Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-752/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, özəl klinikada terapevt işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində daimi yaşayış yeri olmayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əhatə dairəsinə malik olan şəxs kimi qələmə verib, onun əri X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evinə dair çıxarışın düzəldilməsinə kömək edə biləcək tanışlarının olmasını bildirməklə etibarını qazanıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona 13000 manat müqabilində onun əri X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evinə dair çıxarışın düzəldilməsinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs hissə- hissə olmaqla ilk dəfə kürəkəni Şahid vasitəsi ilə göndərdiyi 8000 manat pulu 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Xoreoqrafiya” məktəbinin yaxınlığında, sonuncu dəfə isə 07 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 3 ünvanında 5000 manat pulu alıb, ümumilikdə 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. . Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 4 ilə axındır ki, tanıyır. Belə ki, o Olqanın ailə həkimi olmuşdur. Təxminən 4 aya yaxın Olqanın həyat yoldaşı olan X4 müalicə etmişdir. Müalicə etdiyi zaman Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun əri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən anasından qalmış evi satmaq istəyir, lakin həmin evin 1969-cu il tarixə olan texniki pasportu olsa da əmlak idarəsindən çıxarış ala bilmir. Həmin çıxarış olmadığından evi satmaqda çətinlik çəkir. Ondan çıxarış almağa ona tanışının olub-olmadığını soruşduqda o vəkil olaraq bildiyi tanışının olmasını bildirmişdir və ona bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra tanışı olan Alekslə əlaqə saxlamış və ona tanışı Olqanın işinə köməklik göstərməsini xahiş etmişdir. Aleks çıxarış alınması ilə bağlı öz tanışları ilə danışmış və bu işi 15.000 manata düzələ biləciyini bildirmişdir. Lakin evin sənədinin yalnız 1969-cu il tarixli texniki pasportu olduğundan bu işin vaxt aparacağını bildirmişdir. O da deyilənləri Olqaya bildirmişdir. İlkin olaraq evə çıxarış alınması işinin düzəlməsi üçün 8000 manat pulu Olqanın kürəkəni Dmitriydən 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Xoreoqrafiya məktəbinin yaxınlığında görüşərək almışdır. Həmin günü tanışı Alekslə Bakı şəhəri metronun “Elmlər Akademiyası”nın stansiyasının yaxınlığında görüşüb Dmitriydən aldığı 8000 manat pulu Valeriyin evinin çıxarışının düzəlməsinə köməklik etməsi üçün ona vermişdir. Təxminən bir ay sonra Aleks ona bu işin düzəlməsi üçün əlavə olaraq 5000 manatın lazım olmasını bildirmişdir. Yerdə qalan 2000 manatın isə çıxarış düzələndən sonra verilcəyini bildirmişdir. O, bundan sonra Olqa ilə əlaqə saxlayaraq evin çıxarış işinin həll edilməsi üçün 5000 manat lazım olmasını bildirmişdir. Olqa ona bildirmişdir ki, halhazırda pulu yoxdur. Təxminən 10-15 günə pulu ona verəcəyini bildirmişdir. Təxminən bunun üstündən 15 gündən sonra 07 noyabr 2023-cü il tarixdə Olqanın yaşadığı ünvan 4 ünvanına gedib ondan evin çıxarış işinin düzəlməsi üçün 5000 manat pul almışdır. Həmin günü tanışı Alekslə Bakı şəhəri metronun “Qara Qarayev” stansiyasnın yaxınlığında görüşüb Olqadan aldığı 5000 manat pulu evin çıxarışının düzəlməsinə köməklik etməsi üçün ona vermişdir. xx.xx.2024-cü il tarixdə Valeriy vəfat etdiyindən Olqa ilə danışaraq çıxarışın onun adına sənədləşdirilcəyini bildirmişdir. Lakin sonradan Olqa onunla əlaqə saxlayaraq çıxarışın düzəlməsini yox pulunu ondan geri istəmişdir. Bir müddət əlaqə saxladıqdan sonra Aleks ona demişdir ki, gözlə, əlaqə saxlayacaqdır, lakin bir müddət keçdikdən sonra isə Aleks onun zənglərinə cavab verməmiş, sonradan “whatsapp” da silmişdir. Son bir ayda Aleksi axtarsa da tapa bilməmişdir. Sonra anlamışdır ki, Aleks həm onu, həm də Olqanı aldatmışdır. Həmin şəxs özünü ona Aleks adlı şəxs olaraq təqdim etmişdir, anket məlumatlannı, yaşadığı ünvanı və əlaqə nömrəsini dəqiq bilmir, onunla xarici nömrəsi ilə “whatsapp”-la əlaqə saxlamışdır. Aleks adlı şəxs Olqa və onun yaxınları ilə heç bir zaman görüşməmiş və əlaqə saxlamamışdır. Aleks adlı şəxsin barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Olqa sonradan özü işin düzəlməsindən imtina etmiş və pulunu geri istəmişdir. Azadlıqda olacağı təqdirdə o, Olqanın pulunu qaytara bilər. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsrifilovnanı bir müddət olar ki, tanıyır. Onunla nəvələrinin olduğu bağçada işləyən tərbiyəçinin vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. O Təqsirləndirilən şəxs ixtisasca həkim olmasını bilmiş və buna görə Təqsirləndirilən şəxs onun ailə üzvlərinə həkim olaraq faydalı məsləhətlər vermiş, sağlamlıqlarının qorunmasında köməklik etmişdir. 2013-cü ilin oktyabr ayında həyat yoldaşı X6 ağır xəstələndiyinə görə həkim olaraq bildiyi Təqsirləndirilən şəxs İsrifilovnanı yaşadığı evə dəvət etmişdir. Svetlana İsrafilovna həyat yoldaşı X2 analizlərinin cavabına baxdıqdan sonra müalicəsinə başlamışdır. Təqsirləndirilən şəxs yaşadıqları evdə olarkən söhbət zamanı həyat yoldaşı X5 anasından ona Bakı şəhəri, Binəqədi rayonu, Varovski adlanan ərazidə evin qalmış olmasını, evin yalnız 1969-cu ildən texniki pasportunun olmasını və evin əmlak komitəsindən çıxarış sənədlərinin düzəlməsi üçün ondan tanış vəkilinin olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bununla bağlı maraqlanacağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona tanış vəkilinin olmasını və işə başlamaq üçün həmin evin texniki pasportunun göstərilməsi üçün verilməsini bildirmişdir. O evin çıxarış sənədinin düzəldilməsindən ötrü sənədləri Təqsirləndirilən şəxs göndərmişdir. Sənədləri Təqsirləndirilən şəxs göndərdikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq evin çıxarış sənədinin düzəldilməsi üçün 8000 manat pulun lazım olduğunu və sənədin iki həftə ərzində hazır olacağını bildirmişdir. O, evin çıxarış sənədinin düzəlməsi üçün özünə məxsus 8000 manat pulu kürəkəni Dmitriyə verərək Təqsirləndirilən şəxs çatdırmasını bildirmişdir. Dmitriydə 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Xoreoqrafıya” məktəbinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək 8000 manat pulu ona vermişdir. Bunun üstündən iki həftə sonra Svetlana onunla əlaqə saxlayaraq evin çıxarış sənədinin düzəlməsi üçün əlavə olaraq 5000 manat pulun lazım olmasını bildirmişdir. O, Svetlanaya evdə hazır 5000 manat pulunun olmadığını və pulun düzəlməsi üçün vaxt istəmişdir. O bundan sonra evin çıxarış sənədinin düzəlməsi üçün lazım olan pula görə Rusiya Federasiyasında yaşayan bacısı X1 müraciət etmiş və o da 07 noyabr 2023-cü il tarixdə qızı Yelenanın bank hesabına 5000 manat pul göndərmişdir. Həmin pulu əldə etdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulunun hazır olmasını bildirmişdir. 07 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 4 ünvanına gələrək ondan 5000 manat pulu evin çıxarış sənədinin düzəlməsi üçün götürmüşdür və sənədin ayın sonuna kimi hazır olacağına dair ona söz vermişdir. O, Təqsirləndirilən şəxs evin çıxarış sənədinin kimin vasitəsi ilə düzəldəcəyini soruşmamış və özü də ona bu barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra onu arxayın edərək evin çıxarış sənədinin ayın sonuna qədər hazır olacağına dair söz vermişdir. 16 noyabr 2023-cü il tarixdə həyat yoldaşı Valeriy ağır əməliyyat keçirdiyindən bir müddət başı həyat yoldaşının müalicəsinə qarışdığından evin çıxarış sənədinin hazır olub-olmaması ilə bağlı Svetlana ilə mütəmadi əlaqə saxlaya bilməmişdir. xx.xx.2024-cü il tarixdə əri Valeriyin vəfatından sonra Svetlana ilə əlaqə saxlayıb ona dediyi vaxtdan da artıq hazır olmalı olan evin çıxarış sənədini istədikdə Svetlana ona müxtəlif bəhanələr gətirməyə başlamışdır, sənədin onun adına hazır olacağını bildirmişdir. O, Svetlanaya öz sənədini vermədiyindən onun artıq yalan danışmasını bilmişdir. O, bundan sonra Svetlananın onu aldatmasını artıq başa düşüb onunla görüşüb ondan evin çıxarış sənədənin düzəldilməsi üçün verdiyi 13000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Svetlana guya özünün də aldanılmasını bildirib pulu qaytarmasına görə ondan möhlət istəmişdir. Svetlananın dediyi vaxt tamam olduqdan sonra pulu yenə qaytarmamış və yenə müxtəlif bəhanələr gətirərək pulunu qaytamaqdan yayınmağa başlamışdır, sonradan onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. Ona sonradan məlum olmuşdur ki, Svetlana vəkili özündən yalandan uydurmuş, məqsədi onun 13000 manat pulunu ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs müraciət etdiyi evin çıxarış sənədinin kimin vasitəsi ilə düzəldəcəyi barədə ona məlumat verməmiş, yalnız ona tanış olan vəkilin vasitəsi ilə edəcəyini bildirmişdir. Həmin şəxsin məlumatlarını ona verməmiş, həmin şəxslə onun hansı telefon əlaqəsi və ya görüşü olmamışdır. Svetlana onun yanında heç bir zaman evin çıxarış sənədini düzəldəcək şəxs ilə danışmamışdır, onu da hər dəfə arxayın edərək vəd vermişdir ki, evin sənədi düzələcəkdir. İbtidai istintaq zamanı cinayət nəticəsində ona dəymiş 13000 manat ziyanın ödənilməsinə dair mülki iddia təqdim etmişdir. Mülki iddiasını müdafiə edir və 13000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsrifilovnanı bir müddət olar ki, tanıyır. Onunla uşaqlarının olduğu bağçada işləyən tərbiyəçinin vasitəsi ilə tanış olmuşdur. Həmin ərəfələrdən də qayınanası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs İsrifilovnanı tanımış və münasibətləri yaranmışdır. Qayınanası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs İsrifilovnanın ixtisasca həkim olmasını bilmiş və buna görə Təqsirləndirilən şəxs onların ailə üzvlərinə həkim olaraq faydalı məsləhətlər vermiş, sağlamlıqlarının qorunmasında köməklik etmişdir. 2013-cü ilin oktyabr ayında qayınatası X6 ağır xəstələndiyinə görə qayınanası Zərərçəkmiş şəxs həkim olaraq bildiyi Təqsirləndirilən şəxs yaşadıqları evə dəvət etmişdir. Svetlana İsrafilovna qayınatası X2 analizlərinin cavabına baxdıqdan sonra onun müalicəsinə başlamışdır. Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs qayınatası X5 anasından qalan Bakı şəhəri, Binəqədi rayonu, Varovski adlanan ərazidəki evin çıxarış sənədlərinin düzəlməsi üçün 8000 manat pul lazım olduğunu və sənədin iki həftə ərzində hazır olacağını bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs evin çıxarış sənədinin düzəlməsi üçün özünə məxsus 8000 manat pulu ona verərək Təqsirləndirilən şəxs çatdırmasını bildirmişdir. O da 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Xoreoqrafiya” məktəbinin yaxınlığında Təqsirləndirilən şəxs ilə təkbətək görüşərək 8000 manat pulu ona vermişdir. Bunun üstündən iki həftə sonra Svetlana qayınanası Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq evin çıxarış sənədinin düzəlməsi üçün əlavə olaraq 5000 manat pulun lazım olmasını bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs Svetlanaya evdə hazır 5000 manat pulunun olmadığını və pulun düzəlməsi üçün vaxt istəmişdir. Qayınanası Zərərçəkmiş şəxs bundan sonra evin çıxarış sənədinin düzəlməsi üçün lazım olan pula görə Rusiya Federasiyasında yaşayan bacısı X1 müraciət etmiş və o da 07 noyabr 2023-cü il tarixdə onun həyat yoldaşı Olqanın qızı Yelenanın bank hesabına 5000 manat pul göndərmişdir. Qayınanası Zərərçəkmiş şəxs həmin pulu əldə etdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulunun hazır olmasını bildirmişdir. 07 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına gələrək ondan 5000 manat pulu evin çıxarış sənədinin düzəlməsi üçün götürmüş və sənədin ayın sonuna kimi hazır olacağına dair ona söz vermişdir. Qayınanası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evin çıxarış sənədinin kimin vasitəsi ilə düzəldəcəyni soruşmamış və özü də ona bu barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs pulu aldıqdan sonra onu arxayın edərək evin çıxarış sənədinin ayın sonuna qədər hazır olacağına dair söz vermişdir. xx.xx.2024-cü il tarixdə qayınatası Valeriyin vəfatından sonra qayınanası Zərərçəkmiş şəxs Svetlana ilə əlaqə saxlayıb ona dediyi vaxtdan da artıq hazır olmalı olan evin çıxarış sənədini istədikdə Svetlana ona müxtəlif bəhanələr gətirməyə başlamış, sənədin guya onun adına hazır olacağını bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs Svetlanaya öz sənədini vermədiyindən onun artıq yalan danışmasını bilmişdir. Qayınanası Zərərçəkmiş şəxs bundan sonra Svetlananın onu aldatmasını başa düşüb onunla görüşüb ondan evin çıxarış sənədənin düzəldilməsi üçün verdiyi 13.000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Svetlana guya özünün də aldanılmasını bildirib pulu qaytarmasına görə möhlət istəmişdir. Svetlananın dediyi vaxt tamam olduqdan sonra pulu yenə qaytarmamış və yenə müxtəlif bəhanələr gətirərək pulunu qaytamaqdan yayınmağa başlamışdır, sonradan zənglərə ümumiyyətlə cavab verməmişdir. Qayınanası Zərərçəkmiş şəxs sonradan məlum otmuşdur ki, Svetlana vəkili özündən yalandan uydurmuş, məqsədi onun 13.000 manat pulunu ələ keçirmək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və iş icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 4 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45-də tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-476/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona qarşı dələduzluq hərəkəti edən Təqsirləndirilən şəxs 13.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xaraketerini, ictimai təhlükəlilik dərəsəcini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 13.000 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 13.000 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-752/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-752/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver