Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-750/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 2000-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, ikinci Qarabağ müharibəsi iştirakçısı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama görə o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi “Opel” markalı **-UC-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə Novxanı istiqamətində “Təmiz şəhər” adlanan yerin yaxınlığında hərəkətdə olarkən, Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21115 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb əyləcdən istifadə etdiyi üçün sonuncunun avtomobilində sərnişin qismində əyləşmiş Şahid ona nə etdiyini bildirməsilə bağlı əl işarəsini özünə təhqir kimi bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan avtomobilini Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qarşısında saxlayıb həmin zaman avtomobilində sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2, həmçinin sonuncunun avtomobilindəki sərnişin Şahid və Zərərçəkmiş şəxs1 yaxınlaşıb ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni onların hər üçünə qarşı nalayiq söyüşlər söyərək heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan taxta parçası (bita) ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir dəfə vurmuş, həmin zaman Təqsirləndirilən şəxs2 əlindəki, istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla Rüstəm Bayromovun üstünə hücum edib onu təqib etdiyini görən və sonuncuya xəsarət yetirməsinə mane olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb əlindəki taxta parçası ilə bir daha onun baş nahiyəsindən bir dəfə vurmuş, bundan sonra səs küyə hadisə yerinə toplaşmış və onları aralaşdırmaq istəyən ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib daha da azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs1 qol və çiyin nahiyələrindən vuraraq ona, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, burun nahiyəsinin sıyrığı, sol said və sağ mil-bilək oynağı nahiyələrinin qançırları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, taxta parçasından (bita) silah qismində istifadə eməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama görə o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində atası Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel” markalı **-UC-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə Novxanı istiqamətində “Təmiz şəhər” adlanan yerin yaxınlığında hərəkətdə olarkən, sonuncu idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21115 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb əyləcdən istifadə etdiyi üçün VAZ-21115 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Şahid Təqsirləndirilən şəxs1 nə etdiyini bildirməsilə bağlı əl işarəsini sonuncu özünə təhqir kimi bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan avtomobili Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qarşısında saxlayıb avtomobildən düşüb birlikdə Zərərçəkmiş şəxs2, həmçinin onun avtomobilində sərnişin qismində hərəkətdə olmuş Şahid və Zərərçəkmiş şəxs1 yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs1 ucadan nalayiq söyüşlər söyərək heç bir əsaslı səbəb olmadan, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan taxta parçası ilə sonuncunun baş nahiyəsindən bir dəfə vurmuş, bundan sonra özü bir qrup şəxs halında ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, heç bir əsaslı səbəb olmadan, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla sürücü Rüstəm Bayromovun üstünə hücum edib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, sonuncunun üzərində zor tətbiq olunması hədəsi ilə onu təqib etmiş, bu zaman Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu sakitləşdirərək Zərərçəkmiş şəxs2 xəsarət yetirməsinə mane olmasına baxmayaraq, sonuncuya fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərərək, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə eməklə şəxs üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin özlərinin ifadələrindəki xüsusatlarla yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, müvafiq ekspert rəyləri, habelə iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində oğlu ilə birlikdə idarə etdiyi Opel markalı **-UC-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olarkən, Balaxanı qəsəbəsində tanımadığı bir nəfər şəxs əl ilə işarə edib saxlatdığı üçün həmin şəxsi də avtomobilinə götürmüş və həmin şəxsi Balaxanı qəsəbəsində “Təmiz şəhər” adlanan ərazidə düşürmüşdür. Bundan sonra yoluna davam etmək üçün yola çıxma işarəsini yandırıb yola çıxmış, həmin vaxt arxadan gələn VAZ-21115 markalı avtomobil onun yanından keçəndə həmin avtomobilin içərisində ön oturacaqda əyləşmiş sərnişin, sonradan adını bildiyi Tahir adlı şəxs əli ilə işarə etmiş, eyni zamanda ona nalayiq söyüş söymüşdür. Bundan sonra avtomobilini saxlamışdır. Lakin avtomobili elə formada saxlamışdır ki, onun idarə etdiyi avtomobil zərərçəkmiş şəxslərin idarə etdiyi avtomobilin qarşısını kəsmiş və onun öz qapısı açılmamışdır. Bu zaman zərərçəkmiş şəxslərdən Nemət və Tahir onun oğlu tərəfdən qapını açaraq oğlu Nurlanı maşından endirərək onun boğazından yapışmışlar. Bu zaman o, çətinliklə maşının qapısını açaraq birtəhər maşından enmiş və avtomobilin baqajından bitanı götürərək Tahir adlı şəxsi bita ilə vurmuşdur. Onun zərərçəkmiş şəxsi vurmaqda məqsədi oğlunu müdafiə etmək olmuşdur. Bundan sonra oğlu kənarda dayanmış, o, Nemət və Tahir mübahisəni davam etdirmişlər. Bu zaman digər avtomobildən sürücü Rüstəm də enərək onlara tərəf yaxınlaşdıqda oğlu Nurlan avtomobildən vintaçarı götürərək onlara yaxınlaşmış, bu zaman Rüstəm qorxaraq qaçdıqda oğlu Rüstəmin arxasi ilə qaçmış, lakin onu vurmamışdır. Bundan sonra həmin zaman yol keçən tanımadığı şəxslər yaxınlaşıb onları aralaşdırmışlar. Daha sonra oğlu Nurlanla birlikdə avtomobilə əyləşib çıxıb getmişlər. Məhkəmə iclasnda verilmiş suala cavab olaraq Ağayev X2 Nurlan Aşur oğlu ilə soyadlarının fərqli olmasının səbəbinin onun həyat yoldaşı, yəni Nurlanın anası ilə rəsmi deyil, faktiki nikah münasibətlərində olması və oğlunun ata adı kimi onun adı yazılsa da, soyadı kimi onun soyadının verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində atası Aşurla birlikdə sonuncunun idarə etdiyi Opel markalı **-UC-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olarkən, Balaxanı qəsəbəsində “Təmiz şəhər” adlanan ərazidə sərnişin qismində avtomobilə əyləşən yol keçən tanımadığı şəxsi düşürdükdən sonra yola davam etmək üçün yola çıxan zaman arxadan gələn VAZ-21115 markalı avtomobil onların yanından keçəndə həmin avtomobilin içərisində olan şəxslərdən biri atasına nə isə demişdir. Sonradan atası ona demişdir ki, həmin şəxs onu söymüşdür. Bundan sonra atası maşını saxlamışdır. Digər avtomobildə olan şəxslərdən ikisi, sonradan adlarını bildiyi Tahir və Nemət adlı şəxslər onun oturduğu tərəfdən qapını açmışlar. O, avtomobildən yerə enmişdir. Həmin vaxt zərərçəkmiş şəxslərin onun boğazında tutmasını xatırlamır. Bu zaman atası həmin şəxslərə yaxınlaşmışdır. Atasının həmin şəxslərdən hansınısa vurmasını da xatırlamır. Atası həmin iki nəfər şəxslə mübahisə etmiş, o isə kənarda dayanaraq onlara baxmışdır. Sonra digər avtomobildən üçüncü şəxs, yəni avtomobili idarə edən şəxs atasıgilə yaxınlaşdıqda o, avtomobildə olan vintaçanı götürərək həmin şəxsi qorxutmaq üçün onun üzərinə getmiş, həmin şəxs isə qaçmağa başlamışdır. Bu zaman o da həmin şəxsin arxası ilə qaçmış, sonradan həmin şəxsin ayağı ilişərək yıxılmışdır. Lakin o, həmin şəxsi əlindəki alətlə vurmamış, sadəcə yerdə ona təpik vuraraq getmişdir. Onun xatırladıqları bunlardan ibarətdir. O, ikinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədən sonra yaddaşında problemlər yaranmışdır. Hazırda onun müalicəyə ehtiyacı var. Hazırki cinayət işi ilə əlaqədar iş yekunlaşmadığından xəstəxanaya yerləşdirilə bilmir. Ona görə hadisə onun tam yadında deyil. O, epizodik olaraq hadisəni xatırlayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində tanışı Nemət və yeznəsi Rüstəmlə birlikdə sonuncunun idarə etdiyi VAZ-21015 markalı, 15-328 qeydiyyatda nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə Novxanıya tərəf hərəkətdə olan zaman üçündən başqa avtomobildə heç kəs olmamışdır. Balaxanı qəsəbəsində “Təmiz şəhər” adlanan yerdən keçəndə Opel markalı **-UC-*** qeydiyyat nişanlı avtomobil onların hərəkət yoluna çıxıb əyləcdən istifadə etmiş, bu zaman sürücü Rüstəm ona siqnaldan işarə verməklə nə etdiyini bildirmiş, bundan sonra Opel markalı avtomobilin sürücüsü onların qarşısında dayanıb yolu kəsmişdir. Daha sonra sürücü Rüstəm ona yenidən siqnal ilə işarə edərək yolu açmasını bildirmiş, lakin sürücü yəni, sonradan adını bildiyi Aşur adlı şəxs əlində bita ilə avtomobildən düşmüşdür. İlk öncə Nemət həmin şəxsə yaxınlaşmış və onlar mübahisə etməyə başlamışlar. Bundan sonra o, maşından enərək onlara yaxınlaşmışdır. Aşur adlı şəxs Nemətə bildirmişdir ki, “sizin avtomobili idarə edən sürücü ola-ola sənə nə olubdur ki, avtomobildə əlinlə işarə edirsən”, Nemət də ona yolu kəsdiyi üçün əli ilə işarə edib nə etdiyini bildirmək istədiyini demişdir. Həmin vaxt Aşur adlı şəxs yaxşı etdiyini bildirmiş və onların hər üçünə qarşı nalayiq söyüşlər söymüşdür. Aşur adlı şəxsə yaxınlaşıb sakitləşdirmək istəyəndə ona heç bir söz demədən və heç bir hərəkət etmədən sonuncu əlindəki bita ilə bir dəfə onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra Rüstəm də avtomobildən enərək onlara yaxınlaşanda Aşur adlı şəxsin oğlu Nurlan adlı şəxs əynindəki şalvarının cibindən açılıbbağlanan bir ədəd boz rəngli bıçağı çıxarıb Rüstəmin üstünə hücum etmişdir ki, onu bıçaqla vursun. Bundan sonra Rüstəm qaçmağa başlamış, Nurlan da Rüstəmin arxası ilə qaçmış, özü də Nurlanın Rüstəmə xəsarət yetirməsinə mane olmaq üçün onların arxası ilə qaçmışdır. Həmin vaxt Rüstəmin ayağı daşa ilişib yerə yıxılmışdır. Dərhal Nurlana yaxınlaşıb onu sakitləşdirmiş, Nurlan Rüstəmi təpiklə vursa da, ona bıçaqla xəsarət yetirməmişdir. Bu zaman Aşur adlı şəxs arxadan yaxınlaşıb yenidən bir dəfə əlindəki bita ilə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt yol keçən tanımadığı sürücülər yaxınlaşıb onları aralaşdırmışlar. Onlar gedərkən Aşur adlı şəxs əlindəki bita ilə yenidən onun qol və çiyin nahiyələrindən vurmuş və oğlu ilə birlikdə öz avtomobillərinə əyləşib çıxıb getmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ-21115 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili vardır. 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində qaynı Tahir və tanışı Nemətlə birlikdə özünün idarə etdiyim qeyd olunan avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə Novxanıya tərəf hərəkətdə olan zaman Balaxanı qəsəbəsində “Təmiz şəhər” adlanan yerdən keçəndə Opel markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobil onların hərəkət yoluna çıxıb qarşısında əyləcdən istifadə etmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Bu zaman ona siqnaldan işarə verməklə nə etdiyini, eyni zamanda Nemət də əli ilə işarə edərək nə etdiyini bildirmiş, bundan sonra Opel markalı avtomobilin sürücüsü onların qarşısında dayanıb yolu kəsmişdir. Həmin zaman yenidən siqnal ilə işarə edərək yolu açmasını bildirmiş, lakin sürücü yəni, sonradan adını bildiyi Aşur adlı şəxs əlində bita ilə avtomobildən düşmüşdür. Bu zaman ilk olaraq Nemət maşından enmiş, onlar Aşurla mübahisə edərkən Tahir maşıından enərək onlara yaxınlaşmışdır. Bu zaman Tahir ona heç bir söz demədən və heç bir hərəkət etmədən Aşur adlı şəxs əlindəki bita ilə bir dəfə Tahirin baş nahiyəsindən vurmuşdur. Bundan sonra o, özü də maşından enərək onlara yaxınlaşanda Aşur adlı şəxsin oğlu Nurlan adlı şəxs əynindəki şalvarının cibindən açılıb-bağlanan bir ədəd boz rəngli bıçağı çıxarıb heç bir səbəb olmadan onun üstünə hücum etmişdir. Həmin zaman qaçmağa başlamış, Nurlan da əlində bıçaqla onu qovmuşdur. Qaçarkən ayağı daşa ilişib yerə yıxılmış, bu vaxt arxadan Tahir Nurlana yaxınlaşıb onu sakitləşdirmiş, Nurlan onu təpiklə vuraraq getmiş, həmin zaman isə Aşur arxadan Tahirə yaxınlaşıb əlindəki bita ilə Tahirin baş nahiyəsindən vurmuşdur. Sonra yol keçən tanımadığı şəxslər yaxınlaşıb onları aralaşdırmışlar. Bu zaman Aşur adlı şəxs əlindəki bita ilə yenidən Tahirin qol və çiyin nahiyələrindən vurmuş və oğlu ilə birlikdə öz avtomobillərinə əyləşib getmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində tanışları Tahir və Rüstəmlə birlikdə sonuncunun idarə etdiyi VAZ-21015 markalı 15-328 qeydiyyatda nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ilə Novxanıya tərəfə hərəkətdə olan zaman Balaxanı qəsəbəsində “Təmiz şəhər” adlanan yerdən keçəndə Opel markalı **-UC-*** qeydiyyat nişanlı avtomobil onların hərəkət yoluna çıxıb əyləcdən istifadə etmiş, bu zaman sürücü Rüstəm ona siqnaldan işarə verməklə nə etdiyini, eyni zamanda özü avtomobilin içərisində əli ilə nə etdiyini bildirməklə bağlı işarə etmişdir. Bundan sonra Opel markalı avtomobilin sürücüsü onların qarşısında dayanıb yolu kəsmiş, həmin zaman sürücü Rüstəm ona yenidən siqnal ilə işarə edərək yolu açmasını bildirmiş, lakin sürücü yəni, sonradan adını bildiyi Aşur adlı şəxs əlində bita ilə avtomobildən düşmüşdür. Bu zaman o, avtomobildən enərək Aşur adlı şəxsə yaxınlaşmış, onlar mübahisə edərkən Tahir onlara yaxınlaşmış, Aşur adlı şəxs onlara qarşı nalayiq söyüşlər söyməyə başlamış, Tahir ona heç bir söz demədən və heç bir hərəkət etmədən Aşur adlı şəxs əlindəki bita ilə bir dəfə Tahirin baş nahiyəsindən vurmuşdur. Bundan sonra Rüstəm də avtomobildən enərək onıara yaxınlaşmışdır. Bu vaxt Aşur adlı şəxsin oğlu Nurlan adlı şəxs əynindəki şalvarının cibindən açılıb-bağlanan bir ədəd boz rəngli bıçağı çıxarıb Rüstəmin üstünə hücum etmişdir. Bu zaman Rüstəm qaçmağa başlamış, Nurlan da Rüstəmin arxası ilə qaçmış, eyni zamanda Tahir də Nurlanın Rüstəmə xəsarət yetirməsinə mane olmaq üçün onların arxası ilə qaçmışdır. Həmin vaxt Rüstəmin ayağı daşa ilişib yerə yıxılmış, Tahir Nurlana yaxınlaşıb onu sakitləşdirmiş, Nurlan Rüstəmi təpiklə vuraraq aralanmış, bu zaman Aşur adlı şəxs arxadan yaxınlaşıb yenidən bir dəfə əlindəki bita ilə Tahirin baş nahiyəsindən vurmuşdur. Həmin vaxt yol keçən tanımadığı sürücülər yaxınlaşıb onları aralaşdırmış, bu zaman Aşur adlı şəxs əlindəki bita ilə yenidən Tahirin qol və çiyin nahiyələrindən vurmuş və oğlu ilə birlikdə öz avtomobillərinə əyləşib getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: HK-1 N-1918 DİN 102 N-220179165 saylı raportdan görünür ki, 20 aprel 2022-ci il tarixdə, saat 08:45 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 DİN 102 xidmətinə zəng edərək “Opel” markalı, AZ ** UC *** dövlət qeydiyyat nişanlı avtomovilin qəza şəraiti yaratması ilə bağlı narazılığını bildirən zaman aralarında mübahisə yaranması, avtomobildə olan iki nəfər şəxs tərəfindən döyülməsi, bıçaqla hədələnməsi barədə məlumat vermişdir (i.v.2). “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Təmiz Şəhər adlı yerin qarşısıdır (i.v.3-5). Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş şikayət ərizədən görünür ki, o, 20 aprel 2022ci il tarixdə, təxminən saat 08 radələrində tanışının avtomobili ilə hərəkət edən zaman Opel markalı avtomobilin sürücüsünün avtomobili ilə onların önünü kəsərək onlarla münaqişə etdiyini, onu və tanışını döydüyünü bildirmişdir (i.v.6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının 727 saylı, 23 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, burun nahiyəsinin sıyrığı, sol said və sağ mil-bilək oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v. 24-25). 24 may 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid biri-biriləri ilə üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər (i.v.66-77). 02 avqust tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər (i.v.92-95). Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə ünvanlanmış “TŞ 9-30 və TŞ-9-31 saylı kamera aparatının 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində olan görüntülərin məhkəməyə təqdim edilməsinə dair” sorğuya cavab olaraq məhkəməyə daxil olmuş 19 oktyabr 2022-ci il tarixli, 003-18607-1222 saylı cavab məktubundan görünür ki, təhlükəsizlik şəhər xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahid ifadələri, hadisə yerinə baxış protokolunun, üzləşdirmə protokollarının və ekspert rəyinin sübut kimi tanınması qərara alınmışdır (i.v.163-172). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən AR CM-nin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin, Təqsirləndirilən şəxs2 tərəfindən isə AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onların özlərinin ifadələrində göstərdikləri xüsusatlar, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə istintaqının əvvəlində Təqsirləndirilən şəxs1 özünü AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməsə də, təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında çıxış mərhələsində özünü elan edilmiş ittihamda təqsirli bilərək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqın sonrakı gedişatı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsinə baxmayaraq məhkəmə onun məhkəmə istintaqının əvvəlində irəli sürdüyü dəlillərə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində öz avtomobili ilə yola çıxma işarəsini yandırıb yola çıxarkən arxadan gələn VAZ-21115 markalı avtomobil onun yanından keçən zaman həmin avtomobilin içərisində ön oturacaqda əyləşmiş sərnişin, sonradan adını bildiyi Tahir adlı şəxsin əli ilə işarə edərək ona nalayiq söyüş söydüyünü, o, avtomobilini saxladıqdan sonra zərərçəkmiş şəxslərdən Nemət və Tahirin onun oğlu tərəfdən qapını açaraq oğlu Nurlanı maşından endirərək onun boğazından yapışdıqlarını, bu səbəbdən oğlunu müdafiə etmək üçün Tahiri vurduğunu bildirsə də, göstərilən xüsusat nəinki hadisə yerində olan zərərçəkmiş şəxslər və şahidin ifadəsi, heç Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 da ifadəsi ilə öz təsdiqini tapmamışdır ki, bu da Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsində irəli sürdüyü dəlillərin özünümüdafiə xarakteri daşımasının təzahürüdür. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin onun oğlunu avtomobildən endirərək boğazından yapışdıqlarını bildirsə də, bu hal zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə təkzib edilməklə yanaşı Təqsirləndirilən şəxs2 da məhkəmə iclasında belə bir halın baş verməsini xatırlamadığını, sadəcə onun qapısının Tahir və Nemət tərəfindən açıldığını, bu zaman özünün avtomobildən endiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 münasibətdə isə həm təqsirləndirilən şəxs özü, həm də atası Təqsirləndirilən şəxs1 Nurlanın əlində bıçaq deyil, vintaçan olduğunu, onun həmin alətlə kimisə vurmadığını, sadəcə atasının üç nəfərlə tək qaldığını gördüyündən həmin şəxsləri qorxutmaq və atasını müdafiə etmək üçün Rüstəmin arxası ilə qaçdığını bildirsələr də, məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 əməlinin istintaq orqanı tərəfindən AR CMnin 221.3-cü deyil, 221.2.1-ci maddəsi ilə tövsif edilməsini nəzərə alaraq hadisə zamanı Nurlanın əlində bıçaq və ya vintaçan olmasının onun əməlinin tövsifində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır. Təqsirləndirilən şəxs2 əməlinə hüquqi qiymət verilərkən onun əlində hansı alətin olması deyil, əlindəki alətlə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq, özünü digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs2 arxası ilə qaçması, onu təqib etməsi, Zərərçəkmiş şəxs2 yerə yıxıldıqdan sonra isə onu təpiklə vurub getməsidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əlindəki alətlə Zərərçəkmiş şəxs2 arxası ilə qaçmasının səbəbi kimi atası Təqsirləndirilən şəxs1 tək, digər tərəfin isə üç nəfərdən ibarət olması və atasının təkləndiyini düşünməsi ilə əlaqələndirsələr də, məhkəmə qeyd edir ki, həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxslərin, həm də şahidin ifadəsindən görünür ki, hadisə zamanı heş kəs Təqsirləndirilən şəxs1 vurmamış və ona zor tətbiq etməmiş, əksinə Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan əlindəki bita ilə dəfələrlə Zərərçəkmiş şəxs1 vurmuş və belə olan halda əlində bita olan Təqsirləndirilən şəxs1 deyil, onun zor tətbiq etdiyi Zərərçəkmiş şəxs1 müdafiəyə ehtiyacı olmuşdur ki, bu da müdafiə tərəfin həmin dəlilinin də əsassız olmasına və özünümüdafiə xarakteri daşımasına dəlalət edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə AR CM-nin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Azərbaycan Respublikası Medalının № İ-3809 vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur (i.v.43). 15 yanvar 2021-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2020-ci il tarixdən 03 noyabr 2020-ci il tarixədək “Neftçala RMX” PHŞ-da “Barotravma.ş qapalı kəllə-beyin travması, beyin silkələnmməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur (i.v.44). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.79). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.80). “Təqsriləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.126-127). “Təqsriləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.152-153). Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun əməlindən səmimi peşman olmasını, oğlunun Vətən müharibəsi iştirakçısı olmasını, oğlunun müharibədə iştirak etməklə aldığı xəsarətlər nəticəsində mülaicəyə ehtiyacı olmasını və bu səbəbdən işləyə bilmədiyini, oğlunun ailəsinin maddi təminatının da Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini və bununla da onun ailədə yeganə qazanc gətirən şəxs olmasını (AR CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM 59.1.12) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun əməlindən səmimi peşman olmasını, gənc olmasını, Vətən müharibəsi iştirakçısı olmasını (AR CM-59.2), himayəsində azyaşlı övladının olmasını (AR CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM 59.1.12) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, oğlunun ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, oğlunun müharibədə iştirak etməsi ilə əlaqədar aldığı travmalar nəticəsində hazırda işləyə bilmədiyini, oğlunun ailəsinin maddi təminatının da Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini və bununla da onun ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsi ilə həm özünün, həm də oğlunun ailəsinin çətin maddi vəziyyətlə üzləşəcəyini, onun yeganə oğlu olan Təqsirləndirilən şəxs2 müharibə zamanı aldığı travmalarla bağlı xəstəxanaya yerləşdirilməklə müalicəyə ehtiyacının olmasını və belə olan halda onun atasının həbs edilməsinin Vətən uğrunda canından keçməyi gözə almış bir şəxsin ailəsinin faktiki olaraq başsız qalması ilə nəticələnəcəyini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq onun cəmiyyətdən təcrid edilmədən və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi ilə də islah olunmasının mümkün olması qənaətinə gəlir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, müharibə zamanı aldığı travmalarla əlaqədar müalicəyə ehtiyacının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan islah işləri cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 5 faiz dövlət nəfinə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-750/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-750/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver