Məhkəmə qərarları › İş №1(008)-751/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-751/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-751/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası hüdudlarında ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onunla barələrində şikayət verilən şəxslərin anaları X10 arasında mənzil mübahisəsi ilə bağlı məhkəmə işi mövcuddur. Məhkəmə prosesləri hal-hazırda davam etməkdədir. Buna baxmayaraq X17 25 sentyabr 2025-ci ildə “Facebook” sosial şəbəkəsində “Milli Dələduzlar” adlanan səhifədə onun şəklini yerləşdirmiş və onu dələduz kimi qələmə verərək, “Bu adamı tanımasaz daha yaxşıdır. X23. 3 il qabaq mənə ev satıb, sənədlər hamısı mənim adıma keçib, pulumu yeyib, amma 3 ildir evimdən çıxmır. İş məhkəmədədir, süni yollarla, şikayətlərlə uzadır. Mən də qalmışam küçələrdə" başlıqlı post yerləşdirmişdir. Həmin postun altında bir sıra insanlar o cümlədən X18 şərhlər yerləşdirmişdir. X18 25 sentyabr 2025-ci il tarixdə yerləşdirdiyi şərhlərdə onun barəsində “Dələduz”, “Həyasız”, “Ləçər”, “Pro Dələduz”, “Şərəfssiz”, “İnsanabənzər məxluq” kimi ifadələr işlətmişdir. Bundan başqa həmin şərhlərdə X18 “Sabunçu məhkəməsi bu adamı çox gözəl tanıyır, əvvəldən bunun neçə belə dələduzluq işləri var imiş”, “Bundan zərər çəkən yüzlərlər şəxs var bilirəm”, “Bu bunun hələ biz bildiyimiz dələduzluqlarıdır. Bunun adını Razində çəkəndə hamı başını tutur. Bunu vaxtında şikayətlər ediləndə tutsaydılar belə hadisələr olmazdı” kimi cümlələr yazmaqla məni dələduzluq cinayətləri törətməkdə ittiham etmişdir. Hətta X17 özü də 25 sentyabr 2025-ci il tarixdə yerləşdirdiyi şərhdə “mənim Azərişığın nəzarətçisinin üzərinə bıçaq çıxartdığımı” qeyd etmişdir. Bu yazıları yüzləlrə insan oxumuş, daha dəqiq desək 677 şərh yazılmış, 970 baxış olmuş və 36 dəfə başqa səhifələrə yönləndirilmişdir. Eyni hərəkəti barələrində şikayət verilən şəxslər 25 sentyabr 2025-ci il tarixdə Tik-tok platformasında da edərək, “Dələduz Abazər” adlı video çarx hazırlamışlar. Həmin ifadələr orada da işlədilmişdir. Bununla da X17 25 sentyabr 2025-ci il tarixdə məni Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərədə tutulmuş “külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə” kimi ağır və Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutuluş “silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, müşayiət olunaraq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi” kimi az ağır cinayətləri törətməkdə ittiham edərək, böhtan atmış, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yalan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymışdır. Bu əməlləri ilə X17 Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. X18 da öz növbəsində 25 sentyabr 2025-ci il tarixdə onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərədə tutulmuş “külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə” kimi ağır cinayəti törətməkdə ittiham edərək, böhtan atmış, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yalan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymışdır. Bu əməlləri ilə X18 Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Digər tərəfdən X18 25 sentyabr 2025-ci il tarixdə onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında barəsində “Dələduz”, “Həyasız”, “Ləçər”, “Pro Dələduz”, “Şərəfssiz”, “insanabənzər məxluq” kimi ifadələr işlətmişdir. Bu əməlləri ilə X18 Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Halbuki, o, heç bir zaman məhkum edilməmiş, barəsində hal-hazırda da hər hansı bir cinayət işi aparılmır. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən «Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında xüsusi ittihamçı X9 vermiş olduğu şikayət ərizəsinin təmin edilərək X6 və X8 cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyası hüdudlarında ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X15 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onların bununla bağlı məlumatları yoxdur, onlar belə yazılar yazmamışlar. Nə qardaşı, nə də o, belə ifadələr işlətməmişlər, belə yazılar yazmamışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hal hazırda özəl şirkətlərin birində işləyir. O, Access Bankda işləmişdir. Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır, ona təqdim olunmuş profildəki şəkildəki odur. “Facebook” da profili nə vaxt sildiyini xatırlamır. Hal-hazırda “Facebook” sosial şəbəkəsində profil işlətmir. “Facebookda” profil işlətmişdir. Onun profili varsada onun texniki olaraq onun profili olduğunu deyə bilməz. Hal-hazırda onların arasında olan mübahisə üzrə Apellyasiya Məhkəməsində iş onların xeyrinə yekunlaşmışdır. Abuzər Fətəliyev onlara, onun anasına ev satmış, evdən çıxmamış, onu məhkəməyə vermişlər. Onlar da məhkəmənin tez bir zamanda yekunlaşacağını gözləmişlər. X16 Süleymanov ilə birlikdə məhkəməni maksimum nə qədər uzada bildirdilərsə uzatmışlar. Ev nağd şəkildə notarial qaydada Asan 4 mərkəzində alınıb. Abuzər Fətəliyev hazırdada o evdən çıxmır və orada yaşayır. O, özüdə o mənzildə qeydiyyatdadır, amma bir gündə o evdə yaşamamışdır. O, həmin mənzildə olmuşdur və Fətəliyev Abazərin anasını tanıyır. Anasınına adı Xuraman xanımdır. İlkin şəkildə evi onlar alandan sonra yanvar ayının 22-si evdən çıxmaqları ilə bağlı müqavilə olmuşdur. Onlar həmin vaxtı atası ilə getmişlərki, evi təhvil alsınlar və baxsınlar ki, əşyaları hara gətirəcəklər, onları orada çox gözəl qarşılamışlar. İndiyə qədər baş verən hadisələri nəzərə alaraq hesab edir ki, Abazər Fətəliyev onlara qarşı cinayət əməli törətmişdir.Hüquq mühafizə orqanlarına bu məsələ ilə bağlı onlar müraciət etmişlər, səhv eləmirsə protokollaşdırılmışdır, bunu məhkəməyədə təqdim etmişdir. Bununla bağlı cinayət işi başlanmamışdır. Məhkəmə iclasında X19 özünü təqsirli bilməyərək göstərmişdir ki, o 6 ilə yaxındır ki, Facebookdan istifadəsini dayandırmışdır, həmin yazının kim tərəfindən yazılmasını bilmir. Sadəcə olaraq amnistiya haqqından istifadə edərək, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq amnistiya tətbiq edilməsini barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Facebook sosial şəbəkəsində “Dələduz Abazər” başlığı altında yerləşdirilən yazıdan görünür ki, “Orxan Rustamlı” tərəfindən X3 şəkli yerləşdirilərək “Bu adamı tanımasaz daha yaxşıdır. X23. 3 il qabaq mənə ev satıb, sənədlər hamısı mənim adıma keçib, pulumu yeyib, amma 3 ildir evimdən çıxmır. İş məhkəmədədir, süni yollarla, şikayətlərlə uzadır. Mən də qalmışam küçələrdə" başlıqlı post yerləşdirmişdir. “Orxan Rustamlı” tərəfindən sözügedən yazıya yerləşdirilmiş şərhdə “İshigi saygacdan kesildi, jek de nezaretciye sirinlik verildiki günde 2-3 defe yoxlasın. Adam qonsudan “leviy” xett cekmisdi. Nezaretci onu kesdi 2-3 defe, axirda nezaretciye bicaq falan cixartmisdi evdekileri, nezaretci dedi men ora gedemmerem artiq” şərhi yazılmışdır. “Sevda Rustamli” tərəfindən həmin posta yazılmış şərhlərdən görünür ki, “Dələduz”, “Həyasız”, “Ləçər”, “Pro Dələduz”, “Şərəfssiz”, “İnsanabənzər məxluq” kimi ifadələr işlətmiş, “Sabunçu məhkəməsi bu adamı çox gözəl tanıyır, əvvəldən bunun neçə belə dələduzluq işləri var imiş”, “Bundan zərər çəkən yüzlərlər şəxs var bilirəm”, “Bu bunun hələ biz bildiyimiz dələduzluqlarıdır. Bunun adını Razində çəkəndə hamı başını tutur. Bunu vaxtında şikayətlər ediləndə tutsaydılar belə hadisələr olmazdı” kimi şərhlər yazmışdır. X15 məhkəməyə ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilərək işə xitam verilməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 himayəsində xx.xx.2016-cı il təvəllüdlü azyaşlı qızı vardır. X8 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilərək işə xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X8 himayəsində xx.xx.2025-ci il təvəllüdlü azyaşlı övladı vardır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X17 və X15 əvvəllər məhkum olunmamışlar. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında X17 “Orxan Rustamlı” profilinin ona məxsus olduğunu qəbul etsə də, lakin həmin profildən uzun müddət istifadə etmədiyini, sözügedən postların onun tərəfindən yazılmadığını bildirsə də, məhkəmə onun bu məzmunda ifadəsini inandırıcı hesab etməyərək özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Eyni zamanda, X15 da “Sevda Rustamli” profilinin ona məxsus olmasını qəbul etsə də, həmin yazıların onun tərəfindən yazılmadığını əsas gətirmiş, məhkəmə onun da bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Belə ki, çoxsaylı məhkəmə qətnamələrindən müəyyən olunmuşdur ki, X8 və X11 anası ilə hazırki iş üzrə xüsusi ittihamçı Abazər Fətəliyev arasında məhkəmə mübahisələri olmuş, bir birlərinə qarşı qərəzli münasibətləri olmuşdur. Yazılan post və şərhlərin məzmunundan da göründüyü kimi, həmin post və şərhlər mübahisəli mənzillə bağlı Abazər Fətəliyevə qarşı yazılmış yazılar olmuşdur. Belə olduğu halda həmin şərhlərin başqa şəxslər tərəfindən yazılması qeyri realdır. Eləcə də, məhkəmə iclasında X17 və X18 həmin profillərin onlara məxsus olduğunu təsdiqləsələr də, profillərinə digər şəxslərin daxil olmalarını və ya hər hansı müdaxilənin olmasını(parolların qırılması və s.) göstərməmişlər. Bu da bir daha təsdiq edir ki, həmin yazılar X17 və X18 tərəfindən yazılmışdır. Bundan başqa, məhkəmə xüsusi qeyd edir ki, “Sevda Rustamli” adlı profil hazırki şikayət ərizəsi məhkəmənin icraatına daxil olanadək aktiv olmuş, məhkəmənin icraatına şikayət daxil olduqdan sonra həmin profil bağlanmışdır, bununla bağlı xüsusi ittihamçının nümayəndəsi tərəfindən telefon vasitəsilə bununla bağlı fotolar nümayiş etdirilmişdir. Bütün bunlar göstərir ki, həmin yazılar X17 və X18 tərəfindən yazılmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, X17 və X11 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, onlar barələrində amnistiya qərarının tətbiq edilməklə icraata xitam verilməsini xahiş etmişlər ki, bu da törətmiş olduqları əməllərin etirafi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayət ərizəsində X13 qarşı CM-nin 147.1 və 147.2-ci maddələrində nəzərəd tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri qarşılıqlı təhlil edərək hesab edir ki, xüsusi ittihamçı tərəfindən verilmiş şikayət ərizəsində X8 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinməsinə dair irəli sürülmüş ittiham düzgün olmamışdır. Belə ki, Facebook sosial şəbəkəsində “Dələduz Abazər” başlığı altında yerləşdirilən yazıdan görünür ki, “Orxan Rustamlı” tərəfindən X3 şəkli yerləşdirilərək “Bu adamı tanımasaz daha yaxşıdır. X23. 3 il qabaq mənə ev satıb, sənədlər hamısı mənim adıma keçib, pulumu yeyib, amma 3 ildir evimdən çıxmır. İş məhkəmədədir, süni yollarla, şikayətlərlə uzadır. Mən də qalmışam küçələrdə" məzmunlu post yerləşdirmişdir. Məhkəmə sözügedən postla bağlı bildirir ki, X17 həmin postun başlığında “Dələduz Abazər” başlığı yazaraq X4 böhtan atması öz təsdiqini tapsa da, ona ağır və ya xüsusilə ağır cinayət törətməsi ilə bağlı böhtan atması öz təsdiqini tapmamışdır. Belə ki, postun məzmununda X25 Fətəliyev tərəfindən hansı məbləğdə “pulunu yeməsi”, yəni dələduzluq yolu ilə onun hansı məbləğdə pulunu ələ keçirməsini qeyd etməmişdir. Eyni zamanda, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-3354/2023 saylı qətnaməsindən görünür ki, mübahisəli mənzillə bağlı X8 anası X10 ilə X9 arasında xx.xx.2022-ci il tarixdə 30200 manat müqabilində beh müqaviləsi bağlanmışdır. Göründüyü kimi, X8 X4 qarşı səsləndirdiyi “pulumu yeyib” ifadəsindəki pulun məbləği tərəflər arasındakı beh müqaviləsinə əsasən 30200 manat olmuşdur ki, bu məbləğ isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin tərkibini yarada bildiyindən, az ağır cinayət hesab olunaraq CM-nin 147.2-ci maddəsinin tərkibini yaratmır. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qətnamədən aydın olur ki, mənzilə dair alqı-satqı müqaviləsinə əsasən mənzil onlara 106190 manat müqabilində satılsa da, bu alqı satqı müqaviləsi X10 ilə X9 arasında deyil, X2 arasında bağlanmışdır ki, bu da bir daha təsdiq edir ki, X17 tərəfindən Abazər Fətəliyevə qarşı irəli sürülmüş ittiham üzrə ziyanın məbləği külli miqdar olmamışdır. Azərbaycan Respublikası CM-nin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə göstərilən normalardan aydın olur ki, X1 Abazər Hüseyn oğlunu bu barədə məhkəmə hökmü olmadan CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmiş, bununla da CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X13 qarşı irəli sürülmüş ittihamın ikinci epizodu kimi onun tərəfindən yazılmış şərhdə “İshigi saygacdan kesildi, jek de nezaretciye sirinlik verildiki günde 2-3 defe yoxlasın. Adam qonsudan “leviy” xett cekmisdi. Nezaretci onu kesdi 2-3 defe, axirda nezaretciye bicaq falan cixartmisdi evdekileri, nezaretci dedi men ora gedemmerem artiq” şərhi yazılması əsas gətirilmişdir. Məhkəmə bu epizodla bağlı qeyd edir ki, şərhin məzmunundan da aydın olduğu kimi X17 nəzarətçiyə bıçaq falan çıxarması kimi ifadələri Abazər Fətəliyevə qarşı deyil, evdəkilərinə qarşı, yəni ailə üzvlərinə qarşı işlətmişdir ki, həmin sözlər onun ünvanına deyilmədiyindən, bu epizod üzrə irəli sürülmüş ittihamda X8 əməlində cinayət tərkibi olmaması əsası ilə ona verilmiş ittihamdan xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Buna görə, məhkəmə hesab edir ki, X13 qarşı irəli sürülmüş ittihamdan CM-nin 147.2-ci maddəsinin rəqəm ifadəsi xaric edilməli, onun əməli yalnız CM-nin 147.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı tərəfindən verilmiş şikayət ərizəsində X11 CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəza təyin edilməsi xahiş olunmuşdur. Halbuki, irəli sürülmüş ittihamdan və şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “Sevda Rustamli” tərəfindən sözügedən posta yazılmış şərhlərdən görünür ki, o, Abazər Fətəliyevə qarşı “Dələduz”, “Həyasız”, “Ləçər”, “Pro Dələduz”, “Şərəfssiz”, “İnsanabənzər məxluq” kimi ifadələr işlətmiş, “Sabunçu məhkəməsi bu adamı çox gözəl tanıyır, əvvəldən bunun neçə belə dələduzluq işləri var imiş”, “Bundan zərər çəkən yüzlərlər şəxs var bilirəm”, “Bu bunun hələ biz bildiyimiz dələduzluqlarıdır. Bunun adını Razində çəkəndə hamı başını tutur. Bunu vaxtında şikayətlər ediləndə tutsaydılar belə hadisələr olmazdı” kimi şərhlər yazmışdır. Göründüyü kimi, Sevda Rüstəmova yazılmış şərhlərdə Abazər Fətəliyevə qarşı “Dələduz”, “Pro Dələduz”, Sabunçu məhkəməsi bu adamı çox gözəl tanıyır, əvvəldən bunun neçə belə dələduzluq işləri var imiş”, “Bundan zərər çəkən yüzlərlər şəxs var bilirəm”, “Bu bunun hələ biz bildiyimiz dələduzluqlarıdır. Bunun adını Razində çəkəndə hamı başını tutur. Bunu vaxtında şikayətlər ediləndə tutsaydılar belə hadisələr olmazdı” kimi ifadələr işlətməklə ona böhtan atması öz təsdiqini tapsa da, əməlində CM-nin 147.2-ci maddəsinin olması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edilən CM-nin normalarından görünür ki, CM-nin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılması baş verməlidir. Lakin, yazılmış şərhlərdə Abazər Fətəliyevə qarşı “Dələduz”, “Pro Dələduz”, Sabunçu məhkəməsi bu adamı çox gözəl tanıyır, əvvəldən bunun neçə belə dələduzluq işləri var imiş”, “Bundan zərər çəkən yüzlərlər şəxs var bilirəm”, “Bu bunun hələ biz bildiyimiz dələduzluqlarıdır. Bunun adını Razində çəkəndə hamı başını tutur. Bunu vaxtında şikayətlər ediləndə tutsaydılar belə hadisələr olmazdı” kimi ifadələr hər hansı ağır və ya xüsusilə ağır cinayət əməlini törətməsini əks etdirməmişdir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməmin manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.CM-nin 178.2-ci maddəsinə əsasən eyni əməllər:178.2.2. təkrar törədildikdə;178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, X6 Abazər Fətəliyevə qarşı yüzlərlə zərərçəkənə qarşı dələduzluq etməsi ilə bağlı böhtan atması ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham kimi qiymətləndirilə bilməz. Çünki, ağır və xüsusilə ağır cinayətin törədilməsi ilə böhtan atma üçün CM-nin 178.3 və 178.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi, yəni şəxsin zərərçəkmişə qarşı 50000 manatdan yuxarı məbləğdə ziyan vurmaqla dələduzluq etməsi faktı öz əksini tapmalı idi ki, belə bir yazının Sevda Rüstəmova tərəfindən yazılması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X12 irəli sürülmüş CM-nin 147.2-ci maddəsi CM-nin 147.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, X15 tərəfindən yazılmış şərhlərdə Abazər Fətəliyevə qarşı “Həyasız”, “Ləçər”, “Şərəfssiz”, “İnsanabənzər məxluq” kimi ifadələr işlətməklə təhqir etmiş, bununla da CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, həmin ifadələr şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, yəni təhqir hesab edilərək kütləvi olaraq internet informasiya ehtiyyatında yayılmışdır. Buna görə, məhkəmə hesab edir ki, X6 CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında X15 və X20i ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının onlara tətbiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5-ci bəndinə əsasən məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər hazırki işdə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X8 təqsirləndirildiyi CM-nin 147.1-ci maddəsi və X11 təqsirləndirildiyi CM-nin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayət olunduğundan, yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onların barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər onların əməlinə şamil olunmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsində göstərilmişdir ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, X8 təqsirləndirildiyi CM-nin 147.1-ci maddəsi və X11 təqsirləndirildiyi CM-nin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən edilmədiyindən, müdafiə tərəfinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, X8 təqsirləndirildiyi CM-nin 147.1-ci maddəsi və X11 təqsirləndirildiyi CM-nin 147.1 və 148-ci maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci maddəsinin təsiri altına düşdüyündən onlar cinayət məsuliyyətindən azad edilməli və onların barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X8 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. X8 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait, X11 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar