Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-75/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Mardakert şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Narınclar kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2104” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ilə üzü “Seabreeze” İstirahət Mərkəzi istiqamətində hərəkətdə olan zaman “Seabreeze” İstirahət Mərkəzinin girişinə çatmağına az məsafə qalmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3cü hissəsinin “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub ara məsafəsini düzgün seçmədiyi üçün onunla eyni istiqamətdə sürətini azaldaraq hərəkətdə olan Şahid etibarnamə əsasında idarə etdiyi “İveco” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin ** YE *** dövlət qeydiyyat nişanlı qoşqusunun sol arxa hissəsindən vuraraq ehtiyyatsızlıqdan avtomobilində sərnişin olmuş Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol bud sümüyünün boyununun qapalı yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər yetirib, dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən fevral ayının 20-22-si tarixində, axşamüstü saat 06:30-07:00 radələrində, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Seabreeze” istiqamətində hərəkətdə olan zaman ara məsafəni düzgün seçməməsi səbəbindən onunla eyni istiqamətdə, dayanmış vəziyyətdə olan avtomobilin qoşqusu ilə sol arxa hissəsindən toqquşmuşdur. Belə ki, yolda tərəzi olması ilə əlaqədar maşınlar növbəylə həmin tərəzidən keçirmişlər. Buna görə də, öndəki avtomobil dayanmış vəziyyətdə olmuş, lakin buna baxmayaraq o, həmin maşını hərəktdə bilmiş, arxadan gələn avtomobilin bilməsi üçün sayrışan işıqları yandırmalı olduğu halda yandırmamış, özünün yol hərəkəti qaydalarını pozması nəticəsində həmin hadisə baş vermişdir. Avtomobilin ön hissəsi vurulmuş, bundan sonra avtomobildə olan şəxslər, yəni Kamal, Rizvan, Orxan, həmçinin özü də xəsarət almışdır. Digər şəxslərə kömək etmək iqtidarında olmaması səbəbindən xəsarət alan şəxslərə kömək edib onları xəstəxanaya apara bilməmiş, onu və digər xəsarət alanları da başqa şəxslər xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanadan çıxıb evdə olan zaman, ona müalicəsi üçün 2500 manat pul götürdüyünü demiş, o da hissə-hissə ödəniş edəcəyini Kamala bildirmişdir. Kamala aldığı xəsarətlərlə əlaqədar 850 manat ödəniş etmişdir. Hazırda da qalan 1700 manatı hissəvi şəkildə ödəyə bilər. Amma Kamalın on min manat ödənilməsi ilə bağlı mülki iddiasını qəbul etməyərək, bu tələbin heç bir əsası olmadığını və onun həmin məbləği ödəmək imkanı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu işə aparıb gətirəcəyini söyləmişdir. Hadisə “Seabreeze”-də işdən çıxıb qayıtdığı zaman baş vermişdir. Belə ki, Saday onlara verməli olduğu pul məbləğini hesablayarkən başı söhbətə qarışmış, buna görə də qarşıdakı maşını görə bilməmişdir. Həmin vaxt o avtomobildə ön oturacaqda əyləşmiş, bu səbəbdən də radarı keçən zaman Sadayın avtomobilinin sürətinin 80 km/saat olduğunu görmüşdür. Müalicə üçün tanışından 2500 manat borc pul almış olduğunu və onun da üzərinə faiz gəldiyini qeyd edərək, həmin pulu tanışına ödəməli olduğunu bildirmişdir. Ombasında sınıq olduğunu, ayağına mil qoyulduğunu, qəza zamanı həmçinin burnunun zədələndiyini, may ayına kimi burun əməliyyatı edilməli olduğunu bildirmişdir. 03 iyul taixinə kimi Sadaya güzəştə getmiş, şikayət etməmiş, amma Saday onun səhhətindəki problemlərlə maraqlanmadığından və çəkdiyi xərcləri ödəmədiyindən şikayət etmişdir. Xəsarət alana qədər günəmüzd olaraq işlədiyini və hər gün 45 manat qazandığını, ödənişi Saday etdiyindən onun da bu məbləği təsdiq edə biləcəyini, səhhəti ilə əlaqədar on ay işləyə bilmədiyini, yalnız son 2 aydır işə başladığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq isə qəzadan sonra 10 gün müddətində dövlət hesabına xəstəxanada yatdığını, bununla bağlı heç bir ödəniş etmədiyini, xəstəxanadan çıxdıqdan sonra həkimin ona reseptlər yazdığını, lakin yazılanların yarısını ala bilmədiyini qeyd etmişdir. Hadisə nəticəsində keçirilən ekspertiza rəyində yalnız bud sümüyünün sınığı qeyd olunsa da, əslində həm də kəllə-beyin travması, burun əzilməsi xəsarətləri də aldığını bildirərək, ümumilikdə tələbinin 10000 manat olduğunu, lakin Təqsirləndirilən şəxs birdəfəlik olaraq 8000 manat ödəyəcəyi halda onunla barışacağını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsində göstərilmişdir ki, “İveco” markalı AS 449T\P Yük modelli yəhərli dartıcısı olan **-HK-*** qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edirəm. Həmin avtomobilin arxa yarım qoşqusu **-YE-*** qeydiyyat nişanlı “Langendorf” markalı SKA24\30 modellidir. Həmin avtomobil tanışım X2 adına olsa da mənim avtomobilimdir, sadəcə olaraq öz adıma keçirməmişəm. 20 fevral 2024-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyim **-YE-*** qeydiyyat nişanlı “Langendorf” markalı qoşqusu olan “İveco” markalı **-HK-*** qeydiyyat nişanlı avtomobilimlə yolun hərəkət sürəti 90 km saat olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ilə üzü “Seabreeze” istiqamətində hərəkətdə olan zaman “Seabreeze”in əsas girişinə 100 metr qalmış qəza işıqları yanılı vəziyyətdə tıxac olduğu üçün qarşımdakı avtomobillər dayanmış, ona görə o da sürətimi yavaş-yavaş azaldıb, tıxaca çatanadək tam dayanmışdım. Bu zaman arxa hissəmdə hərəkətdə olan “Vaz 2104” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün mənim avtomobilimin qoşqu hissəsinin arxa sol tərəfinə dəymiş və dayanmışdır. Avtomobilimdə sərnişin olmasa da, qoşqusunda təxminən 26 ton çınqıl yükü olmuşdur. “Vaz 2104” markalı avtomobil mənim avtomobilimə dəydikdən sonra avtomobilli park etdim və aşağıya düşdüm. “Vaz 2104” markalı avtomobildə sürücü və 01 nəfər sərnişin xəsarət aldığı üçün mən özüm DİN-nin 102 xidmətinə TTY-a və sığortaya qəza barədə məlumat vermişdim. Daha sonra “Vaz 2104” markalı avtomobildən sürücü sıxışdığı üçün enməsinə kömək etmişdim. Bir qədər sonra polislər gəlmiş və hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində mən bədən xəsarətləri almasam da avtomobilimin arxa yük yerinə 350 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır (i.v. 1); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində baxış keçirilmiş, sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 3-8); “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 20 fevral 2024cü il tarixli protokoldan görünür ki, “İveco” AS 449T\P yük markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin qoşqusunun arxa hissəsində zədələr aşkar olunmuş və fotoşəkillər çəkilərək protokala əlavə olunmuşdur.(i.v.9-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-ın Sabunçu Rayon Şöbəsinin 28 fevral 2024-cü il tarixli, 435 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ tərəfli V-Vİ qabırğaların sınığı və hər iki baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir (i.v. 21-22); “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 mart 2024-cü il tarixli qərardan görünür ki, ”Vaz 2104” markalı **-GE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şəxs barəsində Azərbaycan Respublikasının İXM-nın 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir.(i.v.23-24) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, “Vaz 2104” markalı **-GE- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v. 28); “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və əlavə yoxlama aparılması haqqında” qərardan görünür ki, Sabunçu RPİ-nin TŞ-nın sabiq baş təhqiqatçısı, polis baş leytenantı Bəkir Eyvazlı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilmişdir. (i.v. 30); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-ın Sabunçu Rayon Şöbəsinin 04 iyul 2024-cü il tarixli, 1552 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün boynunun qapalı yerdəyişən sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir (i.v. 39-41); “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.52); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.71); “İttiham elan edilməsi üçün şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi nəzərə alınaraq barəsində axtarış elan edilmiş və onun tutularaq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. (i.v. 72) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs müəyyən edilənə və axtarılıb tapılana qədər dayandırılması qərara alınmışdır. (i.v. 73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 8/2221 saylı rəyindən görünür ki, İstintaq tərəfindən göstərilən məlumatlara əsasən “Vaz 2104” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlara əsasən “İveco” markalı **-HK-*** dövlət qeydiyyat nşanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyi müəyyən olmuşdur.(i.v.75-77) “Axtarışda olan şəxsin tutulması haqqında” 17 sentyabr 2024-ü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:45-də Bakı şəhəri, Sabunçu rayonu, “X5” adlanan yerin girişində saxlanılaraq Sabunçu RPİ MSY-nə təhvil verilmişdir. (i.v. 79) “Cinayət işinin təzələnməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 80) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 96- 97); “Tutulmuş şəxsin X1 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, xx xxxx 1974-cü ildə Mardakert şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Narınclar kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs dərhal azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır(i.v. 110); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. (i.v. 114) “Cinayət işinin təzələnməsi haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 115) “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 19 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 143, 263-1.1, 264-cü maddələri ilə cinayət işinin başlanılması və Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağ tərəfli V-Vİ qabırğaların sınığı və hər iki baldır nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması müəyyən olunsa da, həmin hadisənin baş verməsində Təqsirləndirilən şəxs özü təqsirli olduğundan həmin fakt üzrə cinayət işinin başlanılmasının rədd ediməsi, iş üzrə “Vaz 2104” markalı **-GE-*** və “İveco” markalı **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanınması və həmin avtomobillərin müvafiq olaraq Təqsirləndirilən şəxs və Şahid olmasının nəzərə alınması qərara alınmışdır. (i.v.120-125) Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 19-cu bəndində göstərilir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. İş üzrə 10 sentyabr 2024-cü il tarixli, 8/2221 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən göstərilən məlumatlara əsasən “Vaz 2104” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Odur ki, hadisə Təqsirləndirilən şəxs özündən irəlidəki avtomobilin sürücü sürətini azaltdığı və ya avtomobilini dayandırması ehtimalında həmin avtomobillə toqquşmanın qarşısını ala bilməsi üçün təhlükəsiz ara məsafəsi saxlamalı olduğu halda saxlamamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (müəyyən edilmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 17 sentyabr 2024cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 10000 manat məbləğində pul tələb etmişdir. Ərizədə hadisə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə işləyə bilmədiyini, səhhətinə görə müayinələrə taksi ilə getdiyini, müalicə üçün xərc çəkdiyini bildirmiş amma təsdiqedici sənədləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iclasında hadisə nəticəsində ekspert rəyində göstərilən xəsarətdən əlavə burnunun əzildiyini və əməliyyat üçün pul tələb etdiyini, həmçinin kəllə-beyin travması aldığını bildirsə də mülki iddiasında bu xəsarətlərini qeyd etməmiş, həmçinin 24 noyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində cinayət işinin materialları ilə tanış olmuş və vəsatət və etirazı olmadığını bildirmişdir. Həmçinin, mülki iddiaçı məhkəmə iclasında hər gün 45 manat məvacib aldığını və bu məbləği ona Təqsirləndirilən şəxs ödədiyindən, bu faktı onun da təsdiq edə biləcəyini bildirmişdir. Amma məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mülki iddiaçı fəhlə kimi fəaliyyət göstərir və bu davamlı xarakter daşımır, buna görə də səhhəti ilə əlaqədar itirdiyi əmək haqqını dəqiq müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, şəxsin sol bud sümüyünün boyununun qapalı yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər alması nəticəsində ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına görə ona əmək qabiliyyətini itirdiyi təqribən səkkiz ay üzrə hər ay üçün 345 manat olmaqla 2760 manat hesablanmalı, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs tərəfindən daha öncə ödənildiyi mübahisələndirilməyən 850 manat məbləğ ödənilməli olan vəsaitdən çıxılmalı və müxtəlif apteklərdən alınan dərman vəsaitləri üçün xərclənmiş təxminən 302 manat nəzərə alınmaqla mülki iddia qismən təmin olunmalı və Təqsirləndirilən şəxs 2212 (iki min iki yüz on iki) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək azadlığının məhdudlaşdırıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2212 (iki min iki yüz on iki) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-75/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-75/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver