Məhkəmə qərarları › İş №1(008)-748/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-748/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-748/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivi, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,143 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,601 qram xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 15 aprel 2024-cü il tarixdə saat 12:15-də Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Qayaüstü” adlanan yerdə özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram və 0,293 qram, ümumi təmiz çəkisi 0,601 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 0,143 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olduğunu qeyd edərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan el arasında “kakos” və “patı” deyilən narkotik vasitə qəbul edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayon Bakıxanov qəsəbəsində olan zaman “Whatsapp” vasitəsi ilə tanımadığı şəxslə əlaqə yaradaraq xatırlamadığı küçəyə yaxınlaşıb yol kənarında daş hasarın qarşısında ağacın dib hissəsinə atılmış kibrit qutusuna qoyulmuş 2 ədəd el arasında “patı” və “kakos” adlandırılan narkotik vasitəni götürmüş və həmin şəxsin ona göndərdiyi kart nömrəsinə ünvanını xatırlamadığı marketlərin birinə girərək terminal vasitəsi ilə 20 manat pul göndərmişdir. Bundan sonra həmin şəxslə olan danışıqları mobil telefonundan silərək öz yaşadığı Maştağa qəsəbəsinə qayıtmışdır. xx.xx.2024-ci il tarixdə səhər saatlarında yaşadığı Maştağa qəsəbəsindən Nardaran qəsəbəsinə gedən zaman “Qayaüstü” adlanan ərazidə post patrul xidmətinin iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənədi ondan istəmişlər. Üzərində heç bir sənəd olmadığından və üzərində olan narkotiklərlə bağlı ifşa olunmağından qorxduğu üçün onlardan yayınmağa çalışmış, lakin, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Nardaran qəsəbəsində yerləşən 42-ci PB-də inzibati otaqların birində ona dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi elan edildikdə o, müdafiəçisinin iştirakından imtina etmiş, buna səbəb isə üzərindən narkotik maddələrin aşkar edilməsinə vəkilinin şahid olmaması və gələcəkdə onu daha yaxşı müdafiə etməsi olmuşdur. Təhqiqatçı tərəfindən şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir qanunsuz maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, qış gödəkcəsinin sol yan cibində olan içərisində üç ədəd büküm narkotik vasitə qoyulmuş kibrit qutusunu, bir ədəd alışqanı və gödəkcəsinin sağ yan cibindən qızılı rəngli, üzərində ***-***-**-** abonent nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələ qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir predmet və ya əşya götürülməmişdir. İstifadəsində olan ********** saylı mobil nömrənin kimə məxsus olmasını bilmir, həmin nömrəni 2023-cü ilin sonlarında səyyar nömrə satan tanımadığı şəxsdən əldən 5 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə təhkim olunduqları ərazi üzrə xidmətdə olan zaman Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Qayaüstü” adlanan ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Bu zaman həmin şəxsin suallara qeyri- adekvat cavab verməsini və nədənsə narahat olaraq yayınmaq istəməsini görüb, həmçinin onun narkotik istifadəçisi olmasında şübhələri yaranması səbəbindən bu şübhələrin yoxlanılması məqsədi onu saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirib raportla təhvil vermişlər. Saxlanılan şəxsin şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması PB-nın təhqiqatçısı Şahid1 tapşırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına 7 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi qismində təyin edilmiş və üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra onun və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Samsung markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd alışqanı, gödəkcəsinin sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən kibrit qutusu açılaraq içərisinə baxış keçirilən zaman 02 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetaminə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin “patı” və “kakos” adlandırdığı kütlələrinin olduğu kibrit qutusunu 13 aprel 2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman tanımadığı şəxslə vatsap vasitəsilə əlaqəyə girərək həmin şəxsin bildirdiyi, lakin xatırlamadığı küçədə yol kənarında daş hasarın qarşısında, ağacın dib hissəsindən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparılsa da üzərindən başqa heç bir qanunsuz maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd büküm kibrit qutusu ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış protokollaşdırılmış və protokola o da daxil olmaqla iştirakçılar imza etmişlər. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində 03 ədəd ağ rəngli bükülüdə narkotik vasitəyə bənzər maddəni, və 01 ədəd alışqanı, gödəkcəsinin sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olan bükülülərin 2 ədədi el arasında “patı”, digər bükülüdə isə el arasında “kakos" adlanan maddə olduğunu, həmin narkotik maddəni Sabunçu rayonu Bakıxanov (Razin) qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 15 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2017 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün №241” möhür əksi, “Şübhəli Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,293 qram; ümumi təmiz çəkisi 0,601 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,143 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v.36-40). “Maddi sübut kimi tanıma haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,601 qram çəkidə psixotrop maddə metamfetamin və 0,143 qram narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış 0,501 qram metamfetaminin və 0,093 qram heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.98-99). Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli, 2344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.110-111). “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında 04 ədəd fayl mövcüddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ********* saylı mobil nömrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-tarixədək olan müddətdə “X6” adlı şəxsin adına qeydiyyatda olmuşdur. Sms mətnlərinə dair məlumatların əks olunduğu fayllara baxış zamanı iş üzrə əhəmiyyətli ola biləcək aşağıdakı sms mətnləri aşkar edilmişdir: xx.xx.2023 19:24:08 xx-xx-2023 10:50:12 1.1.**********54 1.1.**********04 Qaqa gəldi çixdi daş lAzimdi var xx.xx.2023 18:08:46 1.1.**********54 1.1.**********04 Qaqa jigda mişanii gör daş varidi hajox de 01.11.2023 37:30 1.1.**********54 1.1.**********04 Qaqa daş gəldu xx.xx.2023 21:54:13 1.1.**********54 1.1.**********50 Qaqa kola tapmlşam onagörə zəq vurudum tez zəq vur tez xx-xx-2023 22:32:02 1.1.**********54 1.1.**********04 Qaqa çixa bilmirəm lomkadan verdijvi vurdum titrəmə tutub məni xx-xx-2024 05:51:00 1.1.**********54 1.1.**********85 qaqa. salam, ata. telefona, görə, birdənə. kola, axşamda. xx-xx-2024 05:51:02 xx-xx-2024 05:51:02 1.1.**********54 1.1.**********85 birdənə. ağ. birdənədə. qara. olar, belə xx-xx-2024 21:51:18 1.1.**********54 1.1.**********89 gəlib, lər. qapija. dirəniblər, gəl. bax. belə inammasan. gəl xx-xx-2024 22:08:00 xx-xx-2024 22:08:00 1.1.**********54 1.1.**********66 gələndə, tirapin. al. pati. məndə, var xx.xx.2024 08:20:03 xx-xx-2024 08:20:04 1.1.**********54 1.1.**********04 Qaqa çet olsa mənə xəbət vrr xx.xx.2023 23:47:25 xx-xx-2023 23:47:25 1.1.**********41 1.1.**********54 Seyyad eyer basqa sey fikirlesen qegbe balasi olar 20 birinden 10senden 20de özüm qoyub atmisam kartina guya bununcun das aticeymis knla atib guyaki das xx.xx.2023 20:46:14 xx-xx-2023 20:46:14 1.1.**********11 1.1.**********54 Eyyub meni gic yerine qoymusan? canim ag riyan vaxti axir pul m u alib sikiw gelirsen mene? xx.xx.2023 21:21:30 xx-xx-2023 21:21:30 1.1.**********74 1.1.**********54 Menem cavad pul var yan alindira bilersen xx-xx-2023 02:37:53 xx-xx-2023 02:37:53 1.1.**********04 1.1.**********54 Kola ala bilerik 1- 11-2023 18:37:40 xx-xx-2023 18:37:40 1.1.**********04 1.1.**********54 Qaqa daş gəldu 2- 11-2023 21:54:14 xx-xx-2023 21:54:14 1.1.**********50 1.1.**********54 Qaqa kola tapmlşam xx-xx-2023 22:18:43 xx-xx-2023 22:18:43 1.1.**********04 1.1.**********54 10 nuq dawi srazi vere bilerik pul duzeltim miwa gelir bir sata xx-xx-2023 01:16:49 xx-xx-2023 01:16:49 1.1.**********04 1.1.**********54 Qaqa pati var xx-xx-2023 19:27:30 1.1.**********04 1.1.**********54 10 Ele Pvlv 5 X18 Vererem xx-xx-2023 10:17:10 xx-xx-2023 10:17:10 1.1.**********14 1.1.**********54 Salam eyib mene telman 15 məndə var nə eləməy olar xx.xx.2023 23:23:19 xx-xx-2023 23:23:19 1.1.**********66 1.1.**********54 1'dənə 5'diyim var yəni_5'manatım var 5’diy daş verə bilərsən qaqaş xx.xx.2023 12:28:28 xx-xx-2023 12:28:28 1.1.**********66 1.1.**********54 X14 Yoxdu Bu'gün X16 Lap Borca Daş_Kəsey Verəsən ? xx.xx.2023 12:32:26 xx-xx-2023 12:32:27 1.1.**********66 1.1.**********54 Dünən Özün'də Gördün'ki X7 Oldum 8+9+10+10+6+5=düz 48'manat Hərəkət Eləmişəm xx-xx-2024 18:08:06 xx-xx-2024 18:08:06 1.1.**********04 1.1.**********54 Oiureme men eyub gor neyiye bilirsen quwdarida verim sene heyvan acdilar xx.xx.2024 23:44:26 xx-xx-2024 23:44:27 1.1.**********12 1.1.**********54 Kola lazimdi brat gelim qapiya 1cet xx-xx-2024 18:07:39 xx-xx-2024 18:33:42 1.1.**********66 1.1.**********54 Qaqaş salam daş var xx-xx-2024 20:44:18 xx-xx-2024 20:44:18 1.1.**********12 1.1.**********54 Gijdillag gel apar onu sox gotuve mən gelsem beter edecem o,ne zibildir verdin mene ay cindir gel qapıya tez xx-xx-2024 20:56:44 xx-xx-2024 20:56:45 1.1.**********12 1.1.**********54 Ay qəhbə meni tutdurmaq istəyirsən gelim qapıya tutsunlar meni ona görə o, zibil i verdin mene borc elədim magazinden verdim sene pulu sigaretim yok Almadım tez ele aç poxvi ele eleme ki,pesmanciliq olsun ay binamus xx.xx.2024 13:00:52 1.1.**********66 1.1.**********54 X15 X5 X3 xx-xx-2024 15:58:23 1.1.**********66 1.1.**********54 Ataş qaqaşvu yadan çıxartmayaa başva dönərəm indi pulum yoxdu amma çalışacam məndə sənə padeşqa olum axşama hələ bir axşam var gördün bayaq kəndə çıxan kimi 10'm tutdum yığdım sənə xx.xx.2024 21:58:09 1.1.**********66 1.1.**********54 X17 Bir Qərdeşün'kimi 5'diydə Olsa Olar daş verə bilərsən X9 X11 Qaytarım xx.xx.2024 13:50:32 xx-xx-2024 13:50:32 1.1.**********14 1.1.**********54 Salam eyub daş lazımdı səndə var xx-xx-2024 14:57:01 1.1.**********44 1.1.**********54 Qaqas gelirema 15diy 1dene 5 diy 1dene 10lug bayağ ki kimi kolada yeni xx.xx.2024 23:59:26 xx-xx-2024 23:59:27 1.1.**********04 1.1.**********54 Eyub men 20 deqeye sondürcem telfoni yaticam awaği. Gor alinirsa bidene ver mene cixim agridan vezyet cox pisdi. Sabah kiwi kimi vericem pulnu xx.xx.2024 20:04:35 xx-xx-2024 20:04:36 1.1.**********71 1.1.**********54 Qaqa bidene yer tapa bilsen 10 deyqe oturardiq kola verecem onu yoxla gor soxmaqa necedi goturum kentde istiyenlere verey xx-xx-2024 11:51:34 xx-xx-2024 11:51:35 1.1.**********79 1.1.**********54 Eyyub Salam dunenki oqlandi Aq Ford bide mene cevab di reyse gecikirem xx-xx-2024 15:55:27 xx-xx-2024 15:55:28 1.1.**********79 1.1.**********54 Eyyub adboy nediye qaqaw bide ac ya hedi yada yoxda olmadiki xx-xx-2024 17:14:26 xx-xx-2024 17:14:27 1.1.**********79 1.1.**********54 A kiwi teJfonmJ now acmırsan skm maJnda icni ne pisdiyim deyib sene adboy vesen seherden xx-xx-2024 03:31:24 xx-xx-2024 03:31:24 1.1.**********66 1.1.**********54 brat sənə and verəm atovun anovun canina saat 6tamam yola cxram2saat qaib qardmsan lomkaüda qalmaym susuz başva sdpnərəm xx-xx-2024 12:51:52 1.1.**********44 1.1.**********54 Eyub gelirem taksiylf tropin Sdiyede das xx-xx-2024 12:53:59 xx-xx-2024 13:02:01 1.1.**********44 1.1.**********54 Catirama size xx-xx-2024 13:03:30 xx-xx-2024 13:03:30 1.1.**********33 1.1.**********54 Kola isdeyirem xx-xx-2024 21:11:53 xx-xx-2024 21:31:21 1.1.**********00 1.1.**********54 Gotdiy eleme aç telfonu 10nuq varimdi lomka eleme (i.v.149-173). “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəza çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd diskin, o cümlədən, "xxxx" MMC-dən daxil olmuş X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ötürülən məlumatları əks etdirən 01 ədəd diskin maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.217- 231). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmaması, yazan şəxslərin onun tanışlarının olub-olmamasına dair sual ünvanlandıqda o, ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, ona yazan və özünün yazdığı şəxslərin tanışları olduqlarını, həmin SMS-ləri istifadəçi kimi yazdığını bildirsə də, SMS-lərin mətnlərindən açıq-aydın ayrı-ayrı şəxslərin ondan pul müqabilində narkotik vasitələri istəməsinin səbəbi soruşulduqda isə Təqsirləndirilən şəxs susaraq suala cavab verə bilməmişdir. Bununla yanaşı, yuxarıda sadalanan SMS yazışmaları tədqiq edilməklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni də (həmin maddələrin bükümlərdə olması nəzərə alınmaqla) satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 12:15-dən tutulmuş hesab edilmişdir (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.82-84). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.85- 86). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 fevral 2016-cı il tarixdə azad olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentaybr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.122-124). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(008)-405/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.125-129). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 7(007)-191/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(008)-405/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən 06 ay azaldılmışdır (i.v.130-132). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 17 may 2024-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v.137-146). Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsi (AR CM-59.2) məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, onun həm Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmünə əsasən, həm də hazırki cinayət işi üzrə (Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 12:15-də tutulmuş, 17 aprel 2024-cü il tarixdə, saat 11:50-dən saat 12:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, başqa cinayət işi üzrə cəza çəkməklə həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmünə əsasən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmünə əsasən nəzərə alınmış ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, hazırki iş üzrə 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 03 gün müddət (saatlarla hesablanma nəzərə alınaraq), cəmi 05 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 05 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 may 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(008)-105/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,501 qram psixotrop maddə metamfetamin və 0,093 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar