Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-75/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanlı Akşin Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı X1, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi ev 36, mənzil 18-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 10 fevral 2022-ci il tarixdə, saat 12:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yeni yaşayış massivində yerləşən nömrəsiz evin plastik pəncərəsinə dəmir alətlə mexaniki təsir göstərib açaraq içəri qanunsuz daxil olaraq yaşayış sahəsi hesab olunan evin yataq otağında yerləşən paltar dolabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus 1.050 manat nağd pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 11 mart 2022-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi «Çiləgər» yaşayış massivində yerləşən nömrəsiz evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin arxa tərəfində yerləşən plastik qapını sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabından Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 7.140.0 manat dəyərində gümüşü rəngli metaldan, üzərində 5 ədədinin hər birinin ölçüsü 0.075 karat, 73 ədədinin hər birinin ölçüsü 0.040 karat, 233 ədədinin hər birinin ölçüsü 0.015 karat, 69 ədədinin hər birinin ölçüsü 0.040 karat, 150 ədədinin hər birinin ölçüsü 0.002 karat, 4/3 keyfiyyətli briliyant qaşları olan, 750 əyyarlı, ümumi təmiz çəkisi 38.05 qram kolye-bilərziksırğa cütü-üzükdən ibarət dəstini, bir ədəd 180.0 manat dəyərində sarı rəngli metaldan üzərində ulduz, açar formalı elementi və ağ şəffaf qaşları olan, 585 əyarlı 2.12 qram çəkidə boyunbağı, bir ədəd 85.0 manat dəyərində 585 əyarlı, 1.00 qram çəkidə olan sarı rəngli metaldan boyunbağı, bir ədəd 1.217.0 manat dəyərində 583 əyarlı, 14.32 qram çəkidə sarı rəngli metaldan hazırlanmış qızıl qolbağı, bir ədəd 153.0 manat dəyərində sarıgümüşü rəngli metaldan hazırlanmış, 585 əyarlı, 1.80 qram çəkidə qızıl klonu, bir ədəd 2.000 manat dəyərində qızıl boyunbağı, Zərərçəkmiş şəxs1 məxsus 5.000 AZN və həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dollar nəğd pulunu və qonaq otağından ona məxsus bir ədəd 240 manat dəyərində «Sazz LTV» internet modernini, bir ədəd 100 manat dəyərindəki «Amfor» markalı monitoru və bir ədəd 500 manat dəyərində «Smart Vision» markalı müşahidə kameralarının yaddaş qurğusunu gizli yolla talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 10.775 manat və Zərərçəkmiş şəxs1 6.010 manat, zərərçəkmiş şəxslərə 16.785 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada kamin-manqal ustası kimi işləyib ailəsini dolandırırdı. 10 fevral 2022-ci il tarixdə, saat 12:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivinə oğurluq etmək məqsədilə gəlmiş və küçələrdə oğurluq etmək üçün gəzişib sahibsiz ev axtarmışdır. Həmin vaxt küçədə darvazası olmayan ev görmüş və özü ilə gətirdiyi vint açanla evin plastik qapısını açıb evin içərisinə daxil olmuş və otaqları axtarmışdır. O, yataq otağındakı paltar şkafının içərisində olan paltarların yanında ağ rəng zərf görmüş və zərfi əli ilə yoxladıqda içərisində pul olmasını hiss etmişdir. Həmin zərfi götürüb cibinə qoymuş və daha sora isə evdə başqa hər hansı qiymətli qızıl-zinyət əşyası və pul tapa bilməyib evdən çıxıb getmişdir. O, həmin zərfin içərisində təxminən 700 manat pul olmasını görmüş və həmin pulu xərcləyib qutarmışdır. Bundan başqa onun yenidən pula ehtayacı yarandığından evinin yaxınlığında yerləşən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən evlərdən birindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə təxminən 9-10 mart 2022-ci il tarixlərində Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi gəlib piyada evlərə baxmışdır ki, sahibsiz ev olsa ora daxil olaraq oğurluq etsin. O, həmin zaman «Kanalüstü» adlanan ərazidə kənarında yerləşən evlərin birindən ağ rəngli «Toyota Prado» markalı avtomobil çıxmasını görmüş və fikirləşmiş ki, həmin evin sahibinin maddi imkanı yaxşıdı, lakin həmin vaxt qorxduğu üçün oğurluq etməmişdir. Bundan sonra yaşadığı evə gəlmiş və 11 mart 2022-ci il tarixdə günorta saatlarında evdə olarkən soyuducunu açıb baxanda orada bütün qidaların qutardığını gördüyündən yenidən oğurluq etmək barədə düşünmüşdür. Bu məqsədlə o, yaşadığı evdən çıxıb piyada Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivinə gəlmiş və bir neçə gün əvvəl «Toyota Prado» markalı avtomobil çıxan evin qarşısına gəlmişdir. O, evin yola baxan pəncərəsini əli ilə döyüb evdən kimin olub-olmadığını yoxlamış, lakin qapını kimsə açmamış evin içərisində heç kimin olmadığını müəyyən etmişdir. Həmçinin də evin kombi aparatının borusundan tüstü çıxmadığını görmüşdür. Lakin o, buna baxmayaraq evin ətrafına bir neçə dəfə piyada gəzişib nəzarət etmiş ki, evdə kiminsə olmasına tam əmin olsun. Həmin vaxt küçədə qoyun otaran çoban ondan həmin ərazidə nə üçün gəzdiyini soruşmuş, o, isə usta olduğunu və ev sahibini gözlədiyini demişdir. Həmin vaxt o, özü ilə evin qapısını onunla açmaq üçün montorivka gətirmişdir. O, evin qarşısında dayandıqda sol tərəfinə keçib və daş hasardan aşaraq ev həyətinə daxil olmuşdur. Sonra da evin qapılarına baxmış və evin giriş qapısı dəmir seyf qapı olmasını görmüşdür. Həmin qapını aça bilmədikdə arxa tərəfə keçmiş və orada plastik qapı olduğunu görüb həmin qapını dəmir mantrofka ilə açaraq içəri daxil olmuşdur. Həmin vaxt saat 15:00 radələri idi. O içəri daxil olduqdan sonra sol tərəfdə yerləşən yataq otağına daxil olmuş və yataq otağında olan paltar dolablarını axtarmağa başlamış və paltar dolabının üst gözündə olan hissədə paltarların altında pulları görmüş və həmin pulları götürüb cibinə qoymuşdur. Sonra həmin şkafın aşağısında yerləşən çəkməcəsini açmış və orada qırmızı qabın içərisində qızılzinyət əşyaları görmüş və cibinə qoymuşdur. Bundan sonra həmin otaqdakı yataq dəstinin altını və digər şkafları axtarmış, lakin oradan nəsə tapmamış, bundan sonra evin digər yataq və qonaq otağını axtarmış, lakin qiymətli əşya tapmamışdır. O, qonaq otağında olan kameranı yaddaş qurğusunu görmüş və onu sökmək qərarına gəlmişdir. Həmin yadda qurğusunu, manitoru və internet modernini də sökmüş ki, sonradan onu kameraya baxıb tanımasınlar. Bundan sonra oğurladığı pulları, qızılları və kameranın yadda qurğusunu da özü ilə götürüb evin həyətinə çıxmış, sonra da evin həyətindəki nərdivanı divara söykəyib divara dırmaşıb çölə çıxmış və piyada yaşadığı evə gedərkən kameranın yaddaş qurğusunu kanala atmışdır. Sonra yaşadığı evə gəlmiş və qızılları yaşadığı evin mətbəxt otağında meyvə qabının içərisində gizətmişdir. Sonra pulun bir hissəsinə evə bazarlıq etmiş, digər hissəsi ilə digər xərclərini ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Salman oğlu ifadəsində göstərmişdir ki, 10 fevral 2022-ci il tarixdə, saat 07:00 radələrində o, evdən çıxıb Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iş yerinə getmiş, saat 12:00 radələrində işdən evə gəlmişdir. Bundan sonra o, arvadı S.M.Rəsulova ilə birlikdə az yaşlı qızı Aylini Maştağa qəsəbəsində yerləşən 28 nömrəli tam orta məktəbə aparmışlar. Onlar evdən gedərkən evin giriş qapısını bağlamışlar. Təxminən 1 saatdan sonra geri evə qayıdanda qonaq otağının həyət tərəfə açılan pəncərəsi açıq vəziyyətdə olduğunu, dərhal içəri keçəndə evin hər iki otaqlarındakı əşyaların dağınıq vəziyyətdə olmasını görmüşdür. Yataq otağında şkafın içərisinə baxdıqda paltarların arasında zərfə içərisində qoyduğu 1.050 manat pulun oğurlandığını müəyyən etmişdir. O, də bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəs, Çiləgər yaşayış massivində nömrəsiz evdə arvadı Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. Onun yaşadığı ev 3 otaqdan ibarətdir, daşdan inşa edilib, 1 mərtəbəlidir, evin ətrafına daş hasar hörülmüşdür. Evin həyətinə 2 taylı dəmir darvazası vardır. Evin içərisinə daxil olmaq üçün ön tərəfində bir taylı dəmir seyf qapı, arxa tərəfində isə iki taylı plastik qapı vardır, evin 2 pəncərəsində dəmir barmaqlıq vardır. 09 mart 2022-ci il tarixdə, saat 12:30 radələrində o, arvadı Zərərçəkmiş şəxs3 ilə birlikdə özünə məxsus «Toyota Prado» markalı avtomobilə əyləşib ünvan 2 ünvanda yaşayan atası Salmanın yaşadığı evə qonaq getmişlər. Qonaq gedərkən özünə məxsus və arvadına məxsus qızılzinyət əşyalarını, eləcə də pullarını yaşadığı evin yataq otağında paltar dolabına qoymuşdular. 12 mart 2022-ci il tarixdə, saat 11:00 radələrində o arvadı Nigar ilə birlikdə yaşadığı evə gəlmiş, yaşadığı evə daxil olanda görmüş ki, evin içərisində olan əşyalar dağınıq vəziyyətdədir. O, arvadı dərhal yataq otağına girib baxanda orada olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşlər. O, yataq otağındakı paltar dolabının içərisində qızıl və pulları saxladığı yerə baxanda görmüşlər ki, oradan arvadı Nigara məxsus 10.000 manat dəyərində bir ədəd qızıl boyunbağıdan, bir ədəd qızıl qolbağıdan, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət qızıl dəsti, iki ədəd hər birinin dəyəri 650 manat dəyərində qızıl boyunbağıları, bir ədəd 2.000 manat dəyərindəki qolbağı, bir ədəd 1.200 manat dəyərindəki qızıl boyunbağı oğurlanmışdır. Bundan başqa oradan ona məxsus olan 5.000 AZN və 100 ABŞ Dolları pulu oğurlanmışdır. Həmçinin evin qonaq otağından ona məxsus bir ədəd 240 manat dəyərindəki «Sazz LTV» internet moderni, müşahidə kamerasının qoşulduğu bir ədəd 100 manat dəyərindəki «Amfor» markalı monitor və bir ədəd 500 manat dəyərindəki «Smart Vision» markalı müşahidə kameralarının yaddaş qurğusu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində nömrəsiz evdə əri Rusanla birlikdə yaşayır. Onun yaşadığı ev 3 otaqdan ibarətdir, daşdan inşa edilib, 1 mərtəbəlidir, evin ətrafına daş hasar hörülmüşdür. Evin həyətinə 2 taylı dəmir darvaza vardır. Evin içərisinə daxil olmaq üçün ön tərəfdə bir taylı dəmir seyf qapı, arxa tərəfində isə iki taylı plastik qapı vardır. Evin 2 pəncərəsində dəmir barmaqlıq vardır. 09 mart 2022-ci il tarixdə, saat 12:30 radələrində o, əri Rusan ilə birlikdə ünvan 2 ünvanda yaşayan qaynatası Salmanın yaşadığı evə qonaq getmişlər. Qonaq gedərkən özünə məxsus qızıl-zinyət əşyalarını, eləcə də ərinə məxsus pullarını yaşadığı evin yataq otağında paltar dolabına qoymuşdur. 12 mart 2022-ci il tarixdə, saat 11:00 radələrində o, əri ilə birlikdə yaşadığı evə gəldikdə evin içərisində olan əşyaların dağınıq vəziyyətdə olmasını görmüşlər. O, əri ilə birlikdə dərhal yataq otağına girib baxanda orada olan əşyaların dağınıq vəziyyətdə olduğunu müəyyən etmişlər. Yataq otağında olan paltar dolabının içərisində qızıl və pulları saxladıqları yerə baxanda görmüşdür ki, oradan özünə məxsus 10.000 manat dəyərində bir ədəd qızıl boyunbağıdan, bir ədəd qızıl qolbağıdan, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət qızıl dəsti, iki ədəd hər birinin dəyəri 650 manat dəyərində qızıl boyunbağıları, bir ədəd 2.000 manat dəyərindəki qolbağı, bir ədəd 1.200 manat dəyərindəki qızıl boyunbağı oğurlanmasını müəyyən etmişdir. Bundan başqa oradan Rusana məxsus olan 5.000 AZN və 100 ABŞ Dolları pul, evin qonaq otağından Rusana məxsus bir ədəd 240 manat dəyərində «Sazz LTV» internet moderni, müşahidə kamerasının qoşulduğu bir ədəd 100 manat dəyərindəki «Amfor» markalı monitor və bir ədəd 500 manat dəyərindəki «Smart Vision» markalı müşahidə kameralarının yaddaş qurğusu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, fərdi qaydada xırda buynuzlu mal-qara otarmaqla məşğul olur, Zərərçəkmiş şəxs1 onun yaşadığı evin yaxınlığında yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi «Çiligər» yaşayış massivində yaşayır. Ruslan ilə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Adətən xırda buynuzlu heyvanlarını «Çiləgər» yaşayış massivində yol kənarında otarır. 11 mart 2022-ci il tarixdə günorta saatlarında o, özünə məxsus xırda buynuzlu heyvanları Sabunçu rayonu, Maştağa rayonu, Çiləgər yaşayış massivində yol kənarında otaran zaman bir nəfər tanımadığı şəxsin yolda bir neçə dəfə gedib-gəldiyini görmüşdür. Həmin şəxsin əlində torba və içərisində dəmir alət olmasını görmüş, həmin şəxsi tanımadığı üçün və həmçinin də bir neçə dəfə oradan keçib getdiyi üçün şübhələnməmişdir. Buna görə də o, həmin şəxsdən nə üçün burada olduğunu soruşmuş, həmin şəxs də ona demişdir ki, buralarda işləyir və ona görə də buradan gedib gəlir. Bundan sonra həmin şəxs çıxıb getmiş və o, da yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1719- 9/2185 saylı, 08 aprel 2022-ci il tarixli məhkəmə iqtisad ekspertizası «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi eskpertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye-bilərzik-sırğa cütü-üzük (sırğanın tayında 1 ədəd qaş yeri boşdur) üzərində «750» əyar damğası həkk olunmuşdur, metal 750 əyyarlı qızıla uyğundur, ümumi təmiz çəkisi 38.05 qramdır, qaşları briliyantdır, 5 ədədinin hər birinin ölçüsü, 0.075 karat, 73 ədədinin hər birinin ölçüsü 0.040 karat, 233 ədədinin hər birinin ölçüsü 0.015 karat, 69 ədədinin hər birinin ölçüsü 0.040 karat, 150 ədədinin hər birinin ölçüsü 0.002 karat,4/3 keyfiyyətlidirlər.1 ədəd sarı rəngli metaldan üzərində ulduz, açar formalı elementi və ağ şəffaf qaşları olan boyunbağıüzərində «55» əyyar damğası həkk olunmuşdur, metalı «585» əyarlı qızıla uyğundur, çəkisi 2.12 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd sarı rəngli metaldan boyunbağı-üzərində «585» əyar damğası hkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1.00 qramdır. 1 ədəd sarı rəngli metaldan qolbaq-metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 14.32 qramdır.1 ədəd sarı-gümüşü rəngli metaldan klon-üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1.80 qramdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2022-ci ilin mart ayına olan pərakəndə satış qiyməti ilə ümumi dəyəri təxminən 8.775.0 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay, 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 24 fevral 2017-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 20 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,53). Cinayət işinin materiallarında olan 22 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 83). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi tərəfindən seçilmiş 4(008)241/2022 saylı, 22 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 100). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd təmiz çəkisi 38.05 qram kolye-bilərzik-sırğa cütü-üzükdən ibarət dəstin, bir ədəd sarı rəngli metaldan üzərində ulduzun, açar formalı elementin və ağ şəffaf qaşları olan, 585 əyarlı 2.12 qram çəkidə boyunbağının, bir ədəd 585 əyarlı, 1.00 qram çəkiclə olan sarı rəngli metaldan boyunbağının, bir ədəd 583 əyarlı, 14.32 qram çəkidə sarı rəngli metaldan hazırlanmış qızıl qolbağın və bir ədəd sarı-gümüşü rəngli metaldan hazırlanmış, 585 əyarlı, 1.80 qram çəkidəki qızıl klonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Elbrvs oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd təmiz çəkisi 38.05 qram kolye-bilərzik-sırğa cütü-üzükdən ibarət dəstin, bir ədəd sarı rəngli metaldan üzərində ulduzun, açar formalı elementin və ağ şəffaf qaşları olan, 585 əyarlı 2.12 qram çəkidə boyunbağının, bir ədəd 585 əyarlı, 1.00 qram çəkiclə olan sarı rəngli metaldan boyunbağının, bir ədəd 583 əyarlı, 14.32 qram çəkidə sarı rəngli metaldan hazırlanmış qızıl qolbağın və bir ədəd sarı-gümüşü rəngli metaldan hazırlanmış, 585 əyarlı, 1.80 qram çəkidəki qızıl klonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-75/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-75/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver