Məhkəmə qərarları › İş №1(008)-745/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-745/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-745/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-35/2023 nömrəli qərarına əsasən 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 04 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hasabı ilə hesablanmaqla 11 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 17 X4 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:20-dən 06:20-dək olan müddət ərzində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs1 icarə əsasında fiziki şəxs kimi işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “A&V” adlı marketin plastik qapısını sıxıb açmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq 120 manat nəğd pul, ümumi dəyəri 106 (yüz altı) manat 80 (səksən) qəpik olan 10 qutu Kent-1 (nazik), 10 qutu Kent-4 (nazik), 10 qutu Kent (qalın) markalı siqaretləri və Zərərçəkmiş şəxs2 məxsus olan 300 manat dəyərində 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla əmlak sahibləri Zərərçəkmiş şəxs1 ümumilikdə 226 (iki yüz iyirmi altı) manat 80 (səksən) qəpik və Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,534 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə saat təxminən 20:40 radələrində Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək, orada üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan gara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd sarı rəngli kağız bükümdə saxladığı təmiz çəkisi- 0,534 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 05:30 radələrində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “A&V" adlı marketi görmüş, bir qədər müşahidə apardıqdan sonra marketin ətrafında mühafizəçi, müşahidə kameraları və ətrafda heç kimin olmadığına əmin olmuş, əlləri ilə həmin marketin plastik qapısını sıxıb açaraq marketə daxil olmuş, marketə daxil olduqdan sonra kassa aparatının arxa hissəsində olan plastmas qabda olan təxminən 20 manat dəyərində qəpik pulları, marketin anbar otağında kardon qutunun içərisində olan müxtəlif əskinaslı olmaqla ümumilikdə 100 manat nəğd pulu, həmin qutunun yanında olan 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu və piştaxtaya yığılmış təxminən 105-106 manat dəyərində hər blokda 10 qutu olmaqla 01 blok Kent 1 (qara, nazik), 01 blok Kent 4 (qara, nazik) və 01 blok Kent 4 (qalın) tütün məmulatlarını götürüb daxil olduğu qapıdan çıxaraq oranı tərk etmiş, siqaretləri özü istifadə etmiş və təxminən 120 manat nəğd pulu isə hissə-hissə öz şəxsi problemlərinə xərcləmiş, “Samsung Galaxy A10” markalı mobil telefonu isə metronun “Neftçilər” stansiyasının yaxınlığında fəaliyyət göstərən təsadüfən gördüyü Lombarda girov qoyub 70 manat nəğd pul götürmüş, həmin məbləği də müxtəlif vaxtlarda hissə-hissə öz problemləri ilə bağlı xərcləmiş, ilkin ifadə verərkən həyəcanlı olduğuna görə qeyd edilən marketin rəflərindən cəmi 5 ədəd Kent-4 markalı (nazik qara) siqaret qutusu, qutuda olan 25 manat nəğd pul və “Samsung A10" markalı mobil telefon aparatını götürməsini göstərmiş, həmin oğurluq əməlini özü tək törətmiş və mobil telefonu girov qoyduğu Lombardda işləyən tanımadığı şəxsə həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa təxminən 5 aya yaxındır ki, psixotrop maddə metamfetamin istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 10.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün bir ədəd sarı rəngli kağız bükümündə psixotrop maddə metamfetamin alıb əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibinə qoymuş və sonradan istifadə etmək üçün üzərində saxlayaraq yaşadığı evə gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 20.40 radələrində ünvan 5 ünvanının qarşısında yaxınlıqda yerləşən kafeyə gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Sabunçu RPİ 13-cü Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, onun adını, soyadını, eləcədə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində fəaliyyət göstərən “A&V” adlı marketdən oğurluq edib-etmədiyini soruşmuş, polis əməkdaşlarının bu barədə məlumatlarının olduğunu başa düşüb qeyd edilən marketdən oğurluq etdiyini səmimi etiraf etmiş, bundan sonra polis əməkdaşları onlarla birlikdə 13-cü Polis bölməsinə getməyini təklif etmiş, buna etiraz etməmiş və polis əməkdaşlarının təklifi razılaşaraq onlarla birlikdə həmin bölməyə getmiş, polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından birinin ona oğurluq etməkdə şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmiş, bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını izah edib, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşmuş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış apanlmasına etiraz etmədiyini bildirmiş, bu barədə ərizə yazmış, bundan sonra həmin polis əməkdaşını üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən içərisində psixitrop maddə metamfetamin olan bir ədəd sarı rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra həmin bükümün polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin polis əməkdaşı təqdim etdiyi bükümdə aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu, eləcə də həmin psixotrop maddəni 09 fevral 2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, ondan götrülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümün qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən protokolun düzgünlüyü imzalarla təsdiqlənmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yaşayır, təxminən 2019-cu ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 1 ünvanında fəaliyyət göstərən “A&V” adlı marketi icarə əsasında işlətmiş, xx.xx.2023-cü il tarixdə, saat 05.20 radələrində son müştərini yola salıb marketin qapısını açarla bağlayıb yaxınlıqda olan mənzilinə getmiş, həmin tarixdə, saat 06.20 radələrində marketə qayıtmış, həmin vaxt marketin plastik qapısının naməlum şəxs (şəxslər) tərəfindən sıxılması nəticəsində açarının sındırmaq yolu açıldığını aşkar etmiş, marketə daxil olduqdan sonra kassa aparatının arxa hissəsində olan plastmas qaba yığdığı 20 manat dəyərində qəpik pulların, marketin anbar kimi istifadə etdiyi otağında saxladığı kardon qutunun içərisində olan müxtəlif əskinaslı olmaqla ümumilikdə 100 manat nəğd pulun, həmin qutunun yanında olan qonşusu Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 300 manat dəyərində olan “Samsung Galaxy A10” markalı mobil telefonun və piştaxtaya yığdığı 106 manat 80 qəpik dəyərində 01 blok Kent 1 (qara, nazik), 01 blok Kent 4 (qara, nazik) və 01 blok Kent 4 (qalın) tütün məmulatlarının oğurlandığını aşkar etmiş, qeyd edilən oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 226 manat 80 qəpik və qonşusu Zərərçəkmiş şəxs2 isə 300 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan tam olaraq ödənilmiş, hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Laçın rayonu, Fingə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində ünvanını dəqiq bilmədiyi mənzildə kirayə yaşayır, xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:30 radələrində kirayə yaşadığı mənzilin yaxınlığında fəaliyyət göstərən “A&V” adlı ərzaq mağazasının qarşısına gəlmiş, bir müddət sonra özünə məxsus “Samsung Galaxy A10” markalı mobil telefonunu həmin mağazada elektrik cərəyanına qoşaraq mağazanın qarşısında qonşularla söhbət etmiş, bundan bir qədər sonra mobil telefonunu mağazada unudub yaşadığı mənzilə getmiş, həmin tarixdə səhər saatlarında mağazada oğurluq hadisəsinin baş verdiyini və mobil telefonunun oğurlandığını eşitmiş, qeyd edilən oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat, eləcə də Zərərçəkmiş şəxs1 ümumilikdə 226 manat 80 qəpik məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Bakı şəhər Sabunçu RPi-nin 13-cü Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən "A&V” adlı ərzaq mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı verdiyi əməliyyat tapşırığına əsasən 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisənin İlham adlı şəxsin törətdiyini müəyyən etmiş, xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində ünvan 8 ünvanının yaxınlığında bir nəfər tanımadıqları piyada hərəkət edən və xarici əlamətlərinə görə İlham adlı şəxsə oxşar şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs onlardan yayınmağa çalışmış, həmin şəxslə bir qədər söhbət edib xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən “A&V” adlı ərzaq mağazasından oğurluq edib-etməməsi barədə sorğu-sual etmiş, o, qeyd edilən mağazadan oğurluq etdiyini səmimi etiraf etmiş, bundan başqa həmin şəxsin narkotik vasitənin təsiri altında olması, eləcə də üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olmasının onlarda şübhə yaratmışdır. Bu səbəbdən həmin şəxsi Sabunçu RPİ 13-cü PB-nə dəvət etmişlər, polis bölməsində onun Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bununla bağlı raportla PB-nin rəhbərliyinə məruzə etmişlər, qeyd edilən raport üzrə araşdırma aparılmasının 13-cü PB-nin təhqiqatçısına həvalə olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul olunmuş, qərar qəbul edildikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək buna etirazının olub-olmamasını soruşulmuş, sonuncu videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçının ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini təklif edilmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd sarı rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuş, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsiyyət vəsiqəsi və azadlığının məhdudlaşdırılması ilə bağlı ayağında olan elektron nəzarət cihazına aid “attenti" markalı aparat aşkar edilmiş, sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoymuş, eləcə də həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual verilmiş, sonuncu təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “metamfetamin” olduğunu deyərək, həmin gün, səhər saatlarında Bülbülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmiş, sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “A&V” adlı ərzaq mağazasından oğurluq edib-etməməsi barədə sual verilmiş, sonuncu həmin mağazadan 01 ədəd mobil telefon, 25 manat nağd pul və 5 qutu siqaret oğurladığını etiraf etmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə tərtib edilmiş protokol düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamış, eləcə də qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ildən ünvan 9 ünvanında fəaliyyət göstərən “Əbəlfəz Telekom” adlı mobil telefon alqı-satqısı mağazasında lombard bölməsini işlətmiş, xx.xx.2023-cü il tarixdə, təxminən saat 13.00 radələrində tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya gəlib özünə məxsus “Samsung Galaxy A10” markalı mobil telefonunu girov qoyub pul götürmək istədiyini bildirmiş, həmin mobil telefonunun işlək vəziyyətdə olduğunu yoxladıqdan sonra telefon aparatını 1 ay müddətinə girov götürməklə ona 70 manat nəğd pul verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs bununla razılaşıb şəxsiyyət vəsiqəsini təqdim etmiş, müvafiq qaydada qeydiyyat apardıqdan sonra onun təqdim etdiyi “Samsung Galaxy A10” markalı mobil telefonu girov götürüb bunun müqabilində ona 70 manat nəğd pul vermişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində tanımadığı, sonradan adını bildiyi X2 mağazaya gəlib Təqsirləndirilən şəxs anası olduğunu, eləcə də sonuncunun oğurluq etdiyinə görə həbs olunduğunu və onun girov qoyduğu “Samsung Galaxy A10" markalı mobil telefonu götürüb istintaqa təqdim etməli olduğunu bildirmiş, Pakizə Hümbətova 84 manat nəğd ödəyərək qeyd edilən telefon aparatını götürmüş, Təqsirləndirilən şəxs əvvəllər lombarda hər hansı bir əşya girov qoymamış, eləcə də sonuncunun girov qoyduğu mobil telefon aparatının oğurluq olması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 09 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ kiçik cibindən 01 ədəd sarı rəngli kağızın içərisində ağ rəngli kristal formalı çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 ədəd içərisində kristal formalı maddənin narkotik maddə olan şüşə (patı) olduğunu, xx.xx.2023-cü il tarixdə Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra əynindəki gödəkçəsinin sol iç cibindən qolbağın telefonu, şalvarının arxa cibindən isə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Aşkar olunmuş 01 ədəd içərisində ağ rəngli kristal formalı maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmamışdır( i.v. 22-23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 6/827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №160” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,534 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 34-37); Videogörüntüyə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis əməkdaşının xidməti otağına daxil olur. Əvvəlcə Sabunçu RPİ 13-cü PB-nin təhqiqatçısı özünü təqdim edir. Sonra Sabunçu RPİ 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Nurlan Vəliyev, sonra isə CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı İlqar Əsədov əməliyyat müvəkkillərindən İlham Hüseynovun PB-yə hansı ünvan və hansı səbəbdən gətirilməsi barədə məlumat vermələrini xahiş edir. Polis baş leytenantı X10 RPİ 13-cü PBnin baş təhqiqatçısı, polis mayoru Fərhəng Hüseynovun xx.xx.2023-cü il tarixdə İlham adlı şəxsin ünvan 3 ünvanında yerləşən “A&V” adlı ərzaq mağazasından oğurluq etməsində şübhəli bilinməsi barədə verdiyi əməliyyat tapşırığının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Ramana qəsəbəsi, Çaparidze küçəsində saxlayaraq 13-cü PB-yə dəvət etdiklərini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən İlham Hüseynova hüquq və vəzifələri izah edilir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini izah edərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs buna etiraz etmir. Bundan sonra təhqiqatçı İlqar Əsədov, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd üzərində istintaqla müəyyən edilməmiş yazılar olan sarı rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı əməliyyat müvəkkillərindən saxlanılan şəxsin üzərinin bir daha yoxlanılmasını xahiş edir. Əlavə yoxlamş zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsiyyət vəsiqəsi və azadlığının məhdudlaşdırılması ilə bağlı ayağında olan “qolbağ”a aid “attenti” markalı cihaz aşkar edilir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı İlqar Əsədov tərəfindən açıldıqda içərisindən aşkar olunmuş maddəni iştirakçılara və videokameraya nümayiş etdirir, eləcə də həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual verir. Sonuncu təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “metamfetamin” olduğunu deyərək, həmin gün, səhər saatlarında Bülbülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirir. Sonra təhqiqatçı İlqar Əsədov saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “A&V” adlı ərzaq mağazasından oğurluq edibetməməsi barədə sual verir. Təqsirləndirilən şəxs həmin mağazadan 01 ədəd mobil telefon, 25 manat nəğd pul və 5 qutu siqaret oğurladığını etiraf edir. Bundan sonra təhqiqatçı İlqar tərəfindən zərf açılaraq içərisi iştirakçılara və videokameraya nümayiş etdirilir və Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm zərfə qoyularaq qablaşdırılır. Qablaşdırılmış zərf möhürlənir, eləcə də şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı saxlanılan şəxsdən bununla bağlı vəsatət və təklifinin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs vəsatət və təklifinin olmadığını bildirir. Bununla da çəkiliş sona çatır(i.v.49-50); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.51-52); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 68-70); qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 71-73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsinin xx.xx.2023-cü il tarixli 809 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.79-80); Maddi sübut kimi tanıma haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ 13-cü PBdə şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan psixtrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (i.v.85); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7(010)-35/23 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhərəi Xətai Rayon Məhkəməsinin 1(011)-447/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 04 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmış və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 11 (on bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır (i.v. 90-91); Maddi sübut kimi tanıma haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi-0,534 qram olmuş pxisotrop maddə metamfetamin maddi sübut hesab olunmuş, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0, 484 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.92); hadisə yerinə baxışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanında yerləşən “A&V” marketə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.111-114); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 may 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəx qismində tanınmışdır (i.v.124); Qaimənin götürülməsi haqqında 05 may 2023-cü il tarixli protokol və qaimədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 1 ünvanında fəaliyyət göstərən “A&V” marketdən xx.xx.2023-cü il tarixdə oğurlanmış tütün məmulatlarını aldığı və qeyd edilən tütün məmulatlarının topdan satış qiymətlərini əks etdirən “Keşlə topdan satış” mağazasının qaiməsini təqdim etmiş, qaimədə Kent 1 nazik qara 1 blokunun qiyməti 35.60 AZN, Kent 4 nazik qara 1 blokunun qiyməti 35.60 AZN, Kent 4 qalın 1 blokunun qiyməti 35.60 AZN göstərilmişdir(i.v.135-136); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəx qismində tanınmışdır (i.v.139); “Samsung Galaxy A10” markalı mobil telefon cihazının götürülməsi haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X1 İlham Hüseyn oğlunun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 1 ünvanında yerləşən, vətəndaş Zərərçəkmiş şəxs1 icraə əsasında işlətdiyi “A&V” adlı marketin qapısını sıxaraq açmaq yolu ilə qanunsuz daxil olaraq oradan taladığı “Samsung Galaxy A10” markalı mobil telefon aparatını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Əbəlfəz Telecom” adlı lombarddan 84 manat nəğd pul ödəyərək götürmüş, eləcə də həmin telefon cihazını saz və işlək vəziyyətdə ibtidai istintaqı aparılan cinayət işinin əlavə edilməsi məqsədi ilə təqdim etmişdir (i.v.158); Maddi sübut kimi tanıma haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs atası X3 təqdim etdiyi “Samsung Galaxy A10” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.159) Maddi sübutların tanınmaya təqdim edilməsi və sahibinə təhvil verilməsi haqqında 20 iyun 2023-cü il tarixli protokoldan və qəbzdən görünür ki, 03 ədəd eyni markalı mobil telefon aparatları Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, o, **********50406 İMEİ kodlu, “SM-A107F/DS(GALAXY A10S) mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, maddi sübut kimi tanınmış mobil telefon saxlanılması üçün əmlak sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir(i.v.161-162); Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin harada baş verməsini, oğurluq etdiyi dükanın qapısını necə açaraq içəri daxil olmasını, taladığı əmlakları haradan götürdüyünü və necə çıxararaq daşımasını əyani olaraq göstərməklə ilkin ifadələrini bir daha təsdiq etmişdir (i.v.188-191); Zərərçəkmiş şəxs2 təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı “Samsung Galaxy A10” markalı **********00 İMEİ kodlu mobil telefonu saz və işlək vəziyyətdə qaytarıldığından ona dəymiş maddi ziyan tam ödənilmişdir, hazırda qeyd edilən oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır (i.v.192); Zərərçəkmiş şəxs1 təqdim etdiyi ərizədən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi ünvanında işlətdiyi mağazada (“A&V”) baş vermiş oğurluq hadisəsi nəticəsində ona vurulmuş ümumilikdə 226 manat 80 qəpik maddi ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən tam ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur (i.v.193); Sübutların qiymətləndirilməsi haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham qüvvədə saxlanılmış, 17 X4 çəza çəkməsi nəzərə alınmış, cinayət işi üzrə qeyd olunan ilkin materaillar, şəxsi axtarış və götürmə aparılması protokolu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən DVD disk, maddi sübutlar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v.194-205); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,534 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM- 59.1.12), cinayət əməli nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmalı, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-447/2022 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 02(iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(010)-35/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan 03(üç) ay 16(on altı) gün hissəsi ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 0,534 qram, tədqiqatdan sonra qalıq qalan 0,484 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung Galaxy A10” markalı mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmalı, 1 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalı(CPM-132), 110(yüz on) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-447/2022 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 02(iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(010)-35/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan 03(üç) ay 16(on altı) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 01(bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- Sabunçu RPİ-nin məsul saxlancına təhvil verilmiş 0,534 qram, tədqiqatdan sonra qalıq qalan 0,484 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Samsung Galaxy A10” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar