmiş, həmin ifadələr özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmlər üzrə məhkumluqları ödənilsə də, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-636/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsininxx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı(CM-65.2), Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024cü il tarixli 1(060)-636/2024 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), 08 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 29 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli,(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- narkotik vasitə olan asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-636/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 29 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 42,711 qram olan, tədqiqatdan sonra qalıq qalmış 42,511 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-744/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-744/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver