Məhkəmə qərarları › İş №1(008)-749/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-749/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-749/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1983-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Bursa küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla ünvan 1ngə 16-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Neftçala rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 99.636,70 manat məbləğində pul vəsaitinin talanması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan övladı X3 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edib həmin İdarənin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həmin şəxsin özünün də geniş əlaqələrə malik olduğunu və onun vasitəsilə Nicat Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nicat Sadıqovun xeyrinə edəcəyi hərəkətə, yəni həbs qətimkan tədbirinin həbsə alternativ digər qətimkan tədbiri ilə əvəz olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 18 mart 2022-ci il tarixdə Neftçala rayonu Xıllı qəsəbəsində Zərərçəkmiş şəxs şəxsən 5.000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 10.000 manat məbləğində olmaqla, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nicat Sadıqovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlət qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4, 312.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs əməlində AR CM-nin 310 və 32.4,312.1-ci maddələrinin tərkibi olmamış, o, öz əməli ilə Zərərçəkmiş şəxs aldadaraq Neftçala rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 99.636,70 manat məbləğində pul vəsaitinin talanması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Zərərçəkmiş şəxs oğlu X3 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı həmin cinayət nəticəsində X3 mənimsəməsi nəticəsində hüquqi şəxs olan "xxxx" şirkətinə dəymiş ziyanı ödəmək adı ilə vahid niyyətlə, birinci dəfə 5000 manat məbləğində, sonradan isə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 10.000 manat məbləğində pul vəsaitini ələ keçirmiş və bununla da AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il əvvəl evində təmir işləri ilə bağlı tanış olduğu usta Şahid1 17 mart 2022-ci il tarixdə istifadəsində olan 050-201- 59-83 nömrəsindən onun ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək Neftçala rayonunda yaşayan qohumu Zərərçəkmiş şəxs oğlu Nicatın kənd təsərrüfatı təyinatlı müxtəlif gübrələrin satışını həyata keçirən “Buta" şirkətində satış meneceri işlədiyi zaman 100.000 manat məbləğində pulu mənimsəməsi faktı ilə bağlı Neftçala rayon prokurorluğunda cinayət işinin başlandığını, 14 mart 2022-ci il tarixdə Nicatın həbs edildiyini bildirərək ondan köməklik etməsini xahiş etmişdir. O, 18 mart 2022-ci il tarixdə səhər saatlarında Şahid1la birlikdə taksi ilə Neftçala rayonuna gedərək Neftçala rayon prokurorluğunun inzibati binasının qarşısında Eminin qohumu Zərərçəkmiş şəxsla görüşmüş və sonuncu onlara Neftçala rayon prokurorluğunun Emil adlı müstəntiqinin ona şirkətə dəymiş ziyandan 20.000 manat məbləğində pulun ödənilməsi halında oğlunun istintaq müddətində həbs edilməyəcəyini deməsini bildirmişdir. Bundan sonra, o Neftçala rayon prokurorluğunun inzibati binasına daxil olub müstəntiqlə görüşərək özünü keçmiş mətbuat işçisi kimi təqdim edərək köməklik etməsini xahiş etmiş, sonuncu ona ilkin olaraq şirkətə dəymiş ziyandan 20.000 manatın ödənilməsinin gərəkli olduğunu bildirmiş və o, müstəntiqin dediklərini olduğu kimi İlhama çatdırmışdır. Prokurorluğun inzibati binasının yaxınlığında İlham Eminin yanında ona 5.000 manat məbləğində pul vermişdir. O, İlhama bildirmişdir ki, əlavə 10.000 manat pulu da yaxın vaxtda çatdırılmalıdır, sonuncu da həmin pulu hazırlayacağını bildirmişdir. Bir neçə gün sonra Emin ona zəng edərək Zərərçəkmiş şəxs 10.000 manat pulu ona verdiyini bildirmişdir. Bundan bir neçə saat sonra onlar Eminlə Sabunçu RİH-in inzibati binasının qarşısında görüşmülər və Emin 10.000 manatı ona vermişdir. O, Eminə də bildirmişdir ki, həmin pulları aparıb "xxxx" şirkətinə ödəyəcək. O, həqiqətən də, həmin məsələ ilə bağlı "xxxx" şirkətinin regional nümayəndəsi Elvin adlı şəxslə telefon vasitəsi ilə danışmış, lakin sonuncu ilə görüşməmiş, şirkət nümayəndəsinə özünü keçmiş nəşriyyat işçisi kimi təqdim etmiş, sonuncu ona zərərin yarısının ödənilməsi halında Nicat Sadıqova köməklik ediləcəyini demişdir. İlhamdan aldığı 15.000 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş, heç kimə pul verməmişdir. Bir müddət sonra Şahid1 onunla əlaqə saxlayaraq şirkətə dəymiş ziyan ödənilmədiyi üçün Zərərçəkmiş şəxs 15.000 manat pulu geri tələb etdiyini bildirmişdir. O, 2022-ci ilin aprel ayında 5.000 manat pulu Zərərçəkmiş şəxs çatdırılması üçün Neftçala rayonunda Şahid1la birlikdə sonuncunun qaynanası, yəni Zərərçəkmiş şəxs baldızı Bənövşə adlı şəxsə vermişdir. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs eyni məzmunlu müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilərək onun və Şahid1 izahatı alınmışdır. Həmçinin sonradan onu Sabunçu RPİ-nə araşdırmaya dəvət etmişlər, araşdırma dövründə onun qayınatası X10 Sadıqova 10.000 manat pul ödəmişdir, beləliklə onun tərəfindən ələ keçirilmiş bütün məbləğ, yəni 15.000 manat pul Zərərçəkmiş şəxs qaytarılmışdır. O, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Vurulmuş zərərin tam ödənilməsinin, himayəsində azyaşlı uşaqlarının olmasının, anasının ağır ankoloji xəstə olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, nə Zərərçəkmiş şəxs, nə də başqa bir şəxsə özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə müdiri və ya əməkdaşı kimi təqdim etməmiş, vaxtı ilə jurnalist kimi işlədiyini bildirərək özünü mətbuat işçisi kimi təqdim etmiş və azot gübrə istehsal edən şirkətdə işləyən tanışlarının olduğunu demişdir. O, ümumiyyətlə Baş İdarədə işləyən hər hansı “Ağsaqqal” ləqəbli vəzifəli şəxsin adını çəkməmişdir. İlkin ifadələrində Zərərçəkmiş şəxs 5000 manat pulu Şahid1 verməsini, sonradan həmin puldan 2600 manatı Şahid1, 2400 manatı isə özünün götürməsini göstərsə də, həmin xüsusatlar həqiqətə uyğun olmamışdır. Əslində həmin 5000 manatı o, özü Zərərçəkmiş şəxs şirkətə vurulmuş ziyanı ödəmək adı ilə almış və həmin məbləğdən Şahid1 heç nə verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Nicat Sadıqov 2020-ci ilin mart ayından həmin ilin dekabr ayının 31-dək kənd təsərrüfatı təyinatlı müxtəlif gübrələrin satışını həyata keçirən "xxxx" şirkətində satış meneceri işləmiş, 2022-ci ilin fevral ayında "Buta” şirkətinin müraciəti əsasında Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və 14 mart 2022-ci il tarixdə oğlu Nicat Sadıqov həbs edilmişdir. Neftçala rayon prokurorluğunun Emil adlı müstəntiqi iş üzrə şirkətə vurulmuş 99.643 manat zərərdən 10.000 manat məbləğində hissəsinin ödənilməsi halında Nicat barəsində istintaq müddətində həbs seçilməyəcəyini və dəymiş zərərin qalan hissəsini də sonradan ödəməli olduqlarını ona bildirmişdir. O, həmin dövrdə yalnız 5.000 manat məbləğində pul toplaya bilmişdir. Qohumu Şahid1 onun oğlu Nicatın həbs edildiyini eşitdikdən sonra 17 mart 2022-cl İİ tarixdə ona zəng edərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən dostunun olduğunu, onun vasitəsilə Nicatı həbsdən azad edə biləcəyini bildirmiş və həmin məsələnin həlli üçün 18 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonuna gələrək Dördlər kəndində onunla görüşmüşlər. Görüş vaxtı Emin ona Elvini təqdim etmiş, lakin Elvinin yanında onu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etməmişdir. Sadəcə “dediyim şəxs” budur deyə təqdim etmişdir. Elvin ona bildirmişdir ki, onun tanışı “Ağsaqqal” ləqəbli şəxs ilə yaxın münasibəti var, həmin şəxs şirkət rəhbərliyi ilə danışıb müəyyən zərərin şirkətə ödənilməsi şərti ilə oğlunu həbsdən azad etdirə bilər. Söhbət zamanı o, Emin və Elvinə "Buta” şirkətinə veriləcək 5.000 manat pulu topladığını demiş və onlar birlikdə Neftçala rayon prokurorluğunun inzibati binasının yanına getmişlər. Təqsirləndirilən şəxs təkbaşına Neftçala rayon prokurorluğunun inzibati binasına girmiş, onlar Elvini bayırda gözləmişlər, 20 dəqiqə sonra sonuncu onların yanına qayıdıb müstəntiqin şirkətə ən azı 10.000 manat məbləğində zərər ödənilməli olduğunu bildirdiyini demişdir. Bundan sonra onlar üçü birlikdə eyni tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsinə gedib orada qohumu Oqtay Cəfərovla görüşmüş, eyni yerdə o, Təqsirləndirilən şəxs cibində olan 5.000 manat pulu vermək istəsə də, sonuncu pulu götürməkdən imtina etmiş, lakin Şahid1 həmin 5.000 manat pulu ondan götürüb cibinə qoymuş və demişdir ki, martın 28-ə qədər ona əlavə 5.000 manat pulu da çatdırmalıdır. Bir neçə gün sonra Şahid1 ona zəng edərək bildirmişdir ki, “Ağsaqqal” ləqəbli şəxs Elvinə demişdir ki, mart ayının 28-ə qədər şirkətə əvvəlki razılaşmaya görə 10.000 manat deyil, 15.000 manat məbləğində pul ödəniş edilməlidir. Bundan sonra o, müxtəlif yerlərdən borc götürüb həmin 10.000 manat pulu toplamış və 27 mart 2022-ci il tarixdə qardaşı oğlu Şahid3la birlikdə Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə gedərək sonuncunun yaşadığı evin həyətində Eminə 10.000 manat pul vermişdir. Emin pulu aldıqdan sonra ona narahat olmamağını və bir neçə gün ərzində oğlunun azadlığa buraxılacağını vəd etmişdir. Bir müddət sonra Şahid1 və Təqsirləndirilən şəxs onu aldatdıqlarını anlamış, çünki "xxxx" şirkətinin baş ofisində ona demişlər ki, şirkətə hər hansı ödəniş edilməmişdir. Bundan sonra o, Şahid1 və Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamış və bir neçə dəfə görüşmüşlər Hər dəfə görüşəndə Elvin ona səbrli olmasını bildirmişdir. O, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Sabunçu RPİ-də aparılan araşdırma vaxtı Şahid1 ondan aldığı 15.000 manat pulu geri qaytarmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Çünki ondan pulu götürən də, qaytaranda Şahid1 olmuşdur. Onun şikayəti Şahid1dır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt özünü ona vəzifəli şəxs, o cümlədən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri və ya əməkdaşı kimi təqdim etməmişdir. Elvini ona bu formada təqdim edən telefon danışığı zamanı Şahid1 olmuşdur. Emin, Elvin və o görüşən zaman isə Emin Elvini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi deyil, “dediyim şəxs budur” kimi təqdim etmişdir. Elvin və Emin ondan pul məbləğini rüşvət formasında hər hansı vəzifəli şəxsə təqdim etmək adı ilə deyil, oğlunun işlədiyi və əmlakını mənimsədiyi "xxxx" şirkətinə vurulmuş ziyanı ödəmək adı ilə almışlar. Danışıqlar zamanı “Ağsaqqal” ləqəbli şəxsin adı hallansa da, həmin şəxsin kim olması, harada işləməsi, vəzifəli şəxs olub-olmaması barədə heç nə deməmişlər. Sadəcə həmin şəxsin onlara kömək edə biləcəyini demişlər. O, yazıb oxumaqda çətinlik çəkdiyindən istintaq zamanı yazılmış ifadələrini oxumadan imzalamışdır. O, istintaq zamanı müstəntiqə Təqsirləndirilən şəxs özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və ya digər vəzifəli şəxs kimi təqdim etməsini deməmişdir. O, Eminin sözünə inanaraq 10.000 manat pulu düzəltmək üçün qohumunun avtomobilini 2500 manat ucuz satmışdır. Hazırda ona vurulmuş 15.000 manat ziyan ödənilsə də, həmin ziyana görə 2500 manat məbləğin də ona ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən "xxxx" MMC-də region rəhbəri vəzifəsində işləyir. Nicat Sadıqov 01 mart 2020-ci il tarixdən həmin ilin dekabr ayının 07-dək "xxxx" MMC şirkətində satış mütəxəssisi vəzifəsində işləmiş, eyni zamanda Neftçala rayonunda yerləşən saxlanc anbara cavabdeh şəxs olmuşdur. 2022-ci ilin fevral ayında "Buta Traidinq” MMC-nin müraciəti əsasında Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və Nicat Sadıqov həbs edilmişdir. Nicat Sadıqovun qanunsuz hərəkətləri nəticəsində şirkətə 99.636,70 manat məbləğində zərər dəymişdir. Nicatın yaxın qohumları onlara köməklik edilməsinini xahiş etmiş, şirkət rəhbərliyi də dəymiş zərərin yarısı ödənilməsi halında istintaq orqanına bu barədə məktub göndərəcəyini Nicatın yaxınlarına bildirmişdir. 2022-ci ilin birinci yarısında onun telefonuna tanımadığı nömrədən Elvin adlı şəxs zəng edərək özünü Azərbaycan Respublikası Milli Məclisinin keçmiş əməkdaşı kimi təqdim edib Nicat Sadıxovun tanışı olduğunu, Nicatın ailə üzvlərinin şirkətə 7000 manat məbləğində ödəniş etmək imkanları olduğunu bildirmiş, lakin o, telefonda Elvin adlı şəxsə şirkətə vurulmuş ziyanın ən azı yarısının ödənilməli olduğunu, bu məbləğə görə rəhbərliyə hər hansı söz deyə bilməyəcəyini bildirmişdir. Həmin zəngdən sonra Elvin adlı şəxs onunla bir daha əlaqə saxlamamışdır. O, Şahid1 və Təqsirləndirilən şəxs tanımır, həmin şəxslərlə heç vaxt rastlaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun qohumu Neftçala rayonu, Dördlər kəndində yaşayan Zərərçəkmiş şəxs 17 mart 2022-ci il tarixdə onun istifadəsində olan 050- ***-**-** nömrəyə zəng edərək oğlu X1 təsərrüfatı təyinatlı müxtəlif gübrələrin satışını həyata keçirən “Buta" şirkətində satış meneceri işlədiyi zaman 100.000 manat məbləğində pulu mənimsədiyi üçün Neftçala rayon prokurorluğunda barəsində cinayət işinin başlandığını və 14 mart 2022-ci il tarixdə həbs edildiyini ona bildirmişdir. Zərərçəkmiş şəxs danışıq zamanı ondan köməklik etməyini xahiş etdikdə, o sonuncuya təxminən iki il əvvəl evində təmir işləri apararkən tanış olduğu zaman özünü mətbuat işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında ona zəng edərək qohumu Zərərçəkmiş şəxs onunla əlaqə saxladığını, sabah səhər saatlarında İlhamla görüşmək üçün Neftçala rayonu Dördlər kəndinə getməli olduqlarını ona bildirmişdir. 18 mart 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Niva” markalı avtomobillə Neftçala rayonu, Dördlər kəndinə gedərək qohumu İlhamla görüşmüşlər, ilk növbədə sonuncunun yaşadığı evə getmişlər, o, özü evə daxil olmadan bayırda gözləmiş, sonradan Elvin ilə İlham bayıra çıxmışlar və onlar üçü birlikdə Neftçala rayon prokurorluğuna getmişdirlər. Görüş vaxtı o, İlhama Elvini təqdim etmiş, Elvin də özünü İlhama mətbuat işçisi kimi təqdim etmiş, onun kübrədə tanışlarının olduğunu, həmin tanışlarının şirkət rəhbərliyi ilə danışıb müəyyən zərərin şirkətə ödənilməsi şərti ilə İlhamın oğlunu həbsdən azad edə biləcəyini demişdir. Elvin və İlham müstəntiqlə görüşmək üçün Neftçala rayon prokurorluğuna daxil olmuşlar. Bundan sonra o, Neftçala rayonunda yerləşən evinə gedərək təxminən 30 dəqiqə sonra geri qayıtdıqda İlham ilə Elvinin avtomobildə söhbət etdiklərini görmüşdür. 15 dəqiqə sonra Elvin onu çağıraraq Bakı şəhərinə qayıtmalı olduqlarını ona demiş və onlar Bakıya yola düşmüşlər. Yolda gedərkən Elvin İlhamdan "Buta” şirkətinə dəymiş ziyanın ödənilməsi üçün 5.000 manat pul aldığını və əlavə olaraq İlhamın bir neçə gün ərzində ona 10.000 manat pul verəcəyini bildirmişdir. 28 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə gələrək Elvinin hazırda İsmayıllı rayonunda olduğunu deyərək Elvinə çatdırması üçün 10.000 manat məbləğində pulu ona vermiş, o, həmin anda Elvinə zəng edib İlhamın yaşadığı ünvana gəlib ona 10.000 manatı vermək istədiyini dedikdə, sonuncu ona telefon vasitəsi ilə rayonda olduğunu demişdir. Bundan bir neçə saat sonra Elvin ona zəng etmiş və onlar gecə saat 22 radələrində Elvinin yaşadığı evin yaxınlığında, Sabunçu RİH-in inzibati binasının qarşısında, “İmam Rza” məscidinin yanında görüşmüşlər. Elvin həmin ünvanda 10.000 manat pulu ondan götürüb həmin vəsaiti növbəti gün şirkətə ödəyəcəyini və ödəniş qəbzinin İlhama çatdıralacağını ona demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüş və o, sonuncu ilə əlaqə saxlayıb verilən 15.000 manat pulu geri tələb etdikdə, Elvin müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, nə o özü, nə də Təqsirləndirilən şəxs heç vaxt Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və ya vəzifəli şəxsi olmasını Zərərçəkmiş şəxs deməmişlər, əksinə Təqsirləndirilən şəxs olduğu kimi özünün mətbuat işçisi olduğunu, gübrədə tanışlarının olduğunu və həmin tanışlarının "xxxx" şirkətinə ziyanın bir hissəsi ödənildiyi təqdirdə Zərərçəkmiş şəxs kömək edə biləcəklərini bildirmişdir. Nə Təqsirləndirilən şəxs, nə də o, Zərərçəkmiş şəxs hər hansı vəzifəli şəxsə təqdim edilməsi adı ilə pul almamışlar, Təqsirləndirilən şəxs şirkətə vurulmuş ziyanın ödənilməsi adı ilə Zərərçəkmiş şəxs 5000 manat məbləğində pulu şəxsən, 10.000 manat məbləğində pulu isə onun vasitəsi ilə almışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin 10.000 manat məbləğində pulu Elvinə təqdim edilməsi üçün onun yaşadığı evə gələrək ona vermiş, o da həmin gün Təqsirləndirilən şəxsla görüşərək həmin pulu Elvinə təqdim etmişdir. İstintaq zamanı müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələrinin tam olaraq hamısını oxumamış, həmin vaxt əsəbi olduğundan sadəcə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun əmisi qızının yoldaşı Nicat Sadıqov 2020-ci illərdən "xxxx" şirkətində satış meneceri işləmiş, 2022ci ilin fevral ayında barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlanmış və 14 mart 2022-ci il tarixdə həbs edilmişdir. Yeznəsi İlham ona oğlu Nicatın işi ilə bağlı demişdir ki, şirkətə iddia edilən 99.643 manat zərərdən 10.000 manat məbləğində hissəsinin ödənilməsi halında Nicat istintaq müddətində azadlıqda qala bilər. Həmçinin yeznəsi İlham ona demişdir ki, o, Nicatın həbsdən azad edilməsi ilə bağlı qohumu Şahid1 ilə danışmış, sonuncunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən Elvin adlı dostunun həmin idarədə işləyən başqa vəzifəli şəxslə yaxın münasibəti var, həmin şəxs şirkət rəhbərliyi ilə danışıb müəyyən zərərin şirkətə ödənilməsi şərti ilə Nicatı həbsdən azad etdirə bilər. 18 mart 2022-ci il tarixdə İlham ona zəng edib Xıllı qəsəbəsinə gəlməyini xahiş etmiş, o, İlhamla birlikdə mağazaya gedib Nicata müəyyən paltarlar almalı olmuşdur. O, İlhamla danışdıqdan sonra Xıllı qəsəbəsinə getmiş, orada İlhamın yanında uzaq qohumu Şahid1 və yanında Elvin adlı şəxsi görmüş, orada İlham oğlu Nicatın həbsdən azad edilməsi üçün şirkətə ödəmək məqsədi ilə onun yanında Eminə 5.000 manat məbləğində pul vermişdir. Sonradan həmin şəxslər onların yanından ayrılıb getmiş, o, həmin şəxsləri bir daha görməmişdir. Sonradan İlhamın ona dediyinə görə İlham özü 27 mart 2022-ci il tarixdə qardaşı oğlu Vüsalla birlikdə Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə gedib Eminə şirkətə ödəniş edilməsi üçün əlavə olaraq 10.000 manat pul vermişdir. Şahidin dindirilməsindən sonra zərərçəkmiş şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, onun Oktaya Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləməsini söyləməsinin səbəbi Eminin telefonda ona Elvini bu formada təqdirm etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əmisi oğlu Nicat Sadıqov 2020-ci ildən "xxxx" şirkətində satış meneceri işləmiş, 2022-ci ilin fevral ayında barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlanmış və 14 mart 2022-ci il tarixdə həbs edilmişdir. Əmisi İlham demişdir ki, şirkətə iddia edilən 99.643 manat zərərdən 10.000 manat məbləğində hissəsi ödənilməsi halında Nicat istintaq müddətində azadlıqda qala bilər. Əmisi ona demişdir ki, Nicatın həbsdən azad edilməsi ilə bağlı qohumu Şahid1 ilə danışmış, sonuncu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən Elvin adlı dostunun, Elvinin isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən “Ağsaqqal” ləqəbli vəzifəli şəxslə yaxın münasibəti olduğunu, həmin şəxsin şirkət rəhbərliyi ilə danışıb müəyyən zərərin şirkətə ödənilməsi şərti ilə Nicatı həbsdən azad etdirə biləcəyini dediyini bildirmişdir. Həmçinin əmisi İlham ona 18 mart 2022-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində qohumu Oqtay Cəfərovla birlikdə Şahid1 oğlu Nicatın həbsdən azad edilməsi üçün 5000 manat məbləğində pul verdiyini demişdir. Sonradan 27 mart 2022-ci il tarixdə o, əmisi İlhamla birlikdə Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmiş, əmisi İlham, o və Eminin qohumlarının yanında Eminə 10.000 manat məbləğində pul vermiş, Emin pulu aldıqdan sonra İlhama narahat olmamasını və bir neçə gün ərzində Nicatın azadlığa buraxılacağını vəd etmişdir. Bir müddət sonra məlum olmuşdur ki, Şahid1 və Təqsirləndirilən şəxs əmisi İlhamı aldatmış, "xxxx" şirkətinə hər hansı ödəniş edilməmişdir. Bundan sonra əmisi İlham və o, özü əmisinə kömək etmək məqsədi ilə Şahid1 ilə əlaqə saxlamış, lakin Emin telefonda ona məsələnin həll ediləcəyini desə də, nəticədə hər hansı iş görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 29 iyul 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 daha əvvəl vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü ona nəşriyyat işçisi kimi təqdim etmiş, Nicat Sadıqovun həbsdən azad olunması məqsədi ilə şirkətə zərərin ödənilməsi adı ilə Nicatın atası Zərərçəkmiş şəxs onun iştirakı ilə Neftçala rayon prokurorluğunun inzibati binasının yanında 5.000 manat pul, eləcə də ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 10.000 manat pulu almışdır (i.v.135-140). 29 iyul 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs daha əvvəl vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs şirkətə vurulmuş zərərin ödənilməsi şərti ilə oğlunun həbsdən azad ola biləcəyini, müstəntiqin Təqsirləndirilən şəxs şirkətə ən azı 10.000 manat zərər ödənildiyi təqdirdə Nicatın həbsdən azad olunmasının mümkün olmasını bildirdiyini, 15.000 manat məbləğində pulun şirkətə vurulmuş ziyana görə ödəniş edilməsi üçün Təqsirləndirilən şəxs verdiyini onun üzünə qarşı bildirmişdir (141-145). “Telefondakı “whatsapp” səsli danışıqlara baxış keçirilməsi barədə” 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İlk olaraq “call_07-56-55_OUT_.mp3” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənildi və aşağıdakılar müəyyən edildi: (03 dəg 53 sanivəl “Zərərçəkmiş şəxs: Siz indi danışırsız belə sizə əlbəəl 5000 verdim Neftçalada, mən demirəm danırsan, 10000 gətirdim sizə verdim mən işim düzəlmədi ki, düzdü, mənim uşağım içəridədir pulumu verin nə bağırırsan pulumu istəyirəm, verin mənim nə işim var bu Bakının yollarında, pulu verməmişdən məni doğuzdururduz dediz bugün ver o sabah çıxacaq, mən aparıb şirkətə pul ödəməliyəm. Şahid1: Kimsə danır danıram mən? elə danışırsan zəng elə Elvinə nömrəsi var, səninlə dünən söhbət elədik, dedik gözdə, elə deyirsən elə bil mən nəyəm eləmə bu hərəkət ayıbdır.” Sənə nömrə verim yığ o nömrəni. Səsim tutulub əsəbləşdirmə məni.” Bundan sonra “WhatsApp Audio 2022-04-21 at 10.08.38.mp3” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənildi və aşağıdakılar müəyyən edildi: (01 dəg 43 saniyə) “Təqsirləndirilən şəxs: Emin axşamın xeyr necəsən? bilirsən necədi vəziyət, sənə söz deyim, ilin bu vaxtı heç kim nəyəsə boyun olmaz, deyirəm mənə verilib, iş həll olunmayıb, dedim özünə ayın 5-ə kimi gözlə sənə 15.000 verilsin pul, əgər gözləmirsənsə şikayətini ver, mən danmıram, 15.000 almışam və 5-ə kimi iadə edəcəm, qaytaracam. Verilibdir, onlar da deyir ki, belə də, İlhama da demişəm bunu, durmursa əlindən gələn şikayəti versin mən iddianı qəbul edəcəm. Bundan sonra “WhatsApp Audio 2022-04-21 at 10.12.09.mp3” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənildi və aşağıdakılar müəyyən edildi: (01 dəg 49 saniyə) “Şahid1: Vüsal axşamın xeyr, oğlan bugün bankdan pul götürməldir, bu pul alıb paylayıb yuxarılara, yuxarılardan pulu götürmək mümkün olmur özün bilirsən və bankdan kredit götürüb birinci gün pulu qaytaracaq. “Təqsirləndirilən şəxs: Birinci gün mən bankdan pulu götürürəm, gözləyir gözləsin istəmirsə getsin şikayət eləsin mənim işim səhər tezdən yox, saat 4-ə kimi çəkəcək. Bundan sonra “WhatsApp Audio 2022-04-21 at 10.12.10.mp3” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənildi və aşağıdakılar müəyyən edildi: (00 dəq 20 saniyə) “Şahid1: Bu iş bilirsən balaca iş deyil, vaxt söhbəti var, kişi də yanımda danmıram ki, deyir kişinin pulu verirəm (i.v. 151-152). Şahid1 24 may 2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə şikayət verərkən Elvinin özünü ona nəşriyyat işçisi kimi təqdim etdiyini bildirmişdir (i.v.178). 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddi ziyan, yəni 10.000 manat pul Şahid1 tərəfindən təhvil alınmışdır (i.v.209). 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi maddi ziyan, yəni 15.000 manat pul məbləği Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.215). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli ərizədən görünür ki, o, hazırki araşdırma üzrə ona dəymiş ziyanın Şahid1 tərəfindən ödənildiyindən heç bir şikayətinin olmadığını, 15.000 manat pulu təqdim etmək üçün oğlunun dostunun avtomobilini tələsik ucuz qiymətə satdığı üçün əlavə olaraq 2500 manat məbləğində maddi ziyana düşdüyündən həmin pul tələbi ilə bağlı ayrıca müvafiq instansiyalara müraciət edəcəyini bildirmişdir (i.v.216). Zərərçəkmiş şəxs Hüsehynağa oğlunun 09 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində oğlu Nicat Sadıqov barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz olunmasına görə "xxxx" MMC şirkətinə verilməsi üçün Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə 15000 manat pul vermişdir (i.v.244). Məhkəmə həm təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxsin, həm iş üzrə dindirilmiş şahidlərin ifadələrini və iş materiallarında olan sənədləri tədqiq edərək Təqsirləndirilən şəxs əməlində AR CM-nin 310 cə 32.4,312.1-ci maddələrinin tərkibinın olmaması qənaətinə gəlir. Məhkəmə AR CM-nin hər bir maddəsi (310 və 32.4, 312.1) üzrə gəldiyi qənaəti ayrı-ayrılıqda əsaslandırmağı zəruri hesab edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 310-cu maddəsinin tərkibinin olmaması nəticəsinə gələrkən məhkəmənin istinad etdiyi hallar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin obyektiv əlamətlərinə daxil olan obyektiv cəhəti kriminal əməlin zahiri tərəfidir.Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən, müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədən ibarətdir. Başqa sözlə cinayətin obyektiv cəhəti müvafiq cinayət əməlini nəzərdə tutan AR CM-nin müvafiq maddəsinin (hazırki halda AR CM-nin 310-cu maddəsi) dispozitiv əlamətlərini özündə əks etdirən tərkib əlamətidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki iş üzrə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs, istintaq orqanının gəldiyi qənaətdə göstərildiyi kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi təqdim etməsi öz təsdiqini tapmamış, əksinə verilmiş hər bir cinayət prosesi iştirakçısının ifadəsi ilə onun özünü mətbuat işçisi kimi təqdim etməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadələrindən etibarən özünü heç zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etmədiyini, özünü mətbuat işçisi kimi (o, əvvəllər həqiqətən də mətbuat işçisi olmuşdur) təqdim etdiyini bildirmişdir. Məhkəmə ibtidai istintaq zamanı dindirilmiş Şahid1 istintaq zamanı verdiyi hər bir ifadəni ətraflı tədqiq edərək onun heç bir ifadəsində Təqsirləndirilən şəxs özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsinə dair hər hansı xüsusata rast gəlməmiş, əksinə, o, Təqsirləndirilən şəxs özünü nəşriyyat işçisi kimi təqdim etdiyini dəfələrlə öz ifadəsində göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələrində Təqsirləndirilən şəxs özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etdiyini göstərilsə də, məhkəmə istintaqı zamanı o, dəfələrlə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt özünü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməmişdir. Elvin barəsində onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləməsi barədə məlumatı ona Şahid1 Elvinin iştirakı olmadan aralarındakı telefon danışığı zamanı demişdir. Onlar üçü bir araya gəldikdə isə Emin ona “dediyim şəxs budur” deyə Elvini təqdim etmişdir. İstintaq zamanı isə ifadələrini oxumadan imzalamışdır. İş üzrə dindirilmiş digər şahidlər Şahid3 və Şahid2 istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi olmasına dair xüsusat Zərərçəkmiş şəxs sözlərindən deyilmiş hal kimi göstərilmişdir. Yəni, həmin şahidlər özləri nə Təqsirləndirilən şəxs özünün, nə də Şahid1 Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsinin şahidi olmamışlar. Zərərçəkmiş şəxs özü də onlara məhz Şahid1 ona Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini dediyini bildirmişdir. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs olaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim etməsini təsdiq edən sübut növü kimi istinad etdiyi yeganə sübut zərərçəkmiş şəxsin və onun sözlərindən bunu eşitdiklərini göstərən şahidlər Şahid3 və Şahid2 ifadələridir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs həmin ifadələrini təsdiq etmədiyini, ifadələrin müstəntiq tərəfindən yazıldığını və onu oxumadan imza etdiyini bildirmiş, şahidlər isə Təqsirləndirilən şəxs tanımadıqlarını, özünü vəzifəli şəxs kimi təqdim etməsinin şahidi olmadıqlarını, Şahid1 zərərçəkmiş şəxsə Elvini vəzifəli şəxs kimi tanıtdığından zərərçəkmiş şəxs də Eminə inanaraq Elvinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini onlara dediyini göstərmişlər. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin pulunu ələ keçirərkən özünü vəzifəli şəxs kimi təqdim etməsi öz təsdiqini tapmamışdır ki, bu da onun əməlində AR CM-nin 310-cu maddəsinin tərkibinin olmasını istisna edir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmiş şəxsin pulunu ələ keçirməsi öz təsdiqini tapmış olsa idi belə, onun əməlində AR CM-nin 310-cu maddəsinin tərkibinin olmasından söhbət gedə bilməzdi. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci tarixli qərarının 24-cü bəndinə əsasən məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Hazırki halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun hüquqi şəxs qismində dövlət qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi ümumi sözlərlə göstərilsə də, onun hüquqi şəxs qismində dövlət qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasının nədə ifadə olunması göstərilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan “ağır nəticə”, “mühüm zərər”, “əhəmiyyətli zərər” kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni “ağır” və yaxud zərəri “mühüm” və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq onun pulunu ələ keçirərkən özünü vəzifəli şəxs kimi təqdim etməsini təsdiq edən hər hansı sübut olmadığından və məhkəmə istintaqı zamanı onun özünü vəzifəli şəxsi kimi deyil, mətbuat işçisi kimi təqdim etməsi bir digəri ilə uzlaşan ifadələrlə öz təsdiqini tapdığından onun əməlində AR CM-nin 310-cu maddəsinin tərkibinin olması istisna olunur. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 32.4, 312.1-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gələrkən məhkəmənin istinad etdiyi hallar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından (cinayətin obyektiv cəhəti) göründüyü kimi, şəxsin əməlində AR CM-nin 312.1-ci maddəsinin tərkibinin yaranması üçün onun hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində məhz vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi tələb olunur. Hazırki işin ibtidai istintaq dövründən başlayaraq məhkəmə istintaqının sonunadək müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən iki dəfəyə (5.000 və 10.000 manat olmaqla) aldığı 15.000 manat məbləğində pul vəsaitini hər hansı vəzifəli şəxsə vermək adı ilə deyil, zərərçəkmiş şəxsin oğlu Nicat Sadıqovun işlədiyi "xxxx" şirkətinə vurduğu zərərdən ödəniş etmək adı ilə almışdır. İşin göstərilən bu halı nəinki məhkəmə istintaqı zamanı, o cümlədən, ibtidai istintaq zamanı dindirilmiş hər bir cinayət prosesi iştirakçısının (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və hər bir şahidin) ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş hər hansı şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaitini hər hansı vəzifəli şəxsə təqdim etmək adı ilə almasına dair xüsusatı göstərməməklə onun müvafiq pul vəsaitini "xxxx" şirkətinə dəymiş ziyanı ödəmək adı ilə aldığını, ziyanın bir hissəsinin ödəniləcəyi təqdirdə Zərərçəkmiş şəxs oğlunun həbsdən azad olunmasının mümkün olduğunu bildirmişlər. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dindirilmiş "xxxx" MMC-də region rəhbəri Şahid4 ona Elvin adlı şəxs tərəfindən zəng gəldiyini, həmin şəxsin ona Nicat Sadıqovun şirkətə vurduğu ziyandan müəyyən məbləğ ödənildiyi təqdirdə şirkətin şikayətçi olmamasının mümkün olub-olmadığını soruşduğunu, onun isə həmin şəxsə ziyanın ən az yarısının ödənilməli olmasını bildirdiyini göstərmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı nə iş materiallarında olan sənədlərə və sübutlara, nə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, sadəcə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə oğlunun cinayət işi ilə bağlı kömək etməsini vəd etməsinə əsaslanmaqla kifayətlənmiş, verilmiş pulun təyinatına, həmin pulun rüşvətin predmeti olub-olmamasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs AR CM-nin 32.4,312.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edilə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən məldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə işin həqiqi hallarını tədqiq edərək, yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 310 və 32.4,312.1-ci maddələrinin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR CM-nin 178.2.4-cü maddəsinə münasibətdə isə məhkəmə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, yuxarıda sadalanan cinayət prosesi iştirakçılarının ifadələrini, iş materiallarında olan sübutları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli olması öz təsdiqini taparaq sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, tTörədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 30-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. “Məhkəmə hökmü haqqında” Azırbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.279). 858178, 395522 nömrəli “Doğum haqqında şəhadətnamə”lərdən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2006-cı il təvəllüdlü (X4) adlı və 24 aprel 2020-ci il təvəllüdlü (X5) adlı övladları var (i.v.298-299). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 21 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.156). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (CM-59.1.4), bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini (CM-59.1.13), törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” proqramı vasitəsi ilə apardıqları səsli danışıqları əks etdirən “Borofone Bud1” markalı, USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.1-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin maddələr ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” proqramı vasitəsi ilə apardıqları səsli danışıqları əks etdirən “Borofone Bud1” markalı, USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar