Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-750/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə saat 20:30 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun məhlədə futbol oynayan azyaşlı uşaqlara irad bildirməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar məsələni aydınlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 35-ci Ramana küçəsi ünvanında yerləşən evə gedərək, həmin ünvanda qonşusu Zərərçəkmiş şəxs ilə sözlü mübahisə zamanı sonuncunun sifət nahiyəsinə qəsdən kəllə zərbəsi ilə vuraraq cərrahi müdaxiləyə ehtiyacı olan, burun tənəffüsünün pozulması və qançırı ilə müşayiət olunan sağ burun sümüyünün yerini dəyişən basılmış və sol burun sümüyünün xətti, qapalı sınıqları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək heç nə xatırlamadığını bildirməklə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən nömrəsiz evdə anası, bacısı və qardaşının azyaşlı uşaqları ilə birgə yaşayırlar. Zərərçəkmiş şəxs 15 ilə yaxın müddətdir ki, tanıyır və onunla indiyədək normal münasibətləri olmuşdur. Aralarında da heç bir zaman ədavətləri olmamışdır. 01 iyul 2025-ci il tarixdə saat 20 radələrində o, X7, onlara qonaq gələn Gülşən adlı qadın və onun azyaşlı nəvəsi Ümid adlı şəxs və məhəllədə adlarını bilmədiyi azyaşlı uşaqlarla futbol oynayıb onları izləyirmişlər. Bu zaman futbol oynayan Ümid adlı 5-6 yaşlı şəxs topa vurmuş və top Zərərçəkmiş şəxs istiqamətinə getmiş, onu ötüb keçmişdir. Bu zaman məhlədən keçən Zərərçəkmiş şəxs nalayiq ifadə ilə azyaşlı uşağı təhqir etmişdir. Bu vaxt uşağın nənəsi Gülşən xanım Zərərçəkmiş şəxs irad bildirmişdir axı o uşaqdır. Zərərçəkmiş şəxs isə onların hamısına üzünü tutub əxlaqsız adlandırmışdır. X7 isə Zərərçəkmiş şəxs irad bildirmişdir ki, axı ayıbdır, sənin də qızın var, nə üçün bizləri təhqir edirsən?. Bu vaxt X7 aranı sakitləşdirmiş Zərərçəkmiş şəxs isə ətrafdakıları söyə-söyə uzaqlaşıb getmişdir. Məlum hadisə baş verən zaman Zərərçəkmiş şəxs yanında bacısı Mehriban və qızı Aygün olmuşdur. Bacısı Mehriban isə aranı daha da qızışdırmağa çalışırmış, qızı Aygün isə anasını sakitləşdirirmiş. Onlar çıxıb getdikdən təxminən 15 dəqiqə sonra özü bu məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, onların qapısını döymüşdür. Qapını Zərərçəkmiş şəxs bacısı Mehriban açmışdır. Qapı açıldıqda Könül onu görüb bacısı Mehribana demişdir ki, burax içəri keçsin. Bundan sonra o həyətyanı sahəyə daxil olmuşdur. Daxil olduqdan sonra Zərərçəkmiş şəxs nə üçün onlara qarşı hörmətsizlik etməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs isə onu nalayiq ifadə təhqir etmiş, buna görə də o Zərərçəkmiş şəxs nalayiq ifadə ilə cavab vermişdir. Bu vaxt Zərərçəkmiş şəxs və bacısı onun əl və qollarından yapışaraq tutub saxlamışlar. O da özünü müdafiə etmək məqsədilə kəllə zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs sifətinə kəllə ilə vurduqdan sonra o burnunu tutaraq səs-küy salmışdır. Bundan sonra X7 özünü həmin ünvana çatdırmış və onları sakitləşdirmiş və çıxıb getmişlər. Zərərçəkmiş şəxs onun sol əlini tutub sıxması nəticəsində sol əlinin baş barmağından xəsarət almışdır. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs onun sol əlini tutub sıxması nəticəsində sol əlinin baş barmağından xəsarət almışdır. Şahid ona xəsarət yetirməmişdir, sadəcə olaraq tutub saxlamışdır. Ruhi əsəb xəstəliyi vardır. Dioqnozu isə kəskin şizofreniyaya bənzər psixotik pozğunluqdur. Psixiatrik Xəstəxanada qeydiyyatdadır(i.v.41-44); Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 01 iyul 2025-ci il tarixdə saat təxminən 20:30-da işdən qayıdıb yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 35-ci Ramana küçəsi ünvanında məhlədə bacısı Şahid Məmməd qızı və qızı X4 ilə olan zaman həyətdə futbol oynayan azyaşlı uşaqlardan biri topa vurarkən top onun sifəti istiqamətin- gəlmiş, başını əydikdən sonra top başının üstündən keçib getmişdir. O da azyaşlı uşağa irad bildirmişdir ki, imkan verin yoldan keçək. Bu zaman futbol oynayan uşaqları izləyən qonşusu Təqsirləndirilən şəxs ona demişdir ki “sən nə deyirsən uşaqdırlar da”. Bu zaman Təqsirləndirilən şəxs yanında X7, 3 nəfər də tanımadığı digər şəxslər olmuşdur. Lakin Təqsirləndirilən şəxs başqa onların heç biri onunla mübahisə yaratmağa çalışmamış və mübahisəni sakitləşdirmək istəmişlər. Görmüşdür ki, Təqsirləndirilən şəxs mübahisəyə meyillidir, buna görə də oradan uzaqlaşıb bacısı və qızı ilə birlikdə evinə getmişdir. Amma məhlədə Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş olmamışdır. Məhlədə sözlü mübahisələri təxminən 1 dəqiqədən də az davam etmişdir. Yaşadığı həyət evinə daxil olduqdan təxminən 15 dəqiqə sonra o və bacısı yaşadığı evin həyətində oturan zaman darvazanın şiddətlə döyüldüyünü eşitmişlər. Onlar fikirləşməmişlər ki, evə gələn Təqsirləndirilən şəxs olacaqdır. Bacısı Şahid darvazaya yaxınlaşmış və açdıqda o görmüşdür ki, gələn Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs həyətə daxil olmaq istəmiş, lakin bacısı Şahid imkan verməmişdir. O isə bacısına demişdir ki, qoy içəri daxil olsun, görək nə deyir. Daha sonra Təqsirləndirilən şəxs həyətə daxil olmuşdur. Görmüşdür ki, bu qadın mübahisə yaradır və sonu da yaxşı bitməyəcək. Buna görə də Təqsirləndirilən şəxs demişdir ki, çıx get, xətanı məndən uzaq et. Bu ərəfədə Aynilin X7 gəlmiş və onları sakitləşdirməyə cəhd etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə ilə sifət nahiyəsinə vurmuş və üzərinə hücum çəkməyə başlamışdır. Bu vaxt evdə olan qızı Aygün Hüseynova çölə çıxmışdır. Bacısı Şahid, Təqsirləndirilən şəxs X7 araya girib onları sakitləşdirərək aralaşdırmışlar. Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə kəllə vurması nəticəsində burun nahiyəsindən qan açılmış və burnundan xəsarət almışdır. Daha sonra DİN-in “102” Xidməti-Zəng Mərkəzinə zəng vuraraq qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə mübahisə zamanı onu vurmamışdır, həmçinin nə o nə də ki bacısı Təqsirləndirilən şəxs qollarından tutub saxlamamışlar. Məhəllədə futbol oynayan azyaşlı uşaqları nalayiq ifadə ilə təhqir etməmişdir, sadəcə olaraq irad bildirmişdir ki, ehtiyatlı olsunlar. Hazırda burnunu əməliyyat etdirmək üçün ona dəymiş ziyanın ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, 01 iyul 2025-ci il tarixdə saat təxminən 20:30-da bacısı Zərərçəkmiş şəxs və bacısının qızı Aygün Hüseynova ilə birlikdə bacısının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 35-ci Ramana küçəsi ünvanında məhəllədən keçib bacısının yaşadığı evə gedən zaman məhəllədə azyaşlı uşaqlar futbol oynamışlar. Bu zaman azyaşlı uşaqlardan biri topa təpiklə vurmuş və top bacısının sifət nahiyəsi üzərinə gəlmişdir. Bu zaman bacısı başını əymiş və top onu keçib getmişdir. Bacısı Zərərçəkmiş şəxs da əsəbiləşdiyindən uşaqlara demişdir ki, ehtiyatlı olun, görürsüz adam keçir, oyunu saxlayın. Bu zaman isə məhəllədə olan bacısının qonşusu Təqsirləndirilən şəxs anidən yerindən qalxaraq bacısına demişdir ki, “az sən niyə uşağın üstünə qışqırırsan?”. Bu zaman onlar görmüşlər ki, Aynil durduq yerə özündən çıxıb və mübahisə yaratmaq istəyir. Vəziyyətin gərginləşəcəyini görüb o, bacısı və bacısı qızı Aygün Hüseynova birlikdə bacısının yaşadığı evə getmişlər. Evə çatdıqdan sonra bacısı qızı Aygün Hüseynova evə daxil olmuşdur. O və bacısı isə evin həyətyanı sahəsində əyləşmişlər. Təxminən 10-15 dəqiqədən sonra darvaza şiddətlə döyülməyə başlamışdır. O ayağa qalxıb dəmir qapını açmış, bu zaman görmüşdür ki, gələn Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs çox əsəbi halda imiş və içəri keçmək istəmişdir. O isə buna imkan verməmiş, bu vaxt Könül ondan gələn şəxsin kim olduğunu soruşduqda cavab vermişdir ki, gələn Aynildir. Bacısı Könül də ona demişdir ki, icazə ver keçsin içəri görək bizdən nə istəyir. Bundan sonra Təqsirləndirilən şəxs həyətə daxil olmuş və qışqırmağa başlamış və bacısı Zərərçəkmiş şəxs demişdir ki, “sən kimsən az mənim uşağımın üstünə çığırırsan”? Bundan sonra Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs üzərinə getmişdir. Hiss etmişdir ki, Təqsirləndirilən şəxs bacısını vurmaq istəyir. Buna görə onu saxlamaq istəmişdir, lakin Təqsirləndirilən şəxs onu keçib bacısının üstünə getmiş və kəllə ilə bacısının baş nahiyəsinə kəllə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs burnunu tutmuş və burnundan qan açılmışdır. Elə həmin zaman Aynilin X7 özünü çatdırmış və Təqsirləndirilən şəxs sakitləşdirərək həyətdən aparmışdır. Onlar isə X8 və baş vermiş hadisə ilə bağlı DİN “102” Xidməti-Zəng Mərkəzi sisteminə məlumat vermişlər. Baş vermiş hadisə nəticəsində bacısının burun sümüyü sınmışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir, onu vurmamışdır. Nə o, nə də ki bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl qolundan tutub saxlamamışdır. Təqsirləndirilən şəxs həyətə daxil olduqdan sonra mübahisə yaratmış, daha sonra isə birbaşa olaraq bacısının sifət nahiyəsindən kəllə ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə gedərək baxış keçirilmiş, baxış zamanı hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 35-ci Ramana küçəsi ünvanında yerləşən evdə baş verməsi müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.05-07); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 02 iyul 2025-ci il tarixli 1443 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs cərrahi müdaxiləyə ehtiyacı olan, burun tənəffüsünün pozulması və qançırı ilə müşayiət olunan sağ burun sümüyünün yerini dəyişən basılmış və sol burun sümüyünün xətti, qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən 01 iyul 2025-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.21-22); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 11 avqust 2025-ci il tarixli 1827 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir(i.v.51-52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 avqust 2025-ci il tarixli 2627 nömrəli rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə:Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” (F23.2) xroniki psixi xəstəliyi aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddələrinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxsdə aşkar edilən kəskin şizofreniyaya bənzər psixotik pozuntu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyəti nəzərə alınaraq yaşadığı ərazi üzrə və qeydiyyatda olduğu poliklinikada həkim-psixiatr nəzarətində olması tövsiyyə edilir(i.v.67-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.80); Qətimkan tədbirinin seçilməsi barədə 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir(i.v.110-111); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” kimi psixi xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-750/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-750/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver