Məhkəmə qərarları › İş №1(008)-749/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-749/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-749/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakları ilə, xx xxxx 1995-ci ildə Samux rayonu, Zazalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-201/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Samux rayonu, Zazalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 aprel 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən "Akkord” binalarının yaxınlığında 55 saylı sərnişin avtobusunda Şahid2 əlində saxladığı əl çantasından sonuncunun əri Zərərçəkmiş şəxs adına sənədləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169 7332 2612 4670 nömrəli Birkart plastik kartını ələ keçirdikdən sonra həmin gün ünvan 1 ünvanda yerləşən “Möcüzə” marketin qarşısında quraşdırılmış "xxxx" ATM bankomata daxil etməklə, kartın üzərində olan məxfi kod məlumatlarından İstifadə etməklə, Zərərçəkmiş şəxs hesabında olan 30 manat, 2 manat, 30 manat, 2 manat, 50 manat, 2 manat, 2000 manat və 30 manat məbləğində pulu ardıcıllıqla nəğdləşdirilməsinə sifariş etməklə, həmin pulu bankomatdan nəğd şəkilində götürüb vahid niyyətlə əhatə olunmuş qəsdlə davam edən cinayət formasında Zərərçəkmiş şəxs cəmi 2146 manat məbləğində zərər vuraraq elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum olunmuşdur. 11 aprel 2023-cü il tarixdə, saat 21:10 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 55 saylı sərnişin avtobusuna minmiş, avtobus Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Akkord» yaşayış kompleksinin yaxınlığından keçdiyi zaman avtobusda pul kisəsini götürmüş və həmin pul kisəsinin içərisinə baxdıqda şəxsiyyət vəsiqəsi və bir neçə plastik kartlar aşkar etmişdir. Bank kartlarının üzərində kodu yazılmış kartı götürmüş, qalan kartlar və şəxsiyyət vəsiqəsini isə pul kisəsi ilə birlikdə xatırlamadığı yerdə atmışdır. Özündə saxladığı 1958 nömrəli kodu olan kart "xxxx"a məxsus olmuş, bu səbəbdən kartı yoxlamaq üçün "xxxx" bankomatı axtarmış və Bakıxanov qəsəbəsində yerləşən «Möcüzə» marketin qarşısında bankomat görmüşdür. Həmin vaxt bankomatın qarşısında bir qadın dayanmış, yaxınlaşıb ona kartdan pulu çıxarmasını xahiş etmişdir. Həmin qadın ona etiraz etməmiş və kartı götürərək bankomata daxil etmiş, kartda olan 2000 manat pulu çıxarıb ona vermişdir. O, həmin qadına minnətdarlıq edib 100 manat pul vermək istəmiş, lakin həmin qadın pulu götürməyib oradan uzaqlaşmışdır. O, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Həmçinin ondan başqa qeyd olunan plastik kart vasitəsi ilə özü də bankotmatdan əlavə az-az təxminən 146 manat pul çıxarmış, cəmi 2146 manat pulu nağdlaşdırıb götürmüşdür. Ona 2000 manat pulu çıxarmaqda köməklik göstərən qadının törətdiyi cinayət əməlinə heç bir aidiyyəti və iştirakı olmamış, həmin kartı oğurladığı barədə həmin qadının məlumatı olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şahid2 onun arvadıdır və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Möcüzə» kafesində xadimə işləyir. 11 aprel 2023-cü il tarixdə, saat 21:00 radələrində arvadı Gülbadam iş yerindən çıxıb evə getmək üçün Bakıxanov dəmir yol stansiyasının yaxınlığında 55 saylı sərnişin avtobusuna minmiş, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən kirayə yaşadıqları evin yaxınlığında avtobusdan enərək evə gəlmiş, evdə əl çantasının içərisində saxladığı çəhrayı rəngli pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin pul kisəsinin içərisindən Şahid2 şəxsiyyət vəsiqəsi, habelə, onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7332 2612 4670 nömrəli “Birkart” plastik kredit kartı, sosial və pensiya kartları oğurlanmışdır. Bir qədər düşündükdən sonra Gülbadam pul kisəsinin avtobusdan oğurlandığını anlamışdır. 13 aprel 2023-cü il tarixdə kartları bağlatdırmaq üçün o, Gülbadamla birlikdə "xxxx" ASC-nin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi filialına gedərək müraciət etmiş, orada ona məlum olmuşdur ki, 11 aprel 2023-cü il tarixdə, saat 21:45 radələrində onun adına sənədləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169 7332 2612 4670 nömrəli Birkart kredit plastik kartından ayrı ayrılıqda 2000 manat, 50 manat, 30 manat, 30 manat, 30 manat, 2 manat, 2 manat və 2 manat, ümumilikdə 2146 manat pul çıxarılmışdır. Həmin pulu Gülbadamın pul kisəsini, içərisindəki şəxsiyyət vəsiqəsi və plastik kartları oğurlayan naməlum şəxsin çıxartdığını başa düşmüşdür. Bu səbəbdən o, ərazi üzrə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gedərək hadisə barədə məlumat verərək ərizə ilə müraciət etmişdir. 14 aprel 2023-cü il tarixdə Gülbadama yeni şəxsiyyət vəsiqəsi almaq üçün Asan 4 xidmətinə yollanmışlar. Oradan onlara polis bölməsindən oğurluq barədə arayış alaraq təqdim etməyi bildirmişlər. Onlarda 13-cü polis bölməsinə getdikdə şəxsiyyət vəsiqəsinin tapıldığını bildirərək onlara qaytarmışlar. Plastik kartdan çıxarılan pul ona məxsus olmuş, baş vermiş hadisə zamanı ona ümumilikdə 2146 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, lakin, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Möcüzə» kafesində xadimə işləyir. 11 aprel 2023-cü il tarixdə, saat 21:00 radələrində iş yerindən çıxaraq evə getmək üçün Bakıxanov dəmir yol stansiyasının yaxınlığında 55 saylı sərnişin avtobusuna minmiş, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında avtobusdan enərək evə getmiş, evdə olduğu zaman əl çantasının içərisində saxladığı çəhrayı rəngli pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin pul kisəsinin içərisində onun şəxsiyyət vəsiqəsi, habelə əri Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7332 2612 4670 nömrəli Birkart kredit plastik kartı, sosial və pensiya kartları oğurlanmışdır. Bir qədər fikirləşdikdə pul kisəsinin avtobusdan oğurlandığını zənn etmişdir. 13 aprel 2023-cü il tarixdə kartları bağlatdırmaq üçün o, Vahid ilə birlikdə "xxxx" ASC-nİn Bakıxanov qəsəbəsi filialına gedib müraciət etmişdir. Orada onlara məlum olmuşdur ki, 11 aprel 2023-cü il tarixdə axşam saat 21:45 radələrində "xxxx" ASC-yə məxsus 4169 7332 2612 4670 nömrəli Birkart kredit plastik kartından ayrı ayrılıqda 2000 manat, 50 manat, 30 manat, 30 manat, 30 manat, 2 manat, 2 manat və 2 manat, ümumilikdə 2146 manat pul çıxarılmışdır. Həmin pulu pul kisəsi, içərisindəki şəxsiyyət vəsiqəsi və plastik kartları oğurlayan naməlum şəxsin çıxartdığını başa düşmüşlər. Bu səbəbdən Vahid ərazi üzrə 13-cii polis bölməsinə gedərək hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 aprel 2023-cü il tarixdə, saat 21:30 radələrində bankomatdan nağd pul çıxarmaq məqsədi ilə yaşadığı evdən çıxaraq piyada Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” market istiqamətində gəlmişdir. Marketin qarşısında yerləşən “Beynəlxalq bank”a məxsus bankomata yaxınlaşmış, nağd pul çıxarmaq istədiyi zaman bir nəfər qadın ona yaxınlaşıb rus dilində müraciət edib “Beynəlxalq bank”a məxsus bankomatın yanında yerləşən "xxxx"a məxsus bankomatdan pul çıxarmaqda ona köməklik göstərməyini xahiş edərək bank kartını ona vermişdir. O, kartı bankomata daxil etmiş, həmin qadın kodu daxil etdikdən sonra 2000 manat pulu çıxarıb ona vermişdir. Həmin qadın ona minnətdarlıq etmək üçün 100 manat pul vermək istəmiş, lakin, o, puldan imtina edərək oradan uzaqlaşıb getmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan "xxxx" ASC-dən götürülmüş ödəniş kartı üzrə çıxarışdan görünür ki, 11 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən «Möcüzə» marketin qarşısında quraşdırılmış, qeyd olunan banka məxsus ATM-dən (bankomat) ardıcıllıqla 30 manat, 2 manat, 30 manat, 2 manat, 50 manat, 2 manat, 2000 manat və 30 manat, ümumilikdə 2146 manat nəğd pul çıxarılmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 20 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-93-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-317/2023 nömrəli, 22 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 103-107-ci vərəqəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-201/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 111-115-ci vərəqəsində olan 05 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 99-100-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 22 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, 28 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr ilə, digər iş materialları ilə onun elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin mövqeyini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 19 (on doqquz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 11 (on bir) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun tutulduğu və həbsdə olduğu cəmi 05 (beş) ay 19 (on doqquz) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 11 (on bir) ay 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Samux rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar