Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-752/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Çöpdərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,879 qram xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıyarkən, 31 avqust 2025-ci il tarixdə, saat 22:00-da Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, orada video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,879 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. Son dövlərdə isə narkotik maddələri sosisal şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşlarından əldə etmişdir. Sonuncu dəfə, 31 avqust 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman psixotrop maddə hesab olunan “patı” adlanan metamfetamin əldə etmək üçün sosisal şəbəkədən tanış olduğu, özünü “Murtuza” kimi ona təqdim etmiş İran İslam Respublikası vətəndaşına “Whatsapp” vasitəsi ilə yazmış, o, həmin şəxsin ona verdiyi bank hesabına özünün istifadəsində olan "xxxx" ASC-yə aid bank kartı hesabından 40 manat pul köçürmüş, həmin şəxs ona psixotrop maddəni əldə edəcəyi ünvanın məkanını “Whatsapp” sosisal şəbəkə hesabından göndərmişdir. O, həmin tarixdə Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsinə gəlmiş, orada əvvəlcədən qoyulmuş çəhrayı rəngli sellofan torbada olan bükümü götürərək üzərində saxlamışdır. 31 avqust 2025-ci il tarixdə saat 22 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi ünvanında küçədə piyada hərəkət edən zaman Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin üç nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişdir. O, üzərində metamfetamin olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları videoçəkilişlə onun üstünü yoxlayan zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən çəhrayı rəngli sellofan torbada olan bir ədəd bükümü, həmçinin həmin şalvarın arxa sağ cibindən istifadəsində olan bir ədəd “Redmi” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi metamfetaminə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra zərfləşdirilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə aparılmış, şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə təqdim etdiyi əşyaya baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, təqdim olunan əşyaya baxışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Müdafiəçinin iştirakı ilə baxış zamanı polis əməkdaşı onun təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metamfetamini haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, təqdim etdiyi bir ədəd bükümün içərisindəki metamfetamini, sosisal şəbəkə vasitəsi ilə tanış olduğu, özünü “Murtuza” kimi ona təqdim etmiş İran İslam Respublikası vətəndaşına məxsus bank kartına öz istifadəsində olan "xxxx" kartından 40 manat göndərməsi qarşılığında almış və həmin maddəni Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi ünvanında əvvəlcədən tanımadığı şəxs tərəfindən qoyulmuş yerdən götürərək üzərində saxlamışdır. Bundan sonra, onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Məhkəmənin verdiyi suala cavab olaraq telefonundan aşkar olunmuş mesajlara münasibətdə qeyd etmişdir ki, həmin şəxslər onun tanışıdır, onlar narkotik istifadəçiləridir. O, həmin şəxslərə narkotik vasitəni və psixotrop maddə olan metamfetamini satmamışdır, bəxşiş olaraq vermişdir. Sonda Təqsirləndirilən şəxs metamfetamini satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirərək, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi şöbəyə, 31 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən, həmin məlumatı yoxlamaq Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə tərəfindən özünün rəhbərliyi ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və X3 iştirakları ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, 31 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi ünvanının qarşısında küçədə saxlanılmış, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə qərarla tanış etmiş, küçədə videoçəkilişlə onun üstünün yoxlanılacağını bildirərək üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini həmçinin həmin şalvarın arxa sağ cibindən bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmiş, psixotrop maddəyə baxış keçirildikdən sonra onun tərəfindən zərfləşdirilmiş, Azərbaycan Respublikası DİN-nin 160 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar olunması barədə 13-cü PŞ-nin təhqiqatçısına telefonla məlumat verilmiş, daha sonra həmin şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, 13-cü PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun, təhqiqatçının, müdafiəçinin, əməliyyat müvəkkilləri Şahid2 və X3 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm psixotrop maddə metamfetaminə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixitrop maddə olan “patı” adlanan metamfetamin olmasını, həmin psixotrop maddəni 31 avqust 2025-ci il tarixdə sosisal şəbəkədən tanış olduğu, özünü “Murtuza” kimi ona təqdim etmiş İran İslam Respublikası vətəndaşının “Whatsapp” sosisal şəbəkə hesabından ona göndərdiyi yerdən götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin metamfetamin qablaşdırılmış, DİN-in 160 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 07-08-ci vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 31 avqust 2025-ci il tarixli protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tərbiri keçirilən və üstü yoxlanılan –Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin saxlanması, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 31 avqust 2025-ci il tarixdə, saat 22:00 dəqiqədə ünvan 2ndə saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulandan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir büküm qırmızı rəngli sellofona bükülmüş içərisində kristal formada olan maddəni təqdim etmiş, sonra isə mavi rəngli “Redmi” markalı mobil telefonu təqdim edərək, iş üçün əhəmiyyət kəbs etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üstü yoxlanıldı, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predment aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəsini İran vətəndaşından internet üzərindən öz istifadəsi üçün 40 (qırx) manata aldığını bildirmişdir. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə, saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəlli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 avqust 2025-ci il tarixdə, saat 22:00-dan hesablanmışdır. Cinayət işinin 30-31-ci vərəqələrində olan “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” 31 avqust 2025-ci il tarixli protokoldan görünür ki, 31 avqust 2025-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 (bir) ədəd qırmızı sellofana bükülmüş içərisində ağ rəngli kristal formada olan maddə qablaşdırılıb götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs bir ədəd “Redmi” markalı mobil telefon götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, zərfdə olan 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli maddə aşkar olundu. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin və “Redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs üzərindən aşkar olunması əksini tapmışdır. Cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli, 6/2922 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 160” möhür əksi “Saxlanılan şəxs: “Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,879 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 49-58-ci vərəqələrində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı götürülmüş bir ədəd mavi rəngli, **********10705 və **********10713 imei kodlu, 23053RN02A model, üzərində ***-***-**-** nömrəli bir ədəd sim kart olan «Redmi 12» markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilmiş mobil telefonun işlək vəziyyətdə olması, telefonun arxa korpusunun mavi rəngli olması, əsas ekranında qoruyucu zərbəyə davamlı şüşə çəkilməsi həmin şüşənin üst sol və alt sağ kənarlarında çatlar olması müəyyən edilmişdir. “Redmi 12” markalı mobil telefonu işə saldıqdan sonra ekranın aşağı sol hissəsində saat və tətbiqlər görsənir. Ekranı sağa sürüşdürdükdə ekranda “Zəng etmək” “Whatsapp biznes”, SMS və s. tətbiqlər vardır. Baxış zamanı mobil telefonun “Whatsapp Biznes” adlı proqramında olan sms yazışmalarından görünür ki, kontaktda ***-***-**-** nömrəsi ilə “X8 Mause'm”, ***-***-**-** nömrəsi ilə “Fatia Emis” və ***-***-**-** nömrəsi ilə “FRD)” adı qeyd edilmiş şəxslər Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istəyir. O da öz növbəsində həmin vasitələrlə onları təmin edəcəyi vədini verir. Bundan başqa “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İran vətəndaşı “Murtuza” adlı şəxsin ona “Whatsapp” vasitəsi ilə göndərdiyi psixotrop maddə metamfetamini götürəcəyi yeri bildirən iki ədəd şəkil, bank kartı məlumatları, psixotrop maddəni götürəcəyi yerin məkanı və Təqsirləndirilən şəxs İran vətəndaşına göndərmiş olduğu bank qəbzi aşkar olundu. Həmin şəkillərə baxış zamanı şəkillərin mobil telefona xx.xx.2025-ci il tarixdə saat 19:44-də göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi 12” markalı mobil telefonun menyusundan çıxarılmış 09 ədəd fotoşəkil protokollaşdırılaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 80-86-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-402/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 31 avqust 2025-ci il, saat 22:00-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 91-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,879 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin üstünün yoxlanılması zamanı təqdim etdiyi özünə məxsus, üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan “Redmi12” markalı mobil telefonun maddi sübut kimi tanınması və ekspert təqdiqatından sonra qalıq çəkisi 0,779 qram psixotrop maddə metamfetaminin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 93-cü vərəqində olan “Videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş “WhatsApp Video 2025-08-31 at 23.57.41” faylında qeydə alınmış görüntü, 31 avqust 2025-ci il tarixdə saat 22:00-da qeydə alınmışdır. Açıq hava şəraitində küçədə polis əməkdaşı tərəfindən çəkilmiş videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs küçədə olan zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edirlər. 13-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilkin olaraq şübhəli şəxsə özünü təqdim etdikdən sonra “Əməliyyat-axtarış tədbirləri haqqında” qanunun tələblərini izah edir və onun üzərinə kamera çəkilişi ilə baxış keçiriləcəyini deyir. Daha sonra Şahid1 şübhəli şəxsdən üzərinə olan qanunsuz əşya və ya predmetləri təqdim etməsini xahiş edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ilk öncə əynində olan boz rəngli şalvarın sağ yan cibindən çəhrayı rəngli sellofan torbaya bükülmüş “patı” adlanan psixotrop maddəni, daha sonra həmin şalvarın arxa sağ cibindən 01 ədəd mavi rəngli korpusu olan “Redmi” smart tipli mobil telefonu Şahid1 təqdim edir. Şahid1 təqdim edilən əşyaların istintaq əhəmiyyəti kəsb etdiyindən zərfləşdiriləcəyini bildirir. Şahid1 tərəfindən şübhəli şəxsə təqdim etdiyi psixotrop maddə barəsində suallar verilir və o, həmin maddəni İran vətəndaşından 40 manata aldığını və maddəni ona satan şəxsi tanımadığını bildirir. Şahid1 tərəfindən psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra psixotrop maddə onun tərəfindən zərfləşdirilib, 13-cü PŞ-nin 160 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən möhürlənir və çəkiliş sonlandırılır. Bundan başqa, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı İlham Babayev tərəfindən tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında”, xx.xx.2025-ci il tarixli saat 23:10-da baxış keçirilmiş “WhatsApp Video 2025-08-31 at 23.53.44” faylında qeydə alınmış görüntülərə nəzər saldıqda isə əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin təhqiqatçısı İlham Babayev otaqda olan iştirakçılardan özlərini təqdim etməsini xahiş edir və sonda özünü təqdim edərək şübhəli şəxsə üzərindən aşkar edilən psixotrop maddə barədə məlumat verməsini xahiş edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminə müdafiəçinin iştirakı ilə baxış keçirildikdən sonra psixotrop maddə ekspertizaya təqdim edilməsi üçün zərfləşdirilib iştirkaçılar tərəfindən imzalanır. Video görüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 5856 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F15x2) Psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-371/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 07-09 dekabr 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16- 21-1/2-46232/2026 nömrəli məktubundan görünür ki, 1(008)-752/2025 nömrəli, xx.xx.2026-cı il tarixli sorğuya cavab olaraq bildirilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-371/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılmasının müddətindən çıxılmaqla qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və üzərinə müəyyən vəzifələr qoyulmuş və xx.xx.2023cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında”s Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş və Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndinin dördüncü abazasında qeyd edilir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, həmçinin narkotik vasitəni və psixotrop maddə olan metamfetamini tanışlarına bəxşiş şəklində verməsinə dair etiraf edici ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-371/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 31 avqust 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon onun özünə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 31 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,779 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon onun özünə qaytarılsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-752/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-752/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver